Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlxıçı
İlxıçı bu mənalarda gələ bilər: İlxıçı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. İlxıçı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı Məmmədxan — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı Həsən Əfəndi — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı (İran) — Şərqi Azərbaycan ostanının Üskü şəhristanının İlxıçı bəxşində yerləşən bir şəhərdir.
İlxıçı (Ağsu)
İlxıçı — Azərbaycan Respublikasının Ağsu rayonunun Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Keçmiş adı İlxıçı Əlicanlı olmuşdur. Yaşayış məntəqəsi Şahsevən tayfa birliyinə daxil olan ilxıçıların bir qrupuna başçılıq edən Əlican adlı Şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır.
İlxıçı (Xaçmaz)
Məmmədxanlı (keçmiş İlxıçı) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qalağan kənd inzibati ərazi dairəsində kənd. Məmmədxanlı kəndi Ərəb, Hacılar, Keymərəz, Qalağan və Sayad kəndləri ilə birlikdə Qalağan kənd bələdiyyəsinin idarəetməsi altındadır. Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kəndin keçmiş adı Məmmədxan İlxıçı olmuşdur. Məmmədxan həmin kənddə məskunlaşmış ilxıçı tayfasına mənsub ailələrin başçısının adı olmuşdur. Kənd bəzi mənbələrdə İlxıçı Məmmədxan və ya İlxıçı kimi də adlandırılmışdır. İlxıçı Səlcuq türklərinin tayfa adıdır. Bu türk tayfaları Osmanlı imperatorluğu dövründə doğma vətənləri Anadolunu tərk edərək Azərbaycana gəldilər və daimi olaraq burada qaldılar. Bu tayfalar (İlxıçı və Qaradağlı – Q.İ.) Azərbaycana köçdükləri vaxtdan öz qəbiləçilik təşkilatlarını unudaraq, başqa türk əhalisiylə qarışmışlar. Öz qəbilələri adıyla iz buraxdıqları oykonimlərdən başqa, onlardan bir iz qalmamışdır.
İlxıçı (dəqiqləşdirmə)
İlxıçı bu mənalarda gələ bilər: İlxıçı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. İlxıçı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı Məmmədxan — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı Həsən Əfəndi — Azərbaycanın Xaçmaz rayonunda kənd. İlxıçı (İran) — Şərqi Azərbaycan ostanının Üskü şəhristanının İlxıçı bəxşində yerləşən bir şəhərdir.
İlxıçı (İran)
İlxıçı — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanının İlxıçı bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 13,927 nəfər və ya 4,014 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Bu şəhərin əhalisinin məzhəbi Əhli Haqqdır.
İlxıçı (Ərdəbil)
İlxıçı (fars. ايلخچي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 169 nəfər yaşayır (38 ailə).
İlxıçı Məmmədxan
Məmmədxanlı (keçmiş İlxıçı) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qalağan kənd inzibati ərazi dairəsində kənd. Məmmədxanlı kəndi Ərəb, Hacılar, Keymərəz, Qalağan və Sayad kəndləri ilə birlikdə Qalağan kənd bələdiyyəsinin idarəetməsi altındadır. Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kəndin keçmiş adı Məmmədxan İlxıçı olmuşdur. Məmmədxan həmin kənddə məskunlaşmış ilxıçı tayfasına mənsub ailələrin başçısının adı olmuşdur. Kənd bəzi mənbələrdə İlxıçı Məmmədxan və ya İlxıçı kimi də adlandırılmışdır. İlxıçı Səlcuq türklərinin tayfa adıdır. Bu türk tayfaları Osmanlı imperatorluğu dövründə doğma vətənləri Anadolunu tərk edərək Azərbaycana gəldilər və daimi olaraq burada qaldılar. Bu tayfalar (İlxıçı və Qaradağlı – Q.İ.) Azərbaycana köçdükləri vaxtdan öz qəbiləçilik təşkilatlarını unudaraq, başqa türk əhalisiylə qarışmışlar. Öz qəbilələri adıyla iz buraxdıqları oykonimlərdən başqa, onlardan bir iz qalmamışdır.
İlxıçı bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İlxıçı (Şərqi Azərbaycan)
İlxıçı — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanının İlxıçı bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 13,927 nəfər və ya 4,014 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Bu şəhərin əhalisinin məzhəbi Əhli Haqqdır.
İlxıçı Həsən Əfəndi
İlxıçı Həsən Əfəndi — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Niyazoba kənd inzibati ərazi dairəsində kənd. İlxıçı kəndi Samur-Dəvəçi ovalığındadır. Kəndin keçmiş adı İlxıçı Həsən Əfəndi olmuşdur. Quba xanları tərəfindən xanlığın qazısı Həsən Əfəndiyə bağışlanmış və vergilərdən azad edilmiş ilxıçı tayfasının məskunlaşdığı kənd olmuşdur.
İlxıçı-i Süfla (Germi)
''İlxıçı-i Süfla (fars. ايلخچي سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 271 nəfər yaşayır (52 ailə).
İlxıçı-i Ülya (Germi)
İlxıçı-i Ülya (fars. ايلخچي عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 80 nəfər yaşayır (17 ailə).
İlxıçı Həsən Əfəndi bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qışlaq-i İlxıçı-i Süfla (Germi)
Qışlaq-i İlxıçı-i Süfla (fars. قشلاق ايلخچي سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (10 ailə).
Qışlaq-i İlxıçı-i Ülya (Germi)
Qışlaq-i İlxıçı-i Ülya (fars. قشلاق ايلخچي عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 80 nəfər yaşayır (15 ailə).
İlxıçılar
İlxıçılar (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. İlxıçılar (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.
İlxıçılar (Ağdam)
İlxıçılar — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci il tarixində işğaldan azad edilib.
İlxıçılar (Tərtər)
İlxıçılar — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Tərtər rayonunun Azad Qaraqoyunlu inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqələri ilxıçılar tayfasının məskunlaşması nəticəsində yarandığından belə adlandırılmışdır..
İlxıcı (Həştrud)
İlxıcı (fars. ايلخچي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 204 nəfər yaşayır (37 ailə).
İlxı
İlxı — at, dəvə sürüsü. İlxı heyvanın yaşından və cinsindən asılı olaraq təşkil edilir. Hər at ilxısında qulunla birlikdə 80–120 madyan və ya bir yaşardan yuxarı 120–150 baş dayça saxlanılır. İlxı heyvanların ilboyu saxlanması, yaxu otarılması üçün təşkil edilir.
Bilici
Bilici Qorğan — Şabran rayonunda kənd. Dağ Bilici — Şabran rayonunda kənd. Düz Bilici — Şabran rayonunda kənd.
İllizi
İllizi (ərəb. إيليزي‎) ‎ — Əlcəzairin cənub-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Şəhərin cənubunda Tassilin Accer Milli Parkı yerləşir . Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhrada, Tassilin Accer yaylasının şimalında yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 597 metr yüksəkdir. İllizi ölkənin paytaxtı Əlcəzairdən təxminən 1250 kilometr cənub-şərqdə yerləşir. Əlcəzair müstəqillik qazanmazdan əvvəl şəhər Fort-Polinyak olaraq tanınırdı. 2008-ci il siyahıyaalınmasında əhalinin 17,252 nəfər olduğu bildirilmişdir.
İlxı qoruğu
İlxı qoruğu — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Toponim Azərbaycan dilində toplu isim kimi işlənən ilxı (at ilxısı) sözü ilə qoruq sözündən əmələ gəlib "atlar üçün qoruğun yanındakı kənd" mənasını verir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənd "İlxı qoruğu" yerinin adı ilə adlanmışdır. İlxı qoruğu isə İrəvan xanlarının at ilxılarının saxlandığı yerin adıdır. Kənddə 1873-cü ildə 242 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 432 nəfər, 1904-cü ildə 215 nəfər, 1914-cü ildə 375 nəfər, 1916-cı ildə 136 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir.
Düz Bilici
Düz Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi vaxtilə Quba xanı Fətəli xanın Qarabağdan köçürüb gətirdiyi kəngərlilərin bilici tayfasının məskunlaşdığı kəndlərdəndir. Kənd düzənlik sahədə yerləşdiyindən və eyniadlı digər kənd (Dağ Bilici) adından fərqləndirmək üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Dəvəçi çayının sahilində, Yan silsiləsinin (Böyük Qafqaz) ətəyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 270 nəfər təşkil edir.
Knipowitschia iljini
İlyin xulu (lat. Knipowitschia iljini) — Knipoviç xulları cinsinin nümayəndəsidir. == Morfoloji əlamətləri == D VI (18-9), A I (8-9),yan xətt pulcuqlarının sayı 33-35-dir. Bədəni çox uzunsov və əvvəlki növə nisbətən bir qədər ensizdir.Gözüstü kanallarının qovuşduğu yerdən geriyə uzanan hiss kanalı yoxdur. Quyruq üzgəci dairələşmiş və simmetrik şəkildədir. Bədəninin üzərində eninə yerləşən tünd zolaqlar vardır. Cinsi dimorfizm inkişaf etmişdir. Erkəklərin bel üzgəcində uzununa tünd zolaqlar olur, dişilərin bel tərəfində kiçik xallar yerləşir. Uzunluğu 47 mm-ə qədər olur. == Yayılması == Xəzər dənizinin endemikidir, orta hissəsində yayılmışdır.
Qılıçi (Ərdəbil)
Qılıçi (fars. قَلِیچی‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (37 ailə).
Typhlodromus ilicis
Typhlodromus ilicis (lat. Typhlodromus ilicis) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus ilicis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Tənək ilbizi
Çılqıçı Ondar
Çılqıçı Ondar və ya Çılqıçı Çımıt Dorju oğlu Ondar — (Tuva dilində: Чылгычы Чимит-Доржу оглу Ондар) (16 noyabr 1955, Çadan, Tuva Muxtar Vilayəti[d] – 12 iyun 2020, Tıva) – Tuva dramaturqu, III və IV çağırış Dövət Dumasının deputatı. Çılqıçı Ondar 16 noyabr 1955-ci ildə Dzun-Kemçik rayonunun Çadan şəhərində anadan olmuşdur. 1978-ci ildə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbini, Novosibirsk Ali İqtisad Məktəbini bitirmişdir. Çilgiçi Ondar əmək fəaliyyətinə 1978-ci ildə Tuva Dövlət Musiqili Dram Teatrında aktyor kimi başlamışdır. O, müxtəlif illərdə teatrın ədəbi hissə müdiri, Qızıl Sov.İKP MK-nın təbliğat və təbliğat şöbəsinin müəllimi, "Tıvanın anaktarı" qəzeti redaksiyasının informasiya və idman şöbəsinin müdiri, Tuva MSSR Mədəniyyət nazirinin müavini, Tuva Respublikasının Mədəniyyət, kino və turizm nazirinin müavini, Sosial siyasəti üzrə dövlət müşaviri vəzifələrinə çalışmışdır. 14 oktyabr 2001-ci ildə 27 nömrəli Tuva bir mandatlı seçki dairəsində əlavə seçkilərdə III çağırış Dövlət Dumasının deputatı seçilmişdir (Rusiya Federasiyası Hesablama Palatasında işə başlayan N. I. Loktionovun yerinə). O, seçkidə 38.57% səs toplayaraq deputat seçilmiş, Vhif Rusiya fraksiyasına daxil olmuşdur. Dövlət Dumasının Səhiyyə və İdman Komitəsi rəhbərinin müavini seçilmişdir. 2003-cü ildə Tıva Respublikasının 28 saylı Tıva bir mandatlı seçki dairəsində, IV çağırış Dövlət Dumasının deputatı seçilmişdir. Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin müavini kimi fəaliyyət göstərmişdir.
Üzüm ilbizi
Üzüm ilbizi (lat. Helix pomatia) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü. Tənək ilbizi ağciyərlilər yarımsinfinin saplaqgözlülər dəstəsinə daxildir. Təbiətdə geniş yayılmışdır. Ona üzüm bağlarında, kolluqlarda, otlaqlarda və digər yerlərdə rast gəlinir. Tənək ilbizlərində bədən spiralvari burulmuş bütöv çanaq içərisində yerləşir. Spiral sağtərəf istiqamətində bir neçə dövrə vurur. Onun zirvəsi distal tərəfdə, əks tərəfində isə çanağın ağzı yerləşir. Çanaq sarımtıl-qonur rəngdədir, üzərində uzununa zolaqlar olur, assimetrikdir. Çanağın içərisində ilbizin bədəni yerləşir.
Bilal Bilici
Bilal Bilici (1984, Adana ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Bilal Bilici 1984-cü ildə Adana ilində anadan olub. Boston Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Bahçeşehir Universitetində qlobal əlaqələr üzrə magistr dərəcəsi alıb. Birləşmiş Ştatlarda özəl sahədə baş məsləhətçi vəzifələrində çalışıb. Dubayda (BƏƏ) neft sahəsində menecer olaraq çalışıb. Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) üzvü, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) — ABŞ-Karib hövzəsi İş Şurasının vitse-prezidenti, Qvatemalanın İstanbulda Fəxri Konsulu və Dünya Konsullar Assosiasiyasının Qəyyumlar Şurasının üzvüdür. İYİ Partiyada sədrin müşaviri və İYİ Partiya Vaşinqton təmsilçisi olub. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Yuxu iflici
Yuxu iflici — insanın adətən yuxuya getmə və ya oyanma prosesində iflic yaşadığı müvəqqəti vəziyyət. Yuxu iflici zamanı fərd şüurlu olur və ətrafdakılardan xəbərdar olur, lakin öz iradəsi ilə bədənlərini hərəkət etdirə bilmir. Bu, bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər və tez-tez sinə üzərində təzyiq hissi, nəfəs almaqda çətinlik, çarəsizlik, qorxu hissi ilə müşayiət olunur. Yuxu iflici yaşayan insanlar tez-tez eşitmə, vizual və toxunma duyğuları da daxil olmaqla müxtəlif duyğu üsullarını əhatə edə bilən parlaq və sıx halüsinasiyalar yaşayırlar. Fərdlər qəribə səslər, pıçıltılar, ayaq səsləri və ya reallıqda olmayan digər səsləri eşidə bilər. Bəzi insanlar "başqa dünyaya aid" və ya narahatedici hiss edən səslər və ya söhbətlər eşitdiklərini bildirir, ətraflarında müxtəlif varlıqları, fiqurları və ya obyektləri gördüyünü xəbər verirlər. Bu, vizual halüsinasiyalar çox vaxt kölgəli, təhdidedici və ya sürreal olaraq təsvir edilir. Bəzi fərdlər isə çarpayısının üstündə üzmək, uçmaq və ya havaya qalxmaq hisslərini yaşayır, görünməyən bir qüvvə tərəfindən toxunulduğunu, tutulduğunu və ya sıxıldığını hiss edirlər. Bəzi hallarda fərdlər qoxu və ya dadla bağlı halüsinasiyalar bildirə bilər, baxmayaraq ki, bu hal çox nadir baş verir. Yuxu iflicinin şizofreniya ilə birbaşa əlaqəsi yoxdur və müstəqil bir xəstəlik deyil, normal yuxu fenomeni hesab olunur.