Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İtaliyalı
İtalyanlar (it. Italiani) — Roman dillərinə məxsus Avropa xalqı, İtaliya cəmiyyətinin əsasını təşkil edir. İtalyanların dilləri dialektlərinə görə bir-birindən fərqlənir. == Ədəbiyyat == Энциклопедия «Народы и религии мира». — М., 1998. А. Кондрашов. Справочник необходимых знаний.
İtaliya
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
Türk İtaliyada
Türk İtaliyada (it. Il turco in Italia) — Coakkino Rossininin 2 pərdəli Feliçe Romaninin librettosunda opera. Komediya janrda olan bu operanın ilk premyerası 14 avqust, 1814 cı ildə Milanda, La Skalada oyananılmışdır. == Yazılma tarixi == Opera Frans Zeydelmanın eyniadlı operasının Katerino Maççoloy tərəfindən yazılmış librettosu əsasında yazılmışdır. Feliçe Romani köhnə librettonun üzərində Rossininin töviyyələri ilə işləyərək yeni bir libretto ortaya qoymuş olur. Personaj Səlimin partiyası xüsusi olaraq opera müğənnisi Filippo Qallinin səsinə müvafiq yazılmışdır. Bu opera həm də bir il qabaq yazılmış olduğu “İtalyan qadın Əlcəzairdə” operası ilə analoq təşkil edir. == Personajlar == == I Pərdə == Hadisə XVIII əsrdə Neapolda vaqe olur. Şair Prosdoçimo opera librettosu üçün süjet axtarır. Musiqiyə yatımlı bir şey tapa bilmir.
İtaliyada futbol
İtaliyada Futbol Futbol (it. calcio [ˈkaltʃo]) İtaliyada ən populyar idman növüdür. İtaliyan dilində futbol Kalço adlanır və çox zaman İtaliya futboluna Kalço kimi xitab edilir. İtaliya milli futbol komandası dünyanın ən yaxşı milli komandalarından biri hesab olunur. Onlar dörd dəfə (1934, 1938, 1982, 2006) FIFA Dünya Kubokunun qalibi olublar, Bu göstəricidə onları yalnız Braziliya (5 kubok ilə) geridə qoyub. İtaliya Milli Futbol komandası dünya çempionatlarında iki dəfə ikinci (1970, 1994), bir dəfə üçüncü (1990) və bir dəfə dördüncü (1978) yeri tutublar. Onlar həmçinin iki Avropa Çempionatının qalibi (1968 və 2020), iki dəfə isə finalçısı oolublar (2000, 2012). İtaliya Milli komandasının Konfederasiyalar Kubokunda ən yaxşı nəticəsi, Kubokun 2013-cu ildəki yarışında üçüncü yeri tutmalarıdır. Milli komanda bir dəfə Olimpiya futbol turnirinin qalibi (1936) və iki dəfə Mərkəzi Avropa Beynəlxalq Kubokunun qalibi olub (1927–30 və 1933–35). İtaliyanın yüksək səviyyəli yerli liqası, A Seriyası, dünyanın ən məşhur peşəkar idman liqalarından biridir və tez-tez ən taktiki milli futbol liqası kimi təsvir olunur.İtaliyanın futbol klubları 48 dəfə Avropanın əsas klub kuboklarını qazanaraq, onları Avropa futbolunda ikinci ən uğurlu ölkəyə çevirdi.
İtaliyada islam
İtaliyada islam (it. L'Islam in Italia) — İtaliya ərazisində islam dininin yayılmasını göstərir. == Tarixi == 1995-ci ildə Romada ölkənin və Avropanın ən böyük məscidinin təntənəli açılışı olmuşdur. Onun inşa edilməsi barədə danışıqlar hələ 1930-cu illərdə aparılmışdır, lakin həmin zaman İtaliyanın rəhbəri olan Mussolini yalnız Məkkədə katolik kilsəsinin tikiləcəyi təqdirdə buna razılıq verəcəyini bildirmişdi. İndi isə məscid "qarşılığı olmadan" inşa edildi.
İtaliyada vergilər
== Ümumi məlumat == İtaliya öz iqtisadi inkişafına görə dünyanın sənaye dövlətlərinin "böyük yeddiliyində" təmsil olunur. ÜDM-in həcmi təqribən 2,3 triliyon ABŞ dolları, adambaşına düşən ÜDM göstəricisi 39900 ABŞ dollarıdır. Iqtisadi cəhətdən Avropada dördüncü, dünyada isə 7-ci ən böyük ölkədir. Düünyada ilk 10 ən böyük məhsul ixracatçısından biridir. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır. İtaliya 301 336 kvadrat kilometr ərazidə yerləşən iri döv¬lətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fran¬sa, Ispaniya və Almaniyadan geri qalır. İtaliya əha¬lisinin sayı son statistik məlumatlara görə 58 883 958 nəfərdir. Onların 94%-i ital¬yan¬lardır.
İtaliyada yunanlar
Yunanların İtaliyadakı varlığı (yun. Έλληνες στην Ιταλία, it. Greci in Italia) — e.ə.VIII əsrdə tacirlərin və müstəmləkə qruplarının köçü ilə başlayır və bu günə qədər də davam edir.. Считается, что они являются потомками древней Hazırda İtaliyanın cənubundakı Kalabriya (Reqqio Kalabriya əyaləti) və Apuliya bölgələrində, xüsusilə Salentina yarımadasında, qədim Böyük Yunanıstan bölgəsinin sərhədləri daxilində yaşayan, yunan dili dialektində danışan Qriko xalqı kimi tanınan etnik azlıq vardır. Onların İtaliyanın cənubunda əsrlər boyu yaşamış qədim və orta əsr yunan icmasının nəslindən olduqları güman edilir. X əsrə qədər Bizans əyaləti olan və XVII əsrə qədər Moreya və Kritdə ərazisi olan İtaliya və Maltanın Yunan Pravoslav Arxeparxiyasının indiki mərkəzi olan Venesiyada yunan icması çoxdan mövcuddur. Bu qrupla yanaşı, Yunanıstandan gələn daha az sayda yeni miqrantlar da İtaliyada yaşayır və ölkədə mühacir icması təşkil edir. Bu gün Cənubi İtaliyadakı bir çox yunan assimilyasiyaya olunarkən İtalyan adət və mədəniyyətinə də riayət edir. == Antik dövr == E.ə.VIII-VII əsrlərdə müxtəlif səbəblərdən, o cümlədən demoqrafik böhran (aclıq, əhalinin həddindən artıq çoxluğu, iqlim dəyişikliyi və digər səbəblər), yeni ticarət nöqtələri və limanların axtarışı, müharibədən qaçmaq və öz vətənlərindən qovulmaq kimi səbəblərə görə yunanlar İtaliyanın cənubu da daxil olmaqla böyük müstəmləkəçilik hərəkatına başladılar.Eyni zamanda, Qara dənizin şərq sahilləri və Marsel kimi təcrid olunmuş yerlərdə yunan koloniyaları quruldu. Buraya Siciliyadakı yaşayış məntəqələri və Apennin yarımadasının cənub hissəsinin sahilyanı rayonları daxil idi.
İtaliyan dəbi
İtaliya Fransa, ABŞ və İngiltərə ilə yanaşı moda dizaynında lider olan ölkələrdən biridir. Moda hər zaman ölkənin mədəni həyatının və cəmiyyətinin mühüm bir hissəsi olmuşdur və italiyalılar yaxşı geyimləri ilə diqqəti cəlb etməkdə məşhurdurlar. İtalyan modası XI–XVI əsrlərdə İtaliyada bədii inkişafın zirvəsində olduğu dövrdə məşhurlaşdı. Roma, Palermo, Venesiya, Milan, Neapol, Florensiya və Vicenza kimi şəhərlər lüks mallar, şapkalar, kosmetika, zərgərlik və zəngin parçalar istehsal etməyə başladılar. 17-ci əsrdən 20-ci illərin əvvəllərinə qədər italyan modası öz əhəmiyyətini və parıltısını itirdi və Avropanın əsas trendi Fransız modasının böyük populyarlığı ilə Fransa oldu. Bu, Louis XIV kuryerləri üçün hazırlanmış lüks geyimlər ilə əlaqədardır.Bununla birlikdə, Giovanni Battista Giorgini'nin Florensiyada keçirdiyi 1951–53 moda günlərindən bəri, "İtalyan məktəbi" Fransa modası ilə rəqabət aparmağa başladı və Ferragamo, Gucci kimi etiketlər Chanel və Dior ilə mübahisə etməyə başladı. 2009-cu ildə Qlobal Dil Monitorinqinə görə, İtaliyanın dizayn mərkəzi olan Milan dünyanın ən yaxşı moda paytaxtı, Roma isə dördüncü yeri tutdu. Milan ümumiyyətlə New York, Paris və London ilə birlikdə "böyük dörd" qlobal moda paytaxtlarından biri hesab olunur; hərdən "böyük beşlik"ə Roma da daxildir. == İtalyan moda evləri, dizaynerlər və lüks markalar == Həm kişi geyimlərinə, həm də qadın geyimlərinə, eyni zamanda aksesuarlara yönəlmiş böyük İtalyan moda evlərinin nümunələri: Giorgio Armani, Byblos, Bottega Veneta , Roberto Cavalli, Kostyum Milli, Brunello Cucinelli, Diesel, Dolce & Gabbana, Etro, Fay , Fendi, Salvatore Ferragamo, Fiorucci, Frankie Morello, Genny, Gucci, Hogan, Iceberg , Kiton, La Perla, Loro Piana, Marni , Antonio Marras, Missoni, Moncler, Moschino , MSGM , № 21 , Prada, Richmond, Ermanno Scervino, Tod's, Trussardi, Valentinovə Versace. Əsasən qadın geyimlərində ixtisaslaşmış əsas moda markalarına Agnona , Luisa Beccaria, Laura Biagiotti, Blumarine , Chiara Boni la petit xalat, Capucci , Alberta Ferretti, Elisabetta Franchi, Giamba , Krizia, Maks Mara , Miu Miu , Fəlsəfə, Emilio Puççi, Simonetta Ravizza, Mila Schon və əkiz dəstli Milano, yalnız kişilər üçün geyim və aksessuarlara diqqət yetirən ən lüks evlər Brioni, Canali, Caruso, Corneliani, Lardini, millət vəkili Massimo Piombo, Stefano Ricci, Ermenegildo Zegna və Pal Zileridir.
DMAX (İtaliya)
«DMAX» — «Discovery Networks Europe» şirkətinin sahibləndiyi İtaliya şəbəkə telekanalı.Telekanalın İtaliya ərazisində yayımı 10 noyabr 2011-ci il saat 18:45-də Destroyed in Seconds verilişə ilə başlamışdır.«DMAX» telekanalı rəqəmsal televiziyada 52-ci, «Sky Italia» platformasında 136 və 137-ci, «Tivù Sat» platfromasında isə 28-ci kanalda yayımlanır.Telekanal İtaliya ərazisində kişi auditoriyası üçün nəzərdə tutulan ilk əyləncə kanalıdır.2021-ci ilə qədər telekanal Six Nations yarışlarını yayımlayacaq.
Gənc İtaliya
Gənc İtaliya (it. Giovine Italia) — 1831–1834-cü və 1840–1848-ci illərdə fəaliyyət göstərmiş italyan inqilabi təşkilatı. == Tarixi == Fransada 1830-cu il inqilabı İtaliya vilayətlərinə böyük təsir göstərdi. 1831-ci ilin fevralında Parma, Modena və Romada silahlı üsyanlar baş verdi. Bolonyada yaradılmış müvəqqəti hökumət papanın dünyəvi hakimiyyətinin ləğvini və Müəssislər Məclisinin çağırılmasını elan etdi, lakin hakimiyyəti ələ keçirən burjuaziya xarici müdaxilənin qarşısını almaq üçün Parma və Modena üsyançıları ilə əməkdaşlığı dayandırdı. 1831-ci ilin martında Avstriya ordusu Roma vilayətində üsyanı yatırdı. 1831-ci il üsyanlarının məğlubiyyəti nəticəsində ölkədə karbonarilərin və digər qrupların nüfuzu əsaslı şəkildə zəiflədi. İtaliyada azadlıq hərəkatının proqram və metodlarının dəyişilməsi zəruri idi. Bu vəzifənin icrasını Cüzeppe Madzininin başçılığı altında XIX əsrin 30-cu illərinin əvvəlində yaradılmış demokratik cərəyan öz üzərinə götürdü. Karbonarilərlə əlaqələri kəsən C. Madzini 1831-ci ildə Marseldə gizli şəkildə fəaliyyət göstərən "Gənc İtaliya" təşkilatını yaratdı.
Kampaniya (İtaliya)
Kampaniya (it. Campania) — İtaliya muxtar vilayətlərindən biri. Regiounun əhalisi 5,8 milyon nəfərdir və bu göstəriciyə görə Kampaniya İtaliya regionları arasında ikinci yeri tutur. 13.590 km² ərazisi olan Kampaniya əhalisinin sıxlığına görə ölkədə birinci yerdədir. == Tarixi == Antik dövrdə Kampaniya Böyük Yunanıstanın tərkib hissəsi idi. Pun müharibələri vaxtı ərazi Hannibal tərəfindən tutulmuşdu. Sonra Kampaniya Roma hakimiyyəti altında keçdi. 476-cı ildə Roma imperiyasının düşməsindən sonra ərazi ostqotlar, Bizanslılar və lanqobardların hakimiyyəti altında idi. XI əsrdən etibarən Kampaniyanın ərazisi Siciliya krallığına daxil olurdu. 1282-ci ildə baş vermiş antifransız üsyanından sonra keçmiş Siciliya krallığının materik hissəsi Neopol krallığı adlanmağa başladı.
Kiçik İtaliya
Kiçik İtaliya (ing. Little İtaly) - Kiçik İtaliya anlayışı XIX əsrdə Amerika Birləşmiş Ştatlarında yaranmışdır. Həmin dövrlərdə İtaliyadan minlərlə miqrant, gəmilər vasitəsi ilə Amerika Birləşmiş Ştatlarına miqrasiya edirdi. Amerika dövlət idarəsi, italyanların kompakt yaşaması məqsədi ilə şəhərlərdə yeni qəsəbələrin təşkil edilməsinə qərar vermişdi. Gəlmə italyanlar arasında qanuna qarşı itəatsizlik, işsizlik və mifia əlaqləri güçlü olduğundan, dövlətin İtaliyalı miqrantları vahid ərazidə çəmləməsində maraqlı idi. Müasir dövrdə Kanada, Avstraliya və ABŞ-də Kiçik İtaliyalar mövcuddur. Çin məhəllələridən fərqli olaraq, kiçik italiya etnik italyanlar azlıq təşkil edir.
Lana, İtaliya
Lana— İtaliyanın şimalındakı Cənubi Tirol şəhərindəki bir bələdiyyə. Lana Ultental girişində, Etsçtalda (Etsç vadisi) Bolzano və Merano arasında yerləşir. 2010-cu ildə əhalisi 11,206 nəfər idi. Cənubi Tirolun 3 bələdiyyəsindən biridir, adı XX əsrin başlanğıcında alman adlarının italyan adları ilə dəyişilməsi proqramına əsasən dəyişdirilmişdir. Digər 2 bələdiyyə Qaiz və Plauzadır.
Ostin (İtaliya)
Austis (sardin. Aùstis) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 50,81 km²-dir. Kommunanın əhalisi 820 nəfər, əhalinin sıxlığı isə 16 nəfər/km²-dir. == Qonşu kommunalar == Austis kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Neoneli, Nughedu Santa Vittoria, Olzai, Ortueri, Sorgono, Teti və Tiana.
Rozelle (İtaliya)
Rozelle (it. Roselle) — İtaliyanın Toskana regionunda şəhər.
Vittoriya (İtaliya)
Vittoriya (it. Vittoria) — İtaliyanın Siciliya regionunda şəhər.
İtaliya (bina)
İtaliya (port. Edifício Itália) — Braziliyanın San-Paulu şəhərində yerləşən 46 mərtəbəli göydələn. 1965-cı ildə inşa edilmişdir. Braziliyada ikinci ən yüksək göydələndir. Memarı Frans Hipdir (Franz Heep). Binanın hündürlüyü 168 metr, daxili sahəsi 52 000 kvadrat metrdir.
İtaliya Krallığı
İtaliya krallığı (it. Regno d'Italia) — 1861-ci ildə İtaliyanın birləşməsinin nəticəsi və 1946-ci ildə İtaliya Respublikasının elanına qədər davam etmiş bir krallıqdır. İtaliya Krallığı Roma İmperiyasının süqutundan sonra qurulan və bütün İtaliya yarımadasını əhatə edən ilk dövlətdir. == Fransız idarəçiliyində İtaliya == XVIII əsrin son illərində İtaliya I Napoleon tərəfindən işğal edilərək fransız təsiri altına girdi. 1789-cu il inqilabı başlayarkən İtaliya siyasi vəziyyət belə idi: Sardiniya krallığı, Milan hersoqluğu, Genoa Respublikası, Venesiya respublikası, Toskana qraflığı, Papalıq dövləti və Neopol-Siciliya krallıqları var idi. Bu dövlətlərin bəzilərində hökmdarlar yerli deyildilər. İtaliya Direktoriya dövründə fransız orduları tərəfindən işğal edildiyi zaman, Avstriya və Prussiyanın bu dövlətə qarşı başlatdıqları müharibəyə İtaliyanın krallıqla idarə olunan iki dövləti (Sardiniya və Napoli) müttəfiq olaraq qatılmışdı. Direktoriya Napaleona batil inanclar ocağını söndürmək və İtalyanı canlandırmaq üçün Papanın siyasi gücünü ləğv etməsini əmretmişdi. Napaleonun əmrindəki ordular 1796-cı ildə İtaliyaya girərək iki il içində yarımadanı həm işğal etdi, həm də Avstriyanı sülh bağlamağa məcbur etdi. Milanı tutan Napaleon ardınca Romaya yönəldi.
İtaliya Kuboku
İtaliya Kuboku (tatar. Coppa Italia) — İtaliyanın 1922-ci ildən təşkil olunan miili futbol yarışı.
İtaliya Prezidenti
İtaliya Respublikasının Prezidenti (it. Presidente della Repubblica Italiana) — dövlət başçısı, milli birliyin təmsilçisi və İtaliya konstitusiyasının təminatçısı. Prezident dövlətin konstitusiyalı orqanıdır və İtaliya parlamenti palatalarının müştərək iclasında seçilir. Prezident səlahiyyətlərinin icra müddəti 7 ildir.
İtaliya Respublikası
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
İtaliya Superkuboku
İtaliya Superkuboku (it. Supercoppa Italiana) — İtaliya A Seriyasının qalibi ilə İtaliya Kubokunun qalibi arasında keçirilən futbol turniri.
İtaliya bayramları
İtaliya bayramları 6 yanvar - pasxa bazar ertəsi, 25 aprel – faşizmdən qurtuluş günü, 1 may – əmək günü, 2 iyun – respublika elan olunması günü (Romada paradla keçir), 15 avqust – Uspeniye (ferraqosto), 1 noyabr- bütün müqəddəslərin günü, 5 noyabr, 25 dekabr – milad (adətən evdə yaxın və qohumların əhatəsində keçirilən ən sevimli bayramdır). Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma – Petr, Milan – Amvrosiy, Turin – İoann və s. İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də.
İtaliya bayrağı
İtaliya bayrağı — İtaliyanın Dövlət bayrağı === Bayraq Günü === 1997-ci ildən 7 yanvar günü "Milli Bayraq Günü" olaraq elan edilmişdir. == Maraqlı faktlar == İtaliyanın bayrağını Napoleon hazırlayıb.
İtaliya bulqarları
İtaliya bulqarları — Altsek xan ilə birlikdə VII əsrdə İtaliyada məskunlaşmış bulqarlara verilən ad. Altsek xan Kubrat xanın ən kiçik oğlu idi. 631-ci ildə qardaşı Batbayan xandan ayrılaraq Avar xaqanlığına sığınmışdı. Lakin burada çox qala bilməyərək üsyan etmiş və xaqanın qəzəbinə uğramışdır. Bundan sonra Bavariyaya gedən və I Daqobertdən sığınacaq tələb edən şahzadə xəyanətə uğradı və bu dəfə İtaliyaya köçməyə məcbur oldu. 9000 qəbilə üzvündən 800ü sağ qalmışdı. Lombard kralı I Qrimoald tərəfindən ona "qastald" titulu verilərək cənubi İtaliyadakı Sepino, Boyano, İserniya şəhərləri onun sərəncanıma verildi. == Ümumi məlumat == Bulqarlar İtalyanın indiki Kampaniya və Molize bölgələrində məskunlaşmışdılar. 787-ci ildə "Lanqobard tarixi" əsərinin müəllifi Pavel yazırdı ki, "bulqarlar Latın dilini mükəmməl danışır, bununla belə onlar öz dillərini unutmamışlar". Bulqarlar indi İtaliyada qəsəbə və şəhər statusuna sahib olan məskənlər də salmışlar.