Təndirdə qızarldılmış cücə (toyuq) Azərbaycan və Hindistan mətbəxlərinə aid olan dadlı yeməklərdən biridir.
Təmizlənmiş bütöv cücəyə duz, istiot vurulur və şişə taxılır. Səthinə xama sürtülür, təndirdə qızardılır. Hazır cücə boşqaba qoyulur və doğranmış pomidor, limon, baş soğan və göyərti ilə bəzədilir.