Küçələrə su səpmişəm
Küçələrə su səpmişəm — Azərbaycan xalq mahnısı. Mahnı məşhur müğənni Rəşid Behbudov tərəfindən ifa olunduqdan sonra məşhurlaşmışdı.
== Mahnının sözləri ==
Küçələrə su səpmişəm
I
Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.
II
Simavara od salmışam,
İstəkana qənd salmışam.
Yarım gedib, tək qalmışam,
Nə əzizdir yarın canı,
Nə şirindir yarın canı.
== Maraqlı faktlar ==
Manaf Süleymanov "Küçələrə su səpmişəm" xalq mahnısının sovet dövründə "redaktə" olunduğunu yazır. Yazıçı bildirir ki, o vahiməli günlərdə Bakını xilas etməyə gələn türk əsgərlərinin qarşılayan insanlar bu mahnını sevgi ifadəsi olaraq qoşublar. Yol gözləyən insanlar bu mahnını belə oxuyurdular:
Küçələrə su səpmişəm,
Türk gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.