Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Hindi
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Hindu
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Hiley
Hiley (q.yun. Ὑλεὺς) — qədim yunan mifologiyasında Kalidoniya qaban ovunda iştirak edən qəhrəmanlardan biri. Ovçular vəhşi heyvanı mühasirəyə alan zaman Hiley və Ankey onun tərəfindən öldürülmüşdür.
Himn
Himn — dövlət rəmzlərindən biridir. İlk dəfə qədim Yunanıstanda yaradılıb. Bu gün bütün ölkələrin himni var. Azərbaycanın da 1991-ci ildən müstəqil olduğu vaxtdan himni var. Onun sözləri Əhməd Cavadın Musiqisi isə Üzeyir Hacıbəylinindir. Qeyd etmək lazımdır ki bizim himn 1918-ci ildə yaradılıb.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
İnna
İnna — qadın şəxs adı. İnna Rıskal — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. İnna Çurikova — Rusiya aktrisası. İnna (müğənni) — Rumıniyalı müğənni.
Eralda Hitay
Eralda Hitaj — Albaniya gözəli (2006), Kainat gözəli (2006). == Həyatı == Eralda Hitaj 1987-ci ildə Albaniyanın paytaxtı Tiranada dünyaya gəlib. 2006-cı ildə Albaniya gözəli seçilərək dünya gözəllik yarışmasına qatılmaq imkanı qazanan alban gözəlçə həmin Hindistanda kainat gözəli seçilərək, dünya tacına sahib çıxıb.
Ermənistan himni
Mer Hayrenik (erm. Մեր Հայրենիք, Bizim vətənimiz) - Ermənistanın dövlət himni. Ermənistan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət himni idi. 1 iyul 1991-ci ildə yenidən təsdiq olunub. Sözləri Mikael Nalbandyanın, bəstəkarı Barseq Kanaçyandır.
Estoniya himni
Ata yurdum, xoşbəxtliyim və sevincim (est. Mu isamaa, mu õnn ja rõõm) – Estoniyanın 1920-ci ildə qəbul olunan dövlət himni. Himnin İohan Voldemar Yannsen tərəfindən yazılan sözlərini alman immiqrant Fredrik Paçiusun 1848-ci ildə ildə bəstələdiyi musiqi müşayiət edir. Bu musiqi eyni zamanda Finlandiyanın “Bizim diyar” (fin. Maamme) adlı himnində də istifadə olunub. İki himnin musiqisi arasında sadəcə açar fərqi var.
Esvatini himni
Nkulunkulu Mnikati vetibusiso temaSvati (svati Nkulunkulu Mnikati wetibusiso temaSwati Ey Rəbb bizim Tanrımız,Svazi bərəkətlərini bəxş edən) — Esvatiniın dövlət himnidir. Svazi və qərb musiqi üslubları arasında kompromisdir. 1968-ci ildə müstəqillik qazandıqdan sonra təsdiq edilmişdir.
Fanny Cadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Feyzi Hindi
Əbül-Feyz ibn Şeyx Mübarək əl-Məhdəvi (d.24 sentyabr 1547 - ö. 5 oktyabr 1595)— Hindistan şairi. == Həyatı == Əbülfeyz 24 sentyabr 1547-ci ildə Aqrada (Əkbərabad) doğuldu. Ailəsi Ərəb əsilli olub, Yəməndən Sində, daha sonra da Hindistana köç edərək Racastandakı Nagora yerləşmişdi. 1505-ci ildə burada dünyaya gələn atası Şeyx Mübarək ibn Xızır gəncliyində Qucarata gedib Əbül-Fazl-ı Kazəruni və Mövlanə İmad-i Lari kimi tanınmış alimlər yanında təhsil gördü. 1543-cü ildə getdiyi Aqrada evləndi. Feyzi təhsilini atasının yanında aldı. İmamiyyə şiəsinə mənsub olan ata ilə oğul mülhidliklə ittiham edilərək öldürülmələrinə qərar verildi. Ölümdən ancaq gizlənərək qurtula bilən Feyzi və Şeyx Mübarək, Əkbər şahın süd qardaşı Mirzə Əziz vasitəsiylə Əkbərlə tanış olma imkanını tapdılar (1566). Əkbər tərəfindən çox yaxşı qarşılanan Feyzi yazdığı bir qəsidə ilə hökmdarın könlünü fəth etdi və saraya alındı.
Fiji Hindi
Fici Hindisi — Ficidə hind mənşəli əhalinin danışdığı dil. Dil fici, hind, holland və afrikaans dillərinin sözləri əsasında yaranıb. Dildə həmçinin çoxsaylı ingilis dili sözləri də var və şərqi hind dialektinə aiddir. Dilin spesifikliyi dildə cingiltinin olmasıdır.
Filippin himni
Filippin dövlət himni — kompozisiyanın adı "Lupang Hinirang" ("Seçilmiş ölkə"). == Himnin sözləri == === Taqal dilində === Bayang magiliw Perlas ng Silanganan, Alab ng puso Sa dibdib mo’y buhay. Lupang hinirang, Duyan ka ng magiting, Sa manlulupig, 'Di ka pasisiil. Sa dagat at bundok, Sa simoy at sa langit mong bughaw, May dilag ang tula at awit Sa paglayang minamahal. Ang kislap ng watawat mo’y Tagumpay na nagniningning, Ang bituin at araw niya Kailan pa ma’y 'di magdidilim. Lupa ng araw, ng luwalhati’t pagsinta, Buhay ay langit sa piling mo; Aming ligaya, na 'pag may mang-aapi Ang mamatay nang dahil sa 'yo. === Azərbaycan dilinə tərcümə === Sevimli ölkə, Şərqin incisi, Yanan ürək Sənin sinəndə həmişə yaşayır. Seçilmiş ölkə, Sən — cəsarət beşiyisən, Sən işğalçılara Heç vaxt təslim olmazsan. Dənizlərdə və dağlarda, Havada və göy səmada, Hər yerdə şeirlərdə şöhrət, Və şirin azadlıqdan mahnı. Bayrağında qığılcım – Zəfərlə parlayır, Onun ulduzları və günəşi Əbədi sönməyəcək.
Finlandiya himni
Bizim diyar (fin. Maamme, isv. Vårt land) – Finlandiyanın dövlət himni. Musiqisi alman immiqrant Fredrik Paçiusa aid olan himnin isveç dilindəki original sözləri İohan Lüdviq Runeberqə məxsusdur. Himn bu musiqinin sədaları altında ilk dəfə 1848-ci il 13 mayda ifa olunub. Əslində bu sözlər Porvoonun 500 illiyi üçün yazılmışdı. Yubileydə çalınacaq və bu sözləri müşayiət edəcək musiqini də Runeberq məhz özü bəstələmişdi. "Bizim diyar"ın melodiyası eyni zamanda Estoniyanın “Ata yurdum, xoşbəxtliyim və sevincim” (est. Mu isamaa, mu õnn ja rõõm) adlı himninin musiqisi kimi istifadə olunub.
Fransa himni
Marselyeza (fr. La Marseillaise) — Böyük Fransa inqilabının himni. Hazırda Fransanın dövlət himnidir. Himnin əvvəlki adı "Reyn ordusunun hərbi marşı" olmuşdur. == Tarixi == Sözləri və musiqisi 25 aprel 1792-ci ildə hərbi mühəndis Klod Jozef Ruje de Lil tərəfindən yazılmışdır. Məhz bu marşın sədaları altında Marsel könüllü batalyonu Parisə daxil olmuşdur. Marselyeza 24 noyabr 1793-cü ildə Fransanın himni kimi qəbul edilir. 1848-ci ildə inqilab dalğası bütün Avropanı bürüyərkən azadlıq simvoluna çevrilən Marselyezanın sədaları İtaliyadan, Macarıstandan, Polşadan və başqa ölkələrdən gəlməyə başlayır. Daha sonra 1871-ci ildə Paris Kommunasının döyüş meydanlarında səslənən Marselyeza 1944-cü ildə yenidən Fransanın dövlət himni kimi təsdiqlənir.
FİFA himni
FIFA himni, "FİFA"nın təşkil etdiyi turnirlərdə və beynəlxalq futbol maçlarında müsabiqədən əvvəl çalınan himndir. 1994 Dünya Çempionatından bu yana bütün FIFA turnirlərində çalınmaqdadır. Franz Lambert tərəfindən bəstələnmişdir və instrumentaldir. 2004-cü ildə FİFA-nın 100 iliyinə həsr olunmuş mərasimdə də istifadə edilən himn mərasim üçün Yapon Gota Yaşıkı tərəfindən hazırlanmışdır.
Gürcüstan himni
"Tavisupleba" (gürc. თავისუფლება, "Azadlıq") — Gürcüstanın dövlət himni, 2004-cü ildən bəri bayraq və gerb ilə birlikdə Gürcüstanın dövlət rəmzlərindən biri. Musiqisi Zaxari Paliaşvilinin (1871—1933) "Daisi" ("Alaqaranlıq") və "Abesalom və Eteri" adlı iki operasından götürülüb. Sözlərin müəllifi müasir gürcü şairi Daviq Maqradzedir; o, klassik gürcü şairləri Akaki Sereteli, Qriqori Orbeliani və Qalaktion Tabidzenin şeirlərindən sitatlar istifadə etmişdir.
Hanna Adams
Hanna Adams (ing. Hannah Adams; 2 oktyabr 1755[…] – 15 dekabr 1831[…]) — ABŞ-də ilk peşəkar xanım yazıçı, tarixçi və müqayisəli dinşünaslıq pioneri. == Bioqrafiya == O, Tomas Adamsın və Elizabet Klarkın beş uşağından ikincisi idi. Hana 12 yaşında olanda, anası öldü. Uşaqlığda tez-tez xəstələndiyi üçün məktəbə getmirdi, amma özü çox oxuyurdu və atası onun öz-özünə təhsil almasını şövqləndirirdi. Adams öz xatirələrinə əsasən, o, cənnəti insanların billiyə yiyələnməsini tamamilə ödəyəcək bir yer sayırdı. Tomas Harvard tələbələri üçün özəl repetitor fəaliyətini göstərirdi və onlara yemək və yaşayış yeri verirdi. Hanna bu tələbələrlə birlikdə oxuyurdu və gələcəkdə özüdə özəl repititor oldu.. ABŞ İstiqlal müharibəsi zamanı Tomas Adamsın tələbələrindən biri Hannaya Tomas Broutonun 1742-ci ildə nəşr olunmuş "Dünya yaranandan indiyədək bütün dinlərin tarixi lüğəti" adlı kitabını oxumağa verdi. Broutonun əsərinin mütaliəsi qızda dünya dinlərinə marağı oyandırdı, amma bu kitab və, Hannanın oxuduğu belə mövzuda olan başqa kitablar kimi, müəllifin dinindən başqa bütün dinlərə nifrət və mənfi rəylərlə dolu idi.
Hanna Ardent
Hanna Ardent (alm. Hannah Arendt‎; 14 oktyabr 1906[…] – 4 dekabr 1975[…], Yuxarı Vestsayd[d], Nyu-York[…]) — yəhudi əsilli alman-amerikan filosofu, siyasi nəzəriyyəçi və tarixçi, totalitarizm nəzəriyyəsinin banilərindən biri. Holokostdan xilas olan Ardentin töhfələri XX və XXI əsrin siyasi nəzəriyyəçilərinə böyük təsir etmişdir. Arendt 1906-cı ildə Hannoverin Linden rayonunda yəhudi ailəsində anadan olub. Üç yaşında ailəsi atasının sifilisini müalicə etmək üçün Şərqi Prussiyanın paytaxtı Köniqsberqə köçdü. Paul Arendt gəncliyində bu xəstəliyə tutulmuşdu və Hanna anadan olanda onun remissiyada olduğu düşünülürdü. O, yeddi yaşında olanda öldü. Arendt siyasi cəhətdən mütərəqqi, dünyəvi bir ailədə böyümüşdü. Anası sosial demokratların qızğın tərəfdarı idi. Orta təhsilini Berlində başa vurduqdan sonra o, Marburq Universitetində qısa münasibətdə olduğu Martin Haydeggerin rəhbərliyi altında təhsil alıb.
Hanna Mançini
Hanna Mançini — Amerikalı müğənni. Hanna Mançini 2013 Avroviziya Mahnı Müsabiqəsində Sloveniyanı "Straight Into Love" mahnısı ilə təmsil edib.
Henry Bacon
Henry Bacon (28 noyabr 1866[…] – 16 fevral 1924[…], Manhetten, Nyu-York ştatı), əsasən, Beaux-Arts memarlıq üslubuna uyğun olaraq memarlıq əsərləri hazırlayan və həyata keçirən Amerika memarıdır. Tanınmış əsərləri arasında ABŞ-nin paytaxtı Vaşinqtonda son layihəsi olan Linkoln memorialı (1915–1922-ci illərdə qurulmuşdur.) da vardır.
Henry James
Henri Ceyms (15 aprel 1843 – 28 fevral 1916) Amerikada doğulmuş ingilis yazıçısıdır. O, 19-cu əsr ədəbi realizimin ən əsas fiqurlarından hesab edilir. O, Henri Ceyms, Sr. nın oğlu, filosof və psixoloq Uilyam Ceymsin və Alis Ceymsin qardaşı idi. Onun Amerika ilə Avropa və Avropalıların yarışını əks etdirən əsərləri onu tanidan ən əsas amildir. Ceyms bədii tənqidə əhəmiyyətli dərəcədə töhfə vermişdir. Ceyms hər hansı bir mətnin oxucular üçün aydın olması üçün ilk və ən önəmlisi real olmalı olduğunu və həyatı özündə əks etdirməli olduğu iddiasını irəli sürmüşdür. Ona görə yaxşı romanlar həyatı hadisələrdə göstərir və ən vacibi maraqlı olur. Onun məhsuldar bəddi yaradıcılığından əlavə o, məqalələr və səyahət kitabları, bioqrafiya, avtobioqrafiya, tənqidi məqalələr və pyeslər çap etdirmişdir. O, həyatının ilk iyirmi ilində Amerika və Avropa arasında tez-tez yer dəyişmişdir, lakin nəhayət 1915-ci ildə ölümündən bir il əvvəl ingilis vətəndaşlığını qəbul etməklə İngiltərəyə yerləşmişdir.
RİNN
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Hanna Montana
Hanna Montana - Disney Channel kanalının seriallarından biridir. Serialda ikili həyat sürən Mayli Stüartdan mövzu edilir. Hanna Montananın 4.Sezon Çəkilişləri bitmişdir və serial finalı 16 yanvar 2011-ci ildə Wherever I Go hissəsi ilə tamamlanmışdır. == Məzmun == Mayli, 16 yaşında sıravi bir gəncdir. Amma onun ikinci üzü Hanna Montana isə dünya tərəfindən məşhur bir pop ulduzudur. Maylinin sinif yoldaşları onun ikinci şəxsiyyətini bilməməkdədirlər. Dünyanı gəzər, pərəstişkarlarını eyni zamanda menajeri olan atasının yazdığı musiqilə əyləndirər. Mayli hər uşağın xəyalındakı həyatı yaşar. Ancaq gözqamaşdırıcı həyatın və şöhrətin limuzinlər, qəşəng geyimlər, məşhurlarla olmaq kimi xüsusiyyətləri olsa da Miley ən çox özünə digər gənclər kimi davranılmasını və yaşıdları kimi bir həyat sürməni istəyir...