Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hindlilər
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Anql-Hindlilər
Anql–Hindlilər (avrasiyalılar, ferinqlər, paranqlar, topaslar) — Hindistanda etnik qrup. == Ümumi mlumat == Sayı 45 min nəfərdən çoxdur (2000). Anql-Hindlilər avropalılarla (portuqallar, hollandlar, fransızlar, ingilislər və b.) hindlilərin qarışıq nikahları nəticəsində meydana gəlmişdir. Avstraliya, Kanada və Avropa ölkələrində də yaşayırlar. İngilis dilində danışırlar. Dindarları xristiandır. Əsasən şəhərlərdə yaşayırlar. İdarəçilik, təhsil, tibb, mədəniyyət, dəmiryolu nəqliyyatında və digər sahələrdə çalışırlar.
Hindilər
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Sindhilər
Sindhilər (Sindhicə: سنڌي, Urduca:سندھی (Sindhi, Devanaqari komutu: सिन्धी, Sindhī) — Pakistan və Hindistanda yaşayan xalq. Pakistanın ümumi əhalisinin 14%-ni təşkil edirlər. Kökənlərinin dayandığı ana bölgə Pakistanın Sind əyaləti olmaq üzrə Sind bölgəsinin Hindistan kəsimindəki Racastan əyalətində yaşayan Sindhi dili danışan, ağırlıqlı müsəlman Hind-Avropalı bir etnik qrupdur.
Minililər
Minililər (q.yun. Μινύες) — yunan mifologiyasına görə, Egey regionunda məskunlaşmış yarıməfsanəvi avtoxton xalq. Herodotun yazdığına görə, pelasqlar minililəri Lemnos adasından qovmuşdular. Minililərin mərkəzi Boeotiadakı Orxomenos şəhəri idi. == Terminologiya == Yunanıstan tarixinin orta Ellad dövrünün keramika xarakteristikasını ifadə edən "Mini keramikası" (e.ə. 2100–1550-ci illər) termini mövcuddur. Bu saxsı qabın adı aldadıcıdır, çünki onlar, çox güman ki, yalnız dolayı yolla minililər ilə bağlıdır. İlk nümunələri Mini Orxomenosundan gəldiyi üçün saxsı qaba "Mini" adı verilmişdir.
Çinlilər
Bu məqalə - ÇXR-nın demonimi haqqındadır. Millət olaraq "Çinlilər" adlanan xalq üçün Han xalqı səhifəsinə baxın.Çinlilər - Çin Xalq Respublikasının və Çin Tayvan Respublikasının vətəndaşlarına verilən ad.
İndrilər
İndrilər (lat. Indriidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinə aid heyvan fəsiləsi.
Şindilər
Şindilər – Gürcüstanın Dmanisi rayonunda yerləşən kənd. Şindilər kəndi Şindi dağının ətəyində yerləşir. Şindi dağı Dmanisi (Başkeçid) rayonunda yüksək dağlardan biridir. Onun hündürlüyü dəniz səviyyəsindən 2050 metr yüksəklikdədir. Şindilər kəndi isə 1350 metr yüksəklikdədir. Şindilər kəndi Suludərə və Tağlı çaylarının arasında, Dmanisi qəsəbəsindən 4 km aralıda yerləşir. Şindilər - mənsub olduğu millət Azərbaycan türkü. Başkeçid rayonunda məskunlaşmışlar. Başkeçid 1947-ci ildən Dmanisi adlanır. Başkeçid Gürcüstanın Borçalı mahalında yerləşir.
Amerika hindiləri
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Kəndlilər (1939)
Kəndlilər — rejissor Səməd Mərdanovun filmi.. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Müsavat hökumətinin süqutu ərəfəsində kəndlilər arasında bolşevik təbliğatı bəylərə qarşı üsyanla nəticələnir. Film Azərbaycanda gedən inqilabi hərəkatdan, XI Qızıl Ordunun fəal iştirakı ilə bolşeviklərin hakimiyyəti öz əllərinə keçirmələrindən danışır. == Film haqqında == Film rejissor Səməd Mərdanovun bədii kinoda ilk və son müstəqil işidir. Film aktyor İsmayıl Osmanlının kinoda ilk işidir. Film aktyor Məmmədrza Şeyxzamanovun kinoda ilk işidir. Filmin ən məşhur səhnələrindən biri Möhsün Sənaninin iştirak etdiyi sərxoşlar səhnəsidir. Bu səhnənin inandırıcı alınmasının səbəbi odur ki, aktyor rejissor Səməd Mərdanovun təkidi ilə araq içməli olur və həqiqətən sərxoş olur. Aktyoru sərxoş edən rejissor bu səhnəni bir dubla çəkir.
Cinlilər (tayfa)
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər. Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar. Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir.
Cinlilər tayfası
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər. Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar. == Ümumi məlumat == Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir.
Kəndlilər (film, 1939)
Kəndlilər — rejissor Səməd Mərdanovun filmi.. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Müsavat hökumətinin süqutu ərəfəsində kəndlilər arasında bolşevik təbliğatı bəylərə qarşı üsyanla nəticələnir. Film Azərbaycanda gedən inqilabi hərəkatdan, XI Qızıl Ordunun fəal iştirakı ilə bolşeviklərin hakimiyyəti öz əllərinə keçirmələrindən danışır. == Film haqqında == Film rejissor Səməd Mərdanovun bədii kinoda ilk və son müstəqil işidir. Film aktyor İsmayıl Osmanlının kinoda ilk işidir. Film aktyor Məmmədrza Şeyxzamanovun kinoda ilk işidir. Filmin ən məşhur səhnələrindən biri Möhsün Sənaninin iştirak etdiyi sərxoşlar səhnəsidir. Bu səhnənin inandırıcı alınmasının səbəbi odur ki, aktyor rejissor Səməd Mərdanovun təkidi ilə araq içməli olur və həqiqətən sərxoş olur. Aktyoru sərxoş edən rejissor bu səhnəni bir dubla çəkir.
Serb Respublikasında çinlilər
Serb Respublikasında çinlilər (serb. Кинези у Републици Српској, çin. 中國人 在 塞族共和國) — граждане Serb Respublikası ərazisində yaşayan və işləyən çinli icması. Hazırda çinlilər Serb Respublikasının rəsmi milli azlıqları siyahısına daxil deyildir. 1990-cı illərin sonları 2000-ci illərin əvvəlləri Serb Respublikası ərazisində ilk çin miqrantlsr görünməyə başlamışdır. Onlar əraziyə əsasən ticari məqsədlər üçün gəlsələrdə, bir qismi bölgəni tərk etməmiş və burada daimi yaşayış qurmuşlar. Çinlilər ölkənin hər bir yerinə yayılmışlar. Onların böyük qismi Banya-Luna ərazisində yaşayır. Onların əsas məşğuliyyəti ticarət, biznes və kənd təsərrüfatı sahələrində çalışırlar. Kənd təssərüfatında çalışanların böyük qismi əkinçilikdədirlər.