Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəndxuda
Kəndxuda — bir və ya bir neçə kəndə rəhbərlik edən şəxs. Azərbaycanda XX əsrin əvvəllərində, sovet idarəçilik sistemi qurulana qədər kəndlərin idarə olunması kəndxudalara tapşırılırdı. Kənd icmasının fəaliyyətini idarə edən seçkili orqanlar sayılırdı. İcmaya aid məsələlərlə icma yığıncağı tərəfindən seçilmiş şəxslər məşğul olurdular. Belə şəxslər kəndxuda və kənd məhkəmələri idi. Kəndxuda seçiləcək şəxslər məhkəmə qarşısında durmamalı, özünü yaxşı aparmalı, qanunla nəzərdə tutulmuş yaş həddi və daşınmaz əmlakı olmalı idi. O, öz iş yerini xəbərsiz tərk edə bilməzdi. Kənd icmasının yığıncağında kəndxudalar üç il müddətinə seçilməli idi. Kəndxudalar icmalarda baş vermiş cinayət işləri haqqında Bakı qubernatoruna məlumat verməli idilər. Lakin bəzən kəndxudalar cinayət tərkibli hadisələr haqqında məlumat vermir, özü məsələni adi hüquq norması ilə həll etməyə çalışırdılar.
Kəndxuda Həsən Paşa
Kəndxuda Həsən Paşa (v. 1810, Larisa) — III Səlim səltənətlərində ümumilikdə 5 ay 16 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Enverî, Târih, İÜ Ktp., TY, nr. 5994, vr. 91b-92a. Hadîkatü’l-vüzerâ, s. 40-41. Edîb, Târih (“Teşrifâtî Naim Efendi Tarihi” adıyla nşr. A. Berker, TV, III/15 [1949] içinde), s. 231.
Kəndxurd
Kəndxurd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Kəndxurd kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kəndxurd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıdıb. == Toponimikası == Kəndin əhalisi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından, Türkiyənin Qars, Muş və Sarıqamış əyalətlərindən köçüb gəlmiş ailələrdən ibarətdir. Oykonim kənd və bəzi türk dillərində "kənd" mənasında işlənən xurd sözlərindən düzəlib, "kənd" deməkdir. Oykonimi "yüksəklikdə yerləşən kənd" mənasında da izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.