Keynsdən sonra böyük iqtisadçılar (ing. Great Economists since Keynes: An Introduction to the Lives and Works of One Hundred Modern Economists) — İngilis iqtisadi elm tarixçisi Mark Blauqun (1985) əsəri.
Keynsdən sonra böyük iqtisadçılar | |
---|---|
ing. Great Economists since Keynes | |
Müəllif | Mark Blauq |
Janr | bioqrafiya |
Orijinalın dili | ingilis |
Orijinalın nəşr ili | 1985 |
Sonrakı | Keynsdən əvvəl 100 böyük iqtisadçı |
Müəllif Con Meynard Keynsdən sonra iqtisadiyyata töhfə verən 100 ən məşhur iqtisadçı alimin həyat və yaradıcılığına dair kiçik və lokanik şəkildə yazılmış oçerklər şəklində izah edir. Hər bir oçerkdə iqtisadçının həyat və yaradıcılığının əsas mərhələləri haqqında məlumatlar vardır[1][2].
Kitab bioqrafik mənbə kimi istifadə olunur [3], ingilis dilində bir neçə dəfə çap olunmuş, başqa dillərə tərcümə edilmişdir[4].