Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan İqtisadçılar İttifaqı
Azərbaycan İqtisadçılar İttifaqı - missiyası açıq bazar iqtisadiyyatı yaradılması ilə bağlı islahatların həyata keçirilməsi üçün ictimaiyyətin səylərini birləşdirmək və onu qlobal iqtisadiyyata qovuşdurmaq olan ittifaqdır. == Haqqında == Aİİ 30 iyun 1992-ci ildə yaradılmışdır. 70 üzvü var. Təkilatın sədri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadədir. == Fəaliyyəti == Aİİ Beynəlxalq İqtisadçılar İttifaqının üzvü kimi 43 dövlətdə öz nümayəndəliklərini yaratmışdır. İqtisadçılar İttifaqı San-Fransiskoda (1993), Barselonada (1994), Avstraliyada (1995), Parisdə (1996), Moskvada (2003) və başqa yerlərdə keçirilən iri müşavirə və konfransların iştirakçısı olmuşdur. Aİİ-nin fəal iştirakı ilə son illərdə bir sıra elmi-praktiki konfrans təşkil edilmiş, sosial-iqtisadi inkişafın taleyüklü problemlərinə dair fundamental işlər dərc edilmişdir. Aİİ bir neçə qrant layihəsinin həyata keçirilməsində, 1998-2000-ci illərdə Aİİ «Cənubi Qafqazın sosial-iqtisadi və ərazi inkişafının sistemli təhlili və perspektiv meylləri TRASEKA proqramı çərçivəsində», «İqtisadçıların hazırlanması və onlardan istifadə edilməsi sistemində beynəlxalq standatların tətbiq edilməsində Cənubi Qafqaz ölkələrinin peşə assosiasiyalarının iştirakı» layihələrinin həyata keçirilməsində fəal iştirak etmişdir. == Gələcək planları == Aİİ-nin ən yaxın perspektiv planları iqtisadiyyat, menecment, maliyyə-büdcə, marketinq, audit, təsərrüfat hüququ və sahibkarlıq hüququ, elmin və istehsalatın inteqrasiyasına yardım edilməsi, ölkə iqtisadiyyatının yenidən qurulmasında gənc iqtisadçıların fəal iştirakı, onların daha da təkmilləşməsi və peşəkar səviyyəsinin artırılması üçün şərait yaradılması, milli iqtisadiyyatın inkişafının ən mühüm sosial-iqtisadi problemlərinə dair çoxvariantlı təkliflərin işlənib hazırlanması ilə bağlıdır. Ümumiyyətlə, ictimai qeyri-hökumət təşkilatı olmaqla Aİİ-nin fəaliyyəti keçid dövrünün məsul vəzifələrinin əhəmiyyətinin dərk edilməsinə əsaslanır.
Biz iqtisadçılarıq (film, 1967)
Biz iqtisadçılarıq qısametrajlı sənədli televiziya filmi rejissorlar Rasim İsmayılov və Z. Savaneli tərəfindən 1967-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film istehsalatda yeni iqtisadi islahatların həyata keçirilməsi haqqındadır. == Məzmun == Film istehsalatda yeni iqtisadi islahatların həyata keçirilməsi haqqındadır.
Keynsdən sonra böyük iqtisadçılar
Keynsdən sonra böyük iqtisadçılar (ing. Great Economists since Keynes: An Introduction to the Lives and Works of One Hundred Modern Economists) — İngilis iqtisadi elm tarixçisi Mark Blauqun (1985) əsəri. == Məzmunu == Müəllif Con Meynard Keynsdən sonra iqtisadiyyata töhfə verən 100 ən məşhur iqtisadçı alimin həyat və yaradıcılığına dair kiçik və lokanik şəkildə yazılmış oçerklər şəklində izah edir. Hər bir oçerkdə iqtisadçının həyat və yaradıcılığının əsas mərhələləri haqqında məlumatlar vardır. Kitab bioqrafik mənbə kimi istifadə olunur , ingilis dilində bir neçə dəfə çap olunmuş, başqa dillərə tərcümə edilmişdir. === İqtisadçıların siyahısı === == İstinadlar == == Nəşrlərin siyahısı == Блауг М. Great Economists since Keynes: An Introduction to the Lives and Works of One Hundred Modern Economists. Edward Elgar Publishing. 1998. 328. ISBN 1858986923.