İSTİQLAL

is. [ ər. ] Müstəqillik, istiqlaliyyət.
Bu qədər çətinlik və məhrumiyyətə baxmayaraq, Azərbaycan xalqının istiqlala olan ümidləri sönməmişdi. M.S.Ordubadi.
Çox sevirik canımızdan; Ətimizdən, qanımızdan; Bizim böyük istiqlalı. S.Vurğun.

Синонимы

  • İSTİQLAL istiqlal bax müstəqillik
  • İSTİQLAL müstəqillik — istiqlaliyyət

Этимология

  • İSTİQLAL Ərəbcə müstəqil sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İSTİQBALÇI
İSTİQLALİYYƏT
OBASTAN VİKİ
Azərbaycan İstiqlal Muzeyi
Azərbaycan İstiqlal Muzeyi — Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı muzeydir. Muzey Mərkəzində yerləşir. Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb. O vaxt muzeyin cəmi 7000 eksponatı olub. Hazırda bu göstərici 22 000 eksponatdan artıqdır. Muzeyin ekspozisiyası 6 zalda nümayiş etdirilir: Azərbaycan İstiqlal Muzeyində rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinasları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyasında müxtəlif tarixi hadisılırı aid maraqlı tematik sərgilər və tədbirlər keçirilir. Əslində bu muzeyin tarixi daha uzaq dövrə – 1919-cu ilə gedib çıxır. Çünki Azərbaycanın ilk dövlət muzeyi də məhz İstiqlal Muzeyi olub. 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyi cəmisi bir neçə ay fəaliyyət göstərmişdi.
Azərbaycanın İstiqlal Bəyannaməsi
Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az-əbcəd. ایستیقلال بیان‌نامه‌سی‎) və ya İstiqlal Əqdnaməsi (az-əbcəd. ایستیقلال عقدنامه‌سی‎) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Müstəqillik Günü dövlət bayramı kimi qeyd edilir. 1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar.
Banqladeş istiqlal müharibəsi
Banqladeş istiqlal müharibəsi (benq. মুক্তিযুদ্ধ — Muktijuddho) — hərbi münqişə Qərbi Pakistan ilə Şərqi Pakistan (Pakistan və Banqladeş vaxtı ilə bir dövlətin ərazisinə daxil olmuşdur) və Hindistan arasında baş vermişdir. Nəticədə Banqladeş müstəqil dövlətə çevrilir. Şərqi və Qərbi Pakistan bir-birindən mədəni xüsusiyyətlərinə xərqlənirdi. Ölkənin paytaxtı Kəraçi Qərbi Pakistanda yerləşirdi. Bu səbəbdən siyasi elitanın böyük hissəsi burada cəmləşmişdi. Qərbi Pakistan hər zaman şərq üzərundə istər siyasi istərsə iqtisadi baxınından dominantlıq edirdi. Halbuki, əhalinin böyük hissəsi şərqdə yerləşirdi. 1972-ci ildə şərqin əhalisi 64,9 milyon nəfər, 1974 ildə 71,3 milyon nəfər təşkil etmişdir. Şərqin inkişafına az vəsait sərf edilirdi.
Boliviya İstiqlal müharibəsi
Boliviya İstiqlal müharibəsi Bu müharibə Boliviyanın yerli(hindu) və boliviyalılarla ispan koloniya rejiminə qarşı baş verir.Müharibə 1809-1825 ci illəri əhatə edir.Boliviyanın müstəqiliyi ilə nəticələnir(isp. República de Bolivia).Bu müharibə Amerikada İspan ağalığına qarşı istiqlal müharibələrini bir parcasıdır. Müharibəyə səbəb Latın Amerikasının yerli əhalisinin İspaniyadan azad olma və quldarlığın ləğvi məsələsi idi.Üstəlik burjuaziya ispan krallığına əlavə vergi ödəmək istəmirdi.Bu ərəfədə Bolivar Latın Amerikasında uğurlu müharibələr apararaq yerli üsyançılara yardım edirdi. 1809-cu illin 25 mayda Curkisako şəhərində üsyan baş verir.Şəhərdə hakimiyyət inqilabi xuntanın əlinə keçir və İspaniyadan ayrılaraq müstəqil olduqlarını bildirirlər.16 iyulda isə La Pasda üsyançılar hakimiyyəti ələ keçirilir və hərbi xunta yaradılır.Ona Murilo rəhbərlik edirdi.Həmçinin Kosabambe,Potosi,Oruro və Yuxarı Perunun bir necə başqa şəhərlərində də baş verir.Rio de La Plata krallığının əksinqilabçıları baş verən hadisələrə çevik hərəkət edərək üsyanları yatırmağa başlayırlar.Əvvəl La Pas sonra isə Cukisako şəhərləri ələ keçirilir.Bu hadisələr üsyançıların iradəsi qırılmır.Hərbi təşkilat olan <<Respublika Hərəkatı>> yaradılır.Bu hərəkat yerli hindu qəbilələrindən təşkil edilmişdi.Bu hərəkat 15 il mücadilə aparmalı olur.Hərəkat əsasən partizan müharibəsi aparırdı.1824-ci il Antonio Xose Fransisko de Sukrenin ordusu Yuxarı Peruya daxil olur.9 dekabrda Ayakucoda ispanlar üzərində mühüm qələbə əldə edilir.O Simon Bolivarın silahdaşı olur.1825-ci ildə ölkə ispanlardan tamamən təmizlənir.6 avqust 1826-ci ildə Cukisaka səhərində kongres çağrılır.Yeni müstəqil dövlətin yaranması haqqında qərar qəbul edilir. Nıticədə Yuxarı Peruda müstəqil dövlət yaradılır.Cənubi Amerikada böyük bir ərazi İspaniyanın əlindən cıxır.Yeni dövlətin başçısı Simon Bolivar olur.Onun şərəfinə dövlət Boliviya adlandırılır.
Braziliya İstiqlal müharibəsi
Braziliya İstiqlal müharibəsi (port. Guerra da İndependencia do Brasil).Bu münaqişə özünü müstəqil elan etmiş Braziliya İmperiyası və Portuqaliyanın silahlı qüvvələri arasında 1822-1824 ci illərdə Braziliyanın azadlığı uğrunda baş vermişdir. 1808-ci ildə Portuqaliya kral ailəsinin üzvləri fransız ordularından qaçaraq Braziliyaya gəlirlər.Kral burada böyük işlər görərək Rio de Janeyrodan ölkəni idarə edir.Napoleon Bonapart işğalları bitdikdən sonra belə geriyə Avropaya qayıtmır.Kral Juan rəhbərlik etdiyi ölkənin adını dəyişərək Birləşmiş Portuqaliya,Braziliya və Alqarv krallığı elan edir. 1820-ci ildə Portuqaliyada inqilab baş verir.Bu səbəbdən 1821-ci ildə konsitutsiya qəbul edilir.İnqilab dalğası Braziliyayada gəlib cıxır.1821-ci ilin fevral ayında Baiedə qanunverici orqan yaradılır,kral isə buna qarşılıq olaraq məhdud səlahiyyətə malik parlament təşkil edirki,buda münaqişəni alovlandırır.26 sentyabrda şəhərin meydanlarına çıxışçılar toplanır və onlar konsitutsiyanıın qəbulunu istəyirdilər.Onları kralın oğlu Pedro sakitləşdirərək,konsitutsiya qəbul ediləcəyini bildirir.2 ay sonra Xalq Konvernti yaradılır.Pedru ordunun sayəsində Konverntləri qovmağa nail olur.Braziliyada inqilab yatırılır ancaq kral Juanın xalq arasında nüfuzu azalır.Kral Lissabona getməli olur.Rio de Janeyranı tərk edərkən oğlu Perdonu vəliəhd təyin edərək bu sözləri deyir: <<Əgər Braziliya müstəqil olmaq istəsə onda qoy sənin rəhbərliyin altında baş versin,nəyinki avanturis qüvvələrin.Sən mənə ehtiram etməlisən>> Portuqaliyada Juan artıq hec bir addım ata bilmir,belə ki Liberal çoxluq Lissabonda nazirləri özü təyin edirdilər.Onlar 1807-ci ildə Braziliyaya verilən yüksək muxtariyyəti ləğv etmək niyyətində idilər.Rio de Janeyrada yerləşən qoşun (hansı ki Legion adlanırdı) Portuqaliyanın Braziliyada dominantlığının qarantı idi.Lissabon hökumətinin bu cür addımlar xalqı gənc vəliəhd ətrafında birləşməyə vadar olurlar.İlk əvvəl gizli hərəkat yaradılır ki,onun başında Pedrunun keçmiş baş naziri Arkuşa dururdu.Juan oğluna gizli məktub yazaraq Potuqaliyadan gələn təklifləri qəbul etməməyi məsləhət görür.Cünki əgər mərkəzi hökumətin qərarlarını qəbul edilərsə Cənubi Amerikada baş verən inqilablar Braziliyadan yan keçməyəcək 5 iyun 1821-ci ildə <<Legion>> Rio de Janeyroda hakimiyyəti ələ keçirir.Pedruya ultimatum göndərərək Arkusun istefasını və müstəqillik əlehdarı olan Xuntanın yaradılmasını tələb edirlər.Belə ki,Portuqaliya ordusu say və təhcizat baxımından daha güçlü idilər.Pedru <<Legionun>> tələblərini,qəbul etməli olur,amma onun tərəfdarları onu braziliya xalqını satmaqda itiham edirlər.2 ay sonra kortes Pedruya Avropaya qayıtmağı tələb edirlər.Bəhanə isə <<onun siyasi təhsilini davam etdirmək>> olur.Kortesdə onun qurtuluş hərəkatına rəhbərlik edəcəyindən qoxurdular.Buna cavab Pedru xalqa müraciət edir.Bütün əsas şəhərlərə emisarlar göndərilir.Xalq onun qalmasını istəyir.9 yanvar 1822-ci ildə Pedru tarixi bir kəlmə işlədir:<<Mən qalıram>> (port. Fico).Bu gün Braziliya tarixinə Fiko günü kimi qalır.Legion generalı Avileş öz ordusunu şəhərinən hündür nöqtələrinə yerləşdirir.Hədəf Kampu di Santan idiki bu ərazidə Pedrunun tərəfdarları toplanmışdı.Bununla belə o ölkəsinin vəliəhdinə zərər yetirmək niyyətində olmaması səbəbindən tərədüd içində idi.Bu ərəfədə Pedrunun nizamsız ordusu hüdür məntəqələrdə yerləşən potuqaliyalıları mühasirəyə alır.Avileş ordunu Praya-Qrandiyə geriyə çəkməli olur.Pedrunun qoşunu portuqaliyalıları limana sıxışdırılır.Avileşə ordunu toplayıb Portuqaliyaya qayıtmaq əmr edilir.Ancaq o acıq dənizdə mövqe tutaraq yardımçı qüvvələrin gəlməsini gözləyir.Pedru isə Minas-Jerays və San Pauludan əlavə qüvvələr çağrılır. Pedru bundan sonra portuqaliyalılara ya gəmilərə minib getmək ya da ölmək seçimi verir.Avileş getməyi üstün tutaraq Rio de Janeyonu tərk edir.Minas Jerays və San Paulu vilayyətləri Pedruya tabe olsa da, Baye vilayəti isə ona qarşı cıxır.1822-ci ildə İpiranqa çayı sahilində Pedru geyimində olan portuqal gerbini qopararaq,qılıncını yuxarı qaldıraraq bu kəlmələri deyir:Mənin qanımla,mənim şərəfimlə və Tanrının köməyi ilə.Mən Braziliyanı müstəqil edəcəyəm.Sonra bunuda,əla edərək deyir:^Vaxt catıb.Ya Azadlıq ya Ölüm!Biz Portuqaliyadan ayrılırıq^.Onun ^Ya Azadlıq ya da Ölüm^ kəlməsi istiqlaliyyatın şuarına çevrilir. 12 Oktyabr 1822-ci ildə Pedru Braziliyanın birinci İmperatoru seçilir.1 dekabrda tac qoyma mərasimi baş tutur.İmperatorun ilk işi pərakəndə halında olan qüvvələri birləşdirmək idi. Şimal vilayyətləri Baya,Marapon və Para portuqal ordusunun nəzarətində idi.Bu ərazilərə məsafənin uzaqlığı quru əməliyyatları keçirməyi mümküsüz edirdi.Qalibiyyət üçün dənizdə hakim olmaq lazım idi.Bu ərəfədə 1823-ci ilin martında məkşur admiral Kokreyn Rio de Janeyroya gəir.O Latın Amerikasının yeni yaranmış dövlətlərinin donanmasına rəhbərlik etmişdir.Hətta O Sakit okeanında İspan donanmasını darmadağın etmişdir.Pedru və Kokreyn arasında dosluq yaranır ki ,o da imperatora xidmət etməyə razılıq verir. Braziliya donanmasında cəmi 8 gəmi vardı ki ,onunda 2 istismara yararsız idi.Bunula belə o döyüşə hazırlaşırdı yolda gəmi heyətlərinin səriştəsizliyi ortaya cıxır.Bu zaman o ingilis və amerikalı gəmiçiləri <<Pedru Primeyru>> gəmisinə toplayaraq öz cinahını gücləndirir.1923 -ci ilin martında Kokreyn Baiya limanına daxil olur.Pnun bu cəsur addımı Qarnizon rəhbəri olan Madyeryanı təşvişə salır.Kokreyn ona göndərdiyi məktubda mülki və hərbi itgilərin olmaması üçün təslim olmasını tələb edir.Madyerya qarnizonu və portuqalları 13 gəmiyə yükləyərək San Luiş di Maranonaya yola düşür. Gəmi karvanı təqib edilərək qarnizonun yarısı sıradan cıxarılır.Kokreyn zədələri düzəltmək üçün 26 iyulda portuqal donanmasından əvvəl San Luiş di Maranona limanına catır.Şəhər Qubermatoruna artıq portuqal donanmasının artıq məhv edildiyini bildirərək dirənişin mənasız olduğunu bildirir.Qubernator qarnizonu topluyaraq Portuqaliyaya getməli olur.
Estoniyanın İstiqlal Bəyənnaməsi
Estoniyanın İstiqlal Bəyənnaməsi, həmçinin bütün Estoniya xalqlarına manifest (est. Manifest kõigile Eestimaa rahvastele) — 1918-ci ildən etibarən Estoniya Respublikasının əsas qanunu. Bəyənnamənin Reveldə (Tallin) nəşr olunduğu gün - 24 fevral milli bayram və ya Estoniyanın Müstəqillik günü kimi qeyd olunur. Bəyannamənin layihəsi Estoniyanın Zemski Şurasının ağsaqqalları tərəfindən seçilmiş Estoniyanın Nicat Komitəsi tərəfindən hazırlanmışdır. Elanın başlanğıcında 21 fevral 1918-ci ildə təyin olundu, ancaq elan 23 fevral axşamı qədər təxirə salındı, manifest, Endla Teatrında Pärnu'da açıq bir şəkildə basıldı və səsləndi. Ertəsi gün, 24 fevral, manifest çap edildi və Reveldə (Tallinn) yayıldı. XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri. Estoniyalıların və Baltik Almanlarının bərabər hüquqlarına və Baltik almanlarının il və yerli hökumətlərdə, eləcə də mədəniyyət və təhsil sahələrində hakim rolunun məhdudlaşdırılması tələbi ilə yaradılmış Estoniya milli oyanışının vaxtı idi. Hökumətin Sankt-Peterburqda almanları Rusiya əyalətlərindəki vəzifəli məmurlarla əvəz etməsi və vilayətdəki bütün Rusiyanın əmrini təsdiqləməsi cəhdləri qeyri-sabit idi və çox müvəffəqiyyət qazanmadılar, eyni zamanda Estoniyalıların siyasi stabillik üçün Finlandiyalı üsluba sahib olmasını arzuladılar. 2 mart 1917-ci il Fevral inqilabından sonra Rusiya Müvəqqəti Hökuməti "Estland əyalətinin inzibati idarəetməsinin və yerli rəhbərliyinin müvəqqəti quruluşu haqqında" fərman imzalayıb, Estland əyalətinin komissarı vəzifəsinə təyin olunmuş və Estland əyalətinin Müvəqqəti Zemstvo Şurasının yaradılmasına icazə verilmişdir.
Peru İstiqlal müharibəsi
Peru istiqlal müharibəsi (isp. Guerra de İndependencia de Perú) — Peru vitse kralığı və Yuxarı Peru (indiki Peru, Boliviya və Çili, Argentinanın bir hissəsi) baş verən və İspan ağalığına qarşı Cənubi Amerikada azadlıq müharibəsinin bir hissəsidir. Azadlıq uğrunda hərəkat Napoleonun İspaniyanı işğalı və ingilis donanmasının İspaniyanı hühasirədə saxlamasından sonra daha geniş xarakter alır. Peru varlı torpaq sahibləri və istehsalçı güvvələr, mədən sahibləri hərəkatın başında dururdular. Onlar hüquqi cəhətdən İspaniyanı dəstəkləyirdilər. Buna səbəb isə ərazilərdə baş verən hindu müharibələri idi ki, buna Tupak AnaruIInun 1780-1781 ci illərdəki üsyanını göstərmək olar. Üstəlik iqtisadi maraqlar, Çili və Argentina ilə iqtisadi rəqabət rüzum yaradırdı. Bu üsyanlar 1812-ci ildə Uanuko və 1814-1816 cı illərdə Kuskoda baş vermişdir. Hətta Buenos Ayres tərəfindən dəstəklənməsinə baxmayaraq üsyanlar asanlıqla yatırılmışdır. Azadlıq hərəkatında əsas dönüş Peru vitse kralığının ərazisinə cənubdan Xose San Martin (1820-1823), şimaldan isə Simon Bolivarın (1824) yürüşü mühün rol oynamışdır.
Qafqaz İstiqlal Komitəsi
Qafqaz İstiqlal Komitəsi (1927) — Azərbaycan, Gürcüstan və Şimali Qafqazın istiqlalının bərpası və birləşdirilməsi məqsədilə 1927-ci ildə Varşavada (Polşa) yaradılmış siyasi təşkilat. Qafqaz İstiqlal Komitəsi (1952) — Qafqaz xalqlarının milli azadlıq mübarizəsinə rəhbərlik və xaricdə onu təmsil etmək üçün 1952-ci ildə Münhendə (Almaniya) yaradılmış ümumqafqaz mərkəzi.
Yunanıstan istiqlal müharibəsi
Yunanıstan İstiqlaliyyət müharibəsi (yun. Ελληνικός πόλεμος της Ανεξαρτησίας, türk. Yunan Kurtuluş Savaşı), Yunan üsyanı (Osm. يونان عصياني, Yunan üsyanı) və ya Yunan inqilabı (yun. Ελληνική επανάσταση) — yunanların Osmanlı suverenliyinə qarşı başlatdığı, 1821-ci ilin fevralından 1829-cu ilin sentyabrına qədər davam edən, Osmanlı İmperiyası və yunan üsyançılar arasında baş vermiş, Yunanıstanın müstəqilliyi ilə nəticələnən hərbi münaqişə. Yunanların müstəqil bir ölkə olaraq varlıqları 1453-cü ildə Konstantinopolun fəthi və Bizans İmperiyasının varisləri olan dövlətlərin də məğlub olması ilə sona çatmışdır. Beləcə İon adaları, Aqrafa dağları, İsfakiyə, Suli və Mani bölgələrində müstəqil yaşayan az sayda yunanlardan başqa, bütün yunan xalqları Osmanlı dövlətinin suverenliyi altına girmişdir. Yunanlar Osmanlı İmperiyasının təxminən hər tərəfinə yayılmışdılar. Ancaq Peloponnes, Tessaliya və İon adalarında çox sayda yunan yaşayırdı. Yunanlar Osmanlıların dinə söykənən xalq sistemində yerlərini alaraq ölkədəki xalqlardan biri halına gəlmişdilər.
İstiqlal
Müstəqillik və ya İstiqlal — bir millətin və ya bir dövlətin öz vətəndaşı və ya əhalisi tərəfindən idarə edilməsidir. Başqa sözlə, suverenlik hüquqlar başqalarının əlində olmaması. Müstəqillik, müxtəlif yollarla ələ gəlir, o cümlədən demokratik yolu ilə və ya silahlı mübarizə ilə.
"İstiqlal" ordeni
"İstiqlal" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 1992–2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olmuşdur. "İstiqlal" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Təsis olunduğu zaman orden Azərbaycan Respublikasının ən yüksək təltifi idi. Ordeninin statutu Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Qanuna əsasən orden aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə; Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə; Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə. "İstiqlal" ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda ordenin təsviri aşağıdakı kimi verilmişdir: "İstiqlal" ordeni qızıldan və gümüşdəndir, düzgün səkkizguşəli qızıl ulduz şəklindədir. Ulduzun guşələri üzərindəki şüalar onun sağanağına dirənir.
İstiqlal (dəqiqləşdirmə)
İstiqlal — Siyasi-ictimai mənasında (müstəqillik) İstiqlal (snayper tüfəngi) — Azərbaycan istehsalı olan irikalibrli snayper tüfəngi. İstiqlal məscidi — İndoneziyada ən böyük məscid. İstiqlaliyyət küçəsi — Bakı. İstiqlaliyyət küçəsi — İstanbul. İstiqlal qəzeti İstiqlal (qəzet, 1909) — Cənubi Azərbaycanda dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1918) — Azərbaycan Xalq Cümhuriyyəti dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1921) — Sovet dövründə gizli fəaliyyətə başlayan qəzet. İstiqlal (qəzet, 1932) — Türkiyədə dərc olunmuş qəzetlərdən biri.
İstiqlal (mahnı)
İstiqlal (qəzet)
İstiqlal (qəzet, 1918) — Azərbaycan Xalq Cümhuriyyəti dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1921) — Sovet dövründə gizli fəaliyyət göstərmiş qəzet. İstiqlal (qəzet, 1932) — Türkiyədə dərc olunmuş qəzetlərdən biri.
İstiqlal FK
İstiqlal (Farsca; باشگاه فرهنگی ورزشی استقلال ایران) — İran Birinci Futbol Liqasındakı 3 böyük Tehran komandasından biridir.“İstiqlal” İranın ən populyar komandasıdır.
İstiqlal Marşı
İstiqlal Marşı — Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının dövlət himni. Qərb Cəbhəsi Komandiri İsmət İnönü dövlət himni üçün şeirin yazılması ilə bağlı xalqa səslənmiş və şeiri məqbul görülən şəxsə 500 türk lirəsi mükafat vəd etmişdir. Yarışmaya 724 şeir təqdim edilmiş, lakin bu şeirlərdən heç biri himn olmaq üçün uyğun hesab edilməmişdir. Bu hadisədən sonra Mehmet Akif Ərsoyun "Bizim Qəhrəman Ordumuz" adlı şeiri parlamentdə oxunmuş və böyük rəğbətlə qarşılanmışdır. 12 mart 1921-ci il tarixli iclasda bu şeir himn olaraq qəbul edilmişdir. Mehmet Akif Ərsoy, müsabiqə mükafatı üçün nəzərdə tutulmuş 500 lirə mükafatı almamış və bu vəzifəni ordu və millət üçün yerinə yetirdiyini dilə gətirmişdir. İstiqlal Marşının bəstəkarı Osmanlı sarayında ilk türk skripkaçı kimi yetişdirilən Osman Zəki Üngör olmuşdur. İstiqlal marşının çərçivəli şəkili, bütün türk sinif otaqlarının löhvəsi üzərində Türk bayrağı və ölkənin qurucusu olan Atatürkün fotoşəkili ilə birlikdə divardan asılı vəziyyətdə dayanmalıdır. 20 oktyabr 1927-ci ildən bəri bunlarla yanaşı Atatürkün gənclərə ilhamlı xitabının yer aldığı fotoşəkil də yerləşdirilmişdir. On misralı himndən yalnız ilk iki dörd misra oxunur.
İstiqlal məhkəmələri
İstiqlal məhkəməsi (türk. İstiklâl Mahkemesi) — 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsi dövründə hökumətə qarşı çıxanların mühakimə olunması üçün yaradılan yüksək səlahiyyətə sahib ali məhkəmələr. Ankara, Əskişehir, Konya, Isparta, Sivas, Kastamonu, Pozantı və Diyarbəkir mövcud olmuşdur. Ankara məhkəməsi xaric digər məhkəmələrin fəaliyyəti 1921-ci ildə dayandırılıb. İstiqlal Məhkəmələrinə səlahiyyət verən qanun qəbul edildikdən sonra, İsmət İnönü 14 İstiqlal məhkəməsinin qurulmasını təklif etdi. Mövcud olan işlər üçün 14 məhkəmə çox olacağından yalnız 7 məhkəmə yaradıldı. Məhkəmələrin qurulmasından bir ay sonra, Diyarbəkirdə başqa bir məhkəmə quruldu və ümumi say səkkizə çatdı. Müharibə bitdikdən sonra məhkəmələrin artıq ehtiyacsız olduğunu hiss edildi. Hökumət məhkəmələrin ömrünü uzadacağına ümid etsə də, müxalifətin təzyiqi 1921-ci ildə istiqlal məhkəmələrinin yeddisinin bağlanmasına səbəb oldu. 1925-ci ilin martında Asayişi Qoruma Qanunu (türk.
İstiqlal məhkəməsi

İstiqlal məscidi
İstiqlal məscidi (ind. Masjid Istiqlal) — İndoneziyada ən böyük məscid. 1978-ci ildə prezident Suxarto tərəfindən açılış edilib. İstiqlal məscidi hələ də Cənub-Şərqi Asiyanın ən böyük məscididir və burada eyni vaxtda 120 min müsəlman namaz qıla bilər. Məscidin adı isə İndoneziyanın müstəmləkəçilərdən qurtularaq dövlət müstəqilliyi qazanması ilə bağlıdır. İstiqlal ənənəvi Yavan məscidlərinə bənzəmir. Bina nəhəng beton blok formasındadır və üzərində də 45 metr diametrə malik, 12 dairəvi sütun üzərində sferik günbəz var. Binanın kənarlarında bütün mərtəbələrə aparan pilləkənlər inşa edilib və böyük ibadət məkanının qarşısında kiçik günbəzli kiçki ibadət yeri var. Sadə və minimum dekorativ həndəsi detallara malik məscidə cakartalılar çox böyük dəyər verir.
İstiqlal ordeni
"İstiqlal" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. 1992–2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olmuşdur. "İstiqlal" ordeni Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Təsis olunduğu zaman orden Azərbaycan Respublikasının ən yüksək təltifi idi. Ordeninin statutu Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Qanuna əsasən orden aşağıdakılara görə verilir: Azərbaycan Respublikasında milli-azadlıq hərakatında müstəsna xidmətlərinə görə; Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə; Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə. "İstiqlal" ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda ordenin təsviri aşağıdakı kimi verilmişdir: "İstiqlal" ordeni qızıldan və gümüşdəndir, düzgün səkkizguşəli qızıl ulduz şəklindədir. Ulduzun guşələri üzərindəki şüalar onun sağanağına dirənir.
İstiqlal qəzeti
İstiqlal (qəzet, 1918) — Azərbaycan Xalq Cümhuriyyəti dərc olunmuş qəzetlərdən biri. İstiqlal (qəzet, 1921) — Sovet dövründə gizli fəaliyyət göstərmiş qəzet. İstiqlal (qəzet, 1932) — Türkiyədə dərc olunmuş qəzetlərdən biri.
İstiqlal toplusu
İstiqlal toplusu — 1919-cu ildə, "İstiqlal bəyannaməsi"nin elan olunmasının birinci ildönümü münasibətilə Bakıda buraxılmış toplu. "İstiqlal bəyannaməsi"nin mətni ilə açılan topluda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan parlamenti", P. Kosalının "Seymin Parlamanı Cümhuriyyətimizin tarixi inkişafında", Üzeyir bəy Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi tarixindən", naməlum müəllifin "Xalq ədəbiyyatı" məqalələri verilmişdir.
İstiqlal Bəyannaməsi
Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az-əbcəd. ایستیقلال بیان‌نامه‌سی‎) və ya İstiqlal Əqdnaməsi (az-əbcəd. ایستیقلال عقدنامه‌سی‎) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Müstəqillik Günü dövlət bayramı kimi qeyd edilir. 1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar.
Texas İstiqlal müharibəsi
Texas İstiqlal müharibəsi (ing. Texas Revolution) — Şimali Amerikada Texas Respublikası ilə Meksika arasında baş vermiş müharibə. 1835-ci ilin 2 oktyabr tarixində başlanan müharibə, 6 ay davam etmiş və 1836-cı ilin 21 aprel tarixində Valesko sülh müqaviləsinin imzalanması ilə başa çatmışdır. Texas İstiqlal müharibəsinin əsas səbəbi Meksikanın mərkəzləşdirmə siyasəti ilə hesablaşmaq istəməyən Texasın, Meksikadan ayrılaraq öz müstəqilliyini elan etməsi olmuşdur. Müharibənin başladılmasında rolu olan qruplardan biri də Texas ərazilərində məskunlaşması və (ing. Texians) adı verilən Avropalı gəlmələr idi. Belə ki, gəlmələr ərazinin yerli sakinləri ilə birlikdə Meksika hökumətinin ağalığını qəbul etməyərək müharibəyə başlamış və ilkin hədəf kimi, 1835-ci ildə Meksika ordusuna məxsus kiçik qarnizonlara hücumlar təşkil edilmişdir. Daxili münaqişələrin və xaosun Texasda şiddətlənməsi, Meksika hökumətinin ərazidə təsirsiz qalması səbəbindən Texasda ilk olaraq müvəqqəti hökumət yaradıldı. Meksika yaradılmış müvəqqəti hökuməti aradan qaldırmaq üçün tədbirlər görsədə, yerlilərin müqaviməti ilə qarşılaşdı. 1836-cı ilin mart ayında müvəqqəti hökumətin növbəti toplantısında Texas, özünü Texas Respublikası elan edərək Meksikadan ayrıldığını rəsmən elan etdi.
İndoneziya İstiqlal müharibəsi
İndoneziya İstiqlal müharibəsi— hərbi münaqişə bir tərəfdə İndoneziya digər tərəfdə isə Hollandiya və Böyük Britaniyanın iştirakı ilə baş vermişdir. Müharibə nəticəsində İndoneziyanın müstəqilliyi tanınır. Müharibə Hollandiya üçün 4 min insan itkisi və ilə nəticələnir. Digər tərəfdə isə 80 min insan itkisi baş verir. Holland məlumatlarına görə isə İndoneziya 100,000, ingilislər isə 980 ölü və 1663 yaralısı olmuşdur. Yaponiyanın məğlubiyyətindən sonra 15 avqust 1945-ci ildə indoneziyalı vətənpərvərlər Suranko başda olmaqla İndoneziyanın müstəqilliyini elan edirlər. Bu zaman Avropada müharibə yenicə bitmişdi bu səbəbdən özünə hələ gələ bilmədiyindən bir addım ata bilmirdi. 17 avqust 1945 ildə Sukarno İndoneziyanın müstəqilliyini elan edir. İngilislər bu məsələdə Hollandiyanı dəstəkləyir. Buna səbəb isə bu zaman İndoneziyada çoxlu sayda ingilis qüvvələri mövcud olması idi.
Azərbaycan Demokratik İstiqlal Partiyası
Azərbaycan Demokratik İstiqlal Partiyası və ya qısaca ADİP — Azərbaycan Milli İstiqlal Partiyasından ayrılan bir qrup insan tərəfindən 1993-cü ildə qurulan siyasi partiya. 4 iyun Gəncə qiyamı sonrasında hakimiyyət dəyişikliyi baş vermiş və Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri və prezidentin səlahiyyətlərini müvəqqəti icra edən seçilmişdir. Bu hakimiyyət dəyişikliyi Azərbaycan Milli İstiqlal Partiyası daxilində müzakirələrə səbəb olmuş, Heydər Əliyev isə qeyri-rəsmi olaraq partiya sədri Etibar Məmmədova və partiya üzvlərinə hakimiyyətdə təmsil olunmağı təklif etmişdir. Partiya daxili müzakirələr nəticəsində təmsil olunmağı dəstəkləyənlər — Babək Hüseynoğlu, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Gündüz Cəlilov, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları partiyadan istefa verərək Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis etmişdir. ADİP-in təsis olunması üçün yaradılan təşkilat komitəsində Mübariz Qurbanlı, Qabil Hüseynli, Vaqif Kərimov, Gündüz Cəlilov, Vilayət Quliyev təmsil olunublar. Əleyhdarlar Nazim İmanov, Fuad Ağayev, İsa Məmmədov, Bəxtiyar Nəcəfov olublar. Bu hadisələrdən sonra qurulan I Heydər Əliyev hökumətində Azərbaycan Milli İstiqlal Partiyası üzvləri olmamışdır. Yeni yaranan partiyanın sədri əvvəlcə Qabil Hüseynli, müavinlərdən biri Mübariz Qurbanlı olub. M. Qurbanlı 1 oktyabr 1993-cü ildə partiyaya üzv olmuş və partiyanın həmsədri olmuşdur. 1994-cü ildən Vaqif Kərimov da partiyanın həmsədri olmuşdur.
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası və ya qısaca AMİP — Azərbaycanda 3–4 iyul 1992-ci il tarixlərində Etibar Məmmədov rəhbərliyində təsis edilmiş, 17 iyul 1992-ci il tarixində Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçmiş partiya. Partiya müstəqil Azərbaycan tarixində rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və rəsmi olaraq təsis edilmiş ilk siyasi partiya olmuşdur. Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Xalq Cəbhəsinin sabiq üzvləri tərəfindən təsis olunmuşdur. Partiya I çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 3 millət vəkili — Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseyn, daha sonra transfer üsulu ilə daha 3 millət vəkili — Novruz Quliyev, Cəbrayıl Əhmədov və Gülnarə Qurbanova ilə təmsil olunmuşdur. Azərbaycan Milli İstiqlal Partiyası II çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 1 millət vəkili — Rifət Ağalarov, daha sonra isə daha 1 millət vəkili — Hidayət Qulamov ilə təmsil olunsa da, partiyanın parlamentdə iştirakdan imtina qərarına riayət etmədikləri üçün hər iki millət vəkili partiya sıralarından uzaqlaşdırılmışdır. Azərbaycan Milli İstiqlal Partiyası indiyədək 12 qurultay keçirmiş, 5 dəfə yeni sədr seçmişdir. Partiya sıralarında olmuş bir çox şəxs daha sonralar istefa vermiş, irəliləyən zamanlarda isə yüksək vəzifələrə təyinat almışdır. Bu şəxslərə sabiq baş nazir Novruz Məmmədov, baş nazirin sabiq müavini Elçin Əfəndiyev, baş nazirin müavini Əli Əhmədov, səfir, sabiq xarici işlər naziri Vilayət Quliyev, sabiq dövlət müşaviri Qabil Hüseynli, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gündüz Cəlilov, Müəllif Hüquqları Agentliyinin sabiq sədri Abutalıb Səmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Novruz Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq sədri Ramin Bayramlı, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və başqaları nümunədir. Həmçinin, partiya sıralarına əvvəllər vəzifə sahib olmuş şəxslər də qatılmışdır. Bu şəxslərə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat Yusif Bağırzadə və başqaları nümunədir.
Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Muzeyi
İstiqlal Muzeyi — Azərbaycanın tarix və mədəniyyətini, milli bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmışdır. 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılmış və Parlamentin nəzdində fəaliyyət göstərmişdir. Muzeyin təsisi ilə əlaqədar "Azərbaycan" qəzeti (1919, 23 sentyabr) yazırdı: "Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir milli muzey təsisidir... Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını "milli muzey" qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə, "İstiqlal" muzesi olmasını əhəmiyyətli görürüz". Muzeydə Azərbaycanın azadlıq və istiqlalına dair sənəd və materiallar, tarixi və maddi mədəniyyət örnəkləri, arxeoloji tapıntılar, silahlar, numizmatika nümunələri, rəsm əsərləri, xalça və xalça məmulatı, bədii tikmələr, dulus və mis qablar, bəzək əşyaları və digər sənət əsərləri, Qurani-Kərimin nadir nüsxələri, müxtəlif əlyazmalar və s. toplanmıĢdı. Muzeyin açılışına hazırlıq görülərkən 1919-cu il noyabrın 6-da tərtib olunmuş bir sənəddə (onu həm muzeyin yaradıcıları olan sənətşünaslar Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu, həm də Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultanməcid Qənizadə və Parlamentin rəyasət heyətinin digər məsul əməkdaşları imzalamışlar) muzeyin əsasnaməsi, uçot-mühafizə üzrə təlimat, fond-satınalma komissiyası haqqında müddəalar yığcam şəkildə əks olunmuşdu. Sənəddə göstərilirdi ki, muzeyə verilən hər bir əşya milli sərvətdir, əşya sahiblərinin ailə üzvləri gələcəkdə onlan tələb edə bilməzlər. Muzeyə hədiyyə olunmuş əşyalar geri qaytarılmır.
Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsi
Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az-əbcəd. ایستیقلال بیان‌نامه‌سی‎) və ya İstiqlal Əqdnaməsi (az-əbcəd. ایستیقلال عقدنامه‌سی‎) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Müstəqillik Günü dövlət bayramı kimi qeyd edilir. 1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar.
Azərbaycanın İstiqlaliyyəti haqqında teleqram

Azәrbaycan istiqlal mübarizәsi tarixi (Baykara)
Azәrbaycan istiqlal mübarizәsi tarixi (türk. Azerbaycan istiklâl mücadelesi tarihi) — Hüseyn Baykaranın Azərbaycan Xalq Cümhuriyyəti dövründәn bәhs edәn və ilk dәfә 1975-ci ildә İstanbulda nәşr olunmuş kitabı. Hüseyn Baykara "Azərbaycan mədəniyyəti tarixi" ilə "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitablarını Azərbaycanın azadlıq mübarizəsinin əlifbası adlandırıb. Әsәrdә Azərbaycanın Rusiya tәrәfindәn işğalı, yeni yaranan dövlәtin başına gәlәn müsibәtlәr, V.İ.Leninin «alman casusu» olduğu, S.Şaumyanın nә üçün Bakıya gәldiyi, ermənilәrin vә bolşeviklәrin törәtdiklәri qırğın, türklәrin hәrbi yardımı vә s. bizә mәlum olmayan hadisәlәr, sәnədlər öz әksini tapmışdır. Kitabda, hәmçinin Azәrbaycanın mühacirәtdә olan ziyalıları haqqında da geniş mәlumat var. Kitab ilk dəfə 1975-ci ildә İstanbulda türk dilində Azerbaycan Halk Yayınlarında nəşr edilib. Azərbaycan dilinə ilk dəfə Elşən Əbülhəsənli tərəfindən tərcümə edilmiş Bakıda 1992-ci ildə Azərnəşrdə, 2017-ci ildə isə Bakı Kitab Klubunda nəşr edilib. "История борьбы за независимость Азербайджана" adı ilə S. Əliyeva tərəfindən rus dilinə tərcümə olunmuş R. Həmidovun redaktorluğu, Fərid Ələkbərlinin ön söz müəllifliyi ilə 2018-ci ildə nəşr edilib. Düzəlişlər və əlavələr edilmiş üçüncü nəşr Bakıda, JekoPrint Çap Evində, 2021-ci ildə, 346 səhifədə nəşr edilib.
Birma İstiqlaliyyət Bəyannaməsi
Birma İstiqlaliyyət Bəyannaməsi (birm. လွတ်လပ်ရေးကြေညာစာတမ်း) — 4 yanvar 1948-ci ildə Birmada (indiki Myanma kimi tanınır) Britaniya hakimiyyətinə son qoyan bəyannamə. 1947-ci il İstiqlaliyyət Aktı nəticəsində rəsmi olaraq elan edilmişdir. Bu tarix indi Müstəqillik Günü kimi qeyd olunur, milli səviyyədə qeyd olunan bayramdır. Yaponiyanın Birmaya hücumu İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin dekabrında Malayadan başlamışdır. Bu, Britaniya və Hindistan qüvvələrinin məğlubiyyəti və Yaponiya hökmranlığı ilə nəticələnmişdir. 1942-ci ildə yaponlar müharibədən sonra Birmanın müstəqilliyini təmin edəcəklərinə dair vədlər vermiş, birmalılar isə Ox dövlətlərinin qələbəsində pay qazanacaqlarına inanırdılar. Onlar və gələcək yeniliyə qarşı müqavimət yaradacağına inanırdılar. Qərb güclərinin gələcək müstəmləkəçilik siyasətinə qarşı müqavimət yaratmış və Yaponiyanın müharibə səylərinə hərbi və iqtisadi formada dəstək olmuşdular. 1 avqust 1943-cü ildə nominal olaraq müstəqil Birma Dövləti elan edilmişdir.
Ermənistanın İstiqlal Bəyannaməsi (1990)
Ermənistanın İstiqlal Bəyannaməsi (erm. Հայաստանի Հանրապետության անկախության հռչակագիր) — 23 avqust 1990-cı il tarixində İrəvan şəhərində Ermənistan SSR Ali Soveti tərəfindən tərtib olunmuş, Ermənistan SSR Ali Sovetinin Sədri Levon Ter-Petrosyan və Ermənistan SSR Ali Sovetinin Katibi Ara Sahakyan tərəfindən imzalanmış, Ermənistan Respublikasının müstəqilliyini rəsmən elan edən sənəd. Ermənistan Respublikası SSRİ-nin süqutundan sonra 23 sentyabr 1991-ci il tarixində yaradılmışdır. Bəyannamənin hazırlanması barədə qərar Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurası tərəfindən 1 dekabr 1989-cu ildə alınmışdır. Bəyannamə 12 sətrlikdir. Bunlardan biri erməni diasporunun üzvlərinin ölkəyə qayıtma hüquq almasıdır. Bəyannamə Ermənistan SSR-nin adını Ermənistan Respublikasına dəyişir, yeni gerb və himn təsis etmişdir. Bəyannamə öz valyutasına, silahlı qüvvələrinə və bank sisteminə malik bir Ermənistanın müstəqilliyinə də sitat gətirir. Bəyannamə azad fikrin və mətbuatın qorunub-saxlanacağına, eləcə də ayrı-ayrı müstəqil bir məhkəmə, qanunverici və prezidentlik orqanlarının yaradılacağına qarantiya verir. O, çoxpartiyalı bir demokratiyanın yaradılmasından da bəhs edir.
Latviya Milli İstiqlal Hərəkatı
Latviya Milli İstiqlal Hərəkatı (latış. Latvijas Nacionālās Neatkarības Kustība‎, LNNK) ― 1988-ci ildən 1997-ci ilə qədər mövcud olmuş Latviya siyasi təşkilatı. 1988-ci ildə Latviya millətçi hərəkatının radikal qanadı olaraq yarandı. Lap başdan Sovet İttifaqı daxilində Latviya üçün daha çox muxtariyyəti dəstəkləyən əsas Latviya Xalq Cəbhəsindən fərqli olaraq, LNNK əvvəldən müstəqillik tələb edirdi. LNNK-nın liderləri arasında Eduards Berklavs, Aleksandr Kirşteyns, Andreys Krastinş, Eynars Repşe, Visvaldis Latsis və Yuris Dobelis yer alırdı. Latviya müstəqilliyini bərpa etdikdən sonra LNNK siyasi partiyaya çevrildi və adını Milli Mühafizəkar Partiyası adlandırdı. O, 1993-cü il parlament seçkilərində 100 yerdən 15-ini qazandı və nüfuzlu müxalifət partiyası idi. 1993-cü ildə partiyanın naş nazir namizədi Yoaxim Sigerist iyalnız bir səslə məğlub olaraq ikinci oldu. LNNK 1994-cü ildə Latviyanın paytaxtı Riqada keçirilən bələdiyyə seçkilərində qalib gəldi, lakin populyarlığı bundan sonra sürətlə azaldı. 1995-ci il parlament seçkilərində parlamentdəki yerlərinin yarısını itirdi və nəticədə "Tēvzemei un Brīvībai" ("Ata yurdu və azadlıq üçün") ilə birləşdi, hansı ki Latviya İstiqlal Hərəkatında oxşar mənşəyə malik daha bir sağçı partiyadır.
Latviya İstiqlaliyyət müharibəsi
Latviya İstiqlaliyyət müharibəsi (latış. Latvijas brīvības cīņas‎) — 1918-ci ilin sonunda Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Latviya Xalq Məclisi tərəfindən Latviyanın müstəqilliyini elan edən və Latviya ilə RSFSR arasında Riqa müqaviləsinin imzalanması ilə başa çatan Latviyadakı hərbi əməliyyatların ümumi adı. 1917-ci ilin sentyabrında Latviya siyasi partiyaları alman qoşunları tərəfindən işğal edilmiş Riqada Demokratik blok (latış. Demokrātiskais bloks‎) — koalisiya yaratdılar. Dekabrın əvvəlində Valka şəhərində Latviya milli təşkilatları Latviya Müvəqqəti Milli Şurasını (latış. Latviešu Pagaidu nacionālā padome‎) təsis etdilər. 1917-ci il dekabrın 2-də Latviyanın öz müqəddəratını təyin etməsi barədə bəyanat qəbul olundu. Lakin, Latviya Sosial Demokrat Fəhlə Partiyasının (LSDFP) Liflyandiya və Kurlyandiyada böyük təsir göstərmişdir. Dekabrın ortalarında Latviyanın ali hakimiyyətini elan edən işçilərin, əsgərlərin və torpaqsız deputatların II qurultayı Almaniyadan azad olunmuş Valmierada keçirildi. Qurucu Məclis seçkilərində Sosial Demokratlar, Vidzemedəki səslərin yüzdə 72-ni, Latqaliyada 51 %-ni, Latviya silahlı polklarında isə yüzdə96 % səs aldı.
Milli İstiqlaliyyət Bayramı
Milli İstiqlaliyyət Bayramı — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayramı. İlk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 26 may tarixli qərarı ilə həmin il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasının 1-ci ildönümü günü kimi qeyd edilmişdi. Hökumətin qərarına əsasən, həmin gün qeyri iş günü elan olundu. Bayram günü bütün qəzetlərin, xüsusilə Azərbaycan və rus dillərində nəşr olunan hökumət qəzeti "Azərbaycan"ın bir nömrəsi başdan-başa İstiqlaliyyətin ildönümünə həsr edilmişdi. 6 səhifədə çıxan "Azərbaycan" qəzetinin bütün səhifələrində aşağıdakı şüarlar manşetə çıxarılmışdı: "Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti", "Yaşasın Cahan Demokratiyası!", "Yaşasın təyini müqəddərat hüququ!", "Yaşasın türk milləti!", "Yaşasın millətlərin qardaşlığı!", "Yaşasın Hürriyyət və İstiqlal, qəhr olsun düşmənlər!". Həmin nömrədə Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Səməd bəy Mehmandarovun portretləri dərc olunmuş, "ilk dəfə Azərbaycan ordusunun vətəninin paytaxtına vürudu" alt yazısı ilə Azərbaycan ordusunun Bakının mərkəzi küçələrindəki rəsm-keçidi və Parlament binasının şəkli də verilmişdi. İstiqlaliyyətin birinci ildönümü münasibətilə hökumətin sədri Nəsib bəy Yusifbəylinin "Azərbaycan vətəndaşlarına!" müraciəti, habelə 1918-ci il mayın 28-də elan edilmiş İstiqlal bəyannaməsi yenidən dərc olunmuşdu. Şeyxülislam Axund Ağa Ağazadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Xəlil İbrahim, Əliabbas Müznib, Şəfiqə Əfəndizadə və başqalarının bayram münasibətilə məqalələri "Azərbaycan" qəzetinin səhifələrində dərc edilmişdi. Parlamentin həmin gün keçirilən 42-ci fövqəladə təntənəli iclası Cürnhuriyyətin birinci ildönümünə həsr olunmuşdu. Parlament sədri vəzifəsini icra edən H.Ağayev, Parlamentin Müsavat fraksiyasından Məhəmməd Əmin Rəsulzadə, sosialistlər blokundan "Hümmət"çi Ə.Pepinov, "İttihad" fraksiyasından Q.Qarabəyli, "Əhrar" fraksiyasından A.Əfəndizadə və başqaları bu tarixi iclasdakı nitqlərində Cümhuriyyətin yaranmasının və istiqlaliyyətin Azərbaycan tarixində əhəmiyyətindən bəhs etmişdilər.
Qafqaz İstiqlal Komitəsi (1927)
Qafqaz İstiqlal Komitəsi — Azərbaycan, Gürcüstan və Şimali Qafqazın istiqlalının bərpası və birləşdirilməsini qarşıya məqsəd qoyan siyasi təşkilat. Qafqaz İstiqlal Komitəsi (QİK) 3+1 prinsipi əsasında qurulmuşdu: Üç Qafqaz Respublikası+Polşa dövləti. Polşa Qafqaz respublikalarını təmsil edən mühacir təşkilatlarının fəaliyyətini əlaqələndirir, maliyyə və s. yardımlar göstərirdi. QİK-də Azərbaycanı Məhəmməd Əmin Rəsulzadə, Mir Yaqub Mehdiyev, Gürcüstanı Noy Jordaniya, Akaki Çxenkeli, A.Asatiani, S.Mdivani, dağlıları M.Sunşev və İ.Çumşov təmsil edirdilər. Təşkilat hərbi bölmə və mətbuat şöbəsindən ibarət idi. Operativ işləri M.Mehdiyev, M.Sunşev və İ.Salamodanın daxil olduğu üçlük həyata keçirirdi. Komitə gürcülərin separatçı mövqeyi üzündən çox böyük çətinliklərlə üzləşirdi. Bu səbəbdən onu maliyyələşdirən Polşa hökumətinin təşəbbüsü ilə 1930-cu ilin əvvəllərində Varşavada QİK-in yığıncağı keçirildi. Qızğın mübahisələr şəraitində keçən bu yığıncaqda Polşa və Azərbaycan nümayəndələri gürcülərin Şimaldan — Rusiyadan olan təhlükə ilə yanaşı, cənubdan, yəni Türkiyə tərəfindən də belə bir təhlükənin olması, habelə "pantürkizm" barədə fikirlərini kəskin tənqid etdilər.
Türkiyə İstiqlaliyyət Müharibəsi
Türk İstiqlaliyyət müharibəsi (türk. Türk Kurtuluş Savaşı), İstiqlaliyyət müharibəsi (türk. İstiklâl Harbi) və ya Milli Mübarizə (türk. Millî Mücadele) — I Dünya Müharibəsindən məğlub olaraq ayrılan Osmanlı imperiyasının Antanta qüvvələri tərəfindən işğalı nəticəsində Misak-i Milli sərhədləri daxilində ölkənin bütövlüyü üçün başladılan çox cəbhəli siyasi və hərbi mübarizə. Anadoluda türk milli mübarizəsi Mustafa Kamal Atatürk və yoldaşlarının Türkiyə Böyük Millət Məclisini qurması ilə özünün ən pik nöqtəsinə çatdı. Ermənistan–Türkiyə, Fransa–Türkiyə, Yunanıstan–Türkiyə müharibələrindən sonra, bundan əvvəl I Dünya Müharibəsindən məğlub ayrılmış Osmanlı dövlətinin imzaladığı Sevr müqaviləsi qüvvədən düşdü. Əslində bu milli mübarizənin başlanmasının əsas səbəblərindən biri də Sevr müqaviləsi idi. Uğurlu hərbi əməliyyatlardan sonra Şərq cəbhəsindəki döyüşlərin nəticəsi kimi Qars müqaviləsi imzalandı (1921 oktyabr). 1922-ci il boyunca Mustafa Kamal Atatürkün rəhbərliyi altında aparılan hərbi əməliyyatlar tam uğurla yekunlaşdırıldı. Nəticədə 1923-cü ilin iyulunda Lozanna sülh müqaviləsi imzalandı.
Ukrayna İstiqlaliyyət müharibəsi
Ukrayna İstiqlaliyyət müharibəsi — 1917-1921-ci illər arasında baş verən və nəticədə Ukrayna Respublikasının yaranması ilə nəticələnən hərəkat. Daha sonra Ukrayna respublikası SSRİ tərəfindən işğal edilmiş və Ukrayna SSR-sı yaradılımışdır. Müharibə ukraynalı milliyətçilər, bolşeviklər, alman və Avstriya-Macarıstan imperiyasının əsgərləri, Belarus Könüllüləri Ordusu və İkinci Polşa Respublikasının qüvvələri arasında baş vermişdir.
Yaşayış binası (İstiqlaliyyət küçəsi, 41)
Yaşayış binası— İstiqlaliyyət küçəsi, 41 ünvanında 1912-ci ildə inşa edilmiş üç mərtəbəli yaşayış binası. Binanın memarı İosif Ploşkodur. Yaşayış binası 1912-ci ildə memar İosif Ploşkonun layihəsi əsasında inşa edilib. Şəhərin tarixi mərkəzinin formalaşmasında iştirak edən tikililərdən biridir. Bina iki zəif formada irəli çıxan rizalitlərlə birgə order sisteminin klassik üsulları əsasında həll edilmişdir. Fasadların memarlıq kompozisiyasının əsas elementi iki yuxarı mərtəbəni birləşdirən Korinf orderinin pilyastrlarıdır. Fasadın nəcib, təvazökar plastikası üçün detalların incə çəkilməsi səciyyəvidir. Zəngin yapma ilə yarımdairə şəkilli pəncərələrin qıfıl daşlarının dekorativ maskaları, birinci mərtəbənin qabarıq hörgüsü fonunda gerblərin təsviri evin sahibinin mötəbərlitini və hansı mövqeyə sahib olduğunu göstərir. Əsas fasad boyu sürahi bəndlə birgə uzadılmış eyvanlar, üfüqiliyi xüsusi olaraq nəzərə çarpdıran əlavə memarlıq mövzusu olmaqla, kompozisiya quruluşunun vahidliyini təşkil edərək pilyastrların şaqulləri və İoniya yarımsütunları ilə həmahəng şəkildə uyğunlaşırlar.
Yunanıstan İstiqlaliyyət müharibəsi
Yunanıstan İstiqlaliyyət müharibəsi (yun. Ελληνικός πόλεμος της Ανεξαρτησίας, türk. Yunan Kurtuluş Savaşı), Yunan üsyanı (Osm. يونان عصياني, Yunan üsyanı) və ya Yunan inqilabı (yun. Ελληνική επανάσταση) — yunanların Osmanlı suverenliyinə qarşı başlatdığı, 1821-ci ilin fevralından 1829-cu ilin sentyabrına qədər davam edən, Osmanlı İmperiyası və yunan üsyançılar arasında baş vermiş, Yunanıstanın müstəqilliyi ilə nəticələnən hərbi münaqişə. Yunanların müstəqil bir ölkə olaraq varlıqları 1453-cü ildə Konstantinopolun fəthi və Bizans İmperiyasının varisləri olan dövlətlərin də məğlub olması ilə sona çatmışdır. Beləcə İon adaları, Aqrafa dağları, İsfakiyə, Suli və Mani bölgələrində müstəqil yaşayan az sayda yunanlardan başqa, bütün yunan xalqları Osmanlı dövlətinin suverenliyi altına girmişdir. Yunanlar Osmanlı İmperiyasının təxminən hər tərəfinə yayılmışdılar. Ancaq Peloponnes, Tessaliya və İon adalarında çox sayda yunan yaşayırdı. Yunanlar Osmanlıların dinə söykənən xalq sistemində yerlərini alaraq ölkədəki xalqlardan biri halına gəlmişdilər.

Значение слова в других словарях