Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəkələmə
Kəkələmə — normal nitqin pozulması. Kəkələmə xəstəlik olmasa da, bu ciddi bir problemdir. Kəkələmə çox zaman 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir. Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında: uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğum travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması; ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc) və s. insan psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər. == Uşaqlarda kəkələmə == Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası kimi inkişaf edir. Lakin bu halda da uşaq müalicə olunmalıdır. Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Kürədərə (Əhər)
Kürədərə (fars. كوره درق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (23 ailə).
Küçələrə su səpmişəm
Küçələrə su səpmişəm — Azərbaycan xalq mahnısı. Mahnı məşhur müğənni Rəşid Behbudov tərəfindən ifa olunduqdan sonra məşhurlaşmışdı. == Mahnının sözləri == Küçələrə su səpmişəm I Küçələrə su səpmişəm, Yar gələndə toz olmasın. Elə gəlsin, elə getsin, Aramızda söz olmasın.II Simavara od salmışam, İstəkana qənd salmışam. Yarım gedib, tək qalmışam, Nə əzizdir yarın canı, Nə şirindir yarın canı. == Maraqlı faktlar == Manaf Süleymanov "Küçələrə su səpmişəm" xalq mahnısının sovet dövründə "redaktə" olunduğunu yazır. Yazıçı bildirir ki, o vahiməli günlərdə Bakını xilas etməyə gələn türk əsgərlərinin qarşılayan insanlar bu mahnını sevgi ifadəsi olaraq qoşublar. Yol gözləyən insanlar bu mahnını belə oxuyurdular: Küçələrə su səpmişəm, Türk gələndə toz olmasın. Elə gəlsin, elə getsin, Aramızda söz olmasın.
Küçələrə su səpmişəm (film, 2004)
== Məzmun == Xəlil (Fuad Poladov) və Bəhmən (Rasim Balayev) əmioğludurlar. Tale elə gətirib ki, Xəlil heç bir günahı olmadan Bəhmənin yerinə uzun illər həbsxanada yatmışdır. Bu illər ərzində isə Bəhmən ali təhsilini başa vurmuş, həkim kimi professor mərtəbəsinə yüksəlmişdir. Xəlil isə həbsxanadan azad olunduqdan sonra doğma kəndində sadə bir həyat tərzi keçirir. Bəhmən uzun illər sonra təsadüfən kəndə gəlir və iki əmioğlu yenidən rastlaşır. Xəlil hər şeyi bir anlıq unudaraq Bəhməni çox yaxşı qarşılayır, hətta evinə qonaq gətirir. Lakin o Bəhmənin ova getmək istəyini biləndə bir anlıq hər şeyi xatırlayır və anlayır ki, ov tüfəngi ilə adam öldürən əmisi oğlu Bəhmənə bütün bunlar nəinki dərs olmamış, hətta vicdan, şərəf və s. xüsusiyyətlərini də artıq çoxdan itirmişdir. Həyat mübarizədir. İnsan etdiyi bütün günahlara görə cəzasını özü çəkməlidir ki, bir daha bu səhvə yol verməsin.
Kurzeme
Kurzeme (latış. Kurzeme‎; liv. Kurāmō; alm. və isv. Kurland; lat. Curonia / Couronia; lit. Kuršas; est. Kuramaa; pol. Kurlandia; rus. Курляндия/Курземе; belar.