Bu söz bizdə quşların ümumi adı olub, quşlar boz torağay (sərçə), qara torağay (qaratoyuq), sarı torağay (tarla quşu) kimi ifadələrlə bir-birindən fərqləndirilib (Bu ifadə forması meyvələrlə də bağlı olub: qara ərik, sarı ərik, Amasiya əriyi və s. müxtəlif çəyirdəkli meyvələrin adlarını əks etdirib). Belə məlum olur ki, leksik vahidlərin sayı az olduqda sözlərə təyin əlavə etməklə yeni adlar düzəldilib. Ehtimal ki, toyuq və torağay kökdaş sözlərdir. Başqa dillərdə torağay anlamını əks etdirən sözlərin mənası “oxumaq” kimi qeyd olunur. Məsələn: qədim hindlər torağaya dayəti deyiblər, mənası “oxumaq”, “ötmək” deməkdir. Ehtimal ki, torağay və daəti sözləri etimoloji baxımdan eyni olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)