Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İttihadçılıq
İttihadçılıq (türk. İttihatçılık, hərf. Birlikçilik) — 1908-ci ildə Gənc türklər inqilabını həyata keçirən və 1913–1918-ci illərdə Osmanlı imperiyasını idarə edən İttihad və Tərəqqi Komitəsinin ideologiyası. İttihad və Tərəqqi Partiyasının Mərkəzi Komitəsinin qatı türk milliyətçilərindən ibarət olmasına baxmayaraq, 1912–1913-cü illərdə Birinci Balkan müharibəsində məğlub olana qədər onlar imperiyanın türk olmayan əhalisinin xoşuna gəlməyəcəyi üçün ictimai yerlərdə bunu vurğulamırdılar. İttihat və Tərəqqi üçün daha bir problem imperiyanın etnik türklərinin əksəriyyətinin özlərini heç də türk kimi deyil, sadəcə olaraq türkcə danışan sünni müsəlmanlar kimi görmələri idi. Türkiyə tarixçisi Tanər Akçam yazmışdır ki, Birinci Dünya müharibəsi "Anadoluda yaşayan geniş müsəlman kütləsinin özlərini müsəlman yox, türk, yoxsa kürd kimi başa düşməsi belə sual altındadır". İttihad və Tərəqqi Partiyası "elm şüurlu kadrlar" ilə Osmanlı cəmiyyətinin inqilabi transformasiyasını özünə hədəf seçmişdi, lakin İTP monarxiyanı və islamın dövlət dini statusunu saxlamaq istəyən mühafizəkar inqilabçılar idi, çünki "Gənc türklər" sultanlıq və islamın Osmanlı imperiyasını bir arada tutan vacib bir element olduğuna inanırdılar. İttihad və Tərəqqi Partiyası nəticədə panislamizmə arxalanırdı, lakin Müqəddəs Komitədə həmişə sekulyarizm bir mədəniyyət kimi mövcud idi. Üləma ilə əlaqələrini gərginləşdirən 31 mart hadisəsindən sonra İTP dini fanatizmi ciddi şəkildə sıxışdırmış, lakin eyni zamanda Birinci Dünya müharibəsi zamanı islamçı hərarətdən öz xeyrinə istifadə etmişdir. Buna baxmayaraq, İTP özünü Osmanlı, türk və müsəlman cəmiyyətini Avropa standartlarına uyğunlaşdıran, sosial islahat tələb edən modernist qüvvə kimi görürüdü. Kamalçılıqdan əvvəlki sosial islahat nümunəsi 1917-ci ildə qəbul edilən mübahisəli "Müvəqqəti Ailə Qanunu" idi.
Azərbaycan İqtisadçılar İttifaqı
Azərbaycan İqtisadçılar İttifaqı — missiyası açıq bazar iqtisadiyyatı yaradılması ilə bağlı islahatların həyata keçirilməsi üçün ictimaiyyətin səylərini birləşdirmək və onu qlobal iqtisadiyyata qovuşdurmaq olan ittifaqdır. Aİİ 30 iyun 1992-ci ildə yaradılmışdır. 70 üzvü var. Təkilatın sədri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadədir. Aİİ Beynəlxalq İqtisadçılar İttifaqının üzvü kimi 43 dövlətdə öz nümayəndəliklərini yaratmışdır. İqtisadçılar İttifaqı San-Fransiskoda (1993), Barselonada (1994), Avstraliyada (1995), Parisdə (1996), Moskvada (2003) və başqa yerlərdə keçirilən iri müşavirə və konfransların iştirakçısı olmuşdur. Aİİ-nin fəal iştirakı ilə son illərdə bir sıra elmi-praktiki konfrans təşkil edilmiş, sosial-iqtisadi inkişafın taleyüklü problemlərinə dair fundamental işlər dərc edilmişdir. Aİİ bir neçə qrant layihəsinin həyata keçirilməsində, 1998–2000-ci illərdə Aİİ "Cənubi Qafqazın sosial-iqtisadi və ərazi inkişafının sistemli təhlili və perspektiv meylləri TRASEKA proqramı çərçivəsində", "İqtisadçıların hazırlanması və onlardan istifadə edilməsi sistemində beynəlxalq standatların tətbiq edilməsində Cənubi Qafqaz ölkələrinin peşə assosiasiyalarının iştirakı" layihələrinin həyata keçirilməsində fəal iştirak etmişdir. Aİİ-nin ən yaxın perspektiv planları iqtisadiyyat, menecment, maliyyə-büdcə, marketinq, audit, təsərrüfat hüququ və sahibkarlıq hüququ, elmin və istehsalatın inteqrasiyasına yardım edilməsi, ölkə iqtisadiyyatının yenidən qurulmasında gənc iqtisadçıların fəal iştirakı, onların daha da təkmilləşməsi və peşəkar səviyyəsinin artırılması üçün şərait yaradılması, milli iqtisadiyyatın inkişafının ən mühüm sosial-iqtisadi problemlərinə dair çoxvariantlı təkliflərin işlənib hazırlanması ilə bağlıdır. Ümumiyyətlə, ictimai qeyri-hökumət təşkilatı olmaqla Aİİ-nin fəaliyyəti keçid dövrünün məsul vəzifələrinin əhəmiyyətinin dərk edilməsinə əsaslanır.
Biz iqtisadçılarıq (film, 1967)
Biz iqtisadçılarıq qısametrajlı sənədli televiziya filmi rejissorlar Rasim İsmayılov və Z. Savaneli tərəfindən 1967-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film istehsalatda yeni iqtisadi islahatların həyata keçirilməsi haqqındadır. == Məzmun == Film istehsalatda yeni iqtisadi islahatların həyata keçirilməsi haqqındadır.
Keynsdən sonra böyük iqtisadçılar
Keynsdən sonra böyük iqtisadçılar (ing. Great Economists since Keynes: An Introduction to the Lives and Works of One Hundred Modern Economists) — İngilis iqtisadi elm tarixçisi Mark Blauqun (1985) əsəri. Müəllif Con Meynard Keynsdən sonra iqtisadiyyata töhfə verən 100 ən məşhur iqtisadçı alimin həyat və yaradıcılığına dair kiçik və lokanik şəkildə yazılmış oçerklər şəklində izah edir. Hər bir oçerkdə iqtisadçının həyat və yaradıcılığının əsas mərhələləri haqqında məlumatlar vardır. Kitab bioqrafik mənbə kimi istifadə olunur , ingilis dilində bir neçə dəfə çap olunmuş, başqa dillərə tərcümə edilmişdir. Блауг М. Great Economists since Keynes: An Introduction to the Lives and Works of One Hundred Modern Economists. Edward Elgar Publishing. 1998. 328. ISBN 1858986923.