Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərbəla
Kərbəla şəhəri (ərəb. كربلاء‎) — İraqın ən böyük şəhərlərindən biri. 1987-ci ildə aparılmış rəsmi siyahıya əsasən əhalisi 296.705 nəfərdir. Müsəlman Şiə və Ələvi məzhəblərinə görə, Məkkə,Mədinə, Qüds və Nəcəfdən sonrakı ən müqəddəs şəhərdir. Kərbəla döyüşü (Kərbəla Hadisəsi) burada cərəyan etmişdir. == Dini turizm == Kərbəla Nəcəflə yanaşı, şiə müsəlmanları üçün inkişaf edən bir turizm məkanı hesab olunur və Səddam Hüseynin hakimiyyətinin devrilməsindən sonra inkişaf edən şəhər turizm sənayesidir. Bəzi dini turizm məkanları daxildir: Əl Abbas məscidi İmam Hüseyn məscidi == Qalereya == == Haqqında == Kərbəla İraqın bir şəhəridir. Bağdadın 100 km cənub-qərbdə yerləşir. == Etimologiya == Kərbəla sözünün mənşəyi ilə əlaqədar olaraq bir çox iddia ortaya atılmışdır. Bir çox tarix öncəsi Assur dilində (ca Akad) ""karb"" və ""əla"" (yaxın): Sözlərindən Allah törəməsinə inanır.
Kərgəlan
Kərgəlan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik talışlardan ibarət hər iki cinsdən toplam 230 nəfər əhali yaşayırdı. Sonuncu siyahıyaalınmaya görə kəndin əhalisi 3114 nəfərdir. == Toponimiyası == Bu toponim yerli əhali arasında Kaqolon kimi tələffüz edilir. Oykonimi talış dilindəki kağ (toyuq) və lona (hin) komponentlərindən ibarət "toyuq hini" mənalı söz kimi izah edirlər. Bəzi tədqiqatçılara görə isə, kəndin əsl adı Kəqolondur və "ev tikmək üçün əkilməmiş, münbit torpaq, düzən" mənasını bildirir (talış kə - "ev", qo - "yer", lon "əkilməmiş, münbit torpaq" deməkdir). == Tarixi == 1918-ci ilin mart hadisələri zamanı Lənkəran rayonu ərazisində, eləcə də Kərgəlan kəndində erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törətmişdilər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində Respublika üzrə 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Həmin soyqırım hadisələri zamanı Kərgəlan kəndində onlarla sakin qətlə yetirilmişdir. Azərbaycanın Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Kərbəla (el)
Kərbəla mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Kərbəla mühafəzəsinin ərazisi 5.034 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 594.235 nəfər, inzibati mərkəzi Kərbəla şəhəridir.
Kərbəla FK
Kərbəla FK — İraqda futbol komandası. 1958-ci ildən bəri ölkənin ən məşhur futbol komandalarından sayılır. Kapitanı iraqlı olan Karar Salehdir.
Kərbəla döyüşü
Kərbəla döyüşü və ya Kərbəla hadisəsi — 10 oktyabr 680-ci ildə bugünkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş. Bu döyüş İslam aləmində, xüsusən Şiə və Ələvilikdə böyük önəm daşıyır. Məhəmmədin qızı Fatimənin Əli bin Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi Şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur. == Münasibətlərin gərginləşməsi == Məhəmməd peyğəmbərin 632-ci ildə vəfat etməsindən sonra xilafətin kim tərəfindən idarə olunması məsələsi yarandı. Müsəlmanların bir qismi ilk əvvəl Əbu Bəkr xəlifə təyin olunmasını istəyirdilər. Bu səbəbdən Səqifədə Əbu Bəkr Məhəmməd peyğəmbərdən sonra xəlifə təyin edilir. Əbu Bəkrin ardından Ömər ibn Xəttab, Osman ibn Əffan və sonda Əli bin Əbu Talib xəlifə seçilmişdir. Şiə müsəlmanları İmam Əli bin Əbu Talibin Məhəmməd peyğəmbərə hər halda daha yaxın olmasını, uşaqlıqda onun evində böyüməsini və həmçinin Qədir-Xum hadisəsini əsas gətirərək, ilk xəlifənin İmam Əli olmasını tələb edirdilər. Digər bir qrup müsəlman isə Əlinin xəlifə təyin edilməsinə qarşı çıxırdı. Ona qarşı səsləndirilən əsas fikirlərdən biri Əli bin Əbu Talib xəlifə təyin olunana qədər özündən əvvəlki digər üç xəlifədən fərqli olaraq, heç bir döyüşdə iştirak etməməsi və öz üsulu ilə Xilafəti idarə etməsi idi.
Kərbəla faciəsi

Kərbəla hadisəsi

Kərbəla mühafazası
Kərbəla mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Kərbəla mühafəzəsinin ərazisi 5.034 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 594.235 nəfər, inzibati mərkəzi Kərbəla şəhəridir.
Kərbəla mühafəzası

Kərbəla mühafəzəsi

Kərbəla ziyarətgahı
Kərbəlayi Ağamalı
Kərbəlayi Lətif
Kərbəlayi Lətif Hüseyn oğlu (doğum adı: Lətif Hüseyn oğlu Əliyev; 1876, Şuşa – 6 dekabr 1944, Bərdə) — Azərbaycanın məşhur qarmon ifaçılarından biri. Kərbəlayı Lətif əlli il Azərbaycan milli mədəniyyətinin inkişafına xidmət etmişdir. == Həyatı == Lətif Hüseyn oğlu 1876-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Onun atası Hüseyn kişi çəkməçiliklə məşğul idi. Lakin həvəskar musiqiçi kimi tanınmışdı.Ailədə iki övlad olan Kərbəlayi Lətif, qardaşı Məhəmməd ilə birlikdə atasından çəkməçilik sənətini öyrənməklə bərabər musiqiyə xüsusi həvəs göstərmişdir. Kərbəlayi Lətif atasından qarmon çalmaq öyrəndikdən sonra gözəl səsi olan böyük qardaşı Məhəmmədlə birlikdə məhəllə şənliklərində və ayrı-ayrı ailə məclislərində çıxış etməyə başlamışdır. O, uzun illər Məşədi Zeynal Bala Məlikov kimi virtuoz tarzənlərlə Qarabağ, Gəncə və Tiflis məclislərində istedadlı bir xanəndə kimi çalıb-çağırır. Şübhəsiz ki, Lətifin musiqi sənətinə dərindən yiyələnməsində böyük qardaşı Məhəmmədin də ciddi təsiri olmuşdur. Kərbəlayı Lətif uzun illər Qarabağ məclislərində qardaşı Məhəmmədi, Malıbəyli Cümşüdü, Keçəçi oğlunu, Pəsxan Cəlili və Qəssab Abışı qarmonu ilə müşayiət etmiş, xalq arasında "şirin barmaqlar" adı ilə şöhrət qazanmışdı. Ustad qarmonçu Kərbəlayı Lətif 1944-cü ilin dekabr ayının 6-da Bərdə şəhərində vəfat etmişdir.
Kərbəlayı İsmayıl
Kərbəlayı İsmayıl — Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biridir. Həmin dövrdə Azərbaycanın, Ermənistanın və Gürcüstanın müxtəlif yerlərində xalq arasında hökumətə qarşı güclü müqavimət ruhu baş qaldırmışdı. O dövrdə Quba ətrafında gedən müqavimətə Qaçaq Mayıl, Lənkəranda Cankişi, Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund, Gürcüstanda (Qarayazıda) Qaçaq İsaxan başçılıq etmişlər. == Həyatı == Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. Ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri Azərbaycan torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizədə keçirib. 1931-ci ildə o, Araz çayını keçərək Daşburuna gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bundan sonra o, daşburunlularla birlikdə türk torpaqlarını qorumaq üçün mücadilə aparıb. 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə barışmayanların əksəriyyəti hələ Sovet dönəmində xalqın sevimlisinə çevrilmişdi. Bu gün də haqqında maraqla danışdığımız Kərbəlayi İsmayıl kimi.
Kərgəlan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kərbəla dilbəri (roman)
Kərbəla dilbəri (ərəb. غادة كربلاء‎) — Ərəb yazıçısı, tarixçisi, maarifçisi və publisisti Circi Zeydanın Kərbəla hadisəsindən bəhs edən romanı. == Məzmun == Ərəb ədəbiyyatında tarixi roman janrının formalaşdırılmasında xüsusi rolu olan Circi Zeydan (1861-1914) məhəbbət və sədaqət rəmzi ola biləcək qəhrəmanlarını islam dininin yaranmasının ilk illərində baş vermiş hadisələrin, o cümlədən Kərbəla şəhidliyinin, içərisindən keçirərək bir-birinə qovuşdurur. Əsər, bir qədər sərbəst yozulsa da, tarixi faktlar və qeyri-adi vəziyyətlərlə zəngindir, maraqla oxunur və zamanının ruhunu oxucuya çatdırır. Min bir gecə nağıllarındakından heç də geri qalmayan sərgüzəştlərlə dolu, islam tarixinə hörülmüş məhəbbət romanı. Aleksandr Dümanın əsərlərinin xilafətin saray intriqaları, Mediçi üslubunda sui-qəsd və qətllərini təsvir edən ərəb analoqu. Eyni zamanda, Kərbəla düzündə İmam Hüseynin qətlini təsvir edəcək dərəcədə mötəbər bir əsər. Gənclər bu kitabı bir məhəbbət və sərgüzəşt romanı, yaşlılar isə islam dininin yaranmasının ilk illərinin xronikası kimi oxuya bilər. == Nəşr və tərcümə == Roman Eldar Məmmədov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakı Kitab Klubunda 2008-ci ildə 336 səhifədə, 300 tirajla, 2019-cu ildə isə 100 tirajla çap edilib. Kitab Klubunun 2010-cu il yanvar monitorinqinə görə ən çox oxunan kitablar arasında 25-ci yerdə olub.
Kərbəlayi Səfixan Qarabaği
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (təq. 1817, Şuşa – 25 iyun 1910, Şuşa) — Azərbaycan memarı. == Həyatı == Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub. Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı. == Fəaliyyəti == Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr) Şuşa Aşağı Gövhər ağa məscidi (1874–75) Şuşa Saatlı məscidi (1883) Culfalar məscidi Hacı Ələkbər məscidi Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868), Ağdamda məscid (1870), Odessada Tatar məscidi (1870), Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.
Kərbəlayi Vəli Mikayılov
Kərbəlayi Vəli Əyyub oğlu Mikayılov (1877, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1941, Zəncan, Cənubi Azərbaycan, Pəhləvilər İranı[d]) — Azərbaycan ictimai-siyasi xadimi, şair, jurnalist və tərcüməçi. Müsavat Partiyasının ilk üzvlərindən biri. AXC dövründə Hökumət mətbəəsinin rəhbəri (1918–1920). == Haqqında == Kərbəlayi Vəli Mikayılov 1877-ci ildə Bakıda doğulub. Kərbəlayi Vəlinin ulu babası "Topuz vuran" ləqəbli Eyvaz Bakının Bülbülə kəndindən olub. Vəli ev təhsili almışdır. "Həyat", "İrşad", "Məlumat", "İqbal", "Açıq söz", "Molla Nəsrəddin", "Babayi-Əmir", "Şəhabi-saqib" qəzet və jurnallarda Kərbəlayi Vəli yaxından iştirak edir, "Kərbəlayi Vəli Cəbir Badükubeyi", "K. V. M", "Sabir Badükubə", "Mozalan", "Cırtdan" və s. gizli imzalarla dövrün əksər mətbu nəşrlərində məqalə və şeirlərini çap etdirib. "Müsavat" partiyasının ilk üzvlərindən biri olmuşdur. Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının üzvü, 1918–1920-ci illərdə Hökumət mətbəəsinin müdiri olmuşdur.
Kərbəlayı Abdulla Canızadə
Kərbəlayı Abdulla Canı oğlu (1782, Şuşa – 1840, Şuşa) — şair, kimyagər. == Həyatı == Kərbəlayı Abdulla Canı oğlu 1782-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mədrəsə yoldaşlarından Mirzə Əzizin adı bəllidir. Şair idi. Öz adıyla rəvan təbli şeirlər yazırdı. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Təzkirəçi Mir Möhsün Nəvvab yazır: "Kərbəlayı Abdulla Canı oğludur və Qarabağın Şuşa qalasında sakin idi. Kəsbkarlıq da edərdi.
Kərbəlayı Abdulla Zərbəliyev
Kərbəlayı Abdulla Zərbəliyev (1849, İçəri şəhər, Bakı qəzası – 1934, Bakı) — məşhur azərbaycanlı milyonçu, mesenat, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Kərbəlayı Abdulla Hacı Zərbəli oğlu Zərbəliyev 1849-cu ildə rəncbər ailəsində dünyaya göz açıb. Atası Hacı Zərbəli Mirzəli oğlu İçəri Şəhərin Mirzəli tayfasındandır. Hacı Zərbəlinin şəhər kənarında – Dərnağında (indiki Dərnəgül) torpaq sahələri var idi. O, əsasən taxıl əkib becərməklə məşğul olurdu. Günlərin birində təsadüfən icarəyə verdiyi torpaqlardan neft fəvvarəsi vurur. O, ağ neft istehsal edən zavod açaraq xeyli sərvət toplayır. Məkkəyə ziyarətə gedib, Hacı titulunu alır. Hacı Zərbəlinin üç arvaddan 5 uşağı olub, onlardan biri də Kərbəlayı Abdulla idi. Kərbəlayı Abdulla Bakıda və onun ətraf kəndlərində qoçuların qoçusu (baş qoçu) adlandırırdılar.
Kərbəlayı Qulu Yusifi
Kərbəlayı Qulu Kərbəlayı Məhəmmədəli oğlu Pəri Nazzadə (Yusifi) və ya Xarrat Qulu (1823, Şuşa – 1883, Şuşa) — musiqişünas, şair, Şuşada musiqi məktəbinin yaradıcısı. == Həyatı == Şuşada musiqi məktəbinin yaradıcısı musiqişünas Kərbəlayı Qulu Məhəmməd oğlu 1823-cü ildə anadan olmuşdur. Əsl sənəti xarratlıq olmuşdur. Xarrat Qulu Şuşada muğam məclisləri üçün uyğun səsi olan gəncləri cəlb edərək onlara muğamatı və onları oxumaq qaydalarını öyrədirdi. Məhərrəmlik mərasimləri zamanı təşkil etdiyi məclisə gəncləri cəlb edir, Səkinə, Zeynəb, Əli Əkbər və başqa şəbih rollarında oynamağı öyrədirdi. O, klassik Şərq musiqisini bilir, həm də şeirlər yazırdı. Din xadimlərinin təsiri altında olduğuna görə xalq məclislərində çıxış etmirdi. Xarrat Qulunun XIX əsrin ortalarında fəaliyyət göstərmiş musiqi məktəbi, əsasən, dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra musiqiçilərin yetişməsinə səbəb olmuşdur. Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan bu məktəbin yetirmələridir. Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur.
Kərbəlayı Səfi Valeh
Kərbəlayı Səfi Valeh (XVIII əsrin sonu—XIX əsrin birinci yarısı) — Qarabağ şairlərindən biri. == Həyatı == F.Köçərlinin verdiyi məlumata görə, Valeh təxminən XVIII əsrin sonu XIX əsrin birinci yarısında yaşayıb-yaratmışdır.
Kərbəlayı Səfixan Qarabaği
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (təq. 1817, Şuşa – 25 iyun 1910, Şuşa) — Azərbaycan memarı. == Həyatı == Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub. Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı. == Fəaliyyəti == Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr) Şuşa Aşağı Gövhər ağa məscidi (1874–75) Şuşa Saatlı məscidi (1883) Culfalar məscidi Hacı Ələkbər məscidi Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868), Ağdamda məscid (1870), Odessada Tatar məscidi (1870), Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.
Kərbəlayı Yusif Qarabaği
Kərbəlayı Yusif Qarabaği (1779-1854) — soyuq silah ustası, xəncərsaz. == Həyatı == Kərbəlayı Yusif Zikrəli oğlu 1779-cu ildə Şuşa şəhərində anadan оlmuşdu. Molla yanında oxumuşdu. Bir müddət atasının şagirdi olmuş, onun vəfatından sonra qılınc dəbdən düşdüyü üçün xəncərsaz kimi məşhurlaşmışdı. O, müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Yusif 1854-cü ildə vəfat edib. == Ailəsi == Kərbəlayı Yusif Zeynəblə ailə qurmuşdu. Əli adlı oğlu, Banu adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Şuşa şəhəri: Təbrizli məhəlləsi, Bakı, "Şuşa", 2010, səh. 212 Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Kərbəlayı İmamyar Şəqaqi
Kərbəlayı İmamyar Şəqaqi Şatıranlı — Azərbaycan şairlərindəndir ki 1185-ci Hicri-şəmsi ilində Xalxal böhgəsinin Ute oliya (Mustafalu) kəndində anadan olub, yüz il ömür edib və 1285-ci Hicri-şəmsi ilində vəfat edib və Xanqahe Sadat kəndində İmamzadə Seyid Daniyalın mərqədinin cəvarında dəfn olub.
Kerala
Kerala (malaya. കേരളം) — Hindistanın cənub-qərbində Malabar sahilində yerləşən, ərazisi 38,863 km² və əhalisi 33.387.677 nəfər (2011 siyahıyaalması) olan ştat. Əhalinin sıxlığı 859,11 nəfər / km² təşkil edir ki, bu da ölkədə ən yüksək əhali sıxlığı göstəricilərindən biridir. Paytaxt Trivandram (Thiruvananthapuram), ştatın ən sıx məskunlaşdığı şəhərdir. Ukinci ən çox məskunlaşan şəhər Koçi (Koçin) şəhəridir. Ştatda rəsmi dil Malayalam dilidir.
Kerolayn Klark
Kerolayn Klark (28 iyun 1990, Palo-Alto[d], Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kerolayn Klark, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Menelay Teoremi
Menelay teoremi, transversal haqqında teorem və ya tam dördtərəfli haqqında teorem — Afin həndəsəsinin klassik teoremidir. Bu, İskəndəriyyəli Menelaya aid edilən planimetriya teoremidir. Əgər A ′ , B ′ {\displaystyle A',B'} və C ′ {\displaystyle C'} nöqtələri uyğun olaraq △ A B C {\displaystyle \triangle ABC} üçbucağının B C , C A {\displaystyle BC,CA} və A B {\displaystyle AB} tərəfləri yaxud onların uzantıları üzərində olarlarsa, onda onlar yalnız və yalnız o zaman kollinear olarlar ki, A B ′ B ′ C ⋅ C A ′ A ′ B ⋅ B C ′ C ′ A = − 1. {\displaystyle {\frac {AB'}{B'C}}\cdot {\frac {CA'}{A'B}}\cdot {\frac {BC'}{C'A}}=-1.} burada A B ′ B ′ C {\displaystyle {\frac {AB'}{B'C}}} , C A ′ A ′ B {\displaystyle {\frac {CA'}{A'B}}} və B C ′ C ′ A {\displaystyle {\frac {BC'}{C'A}}} istiqamətlənmiş düz xətt parçalarının nisbətidir.
Perilay (heykəltəraş)
Perilay (q.yun. Περίλαος; e. ə. I minillik, Qədim Afina – e. ə. VI əsr) — qədim yunan heykəltaraşı, əfsanəyə görə, Falaris öküzünün yaradıcısı. Ovid və Böyük Plini kimi Roma yazıçıları onu Perill adlandırırlar. Siciliyalı Diodorun məlumatına görə, Perilay, Aqrigent vətəndaşı olmuşdur, lakin İoann Tsets onu afinalı adlandırmışdır. Diodor, Böyük Plini, Pindar və bir neçə başqa müəllifin nəql etdiyi əfsanəyə görə, o, tiran Falaris üçün "öz həmvətənlərini edam etmək" məqsədilə mis öküz düzəltmiş və onun ilk qurbanı olmuşdur. Lippold G. Perilaos 9) // Paulys Realencyclopädie der classischen Altertumswissenschaft.
Serenay Aktaş
Serenay Aktaş (d. 1 oktyabr 1993)— Türk futbolçu və aktrisa. Serenay Aktaş 1 oktyabr 1993-cü ildə İstanbul vilayətində dünyaya gəlmişdir. Serenay Aktaş aktrisa olmaqla yanaşı, həm də futbolçudur. O, bir çox futbol komandasında oynayıb və hazırda futbola davam edir. Serenay Aktaş kiçik yaşlarından etibarən teatrla böyük bir əlaqəsi olub. Aktrisa bir çox seriallarda iştirak edib, "Türk malı", "Şübhə", "Yaxşı Cazibə", "Qəlbim səni seçdi" və "Möhtəşəm yüz il" kimi seriallarda rol alıb. O, 2014-cü ildə Acun İlıcalının təşkil etdiyi, dünyanın ən çətin yarışmalarından biri olan "Survivor"a qatılmışdır.
Serenay Sarıkaya
Serenay Sarıkaya(1 iyul 1992[…], Ankara) — Türkiyə aktrisası və modeli. İlk aktrisalıq təcrübəsini Şaşkın filmi ilə qazandı. Sarıkaya sonra Plajda filmində rol aldı. İlk dəfə Sinan Çetinin Peri Masalı (2008) serialında yer alaraq dizi aktrisalığına başladı və eyni il Sinan Çetin tərəfindən hazırlanan Limon Ağacı (2008) dizisində ilk baş rolunu oynadı. Dizi bitdikdən sonra Adanalı (2008–2010) dizisində rol almağa başladı. 2010-cu ildə təşkil olunan Miss Turkey yarışmasında ikinci oldu və Türkiyəni Miss Universe yarışmasında təmsil etdi. Ondan sonra Lale Devri (2010–2013) və Medcezir (2013–2015) seriallarinin baş rollarında yer alaraq populyarlığını artdırdı. "Əjdəhanı necə əhliləşdirməli?" filmində səsləndirmə edən Sarıkaya Behzat Ç. Ankara Yanıyor filmində də rol aldı. Seriallarda və filmlərdə rol almağı ilə yanaşı Sarıkaya reklamlarda da oynadı və bəzi əhəmiyyətli markaların da reklam üzü oldu. 2014-cü ildə GQ Türkiye tərəfindən ilin qadını seçildi.
İskəndəriyyəli Menelay
İskəndəriyyəli Menelay (təq. 70, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 140, Roma) — Qədim Yunan riyaziyyatçısı və astronomu. 70-ci ildə İsgəndəriyyədə doğulub. Təqribən 140-cı ildə Romada vəfat edib. Sferik həndəsə və triqonometriyaya aid "Sferika" (3 kitabdan ibarət) əsərinin müəllifidir. Nəsrəddin Tusinin müstəvi və sferik triqonometriyadan bəhs edən "Şəklül-qita" ("Tam dördtərəfli haqqında traktat") əsərində Menelay teoreminin, müasir triqonometriyanın əsas teorem və düsturları verilmiş, sferik üçbucağın üç bucağına görə tərəfləri təyin edilmiş, diskret və kəsilməz kəmiyyətlər anlayışına dialektik tərif verilmişdir. Nəsrəddin Tusi həmçinin "Menelayın "Sferika" əsəri" adlı əsərin müəllifidir.
Stiv Kerell
Stiven Con Karell (ing. Steven John Carell; 16 avqust 1962, Konkord[d], Massaçusets) — Amerikalı aktyor və komediyaçı. NBC telekanalında yayımlanan "Ofis" teleserialında canlandırdığı Maykl Skott roluna görə tanınır. Karell həm film, həm də televiziyadakı rollarına görə çoxsaylı mükafatlar, o cümlədən "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür. "Ofis" serialındakı işinə görə Life jurnalı tərəfindən "Amerikanın ən gülməli adamı" seçilib. Stiven Con Karell 16 avqust 1962-ci ildə Massaçusets ştatının Konkord şəhərində doğulub. O, dörd qardaşdan ən kiçiyidir və Ekton şəhərində böyüyüb. Stivin atası Edvin A. Karell (1925–2021) mühəndis olmuş, anası Harriett Teresa (Qızlıq soyadı: Koch; 1925–2016) isə psixiatr tibb bacısı olmuşdur. Onun dayısı Stenli Koç alim Allen B. DuMont ilə birlikdə çalışmışdır. Onun atası alman və italyan mənşəli, anası isə polyak əsillidir.