Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nimruz
Nimruz vilayəti (dəri ولایت نیمروز; puşt. نيمروز ولايت) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Etimologiya == Vilayətin adı dəri və bəluc dillərində günün yarısı və ya ortası deməkdir, nim(نيم,yarı) və roz(روز,gün) sözlərinin birləşməsidir. == Coğrafiyası == Vilayətin sahəsi 41.005 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 148.5 min nəfər, inzibati mərkəzi Zərənc şəhəridir. == Əhalisinin etnik tərkibi == Əhalisi əsasən bəluclardan, qismən puştunlardan, az sayda tacik və özbəklərdən ibarətdir. Vilayətdə əhalinin 61%-i bəluc dilində, 27%-i (39 kəndin əhalisi) puştun dilində, 10%-i daricə və özbəkcə danışır.
Nimruz vilayəti
Nimruz vilayəti (dəri ولایت نیمروز; puşt. نيمروز ولايت) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Etimologiya == Vilayətin adı dəri və bəluc dillərində günün yarısı və ya ortası deməkdir, nim(نيم,yarı) və roz(روز,gün) sözlərinin birləşməsidir. == Coğrafiyası == Vilayətin sahəsi 41.005 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 148.5 min nəfər, inzibati mərkəzi Zərənc şəhəridir. == Əhalisinin etnik tərkibi == Əhalisi əsasən bəluclardan, qismən puştunlardan, az sayda tacik və özbəklərdən ibarətdir. Vilayətdə əhalinin 61%-i bəluc dilində, 27%-i (39 kəndin əhalisi) puştun dilində, 10%-i daricə və özbəkcə danışır.
Nimrud
Nimrud (və ya Nəmrud) — Qədim Assuriyanın Kalhu adlanan şəhərinin vaxtı ilə yerləşdiyi təpəliyin adıdır. İraqın Mosul şəhərinin yaxınlığında yerləşir. Burada e.ə. XIII əsrdə I Salmanassar tərəfindən paytaxt Nineviyadan 4 mil aralıqda şəhər salınmışdı. E.ə. 885-ci ildə Aşşurnasirpal paytaxtı buraya köçürür və şəhəri bərpa edir. Kalax şəhəri Nineviyadan daha çox mövcüd olur və eyniadlı əyalətin mərkəzinə çevrilir. Şəhər vaxtı ilə hündür dördbucaq formasında olub və Dəclə çayı ilə yuyulub. Hal hazırda burada 4 qrup qalıqlar var. Nimrudda yerləşən şəhər qalıqları 1845-1847-ci illərdə Leyard tərəfindən araşdırılıb.
Xoruz
Xoruz — ümumi mənada toyuqkimilər dəstəsinə daxil olan quşların erkəyi. == Banlaması == Xoruzlar banlamağa, adətən, həmişə 4 aylığından əvvəl başlayır. Ginnesin Rekordlar Kitabına ən uzun banlama 21,07 saniyə kimi düşmüşdür. İkinci ən uzun banlama isə 21,00 saniyədir.
İşquz
Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisində) yaradılmış ilk dövlətdir. == Skif,sak və massagetlərin Azərbaycana gəlişi == Skiflərin Cənubi Qafqaz ərazisindən Cənuba doğru irəlilədiyini göstərən T.Sulimirski onların Cənubi Qafqaza və Güney Azərbaycana gəlmələri tarixini daha əvvələ çəkməyi məsləhət görür. Yazılı mənbələrin verdiyi məlumatlara, həmçinin Qara dənizyanı bozqırların və Qafqazın skiflərə aid edilən arxeoloji materiallarına əsaslanaraq skiflərin gəlmələri arasında iki il fərq olduğunu qeyd edən T.Sulimirski Azərbaycanda kərtmə qəbirlər mədəniyyətini erkən skif mədəniyyəti saymağı təklif edir. O, katakomba mədəniyyəti adamlarını kimmerlərlə eyniləşdirir. Katakomba qəbirləri mədəniyyətinin sonunu isə təqribən e.ə. 700-cü ildə kimmerlərin Urartu dövləti sərhəddlərində görünmələri dövrünə aid edir. Ağ bəzəkli keramika ilə müşahidə olunan Gəncə-Qarabağ mədəniyyətinin yaranmasını o, Cənubi Qafqaza yeni türk tayfaları olan skif və massagetlərin (Q.Qeybullayev qeyd edir ki, onlar skiflər yox, saklar və massagetlər idi) axınları ilə əlaqələndirir. O, qeyd edir ki, Gəncə-Qarabağ mədəniyyəti nümunələri Cənubi Qafqaz cizgiləri ilə yanaşı Qara dənizyanı bozqırların cizgilərini də özündə birləşdirir. T.Sulimirski skiflərin daha öncə bu əraziyə gəlmələrini təsdiqləmək üçün II Aşşurnasirpalın dövrünə aid relyefdəki səhnəni misal gətirir.
İmran
İmran — kişi adı. İmran Əbilov — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989) İmran Seyidov — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi. İmran Usmanov — Çeçen müğənnisi, şairi və bəstəkarı.
İmrə
İmrə , Yaz başlanğıcında Cemreyi (yeddi gün ara ilə əvvəl hava, sonra su və torpaqda meydana gəldiyi sanılan istilik artımını) təşkil edən cin. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulqarlarda Zemire olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemre sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər. İlk Cemre 20 Fevralda havaya və yeddi gün ara ilə də suya və torpağa düşər. Zemre isə Qumuq Türkcəsində nəm, buxar kimi mənalara gəlir.
Əruz
Əruz (ərəb. عروض‎‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. == Əruz vəzninin yaranması == Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718-792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI-VIII əsrlər).Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir. "Rəcəz" formasına aid olan şeirlərdə misralarda heca sayı və bölgülər qismən uyğunlaşsa da, misraların ritmik quruluşlarının uyğunlaşması yalnız sözlərin eyni qrammatik və leksik dəyişmələri ilə əlaqədar olaraq təsadüfi xarakter daşımışdır.
Abucanlı (İcrud)
Abucanlı (fars. ابوجانلو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (17 ailə).
Alaçəmən (İcrud)
Alaçəmən (fars. الاچمن‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.. == Coğrafi yerləşməsi == İcrud şəhristanının Səcusrud kəndistanında, Qiydar qəsəbəsindən 36 km qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1048 nəfər yaşayır (233 ailə).
Ali-İmran
Ali-İmran (ərəb. سورة آل عمران‎ (oxunuşu: surətu ali imran) - İmran ailəsi) - Quranın 3-cü surəsi. Mədinədə nazil olmuşdur, 200 ayədir. . İmran Hz Məryəm Hz. Musanın atasının adıymış və Ali-İmran "İmran ailəsi" mənasındadır. Surənin adı 33-cü ayədə rast gəlinən İmran ailəsi ifadəsindən götürülüb.
Armudlu (İcrud)
Armudlu (fars. ارموتلو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (19 ailə).
Ağbulaq (İcrud)
Ağbulaq (fars. آقبلاغ‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 674 nəfər yaşayır (157 ailə).
Ağkənd (İcrud)
Ağkənd - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin İcrud kəndistanında, Zəncan şəhərindən 26 km cənub-qərbdə, Zəncan-Təbriz avtomobil yolunun 12 kilometrliyindədir.
Ağlıbəybala (İcrud)
Ağlıbəybala (fars. اغلبيك عليا‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsində, İcrud kəndistanında, Zəncan şəhərindən 25 km cənubdadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 949 nəfər yaşayır (232 ailə).
Aşıq İmran
Aşıq İmran (tam adı:İmran Mehralı oğlu Həsənov; 1928, Ağbulaq – 15 dekabr 1999) — Azərbaycanın ustad aşığı; Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 7 aşıq havasının yaradıcısı, 12 aşığa ustadlıq etmiş, uzun illər Tovuz rayonunda Aşıqlar ansamblının rəhbəri. == Həyatı == İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıb.Gənc yaşlarından aşıqlıq sənətinə meyil etmiş və bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, 1950-ci ildən Tovuz rayonuna köçərək ustad aşıqlar — Aşıq Əsəd və Mirzədən bəhrələnmişdir.Zil tembrli səsə malik olduğuna görə ona "Koroglu aşığı" deyirdilər. 1956-cı ildə Bakı şəhərində keçirilmiş Ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş tələbə və gənclərin 6-cı Ümumdünya festivalında rəhbərlik etdiyi Aşıqlar ansamblı ilə birlikdə qalib gələrək qızıl medal və 1-ci dərəcəli diplom, 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın mədəniyyəti və incəsənətinin ongünlüyündə dəyərli iştirakina görə "Şərəf nişanı" ordeni və Fəxri Fərmanla təltif edilmişdir. 1967-ci Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyi xidmətlərinə görə "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür.Azərbaycan aşıqlarının III və IV qurultaylarının nümayəndəsi olan Aşıq İmran bir sıra ölkələrdə beynəlxalq festivallarda iştirak edərək vətənə mükafatla qayıdıb. Klassik aşıq yaradıcılığının mahir bilicisi olan Aşıq İmran həm də bədii yaradıcılıqla məşğul olub. Yubiley ərəfəsində onun "Sənətimin sultanıyam" adlı şeirlər kitabı da işıq üzü görüb. Aşıq İmran Həsənov 15 dekabr 1999-cu ildə vəfat etmişdir. 2013-cü il noyabrın 4-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan klassik aşıq sənətinin son nəhənglərindən biri olan, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi aşıq İmran Həsənovun 85 illik yubileyi qeyd edilmişdir. == Sənəti == Gənc yaşlarından aşıqlıq sənətinə meyil etmiş və bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, 1950-ci ildən Tovuz rayonuna köçərək ustad aşıqlar — Aşıq Əsəd və Mirzədən bəhrələnmişdir. Zil tembrli səsə malik olduğuna görə ona "Koroglu aşığı" deyirdilər.
Barikab (İcrud)
Barikab (fars. باريك اب‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 715 nəfər yaşayır (181 ailə).
Bağkəndi (İcrud)
Bağkəndi (fars. باغ كندي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 265 nəfər yaşayır (75 ailə).
Bidginə (İcrud)
Bidginə (fars. بيدگينه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == İcrud şəhristanının İcərud kəndistanında, Zəncan şəhərindən 39 km. cənub-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 880 nəfər yaşayır (220 ailə).
Bulbophyllum mirum
Bulbophyllum mirum (lat. Bulbophyllum mirum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bəhmən (İcrud)
Bəhmən (fars. بهمن‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == İcrud şəhristanının Qiydar bölgəsinin Qışlaq-Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 29 km. qərbdədir. . == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 128 nəfər yaşayır (33 ailə).
Bəlvbin (İcrud)
Bəlvbin (fars. بلوبين‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 66 nəfər yaşayır (23 ailə).
Cuqin (İcrud)
Cuqin (fars. جوقين‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,557 nəfər yaşayır (568 ailə).
Durmuşqan (İcrud)
Durmuşqan (fars. دورمشقان‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (8 ailə).
Eyruz Məmmədov
Eyruz Məmmədov (1953, Bakı) — azərbaycanlı jurnalist. == Həyatı == 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildən Sumqayıt şəhərində yaşayır. Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetini bitirib; ixtisasca jurnalist-filoloqdur. "Sumqayıtın əks-sədası" qəzetinin baş redaktorudur. 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrindən sonra ömrünün qalan hissəsini ekspert qismində bu olayların araşdırılmasına həsr etmişdir. "Sumqayıtın əks-sədası" tammetrajlı, "Sumqayıtın əks-sədası-2" sənədli filmlərinin, "28-dən 29-na keçən gecə", "Sumqayıtım mənim", "2-ci paralel", "Bir, iki, üç… və yaxud Dağ çiçəyi", "Anata", "Gecə… İncə gecə", "Mister Riç" və s. kitablarının müəllifidir. == Mükafatları == Həsən bəy Zərdabi adına mükafat; "Qızıl qələm" mükafatı; "Araz" ali ədəbi mükafatı.
Imron