Toponim Azərbaycan dilində toplu isim kimi işlənən ilxı (at ilxısı) sözü ilə qoruq sözündən əmələ gəlib "atlar üçün qoruğun yanındakı kənd" mənasını verir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənd "İlxı qoruğu" yerinin adı ilə adlanmışdır. İlxı qoruğu isə İrəvan xanlarının at ilxılarının saxlandığı yerin adıdır.[5]
Kənddə 1873-cü ildə 242 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 432 nəfər, 1904-cü ildə
215 nəfər, 1914-cü ildə 375 nəfər, 1916-cı ildə 136 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].
1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
↑Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
↑Зелинской С.П. Экономический быт государственных крестьян в Бамбакском участии и в северной части Шорагялского участка Александропольского уезда Ериванской губернии. "Материалы для изучения экономического быта гос. крестьян Закавказского края", том III, М., 1886.
↑Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.102
↑Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә.Илхы горуғу // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.