İSTİOT

is.
1. bot. Tropik bitki və onun dadı kəskin yandırıcı dənələr şəklində olan meyvəsi. Qara istiot. – İstiot cinsinin qara istiot növü.
Cənub-Şərqi Asiyanın tropik ölkələrində və Malay adalarında bitən, sarmaşan bitkidir. M.Qasımov.

2. Bibər. Acı bibər. Bolqar bibəri.
3. Həmin bitkilərin toxumlarından toz halında hazırlanan ədviyyə. Xörəyə istiot vurmaq. Bozbaşın istiotu çoxdur.
– Gülşən qazanın qapağını qaldıranda istiot və toyuq ətinin iyi budkanı bürüdü. M.Süleymanov.

4. məc. Tündlük, acılıq, kəskinlik, hirs, qəzəb mənasında.
Amma mən deyirəm ki, belə millətpərəstliyin istiotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. C.Məmmədquluzadə.
[Gödək kişi] dik-dik Qədirin üzünə baxdı.
İstiot kimi tünd cavab verdi. Mir Cəlal.

◊ İstiot dadmaq – bərkə-boşa düşmək, həyatın acılıqlarını dadmaq, ağır günlər keçirmək.
[Salman kişi:] Siz xoşbəxt adamlarsınız, … istiot dadmamısınız, … hər şeyin hazırına gəlibsiniz. Mir Cəlal.

Синонимы

  • İSTİOT acılıq — tündlük
  • İSTİOT İSTİOT (bostan bitkisi) [Bənövşə:] Toyuq soyutmasıdır. Üstünə də qara istiot vurmuşam (Ə.Qasımov); BİBƏR Bakı yollarında əkmişəm bibər; Sövdəgəri sald

Этимология

  • İSTİOT 1. Bu söz mənbələrdə ısı ot kimi yazılıb. İsti və ot sözlərindən əmələ gəlib: “yan­dıran ot (bitki)” deməkdir
İSTİNTAQÇI
İSTİOTQABI
OBASTAN VİKİ
İstiot
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Birillik istiot
Qara istiot
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Saplaqlı istiot
İstiot nanə
Betle istiotu
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
İstiotkimilər
İstiotkimilər (lat. Piperaceae) — i̇kiləpəlilər sinfinin i̇stiotçiçəklilər sırasına aid bitki fəsiləsi.
İstiotçiçəklilər
İstiotçiçəklilər (lat. Piperales) — bitkilər aləminə aid bitki dəstəsi.

Значение слова в других словарях