HİNDLİ
HİNDUŞKA
OBASTAN VİKİ
Hindu
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Pontiak (hindu)
Pontiak ( ing. Pontiac və ya Obwandiyag;təqribən 1720 - 20 aprel 1769-cu il) - Şimali Amerikada alkoqinlər qrupuna aid olan ottava]] hindu tayfasının döyüşçüsü. 1760-cı illərdə hindu tayfalarını ingilis müstəmləkəçilərinə qarşı üsyana hazırlığa başçılıq etmişdir. Pontiak tərəfindən yaradılan birliyə Şimali Amerikanın şərq hissəsində yaşayan bütün hindu tayfaları qoşulmuşdur. 1763-cü il 2 may tarixində Pontiakın başçılığı ilə hindu tayfaları Britaniya qalalarına hücuma keçərək bir sıra qələbələr qazandılar. Detroytun uzun müddət mühasirəsindən sonra Pontiak 1766-cı ildə sülh bağlamağa məcbur olaraq, ingilis kralının hakimiyyətini tanımalı oldu. Naməlum hadisə nəticəsində öldürülmüşdür. Pontiakın şərəfinə Miçiqan, İllinoys , İndiana ştatları və Kanadanın Kvebek əyalətində bir sıra şəhərlər adlanmışdır. Bundan başqa, General Motors kompaniyasının idman avtomobillərindən biri Pontiac adını daşıyır.
Fransız-hindu müharibəsi
Fransız-hindu müharibəsi — 1754-1763 illəri arasında Şimali Amerikada İngiltərə ilə Fransa arasında müharibə idi. Müharibə yeddiillik müharibənin Şimali Amerika hissəsini əhatə edirdi. Müharibə Britaniya Amerikası müstəmləkələri ilə Yeni Fransa müstəmləkələrinin qarşı-qarşıya gəlməsi ilə başladı. Hər iki tərəfdə - Böyük Britaniya və Fransa qüvvələri və Amerikan Hindi müttəfiqlərinin hərbi qüvvələri tərəfindən dəstəkləndi. Müharibənin əvvəlində Fransanın Şimali Amerika koloniyalarında təxminən 60.000 mühacir və ingilislərin Şimali Amerika koloniyalarında 2 milyon mühacir var idi. Sayları az olan fransızlar xüsusilə hindilərə bağlı idi. 1756-cı ildə Avropa ölkələri bir-birlərinə müharibə elan etdilər, aylarla davam edən yerli qarşıdurmalardan sonra müharibəni qitələrarası münaqişə ilə regional bir məsələyə çevirdilər.
Qərbi Hindu Konfederasiyası
Qərbi Hindu Konfederasiyası (ing. Western Indian Confederation).Bu konfederasiya Böyük göllər hövzəsində yaşayan hindu qəbilələrinin birliyi olmuşdur.Konfederasiya ABŞ İstiqlal müharibəsindən sonra meydana gəlir. == Tərkibi == Bu birliyə regionun bir çox qəbilələri daxil idi.Konfederasiyaya daxil olan qəbilələrin əsasən kəndləri ayrı-ayrılıqda daxil olması hələ qəbilənin tam birliyə daxil olması demək deyildi.Birliyə Mayami, şauni, odjibve ,potavatoni, ottava, vaudoti, menomin, delovar, ikonez, ulinoys, minqo, kikap və yuxarı krik qəbilələri daxil idi. == Tarixi == 1783-ci ildə hindu qəbilələrinin bir çoxunun başçısı arasında Sandasda konfederasiya yaradılması haqqında anlaşma imzalanır.Hədəf ABŞla danışıq aparmaq olur.Britaniya rəsmi olaraq birliyə qoşulmur,hinduları amerikalıların kəndlərinə edilən hücumlarına qarşı cıxır.Ancaq moxax qəbiləsinin başçısı,Britaniya ordusunun zabiti Djozef Brantı oraya göndərərək ABŞa qarşı onlarla birlikdə olduğunu bildirir¹.ABŞ qonşuluğunda güclü və monlit qəbilələr arası birliyin olmasını istəmirdi.Bu səbəbdən hökumət bu birliyi tanımır.Ohayo ştatı ərazisi 1775-ci ildə hindu qəbilələrinin birliyi tərəfindən imzalanmış Makintoş anlaşmasına əsasən ABŞa verilir.Bir çox qəbilələr isə anlaşmanı tanımayaraq ərazini tərk etmirlər.Bölgəyə kolonistlərin çoxsaylı köçü hinduların narazılığına səbəb olurdu.Bunun nəticəsi idiki,1785-1795 ci illərdə Britaniyalıların dəstəyi ilə Şimal-Qərbi İndiana müharibəsi baş verir.Konfederasiyanın bir sıra qalibiyyətlərinə baxmayaraq sonda məğlub olaraq Qrinvill anlaşmasına qol çəkməli olurlar.Bu Konfederasiya ABŞ və hindu gəbilələri arasındakı sonrakı əlaqələrədə öz təsirini göstərir.
Adi hinduşka
Amerika hinduları
Hindular (ing. Indians), Yerli amerikalılar (ing. Native Americans), Amerika hinduları (ing. American Indians), Qırmızı dərililər (ing. Red skins) Qırmızı hindular (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindu dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hinduları topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Amerikan hinduları

Hindudər
Hindudər — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Sərbənd bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,863 nəfər və 523 ailədən ibarət idi.
Hinduizm
Hinduizm — Hindistan yarımadasında yaşayan yerli əhalinin mənsub olduğu din. Qərblilər bu xalqın dinini ifadə etmək üçün onların daha çox Hind çayının ətrafında yaşamalarını nəzərə alaraq onlara bu cür müraciət etmişlər. Əslində onlar öz dinlərini "Sanatana Dharma" (əzəli – əbədi – din) deyə adlandırırlar. Ehtimal olunur ki, bu dinin tarixi e.ə. 2000-ci ilə qədər gedib çatır. Bu prosesi beş dövrə ayırmaq olar: Vedalar dövrü (e.ə. 2000-ci il); Upanişadlar dövrü (e.ə. 800-500); Klassik dövr (e.ə. 500 – eramızın 500-cü ili); Orta çağdakı ilahiyyat və fəlsəfənin tərəqqisi dövrü (Vedanta); Müasir dövr.Hinduizm milli dindir. Dünya əhalisinin təxminən 12 %-i bu dinə mənsubdur.
Hindukuş dağları
Hindukuş dağları (puşt. هندوکش, urdu ہندوکش - fars mənbələrində Hindistan dağları olaraq keçərlidir. Orta Asiyada yerləşən dağ sistemi. Bəzən «hindliləri öldürən» adlandırırlar. Ərazisinin böyük hissəsi Əfqanıstan və Pakistan ərazisində yerləşir. Hindukuş dağları əsasən qayalı dağlardır. Onlar vulkan məşhəlli deyildir. Onların yaranmasına səbəb Hindistan tavasının Mərkəzi asiyaya təzyiqi sayəsində meydana gəlmişdir. Geoloji baxımdan dağlar cavandır və hələdə qalxmaqda davam edir. Qərbdən şərqə Hindukuş dağları 1200 km, şimaldan cənuba isə 240 km məsafədə uzanır.
Hindular
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Hinduquş dağları
Hindukuş dağları (puşt. هندوکش, urdu ہندوکش - fars mənbələrində Hindistan dağları olaraq keçərlidir. Orta Asiyada yerləşən dağ sistemi. Bəzən «hindliləri öldürən» adlandırırlar. Ərazisinin böyük hissəsi Əfqanıstan və Pakistan ərazisində yerləşir. Hindukuş dağları əsasən qayalı dağlardır. Onlar vulkan məşhəlli deyildir. Onların yaranmasına səbəb Hindistan tavasının Mərkəzi asiyaya təzyiqi sayəsində meydana gəlmişdir. Geoloji baxımdan dağlar cavandır və hələdə qalxmaqda davam edir. Qərbdən şərqə Hindukuş dağları 1200 km, şimaldan cənuba isə 240 km məsafədə uzanır.
Hindustan
Hindustan (hind हिन्दुस्तान Hindustān, urdu ہندوستان Hindostān fars. Hindū‎ — Hind + stan) — Asiyanın cənubunda yerləşən yarımada. Sahəsi 2 milyon km² yaxındır. Şimal sərhəddi Hind çayının deltasından Qanq çayının deltasına qədər uzanır.. Bəzən yarımadanın ərazisinə bütün platonu və dağları aid edirlər.. Yarımada Hindistannın böyük hissəsi, Pakistan və Banqladeşin bir hissəsi özündə birləşdirir. Qərbdən Ərəbistan dənizi, şərqdən Benqal körfəzi, cənubdan isə Lakkadiv dənizi onun sahillərini yuyur. Yarımadadan cənub-şərqində böyük Şri-Lanka adası yerləşir. Yarımada Hindistan yarımqitəsinin və Hindistan tavasının cənubunda yerləşir. Yarımadanın cənub nöqtəsi Komorin burnudur.
Hindustan yarımadası

Hinduşah Naxçıvani
Hinduşah Naxçıvani (tam adı: Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani; 1245, Xarabagilan, Ordubad rayonu – 1328) — mənşəcə Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.Alim Elxanilər dövründə mühüm vəzifələrdə çalışmış, ərəb, türk və fars dillərini mükəmməl bilmiş, şeirlər yazmış, fars dilində nəsrin ən yaxşı nümunələrini yaratmışdır. Onun fars dilində yazdığı "Təcarüb əs-sələf" ("Sələflərin təcrübələri") əsəri Azərbaycanın və bəzi Yaxın Şərq ölkələrinin ictimai-siyasi tarixinə həsr olunmuşdur. Alimin yazdığı "Sihah əl-Əcəm" ("Əcəmin etibarlısı", "mötəbəri") əsərində 4000 sözü əhatə edən farsca-türkcə (azərbaycanca), fars dilinin Azərbaycan (türk) və ərəb dillərində izah olunan ilk qrammatikası verilmişdir. Məhəmməd ibn Hinduşah Naxçıvani "Dəstur əl-katib fi təyin əl-məratib" ("Dərəcələrin təyinində katibin göstərişləri") əsərinin müəllifidir. == Həyatı == Görkəmli alim, ictimai-siyasi xadim və tərcüməçi Fəxr əd-Din Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani XIII əsrin sonlarında (vəf. 1328) Gilan (indiki Xaraba Gilan) şəhərində sayılıb-seçilən ailələrin birində doğulmuşdur. Bu ailə Azərbaycana bir çox görkəmli şəxslər vermişdir ki, onlar da özlərinin Naxçıvandan çıxdıqlarını bildirməkdən ötrü "Naxçıvani " adını daşımışlar. Hinduşah təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan "Müstənsəriyyə"də almışdır. O, burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənir, fars və ərəb dillərinə dərindən bələd olur. İlk Elxanilər zamanında Hinduşah maliyyə idarəçiliyində iştirak edir və bir çox vilayətlərin hakimi təyin olunur.
Hinduşka
Hind quşu (lat. Meleagris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. 2 növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur. Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilmişdir. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Cənubi Azərbaycana ilk dəfə Xəzər dənizinin şimalında olan Həştərxan şəhərindən gəldiyinə görə bu adla tanınmışdır. Bu quşa ingilis dilində "Turkey" deyilir. Ehtimal ki, bu quş ilk dəfə Türkiyədən qərb ölkələrinə getdiyinə görə bu adla tanınmışdır.
Kanada hinduları
Kanada hinduları— Kanadada yaşayan yerli xalq. == Tarixi == Amerika mədəniyyəti haqqında ilkin təsəvvürlər adətən müasir mədəni nailiyyətlərlə əlaqədar olsa da bu ölkənin qədim və orta əsrlərini əhatə edən bir sivilizasiya mövcud olmuşdur. 28-30 min il əvvəl ilk dəfə olaraq müasir tipli insanlar Alyaska və Çukotka arasındakı Beringiya adlanan quru körpüdə məskunlaşmışlar. Məhz bu dövrdən Amerika mədəniyyətinin tarixi başlayır. Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid, yaxud protoasiya qrupuna mənsub olmuş Altay, fin-uqor, Tibet xalqlarına daha yaxındırlar. Özünün təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslandırılmaqdadır. Avropalılar tərəfindən Amerika qitəsinin kəşfi və işğalı digər çoxsaylı xalqların həmin ərazidə məskunlaşması ilə nəticələndi. Bunların ümumi sayı təxminən 15-20 milyona bərabər idi. İlk dəniz səyyahlarının səhvən Hindistan torpağı kimi başa düşdükləri bu qitənin sakinləri XVI əsrdən «hindular» adlandırılmağa başladı. Bu dövrdə qitənin müxtəlif hissələrində məskunlaşmış sakinlərin inkişaf səviyyəsi bir-birindən fərqli idi.
Məhəmməd ibn Hinduşah Naxçıvani
Hinduşah Naxçıvani (tam adı: Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani; 1245, Xarabagilan, Ordubad rayonu – 1328) — mənşəcə Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.Alim Elxanilər dövründə mühüm vəzifələrdə çalışmış, ərəb, türk və fars dillərini mükəmməl bilmiş, şeirlər yazmış, fars dilində nəsrin ən yaxşı nümunələrini yaratmışdır. Onun fars dilində yazdığı "Təcarüb əs-sələf" ("Sələflərin təcrübələri") əsəri Azərbaycanın və bəzi Yaxın Şərq ölkələrinin ictimai-siyasi tarixinə həsr olunmuşdur. Alimin yazdığı "Sihah əl-Əcəm" ("Əcəmin etibarlısı", "mötəbəri") əsərində 4000 sözü əhatə edən farsca-türkcə (azərbaycanca), fars dilinin Azərbaycan (türk) və ərəb dillərində izah olunan ilk qrammatikası verilmişdir. Məhəmməd ibn Hinduşah Naxçıvani "Dəstur əl-katib fi təyin əl-məratib" ("Dərəcələrin təyinində katibin göstərişləri") əsərinin müəllifidir. == Həyatı == Görkəmli alim, ictimai-siyasi xadim və tərcüməçi Fəxr əd-Din Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani XIII əsrin sonlarında (vəf. 1328) Gilan (indiki Xaraba Gilan) şəhərində sayılıb-seçilən ailələrin birində doğulmuşdur. Bu ailə Azərbaycana bir çox görkəmli şəxslər vermişdir ki, onlar da özlərinin Naxçıvandan çıxdıqlarını bildirməkdən ötrü "Naxçıvani " adını daşımışlar. Hinduşah təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan "Müstənsəriyyə"də almışdır. O, burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənir, fars və ərəb dillərinə dərindən bələd olur. İlk Elxanilər zamanında Hinduşah maliyyə idarəçiliyində iştirak edir və bir çox vilayətlərin hakimi təyin olunur.

Значение слова в других словарях

жалообра́зный ирони́ческий колониа́льный Мусава́т овощехрани́лище потихо́нечку умилостиви́тельный фарисе́йство антидепресса́нты дохо́дишко крепёжный му́ка мученическая отобра́ть полусо́н репродукцио́нный сорва́ть голову bestrid derelict gas-alert hadj musket predate spiciferous восток нескончаемый