Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrigöz kilkə
İrigöz kilkə (lat. Clupeonella grimmi) — Xəzər dənizində yaşayan endemik növdür. == Yayılması == İrigöz kilkə Cənubi və Orta Xəzərin 40-50- m-dən yuxarı (200–500 m və daha çox) dərinliklərində yayılmışdır.Belə sahələr Xəzər dənizinin ümumi sahəsinin 50% - dən çoxunu (200 min km2 ) təşkil edir. İrigöz kilkə üst qatlardan çəkinərək Xəzərin daha dərin qatlarında yaşamağa uyğunlaşdığından dənizdə neft çıxarılan ərazilərdə (müqavilə sahələrində) daha çox təsadüf edilir. Mövsümlə əlaqədar olaraq irigöz kilkə areal daxilində müntəzəm olaraq öz yerini dəyişir. Belə ki, qış - yaz mövsümündə irigöz kilkə Cənubi Xəzərin şimali-qərbində və şərq hissəsində, payız mövsümündə isə Cənubi və Orta Xəzərin şimali - qərbində külli miqdarda toplanır. Adi və ançousabənzər kilkə növlərinə nisbətən irigöz kilkənin başı böyük, gözləri iri, üzgəcləri isə uzun olur. İrigöz kilkə digər kilkələrlə yanaşı Xəzər ixtiofaunasmm vətəgə əhəmiyyətli ən kiçik balıqlarından olub, uzunluğu 45–120 mm-ə, nadir hallarda isə 150 mm-ə çatır. == Morfoloji əlamətləri == D 12-18, orta hesabla 14,8, A 18-21, qəlsəmə dişiciklərini sayı 43-51, orta hesabla 47,4, omurğa pulcuqlarının ümumi sayı 21-30, orta hesabla 26,0-dır. Başı hündür və böyükdür, başının uzunluğu bədən uzunluğunun 23,5%-dən çoxdur.
İrigöz siyənək
İrigöz siyənək (lat. Alosa brashnikovi autumnalis) — siyənəkkimilər fəsiləsinin az saylı növüdür. == Yayılması == Xəzər dənizində yayılmışdır. Azərbaycanda əsasən Cənubi Xəzərin qərb sahil sularında yayılmışdır. Yay fəsilində Yalama Dəvəçi və Giləzi kəsimlərində yayıldığı müşahidə edilmişdir. == Morfoloji əlamətləri == D III-IV (V) 13 - 15, ümumi sayı 16 - 19 (18.0), A (II) III (IV) 16 - 20 (18.5), ümumi sayı 19 - 23 (21.5), qəlsəmə dişciklərinin sayı 25 - 36 (30.0), gövdə fəqərələrin sayı 49 - 52 (50.5), quyruq fəqərələrin sayı 33 - 35 (33.9)-dir. Dişciklər kobud, yastı, əyriüyrü və qəlsəmə yarpaqcıqlarından bir qədər uzundur. Başı və bel tərəfi yaşıl rəngə çalır. Uzunluğu 41 sm-ə qədər olur. == Yaşayış yeri və həyat tərzi == Dəniz siyənəyi olub, çoxalmaq üçün şirin sulara girmir.
İrigöz tunes
İrigöz tunes (lat. Thunnus obesus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü. Əhəmiyyətli bir ticari balıq olan İrigözlü tunes , isti və ilıq dənizlərin açıqlarında tapılar, amma Aralıq dənizidə tapılmaz. Boyu 60-250 sm olar. Başı və gözləri digər tunes böyükdür. Bədənlərinin üst qisimi tünd əmtəəlik mavi, qarınına doğru boz ya da ağlaşar. Kürək və anal üzgəcləri sarı rəngdir. İrigözlü tunes bir çox fərqli balıq növləri yumşaqcalar və qabıqlılar ilə bəslənər.
İrigöz şişqarın
İrigöz şişqarın (lat. Alosa saposchnikowii) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Orta və Şimali Xəzərin qərb sahillərinə yaxın yayılmışlar. Cənubi Xəzərdə az miqdarda təsadüf olunur. == Morfoloji əlamətləri == Bədəni uzunsov-hündürdür. Bel üzgəcində 12–15, anal üzgəcində 15–21 şüa var, qəlsəmə dişcikləri seyrəkdir, uzun və kobuddur, sayı 27-dən 40-a qədərdir. Gözləri iri, dişləri möhkəmdir. Hər iki çənədə və xış sümüyündə yaxşı inkişaf etmiş dişlər vardır. Ən irisinin uzunluğu 35 sm-ə çatır, əksəriyyəti 14–21 sm uzunluqda olur, 8 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Daim dənizdə yaşayan irigöz şişqarına Xəzərin hər yerində təsadüf olunur.
İkimiz (albom)
İkimiz – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. == Albom haqqında == Tərkibində 14 mahnı olan alboma Hacı Nazim, Abbas Bağırov, Ceyhun İsmayılov, Emin Sabitoğlu, Nailə Mirməmmədli, Zeynəb Xanlarova, Sevda Məmmədli, Nizami Rəmzinin bəstələri daxildir.
İkiqai
İkiqai və ya İkiqay (生き甲斐, azərb. "Həyatın mənası"‎) həyatın məna və sevincini təsvir edən yaponca bir anlayışdır. Sərbsət tərcümə etsək ikiqai "yaşamağadəyər olan bir şey/səbəb"-i təsvir edir. Bu anlayış yaponca "iki" (azərb. "həyat/yaşam"‎) və "qai" (azərb. "məna/dəyər/səbəb"‎) sözlərindən təşkil olunub. Yaponca ikiqai müxtəlif kontekstlərdə də istifadə olunur; bu söz böyük məqsəd və uğurları təsvir etdiyi kimi, eləcə də gündəlik həyatdakı kiçik şeyləri təsvir etdir. Bu termin Yaponiyada o qədər geniş yayılmışdır ki, insanlar ondan əsas xüsusi mənasına diqqət etmədən hər gün təsadüfü istifadə edirlər. Ən əsası odur ki, ikiqai üçün iş həyatında müvəffəqiyyətli olmaq elə də vacib deyil. Bu mənada, o həyatın cürbəcür sahələrinə nüfuz etmiş demokratik bir ifadədir.
İkiqay
İkiqai və ya İkiqay (生き甲斐, azərb. "Həyatın mənası"‎) həyatın məna və sevincini təsvir edən yaponca bir anlayışdır. Sərbsət tərcümə etsək ikiqai "yaşamağadəyər olan bir şey/səbəb"-i təsvir edir. Bu anlayış yaponca "iki" (azərb. "həyat/yaşam"‎) və "qai" (azərb. "məna/dəyər/səbəb"‎) sözlərindən təşkil olunub. Yaponca ikiqai müxtəlif kontekstlərdə də istifadə olunur; bu söz böyük məqsəd və uğurları təsvir etdiyi kimi, eləcə də gündəlik həyatdakı kiçik şeyləri təsvir etdir. Bu termin Yaponiyada o qədər geniş yayılmışdır ki, insanlar ondan əsas xüsusi mənasına diqqət etmədən hər gün təsadüfü istifadə edirlər. Ən əsası odur ki, ikiqai üçün iş həyatında müvəffəqiyyətli olmaq elə də vacib deyil. Bu mənada, o həyatın cürbəcür sahələrinə nüfuz etmiş demokratik bir ifadədir.
Kifoz
Kifoz - İnsan onurğasında baş verən qeyri-normal əyriliklərdən biri; onurğanın döş nahiyəsində önə doğru əyilməsi. Qozbelliyin əmələ gəlməsinə səbəb olur.
İdiquz (Miyanə)
İdiquz (fars. ايدي گوز‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (31 ailə).
İkiqat dolma
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək. == Tarixçə == İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir. == Xüsusiyyətləri == Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur; kələmə bükülmüş yarpaq özü də yaxşı bişir; kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir.Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır. == Süfrəyə verilməsi == Sumqayıt dolması süfrəyə ilıq şəkildə verilir.
İkiqat inteqral
İkiqat inteqral birdən çox dəyişəni olan funksiyaların müəyyən inteqralının ümumi formasıdır, məsələn f(x, y) və ya f(x, y, z). R2 sahəsində ikidəyişənli funksiyanın inteqralı ikiqat inteqral,R3 sahəsində üçdəyişənli funksiyanın inteqralı isə üçqat inteqral adlanır. == Giriş == Birdəyişənli müsbət funksiyanın müəyyən inteqralının funksiya ilə x oxu arasındakı hissənin sahəsini ifadə etdiyi kimi, ikidəyişənli müsbət funksiyanın ikiqat inteqralı da funksiya tərəfindən təyin olunan əyri ilə (üçdəyişənli Kartezian müstəvisində z = f(x, y)) sahəni əhatə edən müstəvinin həcmini təyin edir. (Eyni həcm üçqat inteqralla da tapıla bilər f(x, y, z) = 1) Əgər funksiya çoxdəyişənlidirsə o zaman ikiqat integral çoxölçülü funksiyanın hiper həcmini ifadə edəcək. : == Riyazi tərif == n > 1 halı üçün "yarı açıq" n-ölçülü hiper dördbucaqlı T domeninin təyinatı: T = [ a 1 , b 1 ) × [ a 2 , b 2 ) × ⋯ × [ a n , b n ) ⊆ R n . {\displaystyle T=\left[a_{1},b_{1}\right)\times \left[a_{2},b_{2}\right)\times \cdots \times \left[a_{n},b_{n}\right)\subseteq \mathbf {R} ^{n}.} Hər interval bölgüsü [aj, bj) sonlu Ij ailəsinin örtüşməyən alt intervalı olan ijα, ilə sol tərəfdən bağlı sağ tərəfdən isə açıqdır. Beləliklə sonlu alt dördbucaqlı ailəsi olan C C = I 1 × I 2 × ⋯ × I n {\displaystyle C=I_{1}\times I_{2}\times \cdots \times I_{n}} şəklində verilir və T `nin bir bölgüsüdür;alt dördbucaqlı Ck örtüşməyəndir və onların birləşməsi T `dir. f : T → R , Tüzərində təyin olunan funksiyadır.Hesab edək ki T `nin hissəsi olan C, m ald dördbucaqlılar ailəsidir, Cm və T = C 1 ∪ C 2 ∪ ⋯ ∪ C m {\displaystyle T=C_{1}\cup C_{2}\cup \cdots \cup C_{m}} (n + 1) ölcülü həcmin Riman cəmi ∑ k = 1 m f ( P k ) m ⁡ ( C k ) {\displaystyle \sum _{k=1}^{m}f(P_{k})\,\operatorname {m} (C_{k})} Pk , Ck `da yerləşən nöqtədir və m(Ck) intervalların uzunluqları hasilidir. S = lim δ → 0 ∑ k = 1 m f ( P k ) m ( C k ) {\displaystyle S=\lim _{\delta \to 0}\sum _{k=1}^{m}f(P_{k})\,\operatorname {m} \,(C_{k})} . Əgər f Riman mənada inteqrallanandırsa, S ,T üzərində f funksiyasının Riman inteqralı adlanır və bu təyin olunur: ∫ ⋯ ∫ T f ( x 1 , x 2 , … , x n ) d x 1 ⋯ d x n {\displaystyle \int \cdots \int _{T}\,f(x_{1},x_{2},\ldots ,x_{n})\,dx_{1}\!\cdots dx_{n}} Bu ifadə adətən aşağıdakı formada ifadə olunur: ∫ T f ( x ) d n x .
Ekiqo Ehiosun
Ekiqo Ehiosun - Nigerialı Futbolçu. Ekiqo Ehiosun Azərbaycan komandalarından Qəbələdə çıxış edir. Ehiosun 1990-cı ildə doğlub.
İkiqat lələkyarpaq yatıqqanqal
İkiqat lələkyarpaq yatıqqanqal (lat. Bidens bipinnata) — üçbarmaq cinsinə aid bitki növü.
İkiqat şah (şahmat)
İkiqat şah — Şahmat termini Eyni vaxtda iki fiqurun şaha təhlükə törətməsi.
Zombilənd: İkiqat Atəş
Zombieland: Double Tap rejissoru Ruben Fleischer olan və Rhett Reese, Paul Wernick və Dave Callaham tərəfindən müştərək formada süjet xətti yazılmış Amerika qorxu/komediya/macəra filmidir. Bu, uydurma zombi apokalipsisində yolları kəsişən dörd dostun sağ qalmasından bəhs edən Zombieland filminin davamıdır. Filmdə hadisələr Ağ Evdə baş verir. == İstinadlar == Amansız və qorxmaz dörd zombi ovçusu daxili səyahətlərini davam etdirir. Bu dəfə onlar yalnız canlı ölülərin yeni növləri ilə mübarizə aparmalı, digər sağ qalanlarla da tanış olmalıdırlar. Bundan əlavə, qəhrəmanlarımızın sıralarında ciddi fikir ayrılığı müşahidə olunur.
İkiqat Sosialist Əməyi Qəhrəmanı
İki dəfə Sosialist Əməyi Qəhrəmanı — 221 nəfər bu ada layiq görülüb.
İkiqat Sovet İttifaqı Qəhrəmanı
İkiqat Sovet İttifaqı Qəhrəmanı (rus. Дважды Герои Советского Союза) — 154 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilən şəxslərə ikinci dəfə "Qızıl Ulduz" medalı verilərək, vətənində ona burunc büst qoyulurdu. Azərbaycanda bu ada ikinci dəfə general-mayor Həzi Aslanov layiq görülmüşdür.
İkiqat lələkyarpaq yalançı sabunağacı
İkiqat lələkyarpaq yalançı sabunağacı (lat. Koelreuteria bipinnata) == Təbii yayılması == Şimali Çin, Kоrеya və Şərqi Mоnqоlustanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 8 m-ə çatan dеkоrativ ağacdır. Yarpaqları lələkvaridir. Yarpaq bölünməsinin üç hissəli olması bitkiyə daha çox dekorativ görünüş verir. Bölünmənin birinci cərgəsi cüt-lələkvari, ikincisi (xırda yarpaqların hissələrə bölünməsi) cüt olmayan lələkvaridir. Yayın ortalarında, çiçəkləmə dövründə, tünd yaşıl çətiri çoxsaylı və iri sarı çiçəklərlə örtüldükdə çox gözəl olur. Çiçəkləri yazda cüt, ağ, içərisi yumru, xırda, qara- qonur, bərk toxumludur. Çiçəkləyir və cücərmə qabiliyyətinə malik tоxum vеrir. Tоxumlar və kök pöhrələri ilə çоxalır.
İkiqat partlayış (film, 1994)
İkiqat partlayış (ing. Double Blast) — 1994-cü ildə Tim Sprinq tərəfindən çəkilən döyüş filmi janrlı ABŞ filmidir. == Məzmun == Klaudia arxeoloq qadındır. Kikboks üzrə çempionla birlikdə qızıl axtarışına çıxırlar, lakin bu axtarışda çoxlu macəralar baş verir… == Rollarda == == Xarici keçidlər == İkiqat partlayış — Internet Movie Database saytında.
İkiqat zərbə (film, 1991)
İkiqat zərbə (ing. Double Impact) — 1991-ci ildə Şeldon Lettiç tərəfindən çəkilən ABŞ filmidir. Filmdə baş rolu canlandıran Jan-Klod Van Damm, filmin ssenari müəllifi və prodüserlərindən biridir. == İstinadlar == == Xarici keçidlər == İkiqat zərbə — Internet Movie Database saytında.
Zombilənd: İkiqat Atəş (film, 2019)
Zombieland: Double Tap rejissoru Ruben Fleischer olan və Rhett Reese, Paul Wernick və Dave Callaham tərəfindən müştərək formada süjet xətti yazılmış Amerika qorxu/komediya/macəra filmidir. Bu, uydurma zombi apokalipsisində yolları kəsişən dörd dostun sağ qalmasından bəhs edən Zombieland filminin davamıdır. Filmdə hadisələr Ağ Evdə baş verir. == İstinadlar == Amansız və qorxmaz dörd zombi ovçusu daxili səyahətlərini davam etdirir. Bu dəfə onlar yalnız canlı ölülərin yeni növləri ilə mübarizə aparmalı, digər sağ qalanlarla da tanış olmalıdırlar. Bundan əlavə, qəhrəmanlarımızın sıralarında ciddi fikir ayrılığı müşahidə olunur.