Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İstiklal Makzume Anadolu Liseyi
İskenderun İstiklal Makzume Anadolu Liseyi (türk. İstiklal Makzume Anadolu Lisesi) — Türkiyənin İskenderun şəhərində yerləşən dövlət liseyidir. Anadolu liseyi kimi təsnif edilən o, Türkiyədə xarici dil tədrisinə və ümummilli standartlaşdırılmış test vasitəsilə tələbə seçiminə diqqət yetirmələri ilə tanınan dövlət liseylərinin xüsusi kateqoriyasına aiddir. Məktəb İskenderunda prestijli sayılır və tələbə qəbulu üçün milli liseydə yerləşdirmə imtahanında yüksək bal toplamaq tələb olunur. Məktəb İskenderun şəhərinin mərkəzində Süleymaniyyə rayonunda yerləşir və təxminən 4000 kvadratmetr sahəni əhatə edir. 1986-cı ildə iş adamı Lyonel Makzume tərəfindən mərhum həyat yoldaşı İstiklal Makzumenin şərəfinə qurulan məktəb daha sonra dövlət Anadolu Liseyi olmaq üçün Türkiyə Təhsil Nazirliyinə bağışlanıb. Qurucu Lyonel Makzumenin nəvəsi Cehan Barburun dediyinə görə, o, nəvələrinin oxuya biləcəyi yüksək standartlara malik yerli təhsil müəssisəsi yaratmaq motivi ilə yaşadığı İskenderunda məktəb yaratmağı hədəfləyib. Buna baxmayaraq, Makzume ilə məktəb rəhbərliyi arasındakı əlaqə məktəb onun şərtləri ilə nəvələrini qəbul etməkdən imtina etdikdən sonra kəsildi. Məktəbdə basketbol komandası fəaliyyət göstərir, o, müntəzəm olaraq regional turnirlərdə iştirak edir. 2014-cü ildə komanda vilayət səviyyəli turnirdə ikinci yeri tutdu, nəticədə final oyununda IKEM Kollecinə məğlub oldu.
İstiqlal
Müstəqillik və ya İstiqlal — bir millətin və ya bir dövlətin öz vətəndaşı və ya əhalisi tərəfindən idarə edilməsidir. Başqa sözlə, suverenlik hüquqlar başqalarının əlində olmaması. Müstəqillik, müxtəlif yollarla ələ gəlir, o cümlədən demokratik yolu ilə və ya silahlı mübarizə ilə.
İstismar
İstismar - istənilən şeyin tükənməsi hesabına istifadəsi. Texniki istismar - istifadə müddəti dövründə, məmulatdan (əmək alətləri, qurğular, texniki sistem və s.) yararlanma prosesi. Təbiətin - təbii qaynaqların - yataqların, münbit torpağın, meşələrin və suların, ovçu və balıqçı örüşlərinin istismarı. İnsanın istismarı - marksist siyasi-iqtisadına aid anlayış. Başqa insanın əməyinin nəticələrinin bir hissəsinin qarşılıqsız mənimsənilməsi.
"İstiqlal" ordeni
"İstiqlal" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 1992–2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olmuşdur. == Tarixi və statusu == "İstiqlal" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Təsis olunduğu zaman orden Azərbaycan Respublikasının ən yüksək təltifi idi. Ordeninin statutu Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Qanuna əsasən orden aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə; Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə; Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə. == Təsviri == "İstiqlal" ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda ordenin təsviri aşağıdakı kimi verilmişdir: "İstiqlal" ordeni qızıldan və gümüşdəndir, düzgün səkkizguşəli qızıl ulduz şəklindədir. Ulduzun guşələri üzərindəki şüalar onun sağanağına dirənir.
İstiqlal (dəqiqləşdirmə)
İstiqlal — Siyasi-ictimai mənasında (müstəqillik) İstiqlal (snayper tüfəngi) — Azərbaycan istehsalı olan irikalibrli snayper tüfəngi. İstiqlal məscidi — İndoneziyada ən böyük məscid. İstiqlaliyyət küçəsi — Bakı. İstiqlaliyyət küçəsi — İstanbul. İstiqlal qəzeti İstiqlal (qəzet, 1909) — Cənubi Azərbaycanda dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1918) — Azərbaycan Xalq Cümhuriyyəti dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1921) — Sovet dövründə gizli fəaliyyətə başlayan qəzet. İstiqlal (qəzet, 1932) — Türkiyədə dərc olunmuş qəzetlərdən biri.
İstiqlal (mahnı)
İstiqlal (qəzet)
İstiqlal (qəzet, 1918) — Azərbaycan Xalq Cümhuriyyəti dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1921) — Sovet dövründə gizli fəaliyyət göstərmiş qəzet. İstiqlal (qəzet, 1932) — Türkiyədə dərc olunmuş qəzetlərdən biri.
İstiqlal FK
İstiqlal (Farsca; باشگاه فرهنگی ورزشی استقلال) — İran Birinci Futbol Liqasındakı 2 böyük Tehran komandasından biridir.
İstiqlal Marşı
İstiqlal Marşı — Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının dövlət himni. Qərb Cəbhəsi Komandiri İsmət İnönü dövlət himni üçün şeirin yazılması ilə bağlı xalqa səslənmiş və şeiri məqbul görülən şəxsə 500 türk lirəsi mükafat vəd etmişdir. Yarışmaya 724 şeir təqdim edilmiş, lakin bu şeirlərdən heç biri himn olmaq üçün uyğun hesab edilməmişdir. Bu hadisədən sonra Mehmet Akif Ərsoyun "Bizim Qəhrəman Ordumuz" adlı şeiri parlamentdə oxunmuş və böyük rəğbətlə qarşılanmışdır. 12 mart 1921-ci il tarixli iclasda bu şeir himn olaraq qəbul edilmişdir. Mehmet Akif Ərsoy, müsabiqə mükafatı üçün nəzərdə tutulmuş 500 lirə mükafatı almamış və bu vəzifəni ordu və millət üçün yerinə yetirdiyini dilə gətirmişdir. İstiqlal Marşının bəstəkarı Osmanlı sarayında ilk türk skripkaçı kimi yetişdirilən Osman Zəki Üngör olmuşdur. İstiqlal marşının çərçivəli şəkili, bütün türk sinif otaqlarının löhvəsi üzərində Türk bayrağı və ölkənin qurucusu olan Atatürkün fotoşəkili ilə birlikdə divardan asılı vəziyyətdə dayanmalıdır. 20 oktyabr 1927-ci ildən bəri bunlarla yanaşı Atatürkün gənclərə ilhamlı xitabının yer aldığı fotoşəkil də yerləşdirilmişdir. On misralı himndən yalnız ilk iki dörd misra oxunur.
İstiqlal məhkəmələri
İstiqlal məhkəməsi (türk. İstiklâl Mahkemesi) — 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsi dövründə hökumətə qarşı çıxanların mühakimə olunması üçün yaradılan yüksək səlahiyyətə sahib ali məhkəmələr. Ankara, Əskişehir, Konya, Isparta, Sivas, Kastamonu, Pozantı və Diyarbəkir mövcud olmuşdur. Ankara məhkəməsi xaric digər məhkəmələrin fəaliyyəti 1921-ci ildə dayandırılıb. İstiqlal Məhkəmələrinə səlahiyyət verən qanun qəbul edildikdən sonra, İsmət İnönü 14 İstiqlal məhkəməsinin qurulmasını təklif etdi. Mövcud olan işlər üçün 14 məhkəmə çox olacağından yalnız 7 məhkəmə yaradıldı. Məhkəmələrin qurulmasından bir ay sonra, Diyarbəkirdə başqa bir məhkəmə quruldu və ümumi say səkkizə çatdı. Müharibə bitdikdən sonra məhkəmələrin artıq ehtiyacsız olduğunu hiss edildi. Hökumət məhkəmələrin ömrünü uzadacağına ümid etsə də, müxalifətin təzyiqi 1921-ci ildə istiqlal məhkəmələrinin yeddisinin bağlanmasına səbəb oldu. 1925-ci ilin martında Asayişi Qoruma Qanunu (türk.
İstiqlal məhkəməsi
İstiqlal məhkəməsi (türk. İstiklâl Mahkemesi) — 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsi dövründə hökumətə qarşı çıxanların mühakimə olunması üçün yaradılan yüksək səlahiyyətə sahib ali məhkəmələr. Ankara, Əskişehir, Konya, Isparta, Sivas, Kastamonu, Pozantı və Diyarbəkir mövcud olmuşdur. Ankara məhkəməsi xaric digər məhkəmələrin fəaliyyəti 1921-ci ildə dayandırılıb. İstiqlal Məhkəmələrinə səlahiyyət verən qanun qəbul edildikdən sonra, İsmət İnönü 14 İstiqlal məhkəməsinin qurulmasını təklif etdi. Mövcud olan işlər üçün 14 məhkəmə çox olacağından yalnız 7 məhkəmə yaradıldı. Məhkəmələrin qurulmasından bir ay sonra, Diyarbəkirdə başqa bir məhkəmə quruldu və ümumi say səkkizə çatdı. Müharibə bitdikdən sonra məhkəmələrin artıq ehtiyacsız olduğunu hiss edildi. Hökumət məhkəmələrin ömrünü uzadacağına ümid etsə də, müxalifətin təzyiqi 1921-ci ildə istiqlal məhkəmələrinin yeddisinin bağlanmasına səbəb oldu. 1925-ci ilin martında Asayişi Qoruma Qanunu (türk.
İstiqlal məscidi
İstiqlal məscidi (ind. Masjid Istiqlal) — İndoneziyada ən böyük məscid. 1978-ci ildə prezident Suxarto tərəfindən açılış edilib. İstiqlal məscidi hələ də Cənub-Şərqi Asiyanın ən böyük məscididir və burada eyni vaxtda 120 min müsəlman namaz qıla bilər. Məscidin adı isə İndoneziyanın müstəmləkəçilərdən qurtularaq dövlət müstəqilliyi qazanması ilə bağlıdır. İstiqlal ənənəvi Yavan məscidlərinə bənzəmir. Bina nəhəng beton blok formasındadır və üzərində də 45 metr diametrə malik, 12 dairəvi sütun üzərində sferik günbəz var. Binanın kənarlarında bütün mərtəbələrə aparan pilləkənlər inşa edilib və böyük ibadət məkanının qarşısında kiçik günbəzli kiçki ibadət yeri var. Sadə və minimum dekorativ həndəsi detallara malik məscidə cakartalılar çox böyük dəyər verir.
İstiqlal ordeni
"İstiqlal" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 1992–2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olmuşdur. "İstiqlal" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Təsis olunduğu zaman orden Azərbaycan Respublikasının ən yüksək təltifi idi. Ordeninin statutu Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Qanuna əsasən orden aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə; Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə; Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə. "İstiqlal" ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda ordenin təsviri aşağıdakı kimi verilmişdir: "İstiqlal" ordeni qızıldan və gümüşdəndir, düzgün səkkizguşəli qızıl ulduz şəklindədir. Ulduzun guşələri üzərindəki şüalar onun sağanağına dirənir.
İstiqlal qəzeti
İstiqlal (qəzet, 1918) — Azərbaycan Xalq Cümhuriyyəti dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1921) — Sovet dövründə gizli fəaliyyət göstərmiş qəzet. İstiqlal (qəzet, 1932) — Türkiyədə dərc olunmuş qəzetlərdən biri.
İstiqlal toplusu
İstiqlal toplusu — 1919-cu ildə, "İstiqlal bəyannaməsi"nin elan olunmasının birinci ildönümü münasibətilə Bakıda buraxılmış toplu. "İstiqlal bəyannaməsi"nin mətni ilə açılan topluda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan parlamenti", P. Kosalının "Seymin Parlamanı Cümhuriyyətimizin tarixi inkişafında", Üzeyir bəy Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi tarixindən", naməlum müəllifin "Xalq ədəbiyyatı" məqalələri verilmişdir.
İstiqlal Bəyannaməsi
Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az-əbcəd. ایستیقلال بیان‌نامه‌سی‎) və ya İstiqlal Əqdnaməsi (az-əbcəd. ایستیقلال عقدنامه‌سی‎) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Müstəqillik Günü dövlət bayramı kimi qeyd edilir. 1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar.
İstiqlal (toplu)
İstiqlal toplusu — 1919-cu ildə, "İstiqlal bəyannaməsi"nin elan olunmasının birinci ildönümü münasibətilə Bakıda buraxılmış toplu. == Tarixi == "İstiqlal bəyannaməsi"nin mətni ilə açılan topluda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan parlamenti", P. Kosalının "Seymin Parlamanı Cümhuriyyətimizin tarixi inkişafında", Üzeyir bəy Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi tarixindən", naməlum müəllifin "Xalq ədəbiyyatı" məqalələri verilmişdir.
"İstiqlal" medalı (Türkiyə)
"İstiqlal" medalı — Türkiyə İstiqlaliyyət müharibəsində böyük xidmətləri olmuş hərbçilərə və mülkilərə, o dövrdə deputat olanlara, müharibəyə qatılan alayların bayraqlarına, Ərzurum və Sivas konqreslərinə qatılanlara "İstiqlal" medalı qanunu adlı xüsusi qanuna görə verilən medaldır. Bu medal 1 noyabr 2006-cı il tarixinə qədər TBMM tərəfindən verilmiş, bu tarixdən sonra müraciət edənlərə isə Milli Müdafiə Nazirliyi tərəfindən verilir. Ümumilikdə 95261 nəfərə verilmişdir. Qanuna görə sağ sinənin üzərinə hər gün taxılır. "İstiqlal" medalının yaradılmasından sonra Osmanlı dövrünə aid bütün medal və nişanlar ləğv edilmişdir. == "İstiqlal" medalı qanunu == Türkiyə İstiqlaliyyət müharibəsi bitdikdən sonra müharibə zamanı cəbhədə və cəbhə gerisində xüsusi xidmət göstərənlərə medal verilməsi mövzusu TBMM-də müzakirə edildi. 29 noyabr 1920-ci ildə məclisdə qəbul edilən 66 saylı qanun, 4 aprel 1921-ci ildə Rəsmi qəzetdə yayımlanaraq qüvvəyə mindi. Daha sonrakı illərdə çıxan bəzi qanunlarla əsas qanun olan 66 saylı qanuna əlavələr edilmişdir. Misal üçün, 1924-cü ildə çəxan 525 saylı qanun "İstiqlal" medalının varislərə keçişi ilə bağlı hökmləri, 1926-cı ildə çıxarılan 869 saylı qanun isə ilk dəfə medal alanlarla bağlı hökmləri əhatə edirdi. == Dizaynı == "İstiqlal" medalı oval formadadır, Latın hərfləri ilə (yeni Türkcə) nəşri edilən medalların həci 35×40 mm, ağırlığı 15,55 qramdır.
ABŞ istiqlal bəyannaməsi
ABŞ İstiqlaliyyət Bəyannaməsi — tarixi sənəd və siyasi fəlsəfə manifesti. 1776-cı il iyulun 4-də 2-ci Kontinental Konqres tərəfindən qəbul edilmişdir. Bəyannamə müstəmləkələrin metropoliyadan ayrılmasını və yeni müstəqil dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini və "yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq" hüququnu elan etdi. Bəyannamə o dövr ABŞ fedrasiyasına daxil olan 13 ştat tərəfindən yekdilliklə qəbul edilmişdir. == Bəyannamənin mətni == Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş etmişdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Bəşər tarixində elə bir məqam yetişir ki, hər hansı xalq onu başqa bir xalqa bağlayan siyasi əlaqələri qırıb atmağa, təbiətin və Yaradanın ona bəxş etdiyi qanunlara uyğun olaraq dünya dövlətləri arasında müstəqil, kimdənsə asılı olmadan mövqe tutmağa çalışır və belə olanda həmin xalq bəşəriyyətin rəyinə ehtiram əlaməti kimi, özünün müstəqilliyə canatma səbəblərini, heç şəksiz ki, izah etməlidir. Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən hökumət qurur, odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır. Əlbəttə, sağlam şüur dərk edir ki, çoxdan bəri formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz edilməməlidir, çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə mümkün olduqca dözməyə daha meyllidirlər. Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl məqsəd — xalqı sonu görünməyən despotizmə tabe etdirmək məqsədi daşıyırsa, onda bu cür iqtidarı devirmək və özünün gələcək əminamanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur.
ABŞ İstiqlal müharibəsi
ABŞ İstiqlal müharibəsi (ing. American Revolutionary War, American War of Independence) — 1775–1783-ci illərdə ABŞ və İngiltərə arasında baş vermiş müharibə. Şimali Amerikada İstiqlaliyyət uğrunda müharibə 1775-ci ildə başlandı və bu müharibə nəticəsində İngiltərənin hökmranlığına son qoyuldu, 1776-cı ildə Amerika Birləşmiş Ştatları (ABŞ) yarandı. 1783-cü ildə Paris sülh müqaviləsinə əsasən İngiltərə ABŞ-nin müstəqilliyini tanıdı. Bu müharibə nəticəsində həmçinin torpaq mülkiyyətindəki feodalizm ünsürləri ləğv edildi, hakimiyyət burjuaziyanın və torpaq sahiblərinin əlinə keçdi. 1787-ci ildə yeni Konstitusiya qəbul olundu. Bu Konstitusiya ABŞ-ni federal dövlət kimi rəsmiləşdirdi. 1789-cu ildə ABŞ-də ilk prezident seçkiləri keçirildi və mason lideri Corc Vaşinqton prezident seçildi. Ölkədə mütəmadi olaraq etirazlar, qiyamlar, üsyanlar baş qaldırırdı. Buna ən bariz nümunə 1786-87-ci illərdə yoхsul fermerlərin başladığı Şeys üsyanı göstərilə bilər.
Estoniyanın İstiqlal Bəyənnaməsi
Estoniyanın İstiqlal Bəyənnaməsi, həmçinin bütün Estoniya xalqlarına manifest (est. Manifest kõigile Eestimaa rahvastele) — 1918-ci ildən etibarən Estoniya Respublikasının əsas qanunu. Bəyənnamənin Reveldə (Tallin) nəşr olunduğu gün - 24 fevral milli bayram və ya Estoniyanın Müstəqillik günü kimi qeyd olunur. Bəyannamənin layihəsi Estoniyanın Zemski Şurasının ağsaqqalları tərəfindən seçilmiş Estoniyanın Nicat Komitəsi tərəfindən hazırlanmışdır. Elanın başlanğıcında 21 fevral 1918-ci ildə təyin olundu, ancaq elan 23 fevral axşamı qədər təxirə salındı, manifest, Endla Teatrında Pärnu'da açıq bir şəkildə basıldı və səsləndi. Ertəsi gün, 24 fevral, manifest çap edildi və Reveldə (Tallinn) yayıldı. == Tarixi == XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri. Estoniyalıların və Baltik Almanlarının bərabər hüquqlarına və Baltik almanlarının il və yerli hökumətlərdə, eləcə də mədəniyyət və təhsil sahələrində hakim rolunun məhdudlaşdırılması tələbi ilə yaradılmış Estoniya milli oyanışının vaxtı idi. Hökumətin Sankt-Peterburqda almanları Rusiya əyalətlərindəki vəzifəli məmurlarla əvəz etməsi və vilayətdəki bütün Rusiyanın əmrini təsdiqləməsi cəhdləri qeyri-sabit idi və çox müvəffəqiyyət qazanmadılar, eyni zamanda Estoniyalıların siyasi stabillik üçün Finlandiyalı üsluba sahib olmasını arzuladılar. 2 mart 1917-ci il Fevral inqilabından sonra Rusiya Müvəqqəti Hökuməti "Estland əyalətinin inzibati idarəetməsinin və yerli rəhbərliyinin müvəqqəti quruluşu haqqında" fərman imzalayıb, Estland əyalətinin komissarı vəzifəsinə təyin olunmuş və Estland əyalətinin Müvəqqəti Zemstvo Şurasının yaradılmasına icazə verilmişdir.
Peru İstiqlal müharibəsi
Peru istiqlal müharibəsi (isp. Guerra de İndependencia de Perú) — Peru vitse kralığı və Yuxarı Peru (indiki Peru, Boliviya və Çili, Argentinanın bir hissəsi) baş verən və İspan ağalığına qarşı Cənubi Amerikada azadlıq müharibəsinin bir hissəsidir. Azadlıq uğrunda hərəkat Napoleonun İspaniyanı işğalı və ingilis donanmasının İspaniyanı hühasirədə saxlamasından sonra daha geniş xarakter alır. Peru varlı torpaq sahibləri və istehsalçı güvvələr, mədən sahibləri hərəkatın başında dururdular. Onlar hüquqi cəhətdən İspaniyanı dəstəkləyirdilər. Buna səbəb isə ərazilərdə baş verən hindu müharibələri idi ki, buna Tupak AnaruIInun 1780-1781 ci illərdəki üsyanını göstərmək olar. Üstəlik iqtisadi maraqlar, Çili və Argentina ilə iqtisadi rəqabət rüzum yaradırdı. Bu üsyanlar 1812-ci ildə Uanuko və 1814-1816 cı illərdə Kuskoda baş vermişdir. Hətta Buenos Ayres tərəfindən dəstəklənməsinə baxmayaraq üsyanlar asanlıqla yatırılmışdır. Azadlıq hərəkatında əsas dönüş Peru vitse kralığının ərazisinə cənubdan Xose San Martin (1820-1823), şimaldan isə Simon Bolivarın (1824) yürüşü mühün rol oynamışdır.
Qafqaz İstiqlal Komitəsi
Qafqaz İstiqlal Komitəsi (1927) — Azərbaycan, Gürcüstan və Şimali Qafqazın istiqlalının bərpası və birləşdirilməsi məqsədilə 1927-ci ildə Varşavada (Polşa) yaradılmış siyasi təşkilat. Qafqaz İstiqlal Komitəsi (1952) — Qafqaz xalqlarının milli azadlıq mübarizəsinə rəhbərlik və xaricdə onu təmsil etmək üçün 1952-ci ildə Münhendə (Almaniya) yaradılmış ümumqafqaz mərkəzi.
Texas İstiqlal müharibəsi
Texas İstiqlal müharibəsi (ing. Texas Revolution) — Şimali Amerikada Texas Respublikası ilə Meksika arasında baş vermiş müharibə. 1835-ci ilin 2 oktyabr tarixində başlanan müharibə, 6 ay davam etmiş və 1836-cı ilin 21 aprel tarixində Valesko sülh müqaviləsinin imzalanması ilə başa çatmışdır. Texas İstiqlal müharibəsinin əsas səbəbi Meksikanın mərkəzləşdirmə siyasəti ilə hesablaşmaq istəməyən Texasın, Meksikadan ayrılaraq öz müstəqilliyini elan etməsi olmuşdur. Müharibənin başladılmasında rolu olan qruplardan biri də Texas ərazilərində məskunlaşması və (ing. Texians) adı verilən Avropalı gəlmələr idi. Belə ki, gəlmələr ərazinin yerli sakinləri ilə birlikdə Meksika hökumətinin ağalığını qəbul etməyərək müharibəyə başlamış və ilkin hədəf kimi, 1835-ci ildə Meksika ordusuna məxsus kiçik qarnizonlara hücumlar təşkil edilmişdir. Daxili münaqişələrin və xaosun Texasda şiddətlənməsi, Meksika hökumətinin ərazidə təsirsiz qalması səbəbindən Texasda ilk olaraq müvəqqəti hökumət yaradıldı. Meksika yaradılmış müvəqqəti hökuməti aradan qaldırmaq üçün tədbirlər görsədə, yerlilərin müqaviməti ilə qarşılaşdı. 1836-cı ilin mart ayında müvəqqəti hökumətin növbəti toplantısında Texas, özünü Texas Respublikası elan edərək Meksikadan ayrıldığını rəsmən elan etdi.
Mənzil İstismar Sahəsi
Mənzil kommunal istismar sahəsi (rusca: Жилищно-эксплуатационная контора (ЖЭК)) Sovet İttifaqında, sonra isə bir sıra MDB ölkələrində mövcud olan mənzil-kommunal təsərrüfatı müəssisəsidir. Rayon mənzil idarəsi, yerli hakimiyyət orqanları tərəfindən idarə olunur. Bir sıra MDB ölkələrində ləğv edilsə də, Azərbaycanın şəhər və rayonlarında hələ də mövcudluğunu qorumaqdadır. Müxtəlif yaşayış məntəqələrində onun da adları var idi: mənzil istismar xidməti (ZhES), mənzil istismar idarəsi (ZhEU), təmir və istismar idarəsi (REU), təmir və istismar müəssisəsi (REP). SSRİ dövlət mənzil fondunun bir sıra standart evlərinə xidmət göstərmək üçün yaradılmışdır. Yuxarıda göstərilən təşkilatların rəhbərləri Sovet İttifaqında pasport sistemi qaydalarına riayət etmək üçün məsuliyyət daşıyırdılar..