Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmperatriça Aşina
İmperatriça Aşina (阿史那皇后) — Göytürk şahzadəsi, Muğan xaqanın qızı, Şimal Cou imperatriçası. == Həyatı == Əsl adı bilinmir. 551-ci ildə anadan olmuşdur. Bu vaxtı hələ babası Bumın tümən komandiri idi. == Evlilik == Hələ 554-cü ildə Şimal Çjou qəyyumu Yuven Tay onunla evlənmək istəsə də Muğan xaqan razı olmamışdı. 565-ci ildə onun oğlu Yuven Yonq taxta çıxaraq 120 nəfərdən ibarət elçi karvanı göndərmişdi. Karvanda imperatorun qardaşı Yuven Çun da var idi. Xaqan əvvəlcə fikrindən daşınsa da 568-ci ildə xaqanın çadırına şimşək vurmasından sonra qızını verdi. İmperatriça paytaxt Çanqana gələrək imperator Vu ilə evləndi. İmperatriça gözəl və mehriban idi.
İmperatriça Cinqu
İmperatriça Cinqu (170, Kioto, Kioto prefekturası – 269, Kioto, Kioto prefekturası) — Yaponiya imperatriçası. == Həyatı == Cinqu 169-cu ildə anadan olub. Yaponiyanı 201-269-cu illərdə qədər idarə etmişdir. İmperator Çayın həyat yoldaşıdır. Bundan başqa, İmperatriça Cinqu ərinin ölümündən sonra 269-cu ildə oğlu taxta gələnə qədər ölkəyə rəhbərlik etmişdir. Yaponiya imperatorları siyahısına görə Yaponiyanı imperiya sistemi ilə idarə edən 15-ci hökmdardır. Amma bəzi mütəxəssislər əslində 15-ci hökmdarın oğlu olduğunu müdafiə edirlər.
İmperatriça Qenmey
İmperatriça Qenmey (元明天皇, Qenmey-tenno, 23 aprel 660 – 29 dekabr 721, Nara) – Yaponiyanın 43-cü monarxı. Asuka dövründə hakimiyyətdə olmuşdur. == Həyatı == O, İmperator Tencinin qızı olmuş və İmperator Tenmunun oğlu olan Şahzadə Kusakabe ilə evlənmişdir. Lakin Kusakabe 689-cu ildə ölmüşdür. İmperatriça Cito 697-ci ildə taxtdan imtina etdikdən sonra Qenmeyin oğlu İmperator Monmu taxta çıxmışdır. Monmunun 707-ci ildəki ölümündən sonra Qenmey imperatriça olmuşdur.İmperatriça Qenmeyin hakimiyyəti dövründə 708-ci ildə ilk dəfə Yaponiyada mis hasil edilmiş və Yaponiyanın ilk sikkəsi olan vadokayçin tədavülə buraxılmışdır. 710-cu ildə paytaxtı müasir Nara şəhərinin yerləşdiyi Heyco şəhərinə köçürmüş və 794-cü ildə paytaxtın Kiotoya köçürülməsinə qədər davam edən Nara dövrünü başlatmışdır. Yaponiya mifologiyası və tarixi haqqında ilk əsər olan "Kociki" (712) onun hakimiyyəti dövründə tamamlanaraq ona təqdim olunmuşdur. 713-cü ildə əyalətlərin fudokilər tərtib etməsi barədə əmr vermişdir. 715-ci ildə taxtı qızı İmperatriça Qenşoya ötürmüşdür.Qenmey ölümünə qədər aktiv siyasi həyatını davam etdirmiş və ritsuryo sisteminin saxlanılması üçün çalışmışdır.
Avstriyalı Anna (imperatriça)
Avstriyalı Anna (alm. Anna von Österreich‎) (4 oktyabr 1585, İnsbruk – 14 dekabr 1618, Vyana, Avstriya hersoqluğu) — Müqəddəs Roma imperatoru Matveyin xanımı. Portuqaliyalı Elyanoradan sonra tacqoyma mərasimi keçirilən ilk imperatriça. == Mənbə == Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit (in German). Böhlau Verlag Wien. p. 99–116. ISBN 978-3-205-20085-7 Korotin, Ilse (2016). Lexikon österreichischer Frauen.
İmperatriça Myonsonun sui-qəsdi
İmperatriça Myonsonun sui-qəsdi – Çoson kralı Koconun həyat yoldaşı olan İmperatriça Myonsonun 8 oktyabr 1895-ci ildə Yaponiya casusları tərəfindən öldürülməsi hadisəsi. Hadisə Koreyada Eulmi insidenti (kor. 을미사변) adı ilə tanınır. == Arxa plan == Birinci Çin-yapon müharibəsindən sonra Rusiya imperiyası Yaponiyanın Koreya yarımadasındakı ən böyük rəqibi olmuşdur. Yaponlar 1895-ci ildə Koreyanı Yaponiyanın protektoratlığına çevirmək istəsələr də, yerli dəstəyi qazana bilməmişdirlər. Buna görə də yaponlar Yaponiyanın Koreyadakı mövcudluğuna qarşı olan önəmli siyasi şəxsləri aradan qaldırmaq istəyirdilər. Bu şəxslərdən ən əhəmiyyətlisi kralın həyat yoldaşı olan İmperatriça Myonso idi. == Sui-qəsd == 8 oktyabr 1895-ci ildə səhər saatlarında Yaponiyanın Seulda yerləşən nümayəndiliyi koreyalılar kimi geyinərək Yaponiyanın Koreyadakı səfiri olan Miura Qoronun başçılığı ilə Kyonbokkun sarayına irəliləmişdirlər. Miura Qoro sui-qəsd planını "Tülkü ovu əməliyyatı" adlandırmışdı. Yapon və koreyalılardan ibarət 50 nəfərlik sui-qəsd qrupu saraya qarşı hücum təşkil etmişdir.Sui-qəsdçilər Kral Koçonu tutsalar da, ona xəsarət yetirməmişdirlər.
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi
İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi və ya Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış məktəbdir. Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır. Bu açılmış məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Yaranması == 1897-ci ildən Hacı Zeynalabdin Tağıyev bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. 1896-cı ildə qız məktəbi açmağa icazə verildi. Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-ci ildə tikməyə başladılar və 1900-cü ildə hazır oldu. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul (rus pulu) xərcləyir.
İmperatiça
İmperator (lat. imperātor — "rəis", "hökmdar", həmçinin "hərbi rəhbər", "sərkərdə") — imperiyanın rəhbəri, monarx, titul. İmperatiça — imperatorun arvadı, yaxud imperiyanı idarə edən qadın hökmdar. == Ədəbiyyat == Некрасов Г. А. Международное признание российского великодержавия в XVIII в. // Феодальная Россия во всемирно-историческом процессе. Сб. статей, посвященный Льву Владимировичу Черепнину. М.: Наука, 1972. С. 381—388; Флоровский А. В. Страница истории русско-австрийских отношений XVIII в. // Там же.