Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İstiot
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Birillik istiot
Qara istiot
Qara istiot (lat. Piper nigrum) - i̇stiot cinsinə aid bitki növü.
Saplaqlı istiot
İstiot nanə
Su nanəsi, istiotlu nanə, yarpız, ingilis nanəsi (lat. Mentha aquatica) — dalamaz fəsiləsinin nanə cinsindən növ. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Sinonim == Marrubium aquaticum (L.) Uspensky Mentha acuta Opiz Mentha acutata Opiz Mentha affinis Boreau [Illegitimate] Mentha aquatica var. acuta (Opiz) Heinr. Braun Mentha aquatica var. acutifolia Cusin Mentha aquatica var. aequalifolia Wimm. & Grab. Mentha aquatica var.
Betle istiotu
Betle istiotu (lat. Piper betle) - i̇stiot cinsinə aid bitki növü.
İstiotkimilər
İstiotkimilər (lat. Piperaceae) — i̇kiləpəlilər sinfinin i̇stiotçiçəklilər sırasına aid bitki fəsiləsi.
İstiotçiçəklilər
İstiotçiçəklilər (lat. Piperales) — bitkilər aləminə aid bitki dəstəsi.
Sistit
Sistit — sidik kisəsinin selikli qişasının iltihabı. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20-25 %-i müxtəlif formada sistit keçirirlər, 10 %-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0.5 %-ində olur. Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür, bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də onun səbəbi olur. Sistitə meylliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır: sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məsələn, oturaq işdə (kompüter arxasında durmadan 4-6 saat işləmək), tez-tez və uzunmüddətli qəbzliklər, uzun müddət dar paltar, alt paltarı və corab geymək; immunitetin enməsi; sidiklə çıxan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsi. Bu o halda baş verir ki, əgər siz çox kəskin qida və qızardılmış qidanı böyük miqdarda ədviyyatla qəbul edirsiniz. menopauza, diabetlə bağlı maddələr mübadiləsinin pozulması xəstəlikləri. Həkimlər, həmçinin, interstisial sistiti fərqləndirirlər.
İstisu
Yaşayış məntəqələri İstisu (Astara) — Azərbaycanın Astara rayonunda kənd. İstisu (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. İstisu (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd. İstisu (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. İstisu (Kosər) — Iranın Ərdəbil ostanında kənd. İstisu (Salmas) — İstisu (Dərələyəz mahalı) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. İstisu qəsəbəsiİstisu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda qəsəbə. İstisu (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda qəsəbə.Digər İstisu (içki) — Azərbaycanın ərazisində çıxan təbii, müalicəvi mineral su. İstisu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda mineral su mənbəyi. İstisu — Astara rayonu ərazisində müalicəvi mineral bulaqlar.
İxtiol
İxtiol — qara qonur rəngli, kəskin iyli qatı maddə. Qıcıqlandırıcı, keyləşdirici, antiseptikdir: iltihab əleyhinə təsir göstərir. İxtiolun tərkibində birləşmə şəklində kükürd, fenol, krezol, aromatik karbohidrogenlər və s. var. İxtiol müxtəlif dəri xəstəliklərində (ekzema, qızılyel, furunkulyoz, karbunkulyoz, dəmirov və s.), cərrahi (yanıqlar, don vurmalar, gec sağalan yaralar) və qadın xəstəliklərində (metrit, parametrit, salpingit, ooforit) geniş tətbiq edilir. Məlhəm, pasta, şam halında hazırlanır. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası, V cild, səh.
İxtioz
İxtioz (yun. ichtys-balıq) — balıqpulcuğu, kseroderma - kəskin qərniləşmə ilə xarakterizə olunan dəri xəstəliyi. Uşaq yaşlarında (çox vaxt 3 yaşında) başlayır, yetkinlik dövründə güclənir və insanın ömrü boyu davam edir. Müalicəsi olmayan xəstəliyə sahib olan uşaqlar sərt və elastikliyi olmayan dəriyə malik olurlar, eyni zamanda sərt dəri yarıqlar vasitəsiylə bir-birlərindən aralanır, dərinin yumşaq toxuması görünür, yara hissələrindən daima su axır. Belə uşaqlar su itkisini, orqanizmanın istiliyini təmin edə bilmirlər. İxtioz xəstəliyi ilə doğulan uşaqların çoxu doğumdan bir neçə saat sonra həyatlarını itirirlər, az qismi həyatda qalmaqlarına baxmayaraq eybəcər üz quruluşuna malik olurlar. İxtiozun 4 forması daha geniş yayılıb: Adi ixtioz; X-ilgili ixtioz; Lamellyar ixtioz; Epidermolitik ixtioz == Adi ixtioz == Sinonimləri: vulqar ixtioz, adi ixtioz, ichthyosis vulgaris Adi ixtioz üçün daha çox ayaqlarda nəzərə çarpan dərinin diffuz zədələnməsi səciyyəvidir. Dərinin qabıqlanması və quru olması, follikulyar keratoz qeyd olunur. Xəstələrin əksəriyyəti allergik xəstəliklərə meyillidirlər. Patogenez- Adi ixtioz üçün retension hiperkeratoz xarakterikdir: hüceyrələr arasındakı əlaqələrin möhkəmlənməsi və buynuz pulcuqların kənar edilməsinin ləngiməsi epidermisin buynuz qatının qalınlaşmasına gətirib çıxarır.
İstili (Sərab)
İstili (fars. اسطلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 304 nəfər yaşayır (62 ailə).
İstisu (Astara)
İstisu — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd.
İstisu (Kəlbəcər)
İstisu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu qəsəbə inzibati ərazi dairəsində qəsəbə.İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınmışdır. Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir. == Tarixi == === İşğal dövrü === Bu ərazidə bioloji terrorizm üzrə qruplar fəaliyyət göstərirdi. 2020-ci il noyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == İstisuyun kimyəvi tərkibi == İstisuyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir.
İstisu (Lənkəran)
İstisu (əvvəlki adı: Kirov) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kirov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kirov şəhər tipli qəsəbə İstisu şəhər tipli qəsəbə, Kirov qəsəbə inzibati-ərazi vahidi İstisu qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Qəsəbə rayon mərkəzindən 7 km aralıda, Talış dağlarının ətəyində yerləşir. Vaxtilə 1000 hektara yaxın olan ərazini əhatə edən qəsəbə hazırda cəmi 678 hektardır ki, bunun da 200 hektarından çoxu yaşayış evlərinin payına düşür. == Əhalisi == Əhalisi 3630 nəfərdir, 1880 nəfəri qadınlar, 19 nəfəri "Qəhrəman ana"dır, 718 ailə təsərrüfatı var(2017). === Tanınmış şəxsləri === Sovet dövründə qəsəbə sakinlərindən Xanımqız Qədirova SSRİ Ali Sovetinin, Tuğra Əliyeva və Nadir Məmmədov Azərbaycan SSR Ali Sovetinin deputatları seçilmişdilər.
İstisu (Masallı)
İstisu — Masallı rayonunda yerləşən sanatoriya, tam adı - İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasıdır. İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası həm Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər. == Sanatoriyanın yaranma tarixi == İstisuyin həqiqətən də müalicəvi olmasını XX əsrin 60-ci illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut etmişdir. O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi olan zaman – 1971-ci ildə, Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb. İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi lisenziyaya malikdir.
İstisu (Salmas)
İstisu (fars. بگرم‎آ “Abgərm”) və ya Dərmanabad - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 598 nəfər yaşayır (113 ailə).
İstisu (Xaltan)
İstisu — Quba rayonu ərazisində yerləşən təbii mineral bulaq. == Haqqında == Burdan çıxan isti kükürdlü və digər mineral tərkibli təbii su Kəlbəcərdəki İstisu bulağından sonra Azərbaycan ərazisində ən keyfiyyətli təbii müalicə mərkəzi hesab olunur. Hər il minlərlə insan müalicə məqsədi ilə İstisuda qonaq olur. Gələnləri daha çox ölkənin şimal və şimal-şərq rayonlarının əhalisi təşkil edir. Gil-gilçay çayının mənbəyinə yaxın-Xaltan və ya Dəhnə kəndlərinin yaxınlığında yerləşən bu müalicəvi ərazidə su vannasının qəbulu üçün iki bina inşa edilmişdir. Çayın sağ sahilindəki bulaq sol sahildəki bulaqla müqayisədə daha istidir. Bu isə həmin bulağın mənbəyinin yerin daha dərin qatında yerləşməsi ilə bağlıdır.Bu iki bulağn ətrafında isə çoxlu sayda isti kükürdlü suyu olan kiçik bulaqlar vardır. Ölkə ərazisindəki bir çox istu sularla müqayisədə burda su şor tamlı deyil. == Tarixi == Qubanın Xaltan kəndi yaxınlığında yerləşdiyi üçün burdan çıxan suyu bəzən Xaltan və ya Xaldan suyu da adlandırırlar. Xaltan (Xaldan) sözünün mənası əslində iran mənşli dillərdə - tat və osetin dillərində "isti su" mənasını ifadə edir.
İstisu (Xaçmaz)
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
İstisu (içki)
İstisu — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun hidrotermal, karbon qazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı-natriumludur. Kəlbəcər rayonu ərazisində çıxır. Slovakiyada çıxan Karlovı-Varı mineral suyuna yaxındır. Mədə-bağırsaq, maddələr mübadiləsinin pozuntuları, habelə hərəkət orqanları, sinir sistemi və ginekolojixəstəliklərə tutulanlar bu su ilə müalicə olunur, xroniki qəbzlik, qaraciyər, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir. Erməni silahlı qüvvələrinin işğalına qədər İstisu yaxınlığında mineral su dolduran zavod fəaliyyət göstərirdi.
İstisu (İsmayıllı)
İstisu — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun İstisu kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 912 nəfərdir ki, onun da 480 nəfəri kişi, 432 nəfəri qadındır. == Coğrafiyası və iqlimi == Kənd Qalacıq turizm zonasında yerləşir. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları kənddən keçir. == İqtisadiyyatı == Əhali əsasən bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kəndə avtomobillə getmək olar.
İstisu bələdiyyəsi
İstisu bələdiyyəsi (Lənkəran)
İstisu kurortu
İstisu kurortu və ya İstisu sanatoriyası — 1927-ci ildə yaradılmış Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəzi. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutğun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra kurort tamamilə dağıdılıb, burada çıxan mineral müalicəvi sular isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər işğaldan azad edilib. == Haqqında == İstisu kurortu Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr hündürlükdə yerləşir. Burada yerləşən bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yer qabığının qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bulaqların müalicəvi xüsusiyyətlərinin olması yerli əhaliyə XII əsrdən məlum olub.
İstisu qəsəbəsi
İstisu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda qəsəbə. İstisu (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda qəsəbə.
İstisu sanatoriyası
İstisu kurortu və ya İstisu sanatoriyası — 1927-ci ildə yaradılmış Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəzi. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutğun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra kurort tamamilə dağıdılıb, burada çıxan mineral müalicəvi sular isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər işğaldan azad edilib. == Haqqında == İstisu kurortu Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr hündürlükdə yerləşir. Burada yerləşən bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yer qabığının qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bulaqların müalicəvi xüsusiyyətlərinin olması yerli əhaliyə XII əsrdən məlum olub.
Aslı İskit
Aslı İskit (d. 7 dekabr 1993) — Türkiyəni təmsil edən həndbolçu. Aslı İskit, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Aslı İskit, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
İstigöl (Mahnişan)
İstigöl (fars. استي گل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (23 ailə).