Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İşıqlanma dərəcəsi
İşıqlanma dərəcəsi (ing. illuminance, rus. освещенность, türk. aydınlatma şiddeti) – bir şeyin üzərinə düşən işığın miqdarı və ya səthin bir hissəsinin işıqlandırılması. Beynəlxalq vahidlər sistemində işıqlanmanın ölçü vahidi 1 lüks hesab olunur. Bu anlayışdan televiziya texnikasında, kompüterlərin displeylərinin və başqa oxşar optik qurğuların təsvirində istifadə edilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İşıqlanma qurşaqları
İşıqlanma qurşaqları — Yerin kürə formasında olması, öz ətrafında və Günəş ətrafındakı hərəkəti səbəbi ilə ayrı-ayrı sahələrinin vahid zaman çərçivəsində müxtəlif dərəcədə işıqlanması və istilik alması nəticəsində yaranan coğrafi hadisədir. Günəş şüalarının düşmə bucağından, gecə və gündüzün uzunluğundan, fəsillərin yaranmasından asılı olaraq Yer üzərində beş işıqlanma qurşağı ayrılır. Şimal və Cənub tropikləri arasında isti işıqlanma qurşağı (və ya tropik qurşaq) yerləşir. Burada il ərzində Yer səthi çoxlu miqdarda istilik alır, iqlim çox istidir. Tropiklər və qütb dairələri arasındakı ərazilərdə Şimal və Cənub mülayim işıqlanma qurşaqları ayrılır. Günəş burada zenitdə olmur. İlin dörd fəsli mülayim qurşaqlarda aydın hiss edilir. Şimaldan cənuba doğru iqlim istiləşir. İqlim isə bu qurşaqlar daxilində mülayimdir. Şimal qütb dairəsindən yuxarıda Şimal soyuq işıqlanma qurşağı, Cənub qütb dairəsindən aşağıda Cənub soyuq işıqlanma qurşağı ayrılır.
Sayrışan işıqlar
Sayrışan İşıqlar — tibbi məzmunlu Azərbaycan televiziya serialı. Ssenari müəllifi və rejissoru Zaur Tahirsoydur. Azərbaycan Film Akademiyası istehsalı olan serial 2020-ci ildə Xəzər TV də yayımlanıb. Azərbaycan həkimləri haqqında serial 32 seriyadan ibarətdir. Hadisələr Bakı şəhərində cərəyan edir. Yasəman doktor universitetdən sevgili olub amma ailə qura bilmədiyi Yaşar doktorla eyni klinikada işləyir. Yaşar doktor da evlənib, amma səhvi ucbatından həyat yoldaşı iflic olub. Yaşar doktor bunu özünə bağışlaya bilmir. Yasəmən doktor Fikrət doktordan uzun illərdir ki, ayrılıb. Ayrılıq zamanı Yasəmən avtoqəzaya uğrayıb və övladını itirib.
Danışan İşıqlar(1965)
== Məzmun == Təlim tərbiyə xarakterli filmin mövzusu işıqların insanlara xidməti haqqındadır. Misal üçün, işıqforun işıqları adamlara, maşınlara, dənizdə mayaklar gəmilərə yol göstərir və s. == Film haqqında == Film ilk Azərbaycan televiziya cizgi filmidir. Applikasiya filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rasim İsmayılov Rejissor: Rasim İsmayılov Operator: Vaqif Behbudov Rəssam: Rafiz İsmayılov Bəstəkar: Ruhəngiz Qasımova Səs operatoru: İqor Popov Operator assistenti: Rza Məmmədqulu == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
İşıqlar yaşayış yeri
İşıqlar yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndinin şimal-şərqində orta əsrlərə aid yaşayış yeri. Təbii cəhətdən əlverişli mövqedə yerləşmişdir. Sahəsi 46 min m²-dir. Yaşayış yerinin mərkəzində "Xərtənli bulaq" adlanan çeşmə vardır. Vaxtilə Cəhriçayın sol qolu, Canıçaydan çəkilən arxın qalıqları indi də qalmaqdadır. Bu arxın suyundan son vaxtlara qədər əkinçilikdə istifadə edilmişdir. Təbii aşınma nəticəsində yaşayış yerində əmələ gəlmiş yar ğan larda mədəni təbəqənin qalınlığı aydın izlənilir. Təbəqə müxtəlif qalınlıqda qalmış dır. Abidənin bəzi yerlərində onun qalınlığı 3-5 metrdir. Burada olan yaşayış binaları tamamilə dağılmışdır.
Danışan işıqlar (film, 1965)
== Məzmun == Təlim tərbiyə xarakterli filmin mövzusu işıqların insanlara xidməti haqqındadır. Misal üçün, işıqforun işıqları adamlara, maşınlara, dənizdə mayaklar gəmilərə yol göstərir və s. == Film haqqında == Film ilk Azərbaycan televiziya cizgi filmidir. Applikasiya filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rasim İsmayılov Rejissor: Rasim İsmayılov Operator: Vaqif Behbudov Rəssam: Rafiz İsmayılov Bəstəkar: Ruhəngiz Qasımova Səs operatoru: İqor Popov Operator assistenti: Rza Məmmədqulu == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
İşıqlar yanana qədər (film, 2012)
Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films 7 sentyabr 2012-ci ildə filmi Nyu-York və Los-Anceles şəhərlərində təqdim etmişdi. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır. Baş rolda Ture Lindhardt, Zaxari But və Culiana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del Toro və Paprika Stin oynamışdılar. Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır. 1998-ci il.
Nə qədər ki, işıqlar yanır (film, 2012)