Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cinsi kimlik
Cinsi kimlik və ya seksual kimlik — bir insanın romantik və ya cinsi əlaqəyə cəlb olunduğu şəxs məsələsində özü haqqında necə düşünməsi. Cinsi kimlik cinsi oriyentasiya kimliyinə də aid edilə bilər. Bu, özünü hansısa bir cinsi oriyentasiya ilə identifikasiya edən və ya etməyən insanlara aiddir. Cinsi kimlik və cinsi davranış cinsi oriyentasiya ilə yaxından əlaqəlidir, lakin fərqlənir. Kimlik fərdin özünün anlayışına, davranış fərdin həyatda keçirdiyi faktiki cinsi hərəkətlərə, cinsi oriyentasiya isə əks cins və ya genderdən, eyni cins və ya genderdən, hər iki cins və ya daha çox gendərdən olan insanlara, ya da heç kəsə qarşı romantik və ya cinsi cazibədarlıqlara aiddir. Tarixi cinsi kimlik modelləri bunun formalaşmasını yalnız cinsi azlıqların keçirdiyi bir proses kimi qiymətləndirməyə meylli olmuşdur. Buna baxmayaraq, müasir modellər bu prosesi daha universal hesab edir və cinsi kimliyi digər əsas kimlik nəzəriyyələri və proseslərinin daha geniş əhatəsində təqdim etməyə çalışırlar.
Kimlik (jurnal)
== Haqqında == Kimlik – müstəqil aylıq elmi-kütləvi jurnal. Baş redaktoru: Sirus Azadi Elmi məsləhətçi Məsul katib: Fotoqraf: Tiraj: 1000 nüsxəRedaktordan: Dərginin adını "Kimlik" seçməyimiz heç də təsadüfi deyil. Uzun əsrlər axtarışında olduğumuz əsas mövzu milli kimliyimiz olmuşdur. Tarixin gedişi sırasında Türk düşmənləri tərəfindən bizim millətə qarşı aparılan assimilyasiya siyasəti və bu yolda tariximizin, dilimizin ədəbiyyatımızın, incəsənətimizin, folklorumuzun, yer adlarımızın və milli kimliyimizin təhrif olunmasında bütün güclərini işə salmışlar.Bu gün əgər biz varıqsa və hələ də Türk Ulusu olaraq aradan getməmişiksə, bunun səbəbi yalnız bu yolda mücadilə aparmağımız deyil. (Çünki bizlərə edilən zorakılıq, müstəmləkə, həm də şovinist siyasətinin nəticəsində özümüzdən uzaqlaşdırılmışıq.) Bəlkə dilimizin, ədəbiyyatımızın və tariximizin zənginliyindən və çox dərin köklərinin olmasından xəbər verir. "Kimlik" dərgisi olaraq, düşünürük ki, bu vasitə ilə dünyanın müxtəlif ölkələrində yaşayan və məskən salan bütün Türk ölkələri və topluluqları arasında, "Milli Kimliyimiz" üzrə maariflənmə və əlaqələndirmə işində bir körpü olaq. Təbii ki, bu yolda çalışan yalnız biz deyilik. Çoxlu kitablar, dərgilər, qəzetlər, məqalələr və s. Türk soydaşlarımız tərəfindən dərc olunur və yayımlanır. Amma bütün bunlar kifayət etmir.
Milli kimlik
== Milli kimlik (identiklik) nədir == Milli kimlik- milli düşüncəni, mədəniyyəti, dili, dini, tarix, vətəndaşlıq, vətənpərvərlik, milli ideya, milliyətçilik anlayışlarını özündə ehtiva edir. Milli identiklik fərdin özünün bu və ya digər dövlətə mənsub olmasım dərk etməsi və duyması, həmçinin müəyyən millətlə eyniləşdirərək konkret siyasi davranış modelinin olmasıdır. Milli identikliyin formalaşmasını araşdırmaq üçün onun struktur hissələrini nəzərdən keçirmək lazımdır. Milli identikliyin tərkibində üç bir-birindən ayrılmaz tərkib hissəni ayırmaq olar: 1) koqnitiv, 2) affektiv, 3) davranış. Koqnitiv komponent fərdin dövlətlə bağlılığı, əlaqəsi haqqında təssəwürləri, bilikləri təmin edir. Bu təsəvvürlərin, biliklərin düzgün qavranılması və mənimsənilməsi olduqca vacibdir. Bu prosesdəki hər hansı yanlışlıq sonradan məlumatların düzgün qiymətləndirilməsinə və şəxsiyyətin tamın üzvü hissəsi kimi özünüdərkinə mane olur. Belə olan halda nəticə etibari ilə ya şəxsiyyətin marginalığı, ya da milli identiklik kimi başa düşülən etnik identiklik hadisəsi ilə rastlaşırıq. Deməli, şəxsiyyətin adekvat davranış modelinin formalaşması mümkünsüz olur. Milli identikliyin ikinci struktur komponenti olan affektiv komponent şəxsin öz dövlətinə olan duyğularından, emosiya və hisslərindən ibarətdir.
Seksual kimlik
Cinsi kimlik və ya seksual kimlik — bir insanın romantik və ya cinsi əlaqəyə cəlb olunduğu şəxs məsələsində özü haqqında necə düşünməsi. Cinsi kimlik cinsi oriyentasiya kimliyinə də aid edilə bilər. Bu, özünü hansısa bir cinsi oriyentasiya ilə identifikasiya edən və ya etməyən insanlara aiddir. Cinsi kimlik və cinsi davranış cinsi oriyentasiya ilə yaxından əlaqəlidir, lakin fərqlənir. Kimlik fərdin özünün anlayışına, davranış fərdin həyatda keçirdiyi faktiki cinsi hərəkətlərə, cinsi oriyentasiya isə əks cins və ya genderdən, eyni cins və ya genderdən, hər iki cins və ya daha çox gendərdən olan insanlara, ya da heç kəsə qarşı romantik və ya cinsi cazibədarlıqlara aiddir. Tarixi cinsi kimlik modelləri bunun formalaşmasını yalnız cinsi azlıqların keçirdiyi bir proses kimi qiymətləndirməyə meylli olmuşdur. Buna baxmayaraq, müasir modellər bu prosesi daha universal hesab edir və cinsi kimliyi digər əsas kimlik nəzəriyyələri və proseslərinin daha geniş əhatəsində təqdim etməyə çalışırlar.
İkilik ağac
İkilik ağac(binary tree)- – proqramlaşdırmada: hər bir buğumunda (NODE) ən çoxu iki “alt ağac” (sol və sağ) olan ağacşəkilli struktur növüdür. İkilik ağaclardan çox zaman informasiyaları çeşidləmək üçün istifadə edilir: ağacın hər bir buğumu açar olur və bu açardan kiçik olan bütün qiymətlər bir alt ağaca, böyük olanlar isə o biri alt ağaca düşür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik fayl
İkilik fayl (Binary file) – insanın oxuya biləcəyi ASCII kodlaşdırmasında olan mətndən fərqli olaraq, 8-mərtəbəli formatda olan verilənlər ardıcıllığından və ya icra kodundan ibarət olan fayl. İkilik fayllar, adətən, ancaq proqramın “anladığı” şəkildə olur. Çox zaman onlar elə sıxılır və yaxud elə struktura salınır ki, onları yalnız konkret proqramlar asanca “oxuya” bilsin. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik prefikslər
İkilik prefikslər – ölçü vahidlərinin önündə gələn və onların 2-nin qüvvətinə (daha dəqiqi, 1024=210 ədədinin qüvvətinə) vurulmasını bildirən ön şəkilçilərdir. 1024 və 1000 ədədləri yaxın olduğundan ikilik prefikslər Beynəlxalq Vahidlər Sisteminin standart onluq prefikslərinə uyğun qurulub. Bu prefikslərdən informasiyanın bit və baytların misli olan ölçü vahidlərini düzəltmək üçün istifadə olunur. İkilik prefikslər 1999-cu ilin mart ayında Beynəlxalq Elektrotexnika Komissiyası (INTERNATIONAL ELECTROTECHNICAL COMMISSION, IEC) tərəfindən daxil edilib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çimli dəlicincilim
Dövri ikilik kod
Dövri ikilik kod (cyclic binary code) – ədədlərin ikilik təsvirində hər bir ədədin özündən qabaqkından yalnız bir mərtəbədə fərqlənməsi. İkilik 0 və 1 rəqəmlərinə əsaslansa da, dövri ikilik ədədlər adi ikilik ədədlərdən fərqlənir. Dövri ədədlər Morze koduna çox oxşayan kod əmələ gətirir, adi ikilik ədədlər isə həqiqi qiymətləri ikilik say sistemində göstərir. Dövri ikilik kodda ardıcıl ədədlər yalnız bir mərtəbədə fərqləndiyindən, onlardan ölçü proseslərində xətaları minimuma endirmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik-onluq ədəd
== İkilik-onluq ədəd == İkilik-onluq ədəd(Binary-coded decimal)– yuvarlaqlaşdırma və çevirmə xətalarından qaçmaq üçün onluq ədədi ikilik şəklində göstərən kod. Onluq ədədin hər bir rəqəmi o birilərdən ayrıca olaraq ikilik ədədlə kodlaşdırılır. 0-dan 9-a hər bir onluq simvol dörd bitlə ifadə olunur; asan oxunması üçün bu 4-mərtəbəli qrupların arasında boşluq qoyulur. Məsələn, 12 ədədi BCD sistemində 0001 0010 kimi, 96 ədədi isə 1001 0110 kimi göstərilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik say sistemi
İkili say sistemi ― Yalnız iki simvoldan; "0" (sıfır) və "1" (bir)-dən istifadə olunan sistemdir.
Cicimli
Cicimli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Cicimli (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Cillik
Cillik — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cillik Balakən r-nunun Qazma i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi Cillik adlanan yerin yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Cil bataqlıqda, rütubətli yerdə bitən bitkinin adıdır. Ərazi bu bitki ilə örtüldüyü üçün belə adlandırılmışdır.
Aşağı Cicimli
Aşağı Cicimli — Azərbaycan Respublikasının Laçın rayonu Cicimli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Cicimli kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşağı Cicimli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == Erməni işğalınadək kənd əhalisi azərbaycanlılardan ibarət idi. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Cicimli (Bərdə)
Cicimli (əvvəlki adı: Cimcimli) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Cimcimli kəndi Cicimli kəndi adlandırılmışdır. == Toponimikası == Cicimli variantında da qeydə alınmışdır. Kəndin ərazisi Laçın r-nunun Cimcimli kəndinə aid qışlaq yeri olmuşdur. XX əsrin əvvəllərində bu kənddən köçüb gəlmiş ailələr qışlaq yerində məskunlaşmışlar. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ düzündə yerləşir. Seyid Yusifli kəndi ilə qonşudur.
Cicimli (Laçın)
Cicimli – Azərbaycan Respublikasının Laçın rayonu Cicimli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cicimli Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Buna əyani sübut kimi bu kənddə yerləşən Məlik Əjdər türbəsi, Kar künbəz abidəsi və bu abidələr ətrafında yerləşən "Çoban daş" abidəsini göstərmək olar. Cicimli kəndi XX əsrin 70-ci illərinədək bölgədə əsas məskunlaşma məntəqəsi olmuşdur. Bu kəndin mərkəzində XIX əsrin 2-ci yarısında inşa edilmiş Məscid uzun illər (Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalınadək) mədrəsə kimi fəaliiyət göstərmişdir və bu təhsil ocağında dövrünün görkəmli din xadimləri islam dinini tədris etmişlər. Peyk görüntüləri ilə müşahidə etdikdə həmin Məscid binasının bu gün də mövcud olduğunun şahidi oluruq. Cicimli kəndi 1828-ci il Türkmənçay "sülh" müqaviləsindən sonra Rusiya İmperiyasının bu ərazilərdə məskunlşdırdığı ermənilər tərəfindən 8 dəfə işğal edilib, 7 dəfə əhalisi soyrırıma məruz qalıb və bütünlüklə yandırılaraq dağıdılmışdır. Sonuncu işğal 1992-ci ilin may ayında baş verib. İşğal nəticəsində kənddə yerləşən orta məktəbin 1948-ci ildə və 1976-cı ildə inşa edilmiş binaları, İcra nümayəndəliyinin, poçtun, tikiş fabrikinin, M.Ə.Sabir adına kolxozun, klubun, kitabxananın, qarışıq mallar mağazasının, tibb məntəsinin və dəyirmanın binaları, həmçinin kənd sakinlərinə məxsus 80-ə yaxın fərdi yaşayış evi Rusiya və Ermənistan Silahlı Qüvvələri və onların himayədarlıq etdiyi erməni terrorçuları tərəfindən yandırılaraq tamamilə məhv edilmişdir. Döyüş əməlyyatları zamanı yaxınlığında heç bir hərbi hədəfin olmamasına baxmayaraq 12 may 1992-ci il tarixdə terrorçu erməni ordusuna məxsus artilleriya qurğusundan açılan atəş nəticəsində bu kənddə yerləşən XII-XIII əsr abidəsi Məlik Əjdər türbəsinin günbəz hissəsi dağıdılmışdır.
İncirlik Hərbi Hava Bazası
İncirlik Hərbi Hava Bazası (türk. İncirlik Hava Üssü; ing. Incirlik Air Base; IATA: UAB, ICAO:LTAG) — Adana ilinin İncirlik bölgəsində yerləşən hərbi hava bazasıdır. Adana şəhər mərkəzinin 8 km şərqində və Aralıq dənizinə 56 km məsafədədir. İlk olaraq ABŞ Hərbi Hava Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən baza Kral Hərbi Hava Qüvvələri tərəfindən də istifadə edilir. İncirlik Hərbi Hava Bazası Türkiyə Silahlı Qüvvələrinə aid Hərbi Hava bazalarından birisidir, üzərindəki bütün infrastrukturla birlikdə mülkiyyəti Türkiyə Cümhuriyyəti dövlətinə aiddir. Avropada taktiki nüvə silahı olan altı NATO bazasından biridir.1951-ci ildə tikintisinə başlanılan İncirlik Bazası 1951-ci ilin dekabrında Türkiyə Silahlı Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin ortaq xidməti üçün istifadəyə verildi. == Tarixi == İncirlik Hərbi Hava Bazasının qurulma qərarı 1943-cü ilin dekabrında ikinci Qahirə Konfransında verilsə də, tikintisinə İkinci Dünya müharibəsindən sonra başlanıldı. ABŞ Ordusu Mühəndislər Birliyi 1951-ci ilin bahar aylarında İncirlik Hərbi Hava Bazasının tikintisinə başladı. ABŞ Hərbi Hava Qüvvələri ilk başda orta və ağır bombardman təyyarələri üçün təcili mərhələləmə, xilas etmə yeri olaraq istifadə edilməyə planlaşdırıldı.