Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kələcoş
Kələkoş və ya Kələcoş (kələdoş) — Azərbaycan və bir neçə digər ölkələrin mətbəxlərində qida növü. Kələkoş Güney Azərbaycanın Zəncan şəhərinin ən məşhur yeməklərindən biridə sayılır. == Ərzaqlar == 4 porsiya üçün nəzərdə tutulub 3 stəkan yağlı qatıq 1 ½ xörək qaşığı un 1 yumurta 3 stəkan soyuq su 1 xörək qaşığı yuyulmuş və süzülmüş yumru düyü ½ stəkan xırda doğranmış qoz 2 diş əzilmiş sarımsaq 1 ½ xörək qaşığı quru nanə 2 xörək qaşığı bitki və ya kərə yağı 1 orta baş xırda doğranmış soğan duz, zövqə görə istiot, zövqə görə == Hazırlanma qaydası == 1. Bir kasada qatığı, unu, yumurta və suyu yaxşıca qarışdırın. Sonra isə üzərinə düyünü, qozu, sarımsağı, və quru nanəni əlavə edin və yenə qarışdırın. 3. Bir qazanda yağı qızdırın və soğanı əlavə edib təxminən 6-7 dəqiqə qızardın. 4. Qatıqlı qarışığı soğanın üzərinə əlavə edin və taxta qaşıqla ara vermədən qarışdıraraq orta odda təxminən 20 dəqiqə müddətində və ya düyü yumuşalana qədər bişirin. Kənara çəkin və üzərinə zövqə görə duz və istiot əlavə edib qarışdırın.
Kələkoş

Kələnov
Kələnov — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava inzibati ərazi dairəsində kənd.Hazırda kənddə əsas təsərrüfat sahələri bitkiçilik və heyvandarlıqdır. Kənddə tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərir.Ölkə regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, kəndə 2018-ci ildə asfalt örtüklü avtomobil yolu çəkilmişdir. Kəndin 2 yetirməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuşdur. Firuz Mustafayev və Eyvaz Babayev Qarabağ ətrafında gedən döyüşlərdə Bətən yolunda canlarından keçmişlər.Kələnov kənd tam orta məktəbinə şəhid Firuz Mustafayevin adı verilmişdir.Hüquq elmləri üzrə fəlsəfə doktoru Əli Eyvazovun 2010-cu ildə nəşr edilmiş "Bir batalyonun tarixi" sənədli povestində F.Mustafayevin döyüş yolu barədə bəhs edilib.Şəhidlərdən başqa,Kələnovun yeirmələri sırasında 10 nəfər Qarabağ müharibəsi veteranı vardır. Adı çəkilən povestdə cəbhə zonasına Quba rayonundan ən çox köməklik göstərmiş təşkilatların və müəssisələrin sırasında "Kalinin" adına (sonradan "İstiqlal" adlanan)sovxozun da adı qeyd edilmişdir.Məlumat üçün bildirmək lazımdır ki,ön cəbhəyə mümkün olan köməkliyi göstərən və arxa cəbhədə isə döyüşçülərin ailələrinə zəruri yardımlar etməyi üzərinə götürən həmin sovxozun rəhbəri Səfər Bayramov da Kələnovun yetirməsidir. == Tarixi == Kəndin ərazisi təsərrüfat məşğuliyyəti üçün əlverişli olduğuna görə keçmişdə Zərqava kəndindən bir sıra ailələr əvvəlcə bu məkandan qışlaq kimi istıfadə üçün buraya gəlmiş və 19-cu əsrin əvvəllərindən isə indiki ərazidə həmişəlik məskunlaşmışlar.Həm ilk zamanlarda,həm də sonrakı dövrlərdə əsasən taxılçılıqla,maldarlıqla, arıçılıqla,bağçılıqla məşğul olmuşlar. Yerli əhali arasında indiyədək işlədilən "Dadaş bağı", "Salman bağı", "Hacı bağçası" (tatca:"Bağça Həci"), "Murad bağı", "Məmmədağa qoruğu", "Axundun arıçılıq sahəsi" (tatca:"Əngəlu Axund"), "Talıbın arıçılıq sahəsi" (tatca:"Əngəlu Talıb") və sair yer adları o dövrlərdə yaranıb və ərazidə məskunlaşmış insanların məşğuliyyətini göstərir. Kəndin böyük biçənək sahələri olan "Güləvaxt" adlanan ərazisində isə ilk zamanlarda ot biçini ilə məşğul olublar. Həmin məkan geniş əraziyə malik düzənlikdən ibarət olub.Düzənliyin əhatə etdiyi sahələr əvvəlcə tam boş idi,orada hələ yaşayış da yox idi. Oradakı biçənək sahələri hər ilin bahar aylarında gül-çiçəyə bürünürdü.Sahələri biçən insanlar isə uzaqda yaşadıqlarına görə biçənəklərin olduğu ərazidə görüləcək yeganə təsərrüfat işini - otların biçilməsi işini məhz düzənliyin gül-çiçək vaxtında yerinə yetirirdilər.
Kələmo
Kələmo (lat. Acipenser nudiventris) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. == Yayılması == Qara dəniz, Azov, Xəzər və Aral dənizlərində yayılmış, Balxaş gölündə iqlimləşdirilmişdir. Azərbaycan sularında Kür qayabalığı populyasiyası yaşayır. == Morfoloji əlamətləri == Bədəninin uzunluğu 2 m, kütləsi 30 kq-a qədərdir. Burnu nisbətən qısa, itidir. Alt dodağı bütövdür, bığcıqları saçaqlıdır.Bel sırasında 11-dən 16-dək, yan sıralarında 51-dən 74-dək, qarın sıralarında isə 11-dən 27-dək sümük lövhəciklər vardır. Qəlsəmə Bədəni qəhvəyidir. Qarnı ağ rəngdədir. Üzərindəki açıq rəngli iri pulcuqlar beş xətdə düzülmüşlər.
Kələnov (Həştrud)
Kələnov (fars. كله نو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 162 nəfər yaşayır (34 ailə).
Daniyal bəy Hələcov
Danyal bəy Hələcov — Rusiya İmperiya Ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki, Gəncə üsyanının iştirakçısı. == Həyatı və təhsili == Danyal bəy Abdulla bəy oğlu 1876-cı ildə Balakəndə mülkədar ailəsində anadan olmuşdur. Ailəsində 6 övlad böyüdən Abdulla bəy onların hamısına ali təhsil vermişdir. Ailənin üçüncü oğlu olan Danyal bəy öz arzusu ulə hərb sənətini seçmişdir. Danyal bəy Stavropol realnı məktəbini bitirdikdən sonra 1895-ci ildə Peterburqda yerləşən üç illik Mixaylov Topçuluq Məktəbinə daxil olmuşdur. == Xidmət illəri == Artilleriya məktəbini əla qiymətlərlə bitirən podporuçik Daniyal bəy Qars vilayətinin Cəlaus şəhərciyində yerləşən otuz doqquzuncu artileriya briqadasında xidmətə göndərildi. Briqadada on ildən çox xidmət edən Danyal bəy ştabs kapitan rütbəsinə qədər yüksələ bildi. Xidmətinin on ikinci ilində onu Tiflis quberniyasının Muxrovani şəhərindəki birinci artilleriya polkuna dəyişdilər. Bir az sonra həmin polk Qamboriyə köçürüldü. Birinci Dünya Müharibəsindən yaralı qayıdan Daniyal bəy 1915-ci ildə uzun müddətli müalicə məzuniyyətinə buraxılır.
Daniyel bəy Hələcov

Danyal bəy Hələcov

Kələş (Şəbüstər)
Kələş (fars. كلاش‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 343 nəfər yaşayır (82 ailə).
Kələrəş-i Bala (Salmas)
Kələrəş-i Bala (fars. كله رش بالا‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 757 nəfər. yaşayır (129 ailə).
Kələrəş-i Pain (Salmas)
Kələrəş-i Pain (fars. كله رش پايين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 313 nəfər. yaşayır (53 ailə).
Kələş-i Büzürg (Nir)
Kələş-i Büzürg (fars. كلش بزرگ‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (12 ailə).
Afghan Telecom
Afghan Telecom — Əfqanıstanda 25 illik lisenziya əsasında sabit telefon və simsiz səs və məlumat xidmətləri təklif edən bir telekommunikasiya şirkətidir. Şirkət əvvəllər dövlətə məxsus idi və Əfqanıstan Rabitə Nazirliyi onu özəl şirkətə çevirdiyi 2005-ci ilədək fəaliyyət göstərmişdir. 2008-ci ildə sərmayəçilər şirkətin 80% -nin payına sahibdirlər. Hökumət 20% qənaət edəcək və investisiya ödənişi Əfqanıstan hökumətinin ümumi büdcəsinə keçəcək. 20AfTel, 34 əyalət paytaxtında və 254 bölgə mərkəzində və kəndində təxminən 20 min işçisi var.Kommutasiya, simsiz rabitə və peyk avadanlıqlarına əsaslanan ənənəvi kabelli telefonlar və böyük şəhərlərdə internetə çıxış, GSM, WiMAX və fiber optik İnternet xidmətləri əsasında üçüncü nəsil kabelsiz yerli telefon rabitəsi təklif edir. Afgan Telecom maliyyələşdirmə üçün faydalananlardan biridir.
Caspian Telecom
China Telecom
China Telecom - Çin dövlət telekomünikasiya şirkəti. Çində ən böyük telefon rabitə operatoru və üçüncü ən böyük mobil operatordur. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 168-ci yeri tutub (gəlir baxımından 144, xalis mənfəət baxımından 248, aktivlər baxımından 329 və bazar kapitallaşmasına görə 299). Bu siyahıda Çin şirkətləri arasında 32-ci yer tutub. == Tarix == "China Telecom" 10 sentyabr 2002-ci ildə dövlətə məxsus "Çin Telekommunikasiya Korporasiyası"nın yenidən qurulması nəticəsində yaradılmışdır. Şanxay, Guangdong, Szyansu və Çjetszyan əyalətlərində olan əməliyyatlar dövlət tərəfindən şirkətə verilir. Şin telekommunikasiya korporasiyası "China Telecom"un səhmlərinə nəzarət paketinin özundə saxlayır, səhmlərin bir hissəsini isə Honkonq Fond Birjası və Nyu York Fond Birjasına çıxardır. 2 iyun 2008-ci ildə, "China Unicom"un CDMA radio əlaqə xidməti üzrə aktivlərini 110 milyard yuana (15,86 milyard dollar) aldığını elan edərək, abunəçi sayını 43 milyona qədər artırır. 7 yanvar 2009-cu ildə "China Telecom" CDMA 2000 lisenziyasını alır və bu da şirkətin, 3G telekomunikasiya imkanlarının genişləndirilməsini asanlaşdırır.Şirkətin törəmə şirkəti olan "China Telecom (Europa) Ltd." 23 oktyabr 2008-ci ildə şirkətin Avropa bazarında dövriyyəsini artırmağı hədəfləyən Avropa və Asiyada xidmətlərini genişləndirmək planlarını açıqlayır . 2011-ci ilin may ayında "China Telecom" Çində kiçik və orta şirkətlər üçün SAP iş tətbiqetmələrinin bulud versiyasını yaratmaq üçün SAP şirkəti ilə əmakaşlığa başlayır.
Kür kələmosu
Kür kələmosu (lat. Acipenser nudiventris derjavini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinin kələmo növünə aid heyvan yarımnövü. Əsasən Orta və Cənubi Xəzərdə, bəzən isə Şimali Xəzərdə rast gəlinir. Keçici balıqdır. Kür, Ural və Səfidrut çayında çoxalır. Qara və Azov dənizlərində yayılmışdır.
Pelecus cultratus
Pelecus cultratus (lat. Pelecus cultratus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pelecus cinsinə aid heyvan növü. == Yayılması == Baltik, Qara, Azov dənizlərində, eləcə də Xəzərdə və Araldada yayılmışdır. Volqa, Ural, Terek, Kür və başqa çayların mənsəbində yaşayır. Şimali Xəzərdə duzluluğu 3–4%, nadir hallarda 9–10% olan sahələrdə tutulur. Aşağı Kürdə və onun əlavə su hövzələrində çox nadir hallarda tək-tük qeydə alınır. Kürətrafı su hövzələrində Varvara bəndinə qədər təsadüf edilir. == Morfoloji əlamətləri == D III 7–8, A II–III 25–31, qəlsəmə dişciqlərinin sayı 19–22, orta hesabla 20,5 fəqərələrin sayı 48–52, orta hesabla 50-dir. Bədəni axımlı, qılıncvarıdır, yanlardan sıxılmışdır. Bel üzgəci çox arxada — anal üzgəcinin üstündə yerləşir.