Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qızılağac kəndində döyüş
Qızılağac kəndində döyüş - İndiki Masallı rayonu ərazisində yerləşən Qızılağac kəndi ətrafında Talış xanı Mir Həsən xan ilə rus qüvvələri arasında baş vermiş döyüş. İyulun sonları-Avqustun əvvəllərində rus hərbi dəstələri Kür çayının Salyan sahilindən keçmişdi. Ərkivan mahalının kəndlərini qarət edən rus dəstələri yürüş istiqamətlərini Lənkərana doğru çevirmişdilər. Xan çaparlar vasitəsilə bu xəbəri öyrəndi və 4-5 min atlı toplayıb Muğana doğru hərəkət etdi. Yolüstü Yeddioymaq və Hüseynhacılı əhalisindən 500 nəfərlik dəstə Mir Həsən xanın dəstəsinə qoşuldu. Bu dəstə əvvəlcədən ruslarla döyüşmüş və rus bayrağını ələ keçirməyə müvəffəq olmuşdu. Döyüş Qızılağac kəndi ətrafında baş verdi. Dörd dəstəyə ayrılan rus qoşunu dəstə-dəstə önə çıxır və tüfəng atırdı. Bir dəstə tüfəng atarkən digər dəstələr tüfənglərini doldururdular. Bunun nəticəsində talış qoşunu heç bir həmlə edə bilmədi.
Leninaul kəndində çeçenlərin mitinqi
Leninaul kəndində çeçenlərin mitinqi — 1991-ci ildə Rusiyada, Dağıstanın Kazbek rayonunun Leninaul kəndində keçirilən mitinq. Aksiyada minlərlə çeçen iştirak etmişdir. Xasavyurtda fəaliyyət göstərən "Drujba" qəzetinin 10 sentyabrda dərc etdiyi məlumata görə, mitinqdə 10 minə yaxın çeçen iştirak etmişdir. == Mitinq == 5 sentyabrda başlayan mitinqdə çeçenlər 1944-cü il sərhədləri daxilində Aux rayonunun dərhal bərpasını, mübahisələr həll olunana qədər torpaq ayrılmasının dayandırılmasını və keçmiş Aux rayonu ərazisində hakimiyyətin Rayonun Bərpası üzrə Təşkilat Komitəsinə verilməsi tələb edirdilər.11 sentyabrda Dağıstan hakimiyyəti Kazbek rayonunda fövqəladə vəziyyət elan etmiş, lakin bu qərar regionda vəziyyəti daha da gərginləşdirmişdir. Çeçenlər Leninaul kəndində çadır şəhərciyi qurmuşdular. Sentyabrın ortalarında çeçenlərlə avarlar arasında silahlı qarşıdurma təhlükəsi yaranmışdı.24 sentyabr 1991-ci ildə Rusiya Federasiyası Ali Sovetinin sədri Ruslan Xasbulatovun və RSFSR Ali Sovetinin Millətlər Şurasının sədri Ramazan Abdulatipovun vasitəçiliyi ilə çeçenlərlə avarlar arasında görüş keçirilmişdir. Dilim kəndinin rayon mərkəzi, burada çeçenlərin tərk edilmiş evlərə qaytarılması məsələsinin həlli və deportasiyadan əvvəl evlərinin yerləşdiyi pulsuz torpaq sahələrinin verilməsi məsələsinə baxılmasını sürətləndirmək üçün razılıq əldə edilmişdir. Bundan sonra Dağıstanın Kazbek rayonunda fövqəladə vəziyyət ləğv edilmişdir.Eyni zamanda, çeçenlərin işlərindən çıxarılması halları da baş vermişdir. Aux rayonunun bərpası, eləcə də Novolak rayonunun lakların yeni yaşayış yerinə köçürülməsi məsələsi bu günə qədər həll olunmamışdır.
Bir cənub kəndində (film, 1997)
== Məzmun == Bu musiqili filmdə cənub kəndlərindən birində müğənnilərin başına gələn əhvalatlardan danışılır.
Təndirdə qızardılmış cücə
Təndirdə qızarldılmış cücə (toyuq) Azərbaycan və Hindistan mətbəxlərinə aid olan dadlı yeməklərdən biridir. == Tərkibi == Cücə - 200q. Xama – 10q. Limon – 15q. Pomidor - 50q. Baş soğan – 30q. Keşniş – 25q. Cəfəri – 25q. İstiot – zövqə görə. Duz – zövqə görə.
Təndirdə qızardılmış kütüm
Təndirdə qızardılmış kütüm — Azərbaycanın milli yeməyi. Azərbaycanın cənub bölgələrində daha çox bişirilir. Süfrəyə narşərab və ya limon suyu ilə verilir. == Tərkibi == Kütüm balığı – 250 q. Pomidor – 50 q. Xiyar – 50 q. Baş soğan – 30 q. Keşniş – 15 q. Narşərab – 15 q. İstiot – zövqə görə.
Kəndim+nizə qayıdın!?
== Məzmun == Filmdə hadisələr can üstdə olan Ziyadxan kişinin (Rauf Şahsuvarov) öz övladlarını başına yığması ilə başlayır. İllərlə atalarına baş çəkməyən, xüsusən də analarının ölümündən sonra ataları ilə maraqlanmayan övladların fərsizliyi, naxələfliyi ifşa edilir. Filmdə ən acınacaqlı hal ölüm ayağında olan Ziyadxan kişinin adicə kəlimeyi-şəhadətini də bilməməsidir. Lakin ingilis Maykl (Elman Rəfiyev) həm türkcə təmiz danışır, həm də müsəlmanın kəlimeyi-şəhadətini yaxşı bilir. Bu isə əcnəbilərin bizi özümüzdən daha yaxşı tanıdığına ünvanlanan uğurlu ştrixdir. Onun elə azəri qızı Məryəmlə (Aynur Dadaşova) evlənmək istəyi və Ziyadxan kişini Gülnisə arvadla (Brilliant Babayeva) evləndirməsi də əslində bir sıra beynəlxalq siyasi atmacalardan xəbər verir. Elə milli-mənəvi problemləri ortaya qoyan nüanslar da bu filmdə az deyil. Cəbhəyə getməkdən qorxub, illərdir öz evinin çardağında gizlənən Nuruşun (Azər Axşam) tez-tez bəlağətlə "Təki Vətən sağ olsun!" deməsi, II Dünya Müharibəsinin iştirakçısı Gopçu Musanın (Elnur Hüseynov) Qarabağın müdafiəsi uğrunda döyüşlərdən basıb-bağlaması çox incə mətləbləri açıq ifadə edir.
Kəndim+nizə qayıdın!? (film, 2007)