Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qansu Uyğur idikutluğu
Qansu Uyğur idikutluğu — Çinin Qansu vilayətində mövcud olmuş qədim dövlət. Uyğur xaqanlığının dağılmasından sonra yaradılmışdı. == Tarixi == Uyğurların bir dəstəsi Qansuda hələ 840-cı ildən yaşayırdılar. Çin ilə ticari əməkdaşlıqları olan bu uyğurlara daha sonra 890-cı ildə Uyğur xaqanlığından qaçqın düşən uyğurlar qoşuldu.Yağlakar sülaləsindən olan və Hörmüzd xaqan olaraq da bilinən Panq Təkinin başçılığı ilə qurulan bu dövlət bir əsr yarım ömür sürmüşdü. İndiki davamçıları Sarı uyğurlardır.
Qaoçan Uyğur idikutluğu
Qaoçan Uyğur idikutluğu — İndiki Sintzyan Uyğur muxtar vilayəti ərazisində mövcud olmuş dövlət. == Tarixi == İdikut dövləti tarix səhnəsinə ilk dəfə Uyğur xaqanlığının devrilməsindən sonra, 843-cü ildə çıxmışdı. Məngli yabqu başçılığında hərəkət edən uyğurlar Qaraşəhər və Qaraxocanı ələ keçirib öz dövlətini qurdu. Dövlət 857-ci ildə Tan sülaləsi tərəfindən tanınmışdı.Kutadqu Bilik (福樂智慧) kitabı bu dövlətdə yazılmışdır. == Hökmdarları == == İstinadlar == == Xarici keçidlər == Краткий очерк культуры Уйгурского Турфанского идыкутства УЙГУРИЯ В VII–IX вв.
Dikun
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
İdiquz (Miyanə)
İdiquz (fars. ايدي گوز‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (31 ailə).
İdiot (roman)
İdiot (rus. Идиот) — XIX əsr rus yazıçılarından Dostoyevskinin 1868-ci ildə yazdığı bir romandır. == Məzmun == Fyodor Dostoyevski bu əsərində, sara xəstəsi bir gənc adamın mərkəzinə yerləşdirdiyi bir dünyada dürüst və açıq bir insan olaraq yaşamağın çətinliklərinə toxunmaqda və cəmiyyətin nə qədər də iki üzlü bir sistem üzərinə söykənərək ayaqda dayandığını göz önünə çıxarır. Belə bir dünyada dürüst olmaq "idiot" olmaqdır. Roman bir Dostoyevski klassikası olaraq son dərəcə axıcı və dərindir. Psixoloji maddələrin ağırlıqlı olduğu bir əsərdir. Dostoyevski burda ideal kişi tipini yaratmaq istəmişdir. XIX əsr ortalarında keçən romanın qəhrəmanı Knyaz Lev Mışkin, sara xəstəsidir. Müalicə gördüyü İsveçrədən qayıdanda əlindəki geyimdən başqa heç bir şeyi yoxdur. Peterburqda özüylə uzaqdan qohum olan Lizaveta Prokovyevnanı və General olan yoldaşını görmək üzrə Yepançinlgilə gedər.
İdiot (film, 1992)
Axmaq — Fyodor Dostoyevskinin "İdiot" romanı əsasında çəkilmiş hind filmi. Rejissoru Mani Kaul olan filmin baş rollarında Şahrux Xan və Ayub Xan-Din yer almışdır. Film 8 oktyabr 1992-ci ildə Nyu-York film festivalında nümayiş etdirilmişdir. Hekayənin bu versiyasında Şahzadə Miskin (Xan-Din) muasir Mumbayda yaşayan, epilepsiya xəstəliyinə tutulmuş şəxs olaraq göstərilir.
Mən necə idiot oldum (roman)
"Mən necə idiot oldum" — Martin Paj tərəfindən yazılmış fəlsəfi roman. Yazıçının ilk romanıdır. 2001-ci ildə "Le Dilettante" nəşriyyatı tərəfindən çap edilmişdir. Kitab Avroregional məktəblər arası ədəbiyyat mükafatını qazanıb. Bu mükafatın qalibini Belçika, Hollandiya və Almaniyadan tələbələr seçir. == Haqqında == Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Roman, demək olar ki, sözbəsöz sitatlara bölündü. İnternet saytlarında Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olar.
Irkut MS-21
İrkut MS-21 (rus. МС‑21 "Магистральный Самолёт 21 века", MS-21 "Magistralni Samolyot 21 veka" - 21. Əsrin sərnişin təyyarəsini), United Aircraft Corporation (UAC) bağlı "Иркут" və Yakovlev tərəfindən hazırlanmış və istehsalı həyata keçirilməsi plananan 150-212 nəfərlik qısa və orta-uzaq mənzilli, iki mühərrikli sərnişin təyyarəsidir. Tupolev Tu-154 və Tu-204/214 təyyartələrini əvəz etmək üçün , MC-21-in sertifikatlaşdırmasının və təslimatının 2016-cı ildə həyata keçirilməsi planlaşdırılmışdır, lakin təslimat 2017-ci ilə ertələnir.