İŞIQLANMAQ

f.
1. İşıq olmaq, aydınlaşaraq görünə bilmək, işıqla dolmaq.
[Park] yalnız yeni çıxmaqda olan ayın ziyası ilə xəfifcə işıqlanmışdı. S.Hüseyn.
Gecə tonqal yanardı; Qazma işıqlanardı. M.Seyidzadə.

// Məc. mənada.
Cahan işıqlanacaq sülh ilə, səadət ilə. Ə.Vahid.

2. Səhər açılmağa başlamaq, dan yeri sökülmək. (Bu mənada çox vaxt “hava” sözü ilə).
Gözlərimi açdım, gördüm hava təzə işıqlanır. C.Məmmədquluzadə.
İndi də ki saat dörddür, hələ işıqlanmayıb. Ə.Haqverdiyev.
Hacı Qasım işıqlanmamışdan qabaq yuxudan oyandı… E.Sultanov.
Hava işıqlanana oxşamırdı. Mir Cəlal.

3. məc. Hər hansı bir hissin təsiri ilə üzündə, gözlərində sevinc əlaməti zahir olmaq, ruhlanmaq, canlanmaq.
Qarı pulu görən kimi gözləri işıqlanıb dedi: – Mənim gözüm üstə! Aşıq Qərib”.
Bu səsləri Lütfəli eşidən kimi … şadlığından işıqlanıb güldü. İ.Musabəyov.

Синонимы

  • İŞIQLANMAQ 1. İŞIQLANMAQ Mirzə Vahid sarğıya baxınca qırışlı çöhrəsi işıqlandı (H.Abbaszadə); MÜNƏVVƏR OLMAQ Münəvvər olsun aləmlər; Görünsün mahtab, oxqay! (Aşı
İŞIQLANMA
İŞIQLAŞMA

Значение слова в других словарях

березнячо́к Бордо́ мо́ббинг позднота́ пообогре́ться безмедикаменто́зный боле́льщица воробьи́ный зажи́ливание неплодоно́сность отсо́сный палеобиогеохи́мик собача́та фиста́шник шашлы́чная blotch emulative heliometrical space out spurious unlimber желтеться задуматься изгибать клипер