Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İndeks
İndeks(ing. Index) – daha dolğun informasiyanın yerləşdiyi yeri göstərən açar sözlərin və ya onlarla əlaqəli verilənlərin siyahısı. Göstərici oxucuya kitabda lazım olan fraqmenti tapmağa yardım edir. O, kitabın bir hissəsi, yaxud çoxcildlik nəşrdə ayrıca cild ola bilər. Kitabda, adətən, aşağıdakı göstəricilər olur: • ad göstəricisi, • coğrafi göstərici, • müəlliflər göstəricisi (əgər məqalələr müəlliflərin adlarına görə düzülməyibsə), • sitatlar göstəricisi, • atalar sözləri və zərbi-məsəllər göstəricisi, • xronoloji göstərici, • əsərlər göstəricisi (çoxcildlik üçün). 2. Obyektin yerləşmə yerinin göstəricisi; məsələn: kataloqun indeksi faylın diskdə yerləşmə yerini göstərir, yazının indeksi açar sahələrin yerləşmə yerini müəyyənləşdirir. 3. Şəhadət barmağı açılmış yumruğun piktoqramı. 4.
İnden
İnden — Molekul formulu С9H8 olan politsiklik aromatik karbohidrogendir. Quruluşca benzol və tsiklopenten həlqələrinin kondensləşməsindən ibarətdir. Asanlıqla alovlanır və polimerləşir. Inden daş kömür qətranında (1%-ə qədər), həmçinin olefinlərin istehsalının qalıq yağlarında rast gəlinir. Sənayedə inden fenol və əsaslardan təmizlənmiş daş kömür qətranının rektifikasiyası və sonra kristallaşdırılmasından alınır. Əgər əvvəlcədən fenolun ekstraksiyası aparılmırsa, su ilə azeotrop qovulma ilə indenin konsentrasiyası yüksək olan fenol-inden fraksiyası alınır. Bu zaman fenol aşağı fraksiya kimi ayrılır. Indenin alınmasının preparativ variantı asetilenin 630oC-də pirolizindən və toluolun asetilenlə 825-900oC-də və aşağı təzyiqdə reaksiyasından ibarətdir[1]. Inden bir çox üzvi həlledicilərdə (etanol, dietil efiri, piridin, dördxlorlu karbon, sirkə turşusu) həll olur, suda isə həll olmur[1]. Inden otaq temperaturunda qaranlıqda asanlıqla polimerləşərək poliinden əmələ gətirir.
İndeks fondları
İndeks nişanı
İndeks nişanı (ing. index mark ~ ru. индексная метка ~ tr. indeks işareti) – mikrofişlərdə (MICROFICHE) mövqeyi göstərən işarə, adətən, xətt və ya ştrix. Adətən, proqram vasitəsilə formatlanan disklərdə: formatlama zamanı qoyulan və hər bir cığırın məntiqi başlanğıcını qeyd edən maqnit indikatoru (ünvan nişanı da adlandırılır). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İndeks yarığı
İndeks yarığı (ing. index hole ~ ru. индексное окно ~ tr.indeks deliği) – 5.25-düymlük disketin mərkəzi oturma deşiyinin yaxınlığında kiçik dairəvi deşik. O, birinci verilənlər sektorunun mövqeyini (yerini) göstərməklə disketin fırlanması zamanı oxuma-yazma əməliyyatlarının sinxronlaşmasını təmin edir. Bundan başqa, indeks yarığı yanlışlıqların aşkarlanmasına kömək edir. Məsələn, diskin oxuma-yazma başcığının tam keçidi (yolu) indeks yarığının xüsusi sensor ilə ölçülən keçid zamanın ikiqat qiyməti ilə üst-üstə düşməlidir. Disketdə lazım olan sektorun axtarış zamanını qiymətləndirmək üçün bu nisbətdən istifadə etmək olar. Əgər sektor indeks yarığının iki keçidindən sonra tapılmazsa, hesab edilir ki, sektor yoxdur və ya zədəlidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İndre Girdauskayte
İndre-Veydefiorden Milli Parkı
İndre-Veydefiorden Milli Parkı (norv. ) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasının mərkəzi şimal hissəsində yerləşən milli park. Milli park ərazisi 1127 km²-dir. Bunun 745 km² quru və 382 km² su səthi sahəsi daxildir. Park 9 sentyabr 2005-ci ildə təşkil olunmuşdur. Veydefiordun cənub sahillərində yerləşir.
We Need Medicine
We Need Medicine — Şotland rok qrupu The Fratellis(en)-in üçüncü studiya albomu. 7 oktyabr 2013-cü ildə BMG Rights tərəfindən buraxılıb. Bütün mahnılar Jon Fratelli tərəfindən yazılmış və bəstələnmişdir.
INSEAD
INSEAD ( Institut européen d'administration des affaires ), Fontainebleau, Abu Dabi və Sinqapurda kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1957-ci ildə qurulan məktəb. INSEAD, Financial Times tərəfindən 2019-cu ildə Avropa Biznes Məktəbləri arasında 5-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur . Məktəbin məzunları arasında Johann Schneider-Ammann, Semih Yalman, Filip Parker kimi adlar vardır. == Xronologiya == 1957: INSEAD, ABŞ xaricində ilk biznes məktəbi olaraq quruldu 1959: Fontainebleau-da ilk MBA qəbulu və bir illik MBA proqramı təqdim edən ilk biznes məktəbi 1960: İlk MBA sinif məzunları 1967: Fontainebleau Meşəsinin kənarında (indi 'Avropa Kampusu' adlanır) məktəbin ilk kampusunun açılışı 1971: Fontainebleau'daki INSEAD'ın yanında bir ərazidə Avropa Davamlı Təhsil Mərkəzi olan CEDEP'nin yaradılması 1976: INSEAD Məzunları Fondunun fəaliyyətə başlaması 1980: INSEAD Euro-Asia Center Fontainebleau'da açılır 1983: MBA proqramı ikili qəbuluna başlayır (yanvar və sentyabr aylarında) 1987: INSEAD-Fundação Dom Cabral tərəfdaşlığının elan edilməsi 1989: Doktorantura proqramının başlanması 2000: Sinqapurda açılan Asiya Kampusu ilə bir çox qitədə tam kampusları olan ilk biznes məktəbi 2001: INSEAD-Wharton İttifaqının və ilk MBA iştirakçı mübadilələrinin elanı 2003: İcraçı MBA proqramının başlanması 2010: INSEAD-in Əbu-Dabi Mərkəzi Kampus statusuna qovuşdu (Orta Şərq Kampusu) 2012: Maliyyə ixtisası üzrə magistr dərəcəsi 2013: CEIBS ilə MBA iştirakçısı mübadilə müqaviləsi başladıldı 2015: Sinqapurda Liderlik İnkişaf Mərkəzinin açılışı 2016: Financial Times 2016 reytinqində MBA, Executive MBA (Tsinghua-INSEAD EMBA) və Single School Executive MBA (INSEAD GEMBA) — reytinqlərdə ‘üçlü birinci’ əldə edən ilk və yeganə biznes məktəbi.
Baby I Need Your Love
Baby I Need Your Love (azərb. Beybi, sənin sevginə ehtiyacım var‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnı. Klipdə əsasən Almaniyanın idman sayəsindəki uğurlarından danışılır.
Need for Speed (oyun seriyası)
Need for Speed (azərb. Sürət həzzi‎, abreviaturası: NFS) — ilk olaraq "Electronic Arts", daha sonra isə "Ghost Games" tərəfindən hazırlanan videooyun seriyası. İlk oyun 1994-cü ildə "The Need for Speed" adı ilə çıxmışdır. "Need for Speed: High Stakes" oyunundan başlayaraq isə oyunçuların öz maşınlarında istədiyi dəyişikliyi edə bilməsi xüsusiyyəti əlavə edildi. "Need for Speed" oyunları ilk çıxışından oyunçular tərəfindən sevilməyə başlandı. Oyunun bu günə qədər 150 milyon nüsxəsi satılmışdır. Oyunun uğurlu olması nəticəsində ona uyğun film (Sürət həzzi) çəkildi və "Hot Wheels" oyuncaq maşınları satışa çıxarıldı. Demək olar ki, bütün "Need For Speed" oyunları eyni geympley formasına malikdir. Oyunçu yarış zamanı seçdiyi maşını idarə edir və yarışda birinci olmağa çalışır. Karyera modu və çempionatda alınan qalibiyyətlər ilə qıfıllı maşınlar və yollar açılır.
INSEE
INSEE (fr. codes Insee və ya codes INSEE) — Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut National de la Statistique et des Études Économiques) tərəfindən verilən rəqəmli və ya hərf-rəqəmli kod. == Rəsmi coğrafi kod == INSEE tərəfindən Fransa kommunalarının coğrafi kodları müəyyən edilir. Məsələn, Mets şəhəri INSEE 57463 kodunu daşıyır. Burada, 57 — Mozel departamentinin nömrəsi, 463 isə Mets şəhərinin əlifba sırası ilə nömrəsidir. == Sosial sığorta nömrəsi == Fransada hər anadan olmuş adama 15 rəqəmli sosial sığorta nömrəsi verilir. Bu kodun izahı aşağıdakı kimidir.
Inked
Inked — ABŞ-nin tatuirovka, həyat tərzi mövzularını özündə birləşdirən, 2004-cü ildə təsis edilmiş populyar qlyants brend jurnal. Səhifələri qlyants olduğundan, jurnal qəzet kiosklarında GQ və Vanity Fair kimi brend jurnallarla bir cərgədə durur. Jurnalda çəkilən tatuirovkalı qadınlar: Kat Von D, Avril Lavin, Diablo Kodi, Eve Malin Akerman Həmçinin bu jurnalda çəkilənlər arasında çox sayda kişilər də var: Ozzi Osborn, Treysi Morqan, Slash, Kid Kudi Billi Armstronq. və başqaları. == Tarix == "Inked" 2004-cü ilin sonlarında təsis edilmişdi, 2006-cı ildə isə jurnal Downtown Media Group adlı nəşriyyat evi tərəfindən alınmışdı. Nylon Holding, Inc. şirkətinin Prezidenti və Nylon jurnalının chef-redaktoru Donald Hellinger, 2007-ci ilin avqust ayında Inked jurnalını alaraq onun sahibinə çevrlir. O Todd Vaynberqi kreativ direktor vəzifəsinə təyin etdi və ona jurnalın dizaynında korrektə işlər görməsini tapşırdı. 2010-cu ildə isə Rocky Rakovic jurnalın redaktor vəzifəsinə təyin olundu.
Index Kewensis
Índex Kewénsis (qısaca IK, ing. Kew Index) — 1893-cü ildə Cozef Huker tərəfindən əsası qoyulmuş və indiyə qədər Kyu kral botanika bağları (İngiltərə) tərəfindən nəşr olunan botanik adlandırma məlumat kitabçası.
Indie rock
İndi-rok (ing. Indie rock) — rok musiqisinin stillərindən biridir. İngilis dilindəki "independent" (tərc. "müstəqil") və "rock" sözlərindən yaranmışdır. İndi-rok ABŞ və Böyük Britaniyada formalaşmışdır. Bu musiqi tərzinin xüsusiyyəti ondadır ki, bu tərzdə oxuyan qruplar öz musiqilərini məhz özləri, yəni heç bir studiya olmadan geniş kütlə ilə paylaşırlar. Hazırda dünyada indi-rok tərzində oxuyan qruplar üstünlük təşkil edir.
Baltic Dry Index
Baltic Dry Index (BDI) — ticarət indeksi, (Baltic Exchange) Baltic birjasinda gundəlik hesab olunur. İndeks gostərər əsas 20 dəniz yoluyla daşilinan guru yukun (komur,duyu,bugda və dig.) qiymətini və Handymax, Panamax və Capesize gəmi novlərinin daşınmalarini hesablayir. == Hesablanma == Əsas muqabilələrin qiymətini satıb-alan tərəflər danişir, birja maklerlarinin əsas məqsədi bu muqabilələrin qiymətlərini orta hesab qostəricisinə gətirmək.
Australian Plant Name Index
Avstraliya Bitki Adları İndeksi (ing. Australian Plant Name Index) — Avstraliyada bitən bitki adlarının indeksi.
International Plant Names Index
Bitkilərin Elmi Adının Beynəlxalq Siyahısı (ing. IPNI — ing. International Plant Names Index) — İnternet şəbəkəsində bitkilərin latın dilində adları olan verilənlər bazasına keçidi təmin edən sayt. Vəsait botaniki nomenklatura haqqında informasiyaların standartlaşdırılması məqsədilə yaradılıb.