itaətsizlik
italiyalı
OBASTAN VİKİ
Gənc İtaliya
Gənc İtaliya (it. Giovine Italia) — 1831–1834-cü və 1840–1848-ci illərdə fəaliyyət göstərmiş italyan inqilabi təşkilatı. == Tarixi == Fransada 1830-cu il inqilabı İtaliya vilayətlərinə böyük təsir göstərdi. 1831-ci ilin fevralında Parma, Modena və Romada silahlı üsyanlar baş verdi. Bolonyada yaradılmış müvəqqəti hökumət papanın dünyəvi hakimiyyətinin ləğvini və Müəssislər Məclisinin çağırılmasını elan etdi, lakin hakimiyyəti ələ keçirən burjuaziya xarici müdaxilənin qarşısını almaq üçün Parma və Modena üsyançıları ilə əməkdaşlığı dayandırdı. 1831-ci ilin martında Avstriya ordusu Roma vilayətində üsyanı yatırdı. 1831-ci il üsyanlarının məğlubiyyəti nəticəsində ölkədə karbonarilərin və digər qrupların nüfuzu əsaslı şəkildə zəiflədi. İtaliyada azadlıq hərəkatının proqram və metodlarının dəyişilməsi zəruri idi. Bu vəzifənin icrasını Cüzeppe Madzininin başçılığı altında XIX əsrin 30-cu illərinin əvvəlində yaradılmış demokratik cərəyan öz üzərinə götürdü. Karbonarilərlə əlaqələri kəsən C. Madzini 1831-ci ildə Marseldə gizli şəkildə fəaliyyət göstərən "Gənc İtaliya" təşkilatını yaratdı.
Kampaniya (İtaliya)
Kampaniya (it. Campania) — İtaliya muxtar vilayətlərindən biri. Regiounun əhalisi 5,8 milyon nəfərdir və bu göstəriciyə görə Kampaniya İtaliya regionları arasında ikinci yeri tutur. 13.590 km² ərazisi olan Kampaniya əhalisinin sıxlığına görə ölkədə birinci yerdədir. == Tarixi == Antik dövrdə Kampaniya Böyük Yunanıstanın tərkib hissəsi idi. Pun müharibələri vaxtı ərazi Hannibal tərəfindən tutulmuşdu. Sonra Kampaniya Roma hakimiyyəti altında keçdi. 476-cı ildə Roma imperiyasının düşməsindən sonra ərazi ostqotlar, Bizanslılar və lanqobardların hakimiyyəti altında idi. XI əsrdən etibarən Kampaniyanın ərazisi Siciliya krallığına daxil olurdu. 1282-ci ildə baş vermiş antifransız üsyanından sonra keçmiş Siciliya krallığının materik hissəsi Neopol krallığı adlanmağa başladı.
Kiçik İtaliya
Kiçik İtaliya (ing. Little İtaly) - Kiçik İtaliya anlayışı XIX əsrdə Amerika Birləşmiş Ştatlarında yaranmışdır. Həmin dövrlərdə İtaliyadan minlərlə miqrant, gəmilər vasitəsilə Amerika Birləşmiş Ştatlarına miqrasiya edirdi. Amerika dövlət idarəsi, italyanların kompakt yaşaması məqsədilə şəhərlərdə yeni qəsəbələrin təşkil edilməsinə qərar vermişdi. Gəlmə italyanlar arasında qanuna qarşı itəatsizlik, işsizlik və mifia əlaqləri güçlü olduğundan, dövlətin İtaliyalı miqrantları vahid ərazidə çəmləməsində maraqlı idi. Müasir dövrdə Kanada, Avstraliya və ABŞ-də Kiçik İtaliyalar mövcuddur. Çin məhəllələridən fərqli olaraq, kiçik italiya etnik italyanlar azlıq təşkil edir.
Lana, İtaliya
Lana— İtaliyanın şimalındakı Cənubi Tirol şəhərindəki bir bələdiyyə. Lana Ultental girişində, Etsçtalda (Etsç vadisi) Bolzano və Merano arasında yerləşir. 2010-cu ildə əhalisi 11,206 nəfər idi. Cənubi Tirolun 3 bələdiyyəsindən biridir, adı XX əsrin başlanğıcında alman adlarının italyan adları ilə dəyişilməsi proqramına əsasən dəyişdirilmişdir. Digər 2 bələdiyyə Qaiz və Plauzadır.
Ostin (İtaliya)
Austis (sardin. Aùstis) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 50,81 km²-dir. Kommunanın əhalisi 820 nəfər, əhalinin sıxlığı isə 16 nəfər/km²-dir. Austis kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Neoneli, Nughedu Santa Vittoria, Olzai, Ortueri, Sorgono, Teti və Tiana.
Rozelle (İtaliya)
Rozelle (it. Roselle) — İtaliyanın Toskana regionunda şəhər.
İtaliya kampaniyası
İtaliya kampaniyası aşağıdakılara aid edilə bilər: Birinci İtaliya kampaniyası (1796–1797) — Napoleon müharibələri zamanı inqilabi Fransa silahlı qüvvələrinin Avstriya və Pyemonta qarşı hərbi əməliyyatları. Suvorovun İtaliyaya yürüşü (1799) — Aleksandr Suvorovun başçılıq etdiyi Rusiya–Avstriya ordusunun 1799-cu ilin aprel–avqust aylarında İtaliyanın şimalında Fransa qoşunlarına qarşı döyüşü. İkinci İtaliya kampaniyası (1800) — Fransa silahlı qüvvələrinin Marenqo döyüşündə Napoleonun qələbəsi ilə başa çatan Avstriyaya qarşı hərbi əməliyyatları. İtaliya kampaniyası (1915–1918) — Birinci Dünya müharibəsi illərində İtaliya silahlı qüvvələrinin Avstriya-Macarıstana qarşı hərbi əməliyyatları. İtaliya kampaniyası (1941–1943) — İkinci Dünya müharibəsi zamanı İtaliya silahlı qüvvələrinin SSRİ-yə qarşı hərbi əməliyyatları. İtaliya kampaniyası (1943–1945) — İkinci Dünya müharibəsi zamanı ABŞ, Birləşmiş Krallıq və onların müttəfiqlərinin silahlı qüvvələrinin Almaniya və İtaliyaya qarşı hərbi əməliyyatları.
İtaliya arısı
İtalya arısı və ya Liquriya arısı (lat. Apis mellifera ligustica) — bal arılarının yarlmnövlərindən biri. İtalya arı cinsi İtaliyanın kontinental hissəsindən, Apennin yarımadasından, Alp dağlarının cənubundan, Siciliyanın şimalından gəlir. Yəqin ki, bu yarımnöv İtaliyada son buz dövründə sağ qalmışdır. Yarımnöv Pireney yarımadasından və Siciliyadan olan arılardan genetik olaraq fərqlidir. Bu bütün bal arıları arasında ən çox yayılmış cinsdir, çünki bu yarımnöv subtropik və mülayim iqlimlərin əksər növlərinə yaxşı uyğunlaşır, lakin rütubətli tropik bölgələrdə inkişaf etmir. İtalya arıları quraq yayı, uzun müddət bal axını və mülayim, rütubətli qışı olan mərkəzi Aralıq dənizinin isti iqlimində inkişaf etmişdir. Buna görə də, uzun şiddətli qış və tez-tez soyuqlar olan uzun yazın olduğu şimal enliklərində arılar o qədər də yaxşı uyğunlaşmır və bu şəraitdə onların yetişdirilməsi əhəmiyyətli çətinliklər yaradır. Payızda balalarını gec yetişdirmək vərdişi bal istehlakını artırır. İtalya arıları adətən olduqca zəhmətkeşdirlər.
İtaliya (dəqiqləşdirmə)
İtaliya — Avropada dövlət. İtaliya (bina) — Braziliyanın San-Paulu şəhərində yerləşən 46 mərtəbəli göydələn.
İtaliya himni
İtaliya himni — bayrağı və gerbi ilə birlikdə İtaliyanın əsas dövlət rəmzlərindən biridir. İtalyanca adı "Inno di Mameli" olaraq adlanır. Müəllifin adına görə himnin adı belə adlandırılmışdır. Himnin mətnini 1847-ci ilin payızında Qoffredo Mameli, musiqisini isə bir qədər sonra Mişel Novaro yazıb. “İtalyanların mahnısı” de-yure şəklində yalnız 15 noyabr 2017-ci ildə dövlət himni oldu. 1861-ci ildən 1946-cı ilə qədər İtaliya Krallığının himni Kral Yürüşü idi (İtalyanca: Marcia Reale d'Ordinanza). Lakin İtaliyada monarxiyanın ləğvi, həmçinin ölkənin faşist keçmişi ilə bağlı olması səbəbindən ləğv edildi. "İtaliya Qardaşları" 1946-cı ildən faktiki olaraq dövlət himninə çevrilib. 1990-cı illərdə bu himnin başqa, daha uyğun olanı ilə əvəz edilməsi ilə bağlı müzakirələr gedirdi. Bu himn, bir qrup insanların fikrincə, Cüzeppe Verdinin musiqisinə verilmiş Va pensiero himni idi.
İtaliya
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
Vittoriya (İtaliya)
Vittoriya (it. Vittoria) — İtaliyanın Siciliya regionunda şəhər.
İtaliya Krallığı
İtaliya krallığı (it. Regno d'Italia) — 1861-ci ildə İtaliyanın birləşməsinin nəticəsi və 1946-ci ildə İtaliya Respublikasının elanına qədər davam etmiş bir krallıqdır. İtaliya Krallığı Roma İmperiyasının süqutundan sonra qurulan və bütün İtaliya yarımadasını əhatə edən ilk dövlətdir. XVIII əsrin son illərində İtaliya I Napoleon tərəfindən işğal edilərək fransız təsiri altına girdi. 1789-cu il inqilabı başlayarkən İtaliya siyasi vəziyyət belə idi: Sardiniya krallığı, Milan hersoqluğu, Genoa Respublikası, Venesiya respublikası, Toskana qraflığı, Papalıq dövləti və Neopol-Siciliya krallıqları var idi. Bu dövlətlərin bəzilərində hökmdarlar yerli deyildilər. İtaliya Direktoriya dövründə fransız orduları tərəfindən işğal edildiyi zaman, Avstriya və Prussiyanın bu dövlətə qarşı başlatdıqları müharibəyə İtaliyanın krallıqla idarə olunan iki dövləti (Sardiniya və Napoli) müttəfiq olaraq qatılmışdı. Direktoriya Napaleona batil inanclar ocağını söndürmək və İtalyanı canlandırmaq üçün Papanın siyasi gücünü ləğv etməsini əmretmişdi. Napaleonun əmrindəki ordular 1796-cı ildə İtaliyaya girərək iki il içində yarımadanı həm işğal etdi, həm də Avstriyanı sülh bağlamağa məcbur etdi. Milanı tutan Napaleon ardınca Romaya yönəldi.
İtaliya Kuboku
İtaliya Kuboku (tatar. Coppa Italia) — İtaliyanın 1922-ci ildən təşkil olunan miili futbol yarışı.
İtaliya Prezidenti
İtaliya Respublikasının Prezidenti (it. Presidente della Repubblica Italiana) — dövlət başçısı, milli birliyin təmsilçisi və İtaliya konstitusiyasının təminatçısı. Prezident dövlətin konstitusiyalı orqanıdır və İtaliya parlamenti palatalarının müştərək iclasında seçilir. Prezident səlahiyyətlərinin icra müddəti 7 ildir.
İtaliya Respublikası
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
İtaliya Superkuboku
İtaliya Superkuboku (it. Supercoppa Italiana) — İtaliya A Seriyasının qalibi ilə İtaliya Kubokunun qalibi arasında keçirilən futbol turniri.
İtaliya bayramları
İtaliya bayramları 6 yanvar — pasxa bazar ertəsi, 25 aprel – faşizmdən qurtuluş günü, 1 may – əmək günü, 2 iyun – respublika elan olunması günü (Romada paradla keçir), 15 avqust – Uspeniye (ferraqosto), 1 noyabr- bütün müqəddəslərin günü, 5 noyabr, 25 dekabr – milad (adətən evdə yaxın və qohumların əhatəsində keçirilən ən sevimli bayramdır). Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma – Petr, Milan – Amvrosiy, Turin – İoann və s. İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də.
İtaliya bayrağı
İtaliya bayrağı — İtaliyanın Dövlət bayrağı Əslində, rənglər 1700-cü illərin sonlarında bir tendensiya olaraq Fransız təsiri altında seçilmişdir. Bir versiyaya görə yaşıl rəng təbiəti, ağ rəng Alp dağlarında qarı, qırmızı isə İtaliya Müstəqillik Müharibəsində tökülən qanı təmsil edir. Digər bir izaha görə; Yaşıl ümidi, ağ taleyi, qırmızı isə xeyriyyəçiliyi təmsil edir. 1997-ci ildən 7 yanvar günü "Milli Bayraq Günü" olaraq elan edilmişdir. İtaliyanın bayrağını Napoleon hazırlayıb.
İtaliya bulqarları
İtaliya bulqarları — Altsek xan ilə birlikdə VII əsrdə İtaliyada məskunlaşmış bulqarlara verilən ad. Altsek xan Kubrat xanın ən kiçik oğlu idi. 631-ci ildə qardaşı Batbayan xandan ayrılaraq Avar xaqanlığına sığınmışdı. Lakin burada çox qala bilməyərək üsyan etmiş və xaqanın qəzəbinə uğramışdır. Bundan sonra Bavariyaya gedən və I Daqobertdən sığınacaq tələb edən şahzadə xəyanətə uğradı və bu dəfə İtaliyaya köçməyə məcbur oldu. 9000 qəbilə üzvündən 800ü sağ qalmışdı. Lombard kralı I Qrimoald tərəfindən ona "qastald" titulu verilərək cənubi İtaliyadakı Sepino, Boyano, İserniya şəhərləri onun sərəncanıma verildi. Bulqarlar İtalyanın indiki Kampaniya və Molize bölgələrində məskunlaşmışdılar. 787-ci ildə "Lanqobard tarixi" əsərinin müəllifi Pavel yazırdı ki, "bulqarlar Latın dilini mükəmməl danışır, bununla belə onlar öz dillərini unutmamışlar". Bulqarlar indi İtaliyada qəsəbə və şəhər statusuna sahib olan məskənlər də salmışlar.
İtaliya coğrafiyası
İtaliya coğrafiyası - 15 region və 5 muxtar regiona bölünür. Regionlar: Abrutso, Bazilikata, Kalabriya, Kampanya, Emilia-Romanya, Latsio, Liquriya, Lombardiya, Marke, Molize, Pyemont, Pulya (Apulya), Toskana, Umbriya, Veneto. Muxtar regionlar: Friuli-Venesiya Culiya, Sardiniya, Siciliya, Trentino-Alto Adice, Valle d’Aosta. Əsas şəhərləri: Roma (paytaxt), Milan, Turin, Neapol, Florensiya.
İtaliya cəbhəsi
İtaliya danaayağı
İtaliya danaayağı (lat. Arum italicum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü.
İtaliya faşizmi
İtaliya faşizmi (it. fascismo italiano), həmçinin klassik faşizm və ya sadəcə faşizm — İtaliyada inkişaf etmiş faşist ideologiyası. Bu ideologiya Benito Mussolininin rəhbərliyi altında 1922–1943-cü illərdə İtaliya krallığını idarə edən Milli Faşist Partiyası, 1943–1945-ci illərdə hakimiyyətdə olmuş Respublikaçı Faşist Partiyası, İtaliya Sosial Hərəkatı və digər neofaşist hərəkatları ilə əlaqələndirilir. İtaliya faşizmi italyan milliyətçiliyindən və İtaliya ərazisini genişləndirmək istəyindən qaynaqlanır. Faşistlər millətin üstünlüyünü və gücünü bəyan etməkdə bunu vacib hesab edirlər. İtaliya faşistləri müasir İtaliyanın Qədim Romanın varisi olduğunu iddia edirdilər. "Labor Charter" (1927–1934). Mussolini, Benito. Faşizm doktrinası. Sorel, Georges.
Faşist İtaliya
Faşist İtaliya — 1922—1943-cü illərdə Milli Faşist Partiyasının idarə etdiyi və Benito Mussolininin prezident və diktator olduğu İtaliya krallığınına verilən ad. İtalyan faşistləri totalitar hakimiyyətlə siyasi muxalifəti əzmiş, iqtisadi müasirləşməyi, ənənəvi sosial dəyərləri və Roma-Katolik Kilsəsini təşviq etmişdirlər.
Futbol üzrə İtaliya çempionatı
İtaliya A Seriyası — İtaliya futbol liqasının ali divizionu, dünyada ən güclü futbol divizionlarından biri sayılır, UEFA ölkə reytinqində IV yerdədi (2014 ilə əsasən) Çempionatın rəsmi sponsoru Telecom Italia sayılır, elə çempionatın adıda bununla bağlıdı it. Lega Nazionale Professionisti Serie A TIM. == Format == 2004–05 sezonundan etibarən italyan çempionatda 20 komanda iştirak edir. Futbol mövsümü ərzində (avqustdan maya qədər) hər bir komanda bir biri ilə 2 dəfə qarşılaşırlar. Beləliklə bir klub mövsüm ərzində 38 oyun keçirdir (andata adlanan 1-ci dövrədə 19, və ritorno adlanan 2-ci dövrədə 19 oyun). Görüşlərin ardıcıllığı hər iki dövrədə eynidir. Komandalar qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal qazanırlar. Məğlubiyyətə görə xal verilmir. Klublarin eyni miqdarda xal topladığı halda, vurulmuş və buraxılmış topların fərqi müqayisə olunur. Əgər eyni miqdarda xalı çempionatda birinci yerdə olan komandalar qazanıblarsa, onda bu qayda etibarsız sayılır. Hər mövsümün sonunda hamıdan çox xal toplamış klub qalib elan edilir.
Gürcüstan–İtaliya münasibətləri
Gürcüstan–İtaliya münasibətləri — Gürcüstan Respublikası və İtaliya arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında diplomatik münasibətlər 11 may 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə Avropa Şurasının həqiqi üzvüdür. 1994-cü ildə İtaliyada Gürcüstan səfirliyi və altı il sonra Tiflisdə İtaliya nümayəndəliyini açılır. Ölkələr müdafiə, iqtisadiyyat, nəqliyyat, mədəniyyət, təhsil və s. sahələrdə əməkdaşlığı əhatə edən 18 müqavilə imzalamışlar. 2004-cü ildən bəri, Gürcüstan-İtalyan biznes forumları vaxtaşırı olaraq keçirilir. İqtisadiyyatın perspektivli və prioritet sahələri tikinti, infrastruktur, kənd təsərrüfatı və turizmdir. == Ticarət və iqtisadi əlaqələr == İtaliya ticarət baxımından Gürcüstanın onuncu ticarət tərəfdaşıdır.
Regional şura (İtaliya)
Regional şura (it. Consiglio regionale) — İtaliya Konstitusiyasının 121-ci maddəsində nəzərdə tutulan hər bir regionun nümayəndəsi olan qanunvericilik orqanı. 1947-ci ildə təsis edilən Siciliya Regional Şurası, regional şura yerinə, Sicilya Regional Məclisi və ya Siciliya Parlamenti adı altında fəaliyyət göstərir və üzvləri deputatlar rütbəsinə sahibdir.. Şura regionun qanunvericilik orqanıdır, digər konstitusional əlaqəli qurumlar kimi, hüquqi şəxsiyyətə, muxtar qaydalara və qərargahına malikdir. İtaliya Konstitusiyasının 126-cı maddəsinə əsasən Regional Şura aşağıda sadalanan səbəblərə görə ləğv edilə bilər: Təbii mandatın sona çatması (5 il). İtaliya Konstitusiyasına qarşı qanun pozuntuları törədildikdə. Milli təhlükəsizlik səbəblərinə görə. Birbaşa vətəndaşlar tərəfindən seçildiyi təqdirdə Region Prezidenti vəzifəsindən imtina edərsə. Regional şura üzvlərinin əksəriyyəti istefa edərsə. Regional Məsələlər üzrə Deputatlar və Senatorlar Komitəsini dinlədikdən sonra İtaliya Prezidentinin əsaslandırılmış qərarı ilə.
İtaliya cəbhəsi (1943–1945)
İtaliya cəbhəsi — 10 İyul 1943 və 2 May 1945-ci il tarixləri arasında Britaniya və Amerika donanmalarının Husky hərəkatı ilə Siciliyaya etmiş olduğu təxliyə nəticəsində açılmış bir cəbhədir. Müttəfiqlər, Şimali Afrikadakı Alman hərbi varlığını ortadan qaldırdıqdan sonra İtaliyaya üz tutdular.İtaliyaya hərbi təxliyə edilməsindən əvvəl Siciliya adasındakı Alman hərbi gücünün də qırılması önəmli idi.İtaliya ərazilinə Müttəfiq qoşunların hərbi təxliyəsi iki nöqtədən keçirilmişdir.General Montgomery-inin 8-ci Ordusu, Siciliyadan hərkətə başlayaraq dar Messin boğazını keçərək İtaliyan çəkməsinin barmaq ucuna çıxmışdır. İkinci təxliyə əməliyyatı olan Salerno əməliyyatı isə, Salernonun cənubundakı iki çimərliyə, bir İngilis, bir Amerikan korpusu tərəfindən aparılmışdır.Təxliyənin üçüncü günündə Müttəfiqlərin əməliyyatı dayandırılmış, ancaq sonrakı günlərdəki döyüşlər və ağır bombardmanlar nəticəsində sağlam bir körpü başı yaradılmışdı.Həmin gün İtaliya, Müttəfiqlərlə bir müqavilə imzaladı, lakin bu müqavilə Salerno əməliyyatı qədər gizli saxlanılıb.Təxliyə qoşunları əsas hədəfləri olan Neapola əməliyyatın üçüncü həftəsində nail olurlar.2 Yanvar 1944-cü ildə Müttəfiqlər Romanın 40 km cənubunda, Anzioyaya bir hərbi təxliyə daha edirlər.Çox gərgin münaqişələrlə keçən İtaliya cəbhəsi, 29 Aprel 1945-ci ildə İtaliya ərazisindəki Alman qoşunlarının Müttəfiqlərə yenilməsi və İtaliyanın qeyd-şərtsiz təslim olması ilə cəbhə bağlanıb.
İtaliya kampaniyası (1943–1945)

İtaliya kampaniyası (İkinci Dünya müharibəsi)

Cartoon Network (İtaliya)
Cartoon Network — Sky Italia və UPC Switzerland-da mövcud olan ABŞ telekanalının İtaliyadakı yayım qoludur. Warner Bros. Discovery-ə məxsus bu kanalda cizgi serialları yayımlanır. Kanal ilk olaraq 1993-cü ilin sentyabrında daha böyük ümumavropa geri dönüşünün bir hissəsi kimi fəaliyyətə başlamışdır.
İtaliya A Seriyası 2022/2023
İtaliya A Seriyası 2022-23 və ya sponsorlu adı ilə 2022-23 Seriya A TİM. İtaliyanın yüksək liqası olan A Seriyasının 121-ci mövsümüdür. Təqvim 24 iyun 2022-ci ildə Milanda tərtib olunub.
İtaliya A Seriyası 2023/2024
İtaliya A Seriyası 2023-24 Seriya A'nın 122-ci mövsümüdür.
İtaliya–Osmanlı müharibəsi
İtaliya-Osmanlı müharibəsi (1911—1912) və ya Tripoli müharibəsi (Trablisqarp) — İtaliyanın digər Avropa dövlətlərinin köməyi ilə Osmanlı imperiyasından Trablis və Kirenaika əyalətlərini (Şimali Afrika) qoparmaq və müstəmləkəyə çevirmək məqsədilə apardığı işğalçılıq müharibəsi. İtaliya 1911-ci il sentyabrın 29-da Türkiyəyə müharibə elan etdi. İtalyan qoşunları oktyabr ayında sahil rayonlarını tutsalar da, yerli əhalinin, türk qarnizonları və Tunis, Əlcəzair, Misir və b. ərəb ölkələrindən gəlmiş könüllü dəstələrin güclü müqavimətinə rast gələrək ölkənin içərilərinə irəliləyə bilməmişdilər. 1912-ci ilin oktyabrında başlanmış Balkan müharibəsi Türkiyəni oktyabrın 18-də Lozanna sülh müqaviləsini imzalamağa məcbur etdi. Sultan Trablis və Kirenaika əhalisinə muxtariyyət "bəxş etməyi" və bu əyalətlərdən öz qoşunlarını çıxarmağı öhdəsinə götürdü. Əslində Trablis və Kirenaika (sonralar Liviya adlandı) bu zamandan etibarən (1943-cü ilə qədər) İtaliyanın müstəmləkəsinə çevrildi.
Birinci İtaliya–Efiopiya müharibəsi
İtaliya-Efiopiya müharibəsi (Birinci Həbəş müharibəsi, 1895–1896) — İtaliya ilə Efiopiya arasında ikincinin qələbəsi ilə başa çatan müharibə. 19-cu əsrdə Afrikanın Avropa müstəmləkəçilərinə uğurlu silahlı müqavimətinin nadir hallardan biri, bunun nəticəsində Efiopiyanın müstəqilliyi əvvəlcə İtaliya, sonra isə digər Avropa gücləri tərəfindən tanındı. Efiopiya 1935–1936-cı illərdə İtaliya ilə ikinci müharibəyə qədər müstəqil qaldı. == Müharibənin səbəbləri == 1895-ci ilə qədər Afrika qitəsi böyük ölçüdə Avropa gücləri arasında bölündü, lakin Afrikadakı bir neçə ölkədən biri olan Efiopiya müstəqil olaraq qalırdı. Dünyanın bölünməsinə gec başlamış İtaliya Efiopiyanı ələ keçirməyə və onu öz müstəmləkəçiliyinin əsasına çevirməyə ümid edirdi. Qırmızı dənizin Afrika sahillərində İtaliyanın Aseba (1880) və Massauanın (1885) işğalı və öz mülklərinin sərhədlərini qonşu Efiopiyanın Tiqre əyaləti və Boqos torpaqları hesabına tədricən genişləndirmək istəyi İtaliyanı Efiopiya ilə silahlı qarşıdurmaya gətirib çıxardı. Bu dövrdə, Efiopiya İmperiyasının gücü artıq uzaq keçmişdə qalmışdı. Ölkə parçalanmış və monarxın ən böyük maqnatlar üzərində hakimiyyəti demək olar ki, şərti idi. Buna görə də italyanlar düşmənə yüksək qiymət vermədilər və bu müharibəni asan hərbi gəzinti kimi təsəvvür edirdilər. Lakin çoxəsrlik tarixi ərzində Efiopiya öz dövlət ənənələrini itirməmişdi və müstəmləkəçilər Afrikanın digər bölgələrinə nisbətən daha mütəşəkkil və çoxsaylı ordu ilə qarşılaşmalı oldular.
İtaliya-Yunan müharibəsi
İtaliya-Yunan müharibəsi (yun. Ελληνοϊταλικός Πόλεμος) və ya Yunan müharibəsi (it. Guerra di Grecia) İtaliya və Yunanıstan arasında 28 oktyabr 1940–1941-ci il aprelin 30 — dək davam edən müharibədir. Bu yerli müharibə Berlin-Roma-Tokio oxu və Müttəfiq güclər arasında İkinci Dünya Müharibəsinin Balkan Kampaniyasına başladı və nəticədə İngiltərə və Almaniyanın iştirak etdiyi Yunanıstan uğrunda döyüşə çevrildi. Almaniyanın Avropadakı hərbi uğurları İtaliya hökumətini Afrika və Balkanlarda "paralel" müharibəni genişləndirməyə sövq etdi. Ümid edirdi ki, fəth edilmiş Albaniya öz planlarını həyata keçirmək üçün əlverişli tramplin ola bilər. 1940-cı ilin oktyabrında alman qoşunları Rumıniyaya daxil oldu, bu barədə nasist rəhbərliyi italyan müttəfiqinə xəbərdarlıq etmədi. Bu, Mussolini üçün "təşəbbüs göstərmək" üçün bəhanə oldu. O, Xarici İşlər Naziri Qraf Ciano -ya məruzə etdi: "Hitler həmişə məni baş vermiş fakt qarşısında qoyur. Amma bu dəfə mən onun əvəzini eyni şəkildə verəcəm.
İtaliya krallığı (1861–1946)
İtaliya krallığı (it. Regno d'Italia) — 1861-ci ildə İtaliyanın birləşməsinin nəticəsi və 1946-ci ildə İtaliya Respublikasının elanına qədər davam etmiş bir krallıqdır. İtaliya Krallığı Roma İmperiyasının süqutundan sonra qurulan və bütün İtaliya yarımadasını əhatə edən ilk dövlətdir. XVIII əsrin son illərində İtaliya I Napoleon tərəfindən işğal edilərək fransız təsiri altına girdi. 1789-cu il inqilabı başlayarkən İtaliya siyasi vəziyyət belə idi: Sardiniya krallığı, Milan hersoqluğu, Genoa Respublikası, Venesiya respublikası, Toskana qraflığı, Papalıq dövləti və Neopol-Siciliya krallıqları var idi. Bu dövlətlərin bəzilərində hökmdarlar yerli deyildilər. İtaliya Direktoriya dövründə fransız orduları tərəfindən işğal edildiyi zaman, Avstriya və Prussiyanın bu dövlətə qarşı başlatdıqları müharibəyə İtaliyanın krallıqla idarə olunan iki dövləti (Sardiniya və Napoli) müttəfiq olaraq qatılmışdı. Direktoriya Napaleona batil inanclar ocağını söndürmək və İtalyanı canlandırmaq üçün Papanın siyasi gücünü ləğv etməsini əmretmişdi. Napaleonun əmrindəki ordular 1796-cı ildə İtaliyaya girərək iki il içində yarımadanı həm işğal etdi, həm də Avstriyanı sülh bağlamağa məcbur etdi. Milanı tutan Napaleon ardınca Romaya yönəldi.
İtaliyanın Fransaya hərbi müdaxiləsi
İtaliyanın Fransaya hücumu, digər adlar : Alp döyüşü ( fr. bataille des Alpes ) və ya Qərbi Alp döyüşü ( it. battaglia delle Alpi Occidentali (10-25 iyun 1940) İkinci Dünya Müharibəsi əsnasında İtalyan qoşunlarının Fransız ordusuna qarşı strateji hərbi əməliyyatı idi, Fransa Kampaniyasının bir hissəsidir. Bu, İtaliyanın İkinci Dünya Müharibəsindəki ilk böyük döyüşü idi. İtaliyanın müharibəyə girməsi hərbi əməliyyatları Afrika və Aralıq dənizində genişləndirdi. İtaliya lideri Benito Mussolini Aralıq dənizində ingilis-fransız hökmranlığını darmadağın etmək, İtaliyanı tarixi sərhədləri daxilində bərpa etmək (Italia irredenta ) və Balkanlarda və Afrikada İtaliya təsirini genişləndirmək arzusunda idi. 1930-cu illərdə İngiltərə və Fransa İtaliyanı Almaniya ilə ittifaqdan döndərməyə çalışdılar, lakin Almaniyanın müharibənin ilkin mərhələsində əldə etdiyi ildırım sürətli uğurları İtaliyanı 1940-cı ilin mayında Almaniyaya tərəf keçməyə vadar etdi. İyunun 10-da axşam İtaliya Fransa və İngiltərəyə müharibə elan etdi, gecə yarısından dərhal sonra ölkələr müharibə vəziyyətinə düşdü. Müharibənin ilk günündə ölkələr bir-birini hava hücumlarına məruz qoydular, lakin Fransa və İtaliya cəbhə xətti boyunca müdafiə mövqelərini tutduqları üçün Alp cəbhəsində sakitlik yarandı. Alp xətti boyunca bir neçə patrul atışması və İtaliya Alp divarında atışma oldu.
İtaliyanın inzibati bölmələri
İtaliyanın inzibati bölmələri — müasir İtaliya Respublikasının ərazisinin inzibati-ərazi vahidlərinə bölünməsi, buna uyğun olaraq İtaliya dövlətini idarə etmək üçün ölkələrdə mərkəzi və yerli hakimiyyət orqanları sistemi qurulur. 11 dekabr 1947-ci il Konstitusiyasına əsasən, İtaliya 20 bölgəyə bölünür, onlardan beşində etnik və dil azlıqlarının kompakt yaşadığı xüsusi status vardır. Valle d'Aosta və Friuli Venezia Giulia istisna olmaqla, bütün bölgələr əyalətlərə bölünür. Valle d'Aosta bölgəsi ən kiçikdir, kommunaları birbaşa regional hakimiyyət orqanlarına hesabat verir. 2014-cü ilə qədər Friuli-Venesiya Giulia bölgəsi dörd əyalətdən ibarət idi, lakin bu ildən onlar ləğv edildi və əvəzində 2021-ci ildə və sonra ləğv edilmiş 18 icmalararası ərazi birliyi yaradıldı. Onların əsasında 2014-cü ildən əvvəl mövcud olan dörd vilayətin hüdudları daxilində dörd regional mərkəzsizləşdirmə orqanı yaradılmışdır. 2014–2016-cı illərdən bəri 12 bölgəyə böyük şəhərlər də daxildir. Trentino-Alto Adige bölgəsindəki iki əyalət, Trento və Bolzano da muxtar statusa malikdir. Əyalətlər və böyük şəhərlər öz növbəsində kommunalara və ya icmalara bölünür, onlar da fraksiyalara bölünə bilər. İtaliyada kommuna üçüncü səviyyəli inzibati vahiddir.

Значение слова в других словарях