Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrigöz kilkə
İrigöz kilkə (lat. Clupeonella grimmi) — Xəzər dənizində yaşayan endemik növdür. == Yayılması == İrigöz kilkə Cənubi və Orta Xəzərin 40-50- m-dən yuxarı (200–500 m və daha çox) dərinliklərində yayılmışdır.Belə sahələr Xəzər dənizinin ümumi sahəsinin 50% - dən çoxunu (200 min km2 ) təşkil edir. İrigöz kilkə üst qatlardan çəkinərək Xəzərin daha dərin qatlarında yaşamağa uyğunlaşdığından dənizdə neft çıxarılan ərazilərdə (müqavilə sahələrində) daha çox təsadüf edilir. Mövsümlə əlaqədar olaraq irigöz kilkə areal daxilində müntəzəm olaraq öz yerini dəyişir. Belə ki, qış - yaz mövsümündə irigöz kilkə Cənubi Xəzərin şimali-qərbində və şərq hissəsində, payız mövsümündə isə Cənubi və Orta Xəzərin şimali - qərbində külli miqdarda toplanır. Adi və ançousabənzər kilkə növlərinə nisbətən irigöz kilkənin başı böyük, gözləri iri, üzgəcləri isə uzun olur. İrigöz kilkə digər kilkələrlə yanaşı Xəzər ixtiofaunasmm vətəgə əhəmiyyətli ən kiçik balıqlarından olub, uzunluğu 45–120 mm-ə, nadir hallarda isə 150 mm-ə çatır. == Morfoloji əlamətləri == D 12-18, orta hesabla 14,8, A 18-21, qəlsəmə dişiciklərini sayı 43-51, orta hesabla 47,4, omurğa pulcuqlarının ümumi sayı 21-30, orta hesabla 26,0-dır. Başı hündür və böyükdür, başının uzunluğu bədən uzunluğunun 23,5%-dən çoxdur.
İrigöz siyənək
İrigöz siyənək (lat. Alosa brashnikovi autumnalis) — siyənəkkimilər fəsiləsinin az saylı növüdür. == Yayılması == Xəzər dənizində yayılmışdır. Azərbaycanda əsasən Cənubi Xəzərin qərb sahil sularında yayılmışdır. Yay fəsilində Yalama Dəvəçi və Giləzi kəsimlərində yayıldığı müşahidə edilmişdir. == Morfoloji əlamətləri == D III-IV (V) 13 - 15, ümumi sayı 16 - 19 (18.0), A (II) III (IV) 16 - 20 (18.5), ümumi sayı 19 - 23 (21.5), qəlsəmə dişciklərinin sayı 25 - 36 (30.0), gövdə fəqərələrin sayı 49 - 52 (50.5), quyruq fəqərələrin sayı 33 - 35 (33.9)-dir. Dişciklər kobud, yastı, əyriüyrü və qəlsəmə yarpaqcıqlarından bir qədər uzundur. Başı və bel tərəfi yaşıl rəngə çalır. Uzunluğu 41 sm-ə qədər olur. == Yaşayış yeri və həyat tərzi == Dəniz siyənəyi olub, çoxalmaq üçün şirin sulara girmir.
İrigöz tunes
İrigöz tunes (lat. Thunnus obesus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü. Əhəmiyyətli bir ticari balıq olan İrigözlü tunes , isti və ilıq dənizlərin açıqlarında tapılar, amma Aralıq dənizidə tapılmaz. Boyu 60-250 sm olar. Başı və gözləri digər tunes böyükdür. Bədənlərinin üst qisimi tünd əmtəəlik mavi, qarınına doğru boz ya da ağlaşar. Kürək və anal üzgəcləri sarı rəngdir. İrigözlü tunes bir çox fərqli balıq növləri yumşaqcalar və qabıqlılar ilə bəslənər.
İrigöz şişqarın
İrigöz şişqarın (lat. Alosa saposchnikowii) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Orta və Şimali Xəzərin qərb sahillərinə yaxın yayılmışlar. Cənubi Xəzərdə az miqdarda təsadüf olunur. == Morfoloji əlamətləri == Bədəni uzunsov-hündürdür. Bel üzgəcində 12–15, anal üzgəcində 15–21 şüa var, qəlsəmə dişcikləri seyrəkdir, uzun və kobuddur, sayı 27-dən 40-a qədərdir. Gözləri iri, dişləri möhkəmdir. Hər iki çənədə və xış sümüyündə yaxşı inkişaf etmiş dişlər vardır. Ən irisinin uzunluğu 35 sm-ə çatır, əksəriyyəti 14–21 sm uzunluqda olur, 8 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Daim dənizdə yaşayan irigöz şişqarına Xəzərin hər yerində təsadüf olunur.
İstigöl (Mahnişan)
İstigöl (fars. استي گل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (23 ailə).
Bozsifət xortumlu itiyəz
Bozsifət xortumlu itiyəz (lat. Rhynchocyon udzungwensis) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
İxtioz
İxtioz (yun. ichtys-balıq) — balıqpulcuğu, kseroderma - kəskin qərniləşmə ilə xarakterizə olunan dəri xəstəliyi. Uşaq yaşlarında (çox vaxt 3 yaşında) başlayır, yetkinlik dövründə güclənir və insanın ömrü boyu davam edir. Müalicəsi olmayan xəstəliyə sahib olan uşaqlar sərt və elastikliyi olmayan dəriyə malik olurlar, eyni zamanda sərt dəri yarıqlar vasitəsiylə bir-birlərindən aralanır, dərinin yumşaq toxuması görünür, yara hissələrindən daima su axır. Belə uşaqlar su itkisini, orqanizmanın istiliyini təmin edə bilmirlər. İxtioz xəstəliyi ilə doğulan uşaqların çoxu doğumdan bir neçə saat sonra həyatlarını itirirlər, az qismi həyatda qalmaqlarına baxmayaraq eybəcər üz quruluşuna malik olurlar. İxtiozun 4 forması daha geniş yayılıb: Adi ixtioz; X-ilgili ixtioz; Lamellyar ixtioz; Epidermolitik ixtioz == Adi ixtioz == Sinonimləri: vulqar ixtioz, adi ixtioz, ichthyosis vulgaris Adi ixtioz üçün daha çox ayaqlarda nəzərə çarpan dərinin diffuz zədələnməsi səciyyəvidir. Dərinin qabıqlanması və quru olması, follikulyar keratoz qeyd olunur. Xəstələrin əksəriyyəti allergik xəstəliklərə meyillidirlər. Patogenez- Adi ixtioz üçün retension hiperkeratoz xarakterikdir: hüceyrələr arasındakı əlaqələrin möhkəmlənməsi və buynuz pulcuqların kənar edilməsinin ləngiməsi epidermisin buynuz qatının qalınlaşmasına gətirib çıxarır.
Rizvan Çitiqov
Rizvan Çitiqov (22 aprel 1964, Şali, Çeçenistan – 23 mart 2005, Çeçenistan) — Çeçen səhra komandiri, separatçı, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, güclü zəhərlər və kimyəvi silahlar üzrə mütəxəssis. ÇİR Silahlı Qüvvələrinin Tank tağımına, ÇİR Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı Qüvvələrinə, ÇİR Silahlı Qüvvələrinin Şali sektoruna komandanlıq edən şəxs. Şamil Basayevin Budyonnovska basqınının iştirakçısı olur. Bir versiyaya görə, Çitiqov çeçen müqavimətində Şamil Basayev və Dokka Umarovdan sonra (2004-cü ildə) üçüncü şəxs hesab olunurdu. Milliyyətcə çeçendir. == Bioqrafiyası == 20 ildən çox Rizvan doğma kəndində yaşayır. Sinif yoldaşları və dostları ilə müxtəlif hüquq-mühafizə orqanlarının məktəblərinin təlimlərindən: Daxili İşlər Nazirliyi, DTK, desant. Uşaq ikən intensiv şəkildə bədən tərbiyəsi ilə məşğul olmuş və müstəqil şəkildə odlu silahlar düzəltmiş, sonralar dəyişdirərək həqiqi atıcı silahlar almışdır. Sovet ordusunda xidmət etdiyi müddətdə tank komandiri olmuşdur. Rizvan Çitiqov 1980-ci illərin sonlarına qədər rayon yanğından mühafizə bölməsində yanğınsöndürən vəzifəsində çalışmışdır.
İdiquz (Miyanə)
İdiquz (fars. ايدي گوز‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (31 ailə).
Tiqon (heyvan)
Tiqon (ing. "Tiger"-pələng və "lion"-şir) — erkək pələng və dişi şir arasənda hibrid yırtıcı heyvan. Tiqonun liqrdan fərqi odur ki, tiqon ata tərəfdən pələng və ana tərəfdən şirdir. Liqr isə əksinə. Tiqonlar da liqrlar kimi təbiətdə görsənmirlər. Tiqonlar hər iki valideynlərinin əlamətlərini daşıyırlar. Məsələn, onun başındakı ləkələr ana genlərindən (şirlər ləkə ilə doğulur), zolaqlar isə ata genlərindən qaynaqlanır. Zooloq ekspertlər deyir ki, tiqonlar liqrlardan fərqli olaraq təsadüfən təbiətə düşsə, yaşaya bilər. Çünki tiqonun qaçış sürəti saatda 70–75 km-dir. Bu da ov ovlamaq üçün kifayətdir.