SİCİM

Çatının bir növüdür və əsli farscadır. Si hissəsi (üc) sözünün dəyişmiş formasıdır. Sicim üç teldən hörüldüyü üçün belə adlanıb. Yastı olur. Rəşmə isə dörd teldən hörülür və yumru olur. El arasında sicimin hörülmə formasına üçəm, rəşməninkinə isə dördəm deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SİBİR SÜRGÜNÜ
SİÇAN İLİ
OBASTAN VİKİ
Sicim
Sicim — qalın tovlanmış iplərdən hörülmüş kobud ipdir. Azərbaycanda belə iplə ata və yaxud arabaya ot yükləyərkən yükü bağlayırlar. Sicim yeddi və ya doqquz tağ iplikdən toxunur. Əsasən keçi tükündən (qəzilindən) toxunsada bəzən qoyun yunundan (qaba yundan) da istifadə edilərək toxunurdu . Toxunub hazırlanmış sicimin bir ucuna doğanaq tikilirdi. Uzunluğu on-iyirmi metr, bəzən daha çox olardı.

Значение слова в других словарях