Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İdiot (roman)
İdiot (rus. Идиот) — XIX əsr rus yazıçılarından Dostoyevskinin 1868-ci ildə yazdığı bir romandır. == MƏZMUN == Fyodor Dostoyevski bu əsərində, sara xəstəsi bir gənc adamın mərkəzinə yerləşdirdiyi bir dünyada dürüst və açıq bir insan olaraq yaşamağın çətinliklərinə toxunmaqda və cəmiyyətin nə qədər də iki üzlü bir sistem üzərinə söykənərək ayaqda dayandığını göz önünə çıxarır. Belə bir dünyada dürüst olmaq "idiot" olmaqdır. Roman bir Dostoyevski klassikası olaraq son dərəcə axıcı və dərindir. Psixoloji maddələrin ağırlıqlı olduğu bir əsərdir. Dostoyevski burda ideal kişi tipini yaratmaq istəmişdir. XIX əsr ortalarında keçən romanın qəhrəmanı Knyaz Lev Mışkin, sara xəstəsidir. Müalicə gördüyü İsveçrədən qayıdanda əlindəki geyimdən başqa heç bir şeyi yoxdur. Peterburqda özüylə uzaqdan qohum olan Lizaveta Prokovyevnanı və General olan yoldaşını görmək üzrə Yepançinlgilə gedər.
İdiot (film, 1992)
Axmaq — Fyodor Dostoyevskinin "İdiot" romanı əsasında çəkilmiş hind filmi. Rejissoru Mani Kaul olan filmin baş rollarında Şahrux Xan və Ayub Xan-Din yer almışdır. Film 8 oktyabr 1992-ci ildə Nyu-York film festivalında nümayiş etdirilmişdir. Hekayənin bu versiyasında Şahzadə Miskin (Xan-Din) muasir Mumbayda yaşayan, epilepsiya xəstəliyinə tutulmuş şəxs olaraq göstərilir.
Mən necə idiot oldum (roman)
"Mən necə idiot oldum" — Martin Paj tərəfindən yazılmış fəlsəfi roman. Yazıçının ilk romanıdır. 2001-ci ildə "Le Dilettante" nəşriyyatı tərəfindən çap edilmişdir. Kitab Avroregional məktəblər arası ədəbiyyat mükafatını qazanıb. Bu mükafatın qalibini Belçika, Hollandiya və Almaniyadan tələbələr seçir. == Haqqında == Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Roman, demək olar ki, sözbəsöz sitatlara bölündü. İnternet saytlarında Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olar.