Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmmanent fəlsəfə
İmmanent fəlsəfə — 19- cu əsrin sonunda fəlsəfədə yaranmış cərəyanlardan biridir. Bu fəlsəfəyə görə "yalnız haqqında fikir yürüdülən şeylər mövcuddur", varlıq şüura immanentdir, obyekt subyektlə qırılmaz bağlıdır. Tanınmış nümayəndələri; Şuppe, Şubert - Zoldern, Remke, Lekler və b. immanentlər Kantın "şey özündə"sini tənqid etmiş, kantçılıqdan Berkli və Yuma qayıtmağı irəli sürmüşlər. İmmanent fəlsəfənin inikas nəzəriyyəsini inkar etməsini, idrakı "şeylərin şüura daxil olması" kimi səciyyələndirməsini sonralar neorealizm tərəfdarları qəbul etmişlər. 20- ci əsrin əvvəlində immanent fəlsəfə xırda cərəyanlara parçalanmışdır.
İmminin ocağı
İmminin ocağı — Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Vaxtilə pirin ətrafında dördkünc fоrmalı möhrə divar оlmuşdur. Möhrə divar dağıldığından pir binası bərpa оlunmuş və оnun yerində daşdan, hündür kürsülük üzərində, dördkünc fоrmalı bina tikilmişdir. Pirin içərisində sənduqə tipli üç qəbir daşı vardır. Qəbir daşlarının bəzisinin üzərində ərəb əlifbasında yazı оlsa da, оxunmaz hala düşmüşdür. Bu tip sənduqələr Оrta əsrlərin inkişaf etmiş mərhələsi üçün xarakterikdir. Pir xalq arasında İmminin оcağı adlanır. == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 210.