Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İncəbellim (mahnı)
İncəbellim - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri Anara, bəstə Emin Sabitoğluna, aranjemanı isə Qara Dərvişə aiddir.
Cebel-Şammar
Cəbəl-Şəmmar (ərəb. إِمَارَة جَبَل شَمَّر‎) və yaxud Həil əmirliyi, (إِمَارَة حَائِل) həmçinin Rəşidi əmirliyi (إِمَارَة آل رَشِيْد) — 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır. Dövlətin paytaxtı Hail şəhəri olmuşdur. Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırkı Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İordaniya dövlətlərin ərazisini əhatə etmişdir. == Tarixi == 1818-ci ildə misirlilər Səudların Dəriyyə əmirliyini süquta uğratdılar. Səudlardan vassal asılılığında olan Cəbəl-Şəmmar əmirliyində, Əl-Əli və Əl-Rəşid qəbilələri arasında hakimiyyət uğrunda mübarizəsi başladı. 1835-ci ildə Əl-Rəşid qəbiləsi üzvləri Abdulla və Ubeyd qardaşları Cebel-Şəmmarda hakimiyyəti ələ keçirərək Əmir Saleh ibn Abd Muhsini öldürdülər. Eyni zamanda, qardaşlar özlərini hakimiyyət uğrunda mübarizədə onlara kömək edən Səud əmiri I Faysalın vassalı olaraq elan etdilər.
Cəbəl-Barkal
Cəbəl-Barkal ( ərəb. جبل بركل‎) — Xartumdan təxminən 400 km şimalda, Sudanın Şimal əyalətindəki Kərimə şəhərində, Nil çayının böyük əyilməsində, Nubiya adlanan bölgədə yerləşən olduqca kiçik bir dağ. Dağın 98 m hündürlüyü, düz bir zirvəsi var və yəqin ki, ticarətçilər tərəfindən Mərkəzi Afrika, Ərəbistan və Misir arasındakı vacib marşrutda böyük çayı keçməyin asan olduğu nöqtə olaraq istifadə edilmişdir. 2003-cü ildə dağ, tarixi Napata şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmidşir. Ərazidə Cəbəl-Barkal muzeyi yerləşir. Cəbəl-Barkal piramidaları Nubiya piramidaları nümunələridən biridir. == Məbədlər == Cəbəl-Barkal ətrafındakı dağıntılara ilk dəfə 1820-ci illərdə Avropa tədqiqatçıları tərəfindən izah edilən ən az 13 məbəd və 3 saray daxildir. 1862-ci ildə Üçüncü Aralıq dövrünə aid beş kitabə Misirli bir zabit tərəfindən bərpa edilərək Qahirə Muzeyinə aparıldı. 1916-cı ildə ərazidə Harvard Universiteti və Boston İncəsənət Muzeyinin ortaq ekspedisiyası tərəfindən Corc Reysnerin rəhbərlik etdiyi elmi arxeoloji qazıntılar aparıldı. 1970-ci illərdən sonra Serqio Donadoninin rəhbərliyi altında Roma Sapienza Universitetinin komandası, 1980-ci illərdə isə Timoti Kendallın rəhbərliyi altında Boston Muzeyindən başqa bir komanda araşdırmaları davam etdirdi.
Cəbəl Hafit
Cəbəl Hafit (ərəb. جبل حفيت‎) — Əl-Əyn yaxınlığında, Birləşmiş Ərəb Əmirlikləri ilə Oman arasındakı sərhəddə yerləşən dağ. Dağın bir hissəsi Onam ilə sərhədi təşkil edir. Ancaq zirvə BƏƏ ərazisindədir. == Coğrafiya == === Oroqrafiya === Cəbəl Hafit 26 km uzunluğa və 4–5 km enə malikdir. Şimaldan cənuba doğru uzanır. Onun yamacları asimetrikdir və şərq yamacı daha sərtdir (25°-40°). 1249 metrə qədər yüksələn zirvədən şəhərin əsrarəngiz görünüşünü müşahidə etmək olur. Cəbəl Hafit bölgənin tarixi boyunca tanınmış bir məkan olmuşdur. hazırda isə məşhur turizm obyektidir.
Cəbəl İhud
Cəbəl İhud (ərəb. جبل إيغود‎) - Mərakeşin qərb bölgəsində yerləşən kənd. Cəbəl İhud eyni zamanda arxeoloji qazıntı mərkəzi kimi də tanınmışdır. 2017-ci ilin iyun ayında ərazidə aparılan qazıntı işləri zamanı yaşı 300 min il olduğu təxmin edilən Homo sapiensə aid skelet qalıqların aşkarlanıb.
Cəbəl-Druz
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır.Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Cəbəl-Lübnan
Cəbəl-Lübnan, Livan dağı və ya Livan silsiləsi (ərəb. جَبَل لُبْنَان‎, jabal lubnān, Livan ərəbcəsi tələffüz: [ˈʒabal lɪbˈneːn]; süry. ܛܘܪ ܠܒ݂ܢܢ, ṭūr leḇnān, süryanicə tələffüz: [tˤur lewˈnɔn], ṭūr lewnōn fr. Mont Liban) — Livanda dağ silsiləsi. Bu horst təxminən 160 kilometr uzunluğundadır və şərqdə yerləşən Anti-Livan silsiləsi ilə paralel olaraq ölkə daxilində Aralıq dənizi sahilləri boyunca cənubdan şimala doğru uzanır. == Etimologiya == Cəbəl-Lübnan adı "LBN" sami kökünə gedib çıxır və "ağ" mənasını verir. Ehtimal edilir ki, bu ad qarla örtülü dağlara istinad edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Lübnan ilə əlaqəli mediafayllar var.
Cebel-Şammar əmirliyi
Cəbəl-Şəmmar (ərəb. إِمَارَة جَبَل شَمَّر‎) və yaxud Həil əmirliyi, (إِمَارَة حَائِل) həmçinin Rəşidi əmirliyi (إِمَارَة آل رَشِيْد) — 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır. Dövlətin paytaxtı Hail şəhəri olmuşdur. Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırkı Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İordaniya dövlətlərin ərazisini əhatə etmişdir. == Tarixi == 1818-ci ildə misirlilər Səudların Dəriyyə əmirliyini süquta uğratdılar. Səudlardan vassal asılılığında olan Cəbəl-Şəmmar əmirliyində, Əl-Əli və Əl-Rəşid qəbilələri arasında hakimiyyət uğrunda mübarizəsi başladı. 1835-ci ildə Əl-Rəşid qəbiləsi üzvləri Abdulla və Ubeyd qardaşları Cebel-Şəmmarda hakimiyyəti ələ keçirərək Əmir Saleh ibn Abd Muhsini öldürdülər. Eyni zamanda, qardaşlar özlərini hakimiyyət uğrunda mübarizədə onlara kömək edən Səud əmiri I Faysalın vassalı olaraq elan etdilər.
Cəbəl-ət-Tair
Cəbəl-ət-Tair (ərəb. جزيرة جبل الطير‎ — Cazira-Cəbəl-ət-Tair) — ada Babülməndəb boğazının şimal-qərbində yerləşən ovalvari ada. Ada Qırmızı dəniz suları ilə əhatələnmişdir. Eritreya və Yəmən arasında eyni məsafədə yerləşir. İnzibati cəhətdən Yəmənin Hodeyda muhafazasına daxildir. Adadan Yəmən sahillərinə qədər məsafə 115 km (71 mil), Erteriya sahillərinə qədər məsafə isə 150 (93 kil) təşkil edir. Kamaran adası ilə arasında məsafə isə 82 km təkil edir. Səudiyyə Ərəbistanına mənsub olan Farasan arxipelaqı isə adadan şimal-şərqdə yerləşir. Ada dünyanın nəhəng çatlarında birinin üzərində yerləşirAdada eyni adlı vulkan yerləşir. Cəbəl-ət-Tair strato vulkan olaraq 244 metr hündürlüyə malikdir == Adanın tarixi == Əvvəllər adanın adı Saiban olmuşdur.
Cəbəl Əli Palması
Cəbəl Əli Palması (ərəb. خلة جبل علي‎, ing. Palm Jebel Ali) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Dubay əmirliyinin bir parçası olan süni ada. == Tarix == Qumdan təşkil olunan ada dünyanın ən böyük süni havanı olan Cəbəl Əlidən 5 km cənub-qərbdə yerləşir. Süni şəkildə salınmış 3 Palma adaları qrupundan biridir. İlk işlər 2002-ci ildə başlanılmışdır. 2008-ci ilin əvvələrində işlər bitirmişdir. 2011-ci ildə daşınmaz əmlak qiymətlərinin enməsi ilə Cəbəl Əli Palması adasında tikinti işləri dayandırılmışdır == Mənbə == web.archive.org/web/20070217094653/http://thepalm.ae/ — Palma adalarının rəsmi saytı "Dubay-Palma adaları".
Cəbəl Əxdar (Liviya)
Cəbəl Əxdar (ərəb. الجبل الأخضر‎ – Yaşıl dağ) — Liviyanın şərqində meşəlik, məhsuldar dağlıq region. Müasir əl-Cəbəl əl-Əxdar rayonunda yerləşir. Region Yer kürəsinin ən az meşəli ölkələrindən biri olan Liviyanın çox az meşəlik ərazilərindən biridir. Cəbəl Əxdar bir neçə dərə ilə həmsərhəd olan dağ yaylasından ibarətdir. Benqazinin şimalında və Dernanın cənubunda yerləşir. Bu, Liviyanın ən rütubətli ərazisidir və buraya ildə təxminən 600 mm yağıntı düşür. Ərazidə geniş meşələr var, burada zəngin kartof və dənli bitkilər yığılır. Qədim yunan müstəmləkəsi olan Kirena Cəbəl Əxdar vadisində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl Əxdar (Liviya) ilə əlaqəli mediafayllar var.
Muaz ibn Cəbəl
Muaz ibn Cəbəl (600-cü illər, Mədinə – 640, Suriya, ərəb. ‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, fəqih, hafiz və mühəddis. Cuşamə ibn əl-Xəzrəc qəbiləsindən Bənu Əddə qəbiləsinin ənsarlarından biri. == Bioqrafiya == Muaz ibn Cəbəl Mədinədə anadan olmuşdur. O, Xəzrəc qəbiləsindən idi. 18 yaşında İslamı qəbul etmiş, Akabedəki ikinci beyyətdə iştirak etmişdir. Müsəlmanlarla müşriklər arasında gedən döyüşlərdə iştirak etmişdir. Bütün Quranı əzbər bilməsi ilə tanınırdı. Muaz ibn Cəbəl İslam hüququnun (fiqhinin) parlaq bilicisi idi, Peyğəmbərin sağlığında fətvalar verirdi. İslam ənənəsinə görə, Məhəmməd peyğəmbər Muazı Quranın ən yaxşı alimləri sırasına daxil etmişdir.
Cəbəl-Şəmmar əmirliyi
Cəbəl-Şəmmar (ərəb. إِمَارَة جَبَل شَمَّر‎) və yaxud Həil əmirliyi, (إِمَارَة حَائِل) həmçinin Rəşidi əmirliyi (إِمَارَة آل رَشِيْد) — 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır. Dövlətin paytaxtı Hail şəhəri olmuşdur. Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırkı Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İordaniya dövlətlərin ərazisini əhatə etmişdir. == Tarixi == 1818-ci ildə misirlilər Səudların Dəriyyə əmirliyini süquta uğratdılar. Səudlardan vassal asılılığında olan Cəbəl-Şəmmar əmirliyində, Əl-Əli və Əl-Rəşid qəbilələri arasında hakimiyyət uğrunda mübarizəsi başladı. 1835-ci ildə Əl-Rəşid qəbiləsi üzvləri Abdulla və Ubeyd qardaşları Cebel-Şəmmarda hakimiyyəti ələ keçirərək Əmir Saleh ibn Abd Muhsini öldürdülər. Eyni zamanda, qardaşlar özlərini hakimiyyət uğrunda mübarizədə onlara kömək edən Səud əmiri I Faysalın vassalı olaraq elan etdilər.
Təzəkənd-i Cəbəl (Sulduz)
Təzəkənd-i Cəbəl (fars. تازه كندجبل‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 377 nəfər yaşayır (90 ailə).
Əl-Cəbəl əl-Əxdar
Əl-cəbəl Əl-əxdar (ərəb diliالجبل الأخضر) - Liviyanın Kirenaika regionunda şəhər.