Cicimli – Azərbaycan Respublikasının Laçın rayonu Cicimli kənd inzibati ərazi dairəsində kənd.[1]
Cicimli | |
---|---|
39°31′00″ şm. e. 46°31′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Cicimli Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Buna əyani sübut kimi bu kənddə yerləşən Məlik Əjdər türbəsi, Kar künbəz abidəsi və bu abidələr ətrafında yerləşən "Çoban daş" abidəsini göstərmək olar. Cicimli kəndi XX əsrin 70-ci illərinədək bölgədə əsas məskunlaşma məntəqəsi olmuşdur. Bu kəndin mərkəzində XVIII əsrin 2-ci yarısında inşa edilmiş Məscid uzun illər (Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalınadək) mədrəsə kimi fəaliiyət göstərmişdir və bu təhsil ocağında dövrünün görkəmli din xadimləri islam dinini tədris etmişlər. Peyk görüntüləri ilə müşahidə etdikdə həmin Məscid binasının bu gün də mövcud olduğunun şahidi oluruq.
Cicimli kəndi 1828-ci il Türkmənçay "sülh" müqaviləsindən sonra Rusiya İmperiyasının bu ərazilərdə məskunlşdırdığı ermənilər tərəfindən 8 dəfə işğal edilib, 7 dəfə əhalisi soyrırıma məruz qalıb və bütünlüklə yandırılaraq dağıdılmışdır. Sonuncu işğal 1992-ci ilin may ayında baş verib. İşğal nəticəsində kənddə yerləşən orta məktəbin 1948-ci ildə və 1976-cı ildə inşa edilmiş binaları, İcra nümayəndəliyinin, poçtun, tikiş fabrikinin, M.Ə.Sabir adına kolxozun, klubun, kitabxananın, qarışıq mallar mağazasının, tibb məntəsinin və dəyirmanın binaları, həmçinin kənd sakinlərinə məxsus 80-ə yaxın fərdi yaşayış evi Rusiya və Ermənistan Silahlı Qüvvələri və onların himayədarlıq etdiyi erməni terrorçuları tərəfindən yandırılaraq tamamilə məhv edilmişdir. Döyüş əməlyyatları zamanı yaxınlığında heç bir hərbi hədəfin olmamasına baxmayaraq 12 may 1992-ci il tarixdə terrorçu erməni ordusuna məxsus artilleriya qurğusundan açılan atəş nəticəsində bu kənddə yerləşən XII-XIII əsr abidəsi Məlik Əjdər türbəsinin günbəz hissəsi dağıdılmışdır. 1988-ci ildən 1992-ci ilədək öz imkanları ilə, həmçinin Laçın alayının və Laçın polisinin köməkliyi ilə kəndi müdafiə edən kənd əhalisi isə soyqırım və terror təhlükəsi qarşısında qalaraq məcburi şəkildə deportasiya olunmuşdur.
İşğal dövründə Cicimli kəndinin əhalisinin 95%-ə qədəri Sumqayıt şəhərində məskunlaşıb. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Məlik Əjdər türbəsi[2], Kar günbəz, Çobandaş abidəsi və 18-ci əsrə aid məscid.
Kəndin yerləşdiyi ərazi Qarabağ vulkanik yaylasına xas olan təbiətə və relyefə malikdir. Dəniz səviyyəsindən maksimal hündürlüyü 1230m., minimal hündürlüyü isə 1000m.-dir. Hər tərəfdən çox da hündür olmayan təpəliklərlə əhatə olunan kəndi Ağçay iki hissəyə - yerli əhali tərəfindən Güney və Quzey adlandırılan hissələrə bölür. Çay şimali-qərb hissədən daxil olaraq kəndin düz ortasından - sıldırım qayalıqlar arasından şərq istiqamətində 9 km axıb keçərək Həkəri çayına qovuşur. Qışı çox sərt soyuq keçsə də, yayda maksimal temperatur müsbət 33-35 dərəcə C-dən artıq olmur.
Dekabr və yanvar aylarında Güney adlandırılan hissədə mülayim isti hava olduğu halda, Quzeydə qarın qalınlığı 25-30 sm-ə çatır.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 400 nəfər olmuşdur. İşğala qədər bu kənddə 100-dən artıq ailə təsərrüfatını özündə birləşdirən 80-ə yaxın evdə, təqribən 320 nəfər əhali yaşayırdı. Kiçik istisnalar nəzərə alınmasa kəndin əhalisi bütünlüklə türk əsilli azərbaycanlılardan ibarətdir.
Əsas təsərrüfatı heyvandarlıq və əkinçilik idi.
Hacı Allahverdi yurdu, Safxan dərəsi (və ya Səfixan dərəsi), Qoşa təpələr, Gözəloğlunun çuxuru, Çobandaş, Daranlı, Zahar kahası, Qoşa Günbəzlər, Camahanın çuxuru (və ya Camalxanın çuxuru), Oyuğun yalı, Əbilin çuxuru, Çınqıllı, Səmədin çuxuru, Qəhrəmanın çuxuru, Ağ çəvlik (türkcə çiflik, yəni ferma), Tülkü dərəsi, Şotlannı yurdu (şotlanlı kürdlərinin oba yeri), Vəlioğlunun güneyi, Başmaqçının yalı, Eşşək meydanı, Tək kol, Dübək dərəsi, Mir Həsən zəmisi, Umudun çuxuru, Çələbi yurdu, Qoşa qara qayalar, Bədəloğlunun taxtası, Muncuqçıxan, Rəfi yurdu, Novruzəkən dərə, Anbarın quzeyi, Nəbioğlunun qayası, Mayılın kahası, Mahmudun taxtası, Qırmızılıq, Puçqalıyan, Əhmədin bağ yeri, Ag daş, Qara daş, Qumluq, Sarı yoxuş, Düyütorpaq kahası, Qızıl qaya, Pəriləng kahası, Sarılıq, Göy daş, Kənd meşəsi, Div kahası, Kəmərə məhlə, Aşağı məhlə, Güney məhlə, Şıx əfəndinin (Şeyx Mir Həmzə Əfəndi) zikrə yeri, Xaləddin ağanın evi, Məscid, Daş bulaq, Daş bulağın düzü, Qırmızı daş, Çıraq daşı, Yastı daş, Qara arxac, Çatım, Yeddi bulaq, Camahan bulağı, Orta bulaq, Tacının bulağı, Rzanın kahası, Qurbanın kahası, Şor dərə, Umudun çəvliyi, Mircəfər qalası, Dübəkli, Tanəhli (və ya tənəkli), Sulu kaha, Cinlicə, Muzla bulağı, Qara gab ("Qara keçid" mənasını verir), Quş oturan qaya, Dəvə boynu, Əzimin kahası.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |