VURULMAQ₁

məch.
1. Zərbə endirilmək. Ağac ilə vurulmaq.
// Döyülmək, kötəklənmək.
2. Çalınmaq, qaxılmaq, soxulmaq. Paya vurulmaq. Taxtaya iki mıx vurulmuşdur.
3. Güllə ilə vurulub öldürülmək. Ovda ikicə quş vuruldu.
– Üzvlərdən Hacı Mirzə Həsən vuruldu. M.S.Ordubadi.
Kəndxuda çox qorxaq adamdı.
Uryadnikin vurulmağı onu büsbütün haldan çıxarmışdı. M.Hüseyn.

// Güllə ilə və ya başqa bir şeylə vurulub yaralanmaq. Ceyran ayağından vurulmuşdur.
4. Dayadılmaq, qoyulmaq, dirədilmək. Dəstək vurulmaq. Dayaq vurulmaq.
5. Taxılmaq, keçirilmək, bağlanmaq. Cidar vurulmaq. Buxov vurulmaq.
6. Sərrast atılaraq toxundurulmaq, dəydirilmək. Hədəf vurulmuşdur.
// Güllə və s. ilə zədələnmək.
Vurulan təyyarə qudurmuş it kimi ulaya-ulaya yerə getdi. Ə.Vəliyev.

7. Yüklənmək, yığılmaq, qoyulmaq, doldurulmaq. Vaqonlara yük vurulub qurtardı. Maşına iki ton yük vurulmuşdur. Anbarlara on tonlarla buğda vurulub.
8. Taqqıldadılmaq, döyülmək.
Səhər çay içərkən qapı vuruldu. M.S.Ordubadi.

9. Çalınmaq, eşidilmək. Zəng vuruldu.
Bir neçə dəqiqə sonra qulluqçu Rüstəmbəyin yanına qonaq gəldiyini xəbər verdi. Çəmənzəminli.
Üçüncü zəng vurulurdu.
Camaat tamaşa zalına axışdı. S.Rəhman.

10. Sürtülmək, çəkilmək, yaxılmaq. Qapıya təzə rəng vurulmalıdır.
11. Yapışdırılmaq, asılmaq, bənd edilmək. Divarlara elan vurulmuşdur.
– Kinoların qabağına nümayiş etdirilən filmlərin şəkilləri vurulmuşdu. M.İbrahimov.
Qəhvəyi telefon qutusu Miçurinin portretinin düz altından divara vurulmuşdu. M.Hüseyn.

12. riyaz. Artırılmaq, zərb edilmək. İki beşə neçə dəfə vurulmuşdur? İyirmi ikiyə vurulanda qırx alınır.
13. Calanmaq, aşılanmaq. Calaq vurulmaq. Qələm vurulmaq. Aşı vurulmaq.
14. Kəsilmək, kəsilib gödəldilmək, qısaldılmaq. Paltonun ətəkləri bir qədər vurulmalıdır.
15. Cihaz və s. vasitəsilə yeridilmək (maye, hava, qaz və s.). Balona hava vurulmaq. Nasosla su vurulmaq. İynə vurulmaq.
16. dan. Bir vahid əsas götürülərək hesablanmaq. [Soltan:] Hədiyyələri hesabladım.
Qızıla vurulsa, beş yüz min dinar qiyməti var. M.Hüseyn.

17. Bir sıra isimlərin yanına gətirilərək ismin ifadə etdiyi məna ilə əlaqədar mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: yamaq vurulmaq (yamaqlanmaq), nal vurulmaq (nallanmaq), əl vurulmaq (toxunulmaq).

Синонимы

  • VURULMAQ I VURULMAQ (birinə, bir şeyə məhəbbət bağlamaq) [Bənövşə:] Təəccüb edirəm, bunun nəyinə vurulmusan? (M
  • VURULMAQ döyülmək — kötəklənmək
  • VURULMAQ taxılmaq — keçirilmək
  • VURULMAQ çalınmaq — qaxılmaq — soxulmaq
  • VURULMAQ çalınmaq — eşidilmək
  • VURULMAQ bağlanmaq — sevmək
  • VURULMAQ calanmaq — aşılanmaq
  • VURULMAQ kəsilmək — gödəldilmək
  • VURULMAQ yapışdırılmaq — asılmaq
  • VURULMAQ sürtülmək — çəkilmək — yaxılmaq
  • VURULMAQ yüklənmək — yığılmaq — doldurulmaq

Омонимы

  • VURULMAQ VURULMAQ I f. Zərbə endirilmək, çalınmaq, güllə ilə vurulub öldürülmək və s. Üzvlərdən Hacı Mirzə Həsən vuruldu (M
VURULMA₂
VURULMAQ₂

Значение слова в других словарях

букси́роваться взбу́чка выча́ливание кодеи́новый не слы́хано поступа́ться теле́жечный втрамбова́ть дуршла́г интере́сный компенси́роваться неумо́лчный обма́нчивость оплы́вший по своему́ обыкновению фитотро́ника шива́ть стук шалга asphyxiate em-quadrat insatiable shaping tidbit лиственница