Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Doşulu
Doşulu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Doşulu oyk., düz. Cəbrayıl r-nunun Balyand i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Cənubi Azərbaycandan gəlmiş Doşu və Gəybəy adlı iki qardaş burada məskunlaşaraq indiki Doşulu və şəybəy yaşayış məntəqələrinin əsasını qoymuşlar. Oykonim Doşu (Ģ.a.) və -lu (mənsub.şək.-si) komponentlərindən düzəlib, "Doşuya məxsus kənd, doşulular" deməkdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hüsülü
Hüsülü (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Hüsülü (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Euphorbion esulum
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Hüsülü (Ağcabədi)
Hüsülü — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd, eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. == Tarixi == XIX əsrin əvvəllərində husulu Qarabağda maldarlıqla məşğul olan 13 ailədən ibarət kicik elat olmuşdur. Husulu mənşəcə qızılbaşların ustaclı tayfasının tirələrindən biri idi. XVII əsrdə bu tirəyə mənsub ailələr Şəhsevənlərə qarıŞmış və Qarabağda yaşamağa başlamışdılar. Yayı Sarıyer və Qırxqız yaylaqlarında, qışı isə Qarabağ düzündə keçirən hüsülülər əvvəlcə indiki kənddən 1 km. aralıdakı Məşədi Ələkbər Suatı (suat "su götürülən yer" deməkdir) adlı yerdə məskunlaşmışdılar. XIX əsrin ortalarında Hacı Həsən adlı bir nəfər indiki kəndin yerində kəhriz qazmış və əhali də buraya köçüb məskunlaşmışdır. == Əhalisi == Əhalisinin sayı 4.199 (01.01.2007-ci il üçün)nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşgul olur.
Hüsülü (Laçın)
Hüsülü — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 1 dekabrda Azərbaycan respublikası Silahlı qüvvələri tərəfindən işğaldan azad edilib. == Tarixi == Hüsülü kəndi Laçın rayonunun Malıbəyli kəndinin inzibati ərazi vahidində yerləşmişdir. Keçmiş adı Sultanlar (Sultanlı, Sultankənd kimi də qeydə alınmışdır) olmuşdur. Yaşayış məntəqəsi qaraçorlu tayfasından Həmzə sultanın adı ilə adlandırılmışdır.. Hüsülü kəndi 1992-ci il Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər kənddə Həmzə sultanın tikdirdiyi XVIII əsrə aid Həmzə Sultan sarayı qalırdı. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Hüsülü kəndi dağətəyi ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hüsülü bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.