Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İdxal
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir.Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". == İqtisadiyyatı == Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Ağ xalat
Ağ xalat — tibb sahəsində həkimlər tərəfindən istifadə olunan geyim növü. == Tarixi == Ağ xalatın demək olar ki, 150 ildən çox yaşı var. Bu xalatlar pasiyentləri infeksiyalardan və yoluxucu bakteriyalardan qorumaq məqsədilə düşünülmüşdür. Ağ xalatların yaranması ilə bağlı iki əsas versiya mövcuddur. Bir versiyaya görə, ağ xalatın ilk yaradıcısı ingilis həkimi Cozef Lister (1827–1912) olmuşdur. Digər bir versiyaya görə isə, ilk dəfə həkimlərə ağ xalat geyməyi məşhur rus cərrahı Nikolay Piroqov (1810–1881) təklif etmişdir. Həmkarları öz xatirələrində Piroqov haqqında yazırdılar ki, -"o, o qədər təmizkar və təmizliyi sevən bir həkim idi ki, əməliyyatlardan əvvəl hətta sarğı materiallarını da mikroskopla yoxlayarmış". == Tənqidlər və qadağalar == === Tənqidlər === 20 il bundan öncə onlar müxtəlif sahələrdə çalışan həkimlərin 100 ədəd xalatlarını mikroskop altında analizdən keçirmişlər. Xalatların əksəriyyətində "qızılı stafilokok" (üzüm salxımına oxşar qruplar şəklində yerləşmiş bakteriya) aşkarlanmışdır. Merilend Universitetindən olan alimlər isə bundan bir neçə il sonra məhz elə ağ xalatlar vasitəsilə xəstəliklərin bir pasiyentdən digərinə keçdiyini iddia etdilər.İlk öncə iradlar ağ xalatların qollarına idi.
Sehrli xalat (film)
"Sehrli xalat" — rejissor Əlisəttar Atakişiyevin filmi. == Məzmun == Filmdə məşhur illüzionist İo Kionun (Anatoli Falkoviç) köməyi ilə uşaqlar bir növ keçmişə və gələcəyə səyahət edirlər. Burada hər iki dövrə həmin dövrün uşaqlarının gözü ilə baxılır. == Film haqqında == Rəşid rolunun ifaçısı Azər Qurbanov rusdilli olduğundan filmin Azərbaycan variantında onu Yusif Şeyxov səsləndirmişdir. Pioner rollarında çəkilmək üçün 500-600 uşaq sınaq çəkilişlərindən keçib. Filmin kinomusiqisi bəstəkar Arif Məlikovun yazdığı ilk kinomusiqidir. Film haqqında "50 illik sehr" adlı sənədli film çəkilmişdir. 2014-cü ildə filmin 50 illiyi qeyd olunmuşdur. Film Bakıda Maştağa qəsəbəsində və İçərişəhərdə, İsmayıllı rayonunun Cülyan kəndində, eləcə də Belorusiya SSR-in paytaxtı Minsk şəhərində pavilyonda çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Aleksandr Tarasov, Əlisəttar Atakişiyev Quruluşçu rejissor: Əlisəttar Atakişiyev Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Məmməd Hüseynov, Cəbrayıl Əzimov Bəstəkar: Arif Məlikov Səs operatoru: Paşa İbrahimov Dirijor: Niyazi Geyim rəssamı: Qəzənfər Xalıqov Qrim rəssamı: V. Bereznyakov Montaj edən: Tahirə Babayeva Redaktor: Ədhəm Qulubəyov Operator: Əlihüseyn Hüseynov Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Rejissor assistenti: Əşrəf Mamayev, Tələt Rəhmanov, Əli Məmmədov, A. Süleymanov Operator assistenti: İ. Qafarov, Ramiz Babayev Dekor rəssamı: T. Abdullazadə Filmin direktoru: V. Dudiyev, S. Kolpakov === Rollarda === Azər Qurbanov — Rəşid Solmaz Hətəmova — Zərifə Kolya Loginov — Petya Yusif Şeyxov — Eldar Əliağa Ağayev — Xan Anatoli Falkoviç — İo Kio Möhsün Sənani — Möhsün Ağayev Ağahüseyn Cavadov — baş vəzir İsmayıl Osmanlı — vəkil Hüseynağa Sadıqov — vəzir Məmməd Sadıqov (Məmməd Sadıxov kimi) — münəccim başı Əfrasiyab Məmmədov — sərdar Ələkbər Hüseynzadə — qoca Mollağa Bəbirli — xəzinədar Bahadur Əliyev — yaraqlı Lütfi Məmmədbəyli — Eynulla müəllim Tələt Rəhmanov — milis işçisi A. Şükürov — məktəbli K. Nemətova — məktəbli Nazim Mustafayev — Arif T. Rəsulov — məktəbli Ə. Əhmədova — məktəbli Məmmədsadıq Nuriyev — tacir Əli Xəlilov — tacir Arif Mədətov — sirk artisti Almaz Mustafayeva — Səidə Zamiq Əliyev — tar çalan (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Yusif Vəliyev — İo Kio (Anatoli Falkoviç) (titrlərdə yoxdur) Bahadur Əliyev — milis işçisi (Tələt Rəhmanov) (titrlərdə yoxdur) Müxlis Cənizadə — Eynulla müəllim (Lütfi Məmmədbəyli) (titrlərdə yoxdur) Yusif Şeyxov — Rəşid (Azər Qurbanov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Eldar (Yusif Şeyxov) (titrlərdə yoxdur)Əlizaman Qasımov - Möhsün Ağayev (Möhsün Sənani) (titrlərdə yoxdur) Süleyman Ələsgərov (aktyor) - qoca (Ələkbər Hüseynzadə)(titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Ə.Azad.
Sehrli xalat (film, 1964)

Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala (kitab)
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala — akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanmış ikicildli monoqrafiya. Kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən iki cilddə nəşr edilmiş, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuşdur. Kitabda ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazı tədqiqata cəlb edilərək, ədəbiyyatın Heydər Əliyev fenomeninə münasibəti, reaksiyası, dahi şəxsiyyətin bədii əsərlərdə obrazının təcəssümlənməsi məsələləri sistemli tədqiq olunmuşdur.Kitabın təqdimatı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keşirilmişdir. == Birinci cild == İnstitutun elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın birinci hissəsinin rəyçiləri professorlar Məmməd Əliyev və Məhərrəm Qasımlı, məsul redaktoru isə Tehran Əlişanoğludur. Birinci kitab 400 səhifə həcmində, altı fəsildən ibarətdir. Giriş - "Ədəbiyyatın yüksək amalı və böyük borcu" (akademik İsa Həbibbəyli) birinci fəsli - “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” (akademik İsa Həbibbəyli) ikinci fəsli - “Poeziyada Heydər Əliyev idealı” (Filologiya üzrə elmlər doktoru, dosent Elnarə Akimova) üçüncü fəsli - “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı” (AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu) dördüncü fəsil - “Dahiyə layiq bədii-sənədli epopeya” (Filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova) beşinci fəsil - “Uşaq ədəbiyyatında Heydər Əliyev mövzusu” (Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı) altıncı fəsil - “Heydər Əliyevin ədəbi-filoloji portreti” (Filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərli) == İkinci cild == 2019-cu ildə çap olunan “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” kitabının ikinci cildi Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə başlamasının 50 illiyinə ithaf olunub. Monoqrafiyada akademik İsa Həbibbəyli “Heydər Əliyev epoxası: dahilik, zaman və müasirlik”, “İlham Əliyev erası”, “Azərbaycan Heydər Əliyevşünaslığı: nailiyyətlər və vəzifələr” başlıqlı üç sanballı tədqiqatla Ümummilli Liderin tarixi və bədii obrazını yaradıb. İkinci kitabda, həmçinin Elnarə Akimovanın “Ulu Öndər yolunun davamı və sabahı – İlham Əliyev”, Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru (xarici ölkələrin publisistikasında Heydər Əliyev obrazı)”, Aygün Bağırlının “Heydər Əliyevin bədii obrazı dramaturgiya və teatrda”, Əlizadə Əsgərlinin “Elmi-ədəbi fikirdə Heydər Əliyev dühası” kimi əhatəli yazıları da yer alıb.İkinci kitabın rəyçisi AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru Tehran Əlişanoğludur.