Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmre Kertes
İmre Kertes (mac. Kertész Imre; 9 noyabr 1929[…], Budapeşt – 31 mart 2016[…], Budapeşt) — macar yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2002). == Həyatı == Macarıstanın ədəbiyyat sahəsində ilk Nobel laureatı İmre Kertes yəhudi əsillidir. Budapeştdə yoxsul ailədə doğulmuşdur. 1944-cü ildə, 15 yaşında ikən faşistlər onu da minlərlə həmvətəni kimi indiki Polşa ərazisindəki Auşvits-Birkenau (Osvensim) həbs düşərgəsinə salmışdılar. Məhrumiyyət həyatı sonra Buhenvald əsir düşərgəsində davam etmişdi. 1945-ci ildə sağ qalan digər hərbi əsirlərlə birlikdə azadlığa çıxmışdı. Ancaq ana tərəfdən qohumlarının hamısı həbs düşərgələrində məhv edilmişdi. Budapeştə qayıtdıqdan sonra o, müxtəlif macar qəzet və jurnallarında müxbir kimi çalışmışdı. Alman əsarəti və yəhudilərin həbs düşərgələrindəki həyatı yaradıcılığının aparıcı xətti olaraq qalmaqdadır.
Kərkəs
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus)Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
Volker Perthes
Volker Perthes — Almaniya Xarici siyasət və təhlükəsizlik institutunun direktoru 16 may 1958-ci ildə Almaniyada anadan olmuşdur.
Ağbaş kərkəs
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü. == Qısa təsviri == İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür. == Yayılması və həyat tərzi == Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür.
Ernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Fernan Kortes

Fernando Kortes

Filips Kertis
Filips Kertis (30 yanvar 1737 – 26 sentyabr 1794, İvri-sür-Sen) — Mariya Tüssoya mum modelləşdirmə sənətini öyrətmiş İsveçrə həkimi və balmumu modelçisi.Madam Mariya Tüsso onun qardaşı qızı olubdur.Atası ölən Mariya Tüsso və anasını öz əmisi himayəsinə alıb. == Həyatı == Marie Grosholtz, gələcək Marie Tussaud, anası ev işçisi olduğu Curtius'un Berndəki evində yaşayırdı. Mari onu 'əmi' adlandırdı və bir çox cəhətdən ata fiquru idi. Mumi modelləşdirmə bacarığından istifadə edən Curtius, həkim olaraq anatomiyanı və bəzən ziyarətçilərin əyləncəsini göstərmək üçün istifadə etdi. Sonradan portretlər çəkməyə başladı. Curtius, Prince de Conti tərəfindən heyran olan gözəl anatomik mum modelləri yaratdı. 1765-ci ildə Curtius, tibbi karyerasından imtina etməyə və Parça'ya köçməyə razı oldu, burada bir sənət sənəti olaraq mum modelləşdirmə təcrübəsi ala bildi, kabinet kabinetini (mum sərgisi) qurmağa başladı.Həmin ildə Jean Bécu'nun mum işini etdi, sonradan Marie Jean du Barry, Louis XV'nin mistressi olacaq. Bu qəlibin bir tökmə, hazırda ekranda olan ən köhnə əsəridir. Onun Parisdəki evinə günün bir çox istedadlı adamı baş çəkdi. Marie və anası Curtius'a qoşulmaq üçün Parisə köçdü.
Hernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Kərgəs (Hurand)
Kərgəs (fars. كرگس‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (17 ailə).
Kərkəs dağı
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Qara kərkəs
Qara kərkəs (lat. Aegypius monachus) — kərkəskimilər dəstəsindən quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == İri quşdur, kütləsi 12,5 kq-a çatır. Ümumi rəngi qonur, çalma lələkləri qaradır. Başı keçəldir (qonur qu lələklərlə örtülüb). Boynunun dərisi lələksiz göyümtüldür, dibində sərt lələklərdən "yaxalıq" var. == Yayılması == Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda dağ və dağətəyi rayonlarda məskunlaşıb. Oturaq yaşayır, lakin yüksək dağlıqda yalnız nəsil verir, qışlamaq üçün düzənliyə qədər enir.
Xoakin Kortes
Xoakin Kortes, (es. Joaquin Cortés , Xoakin Pedraja Kortes 22 fevral 1969, Kordova xilafəti, İspaniya) flamenko rəqqası və xareoqrafdır. Xoakin dünyada yalnız flamenkosu ilə deyil, böyük məhsuldar layihələrin yaradıcısı kimi də tanınmışdır. == Bioqrafiyası == === Uşaqlığı === Xoakin Kortes, əsl adı Xoakin Pedraja Kortes 1969-cu ilin 22 fevralında dünyaya gəlmişdir. O uşaq olarkən Madridə, Lavapies qəsəbəsinə köçürlər. Rəqs təhsilinə 13 yaşı olarkən Madriddə başlayır. O, burada Güito, Mariya Maqdalena, Viktoria Euxenia, Kristobal Reyes və Xuana Taft ilə işləmiş, onlardan dərs almışdır. 1984-cü ildə , 15 yaşında olarkən İspaniya Milli Baletinin üzvü idi və qısa müddətdə isə solo rəqqas kimi fəaliyyətə başladı. Kortes bu kompaniya ilə Nyu-Yorkun Metropolitan Opera Evi , Moskvanın Kreml sarayı və bu kimi başqa önəmli teatrlarda rəqs edərək dünyanın bir çox ölkələrinə səyahət etdi. == Rəqs məktəbindən sonrakı dövr == Sonra Milli Baleti tərk edir və irəliləyən karyerasına dünyanın rəqs peşəkarları ilə eyni səhnəni bölüşərək rəqslərinə davam edir.
Ağ kərkəs
Ağ kərkəs (lat. Neophron) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kerde Ullar
Kerde Ullar (est. Üllar Kerde; d. 1 aprel 1954, Tallin, Estoniya SSR, SSRİ) — Estoniya basketbol məşqçisi. == Məşqçilik fəaliyyəti == Kerde Ullar 1996-1999-cu illərdə "Tallinn" basketbol klubunun məşqçisi, eyni zamanda 1997-1999-cu illərdə basketbol üzrə Estoniya kişilərdən ibarət yığma komandanın assisenti, 1999-2001-ci illərdə basketbol üzrə Estoniya kişilərdən ibarət yığma komandanın məşqçisi olmuşdur. O, 1999-2002-ci illərdə Estoniyanın "Kalev" basketbol klubunun, 2002-2003-cü illərdə Finlandiyanın "Suomi Laxti" basketbol komandasının, 2003-2005-ci illərdə Tallin idman internatının basketbol komandasının, 2005-2007-ci illərdə Dalkiya basketbol komandasının məşqçisi olmuş, eyni zamanda həmin illərdə yenidən basketbol üzrə Estoniya kişilərdən ibarət yığma komandanın assisenti olmuşdur. 2007-2009-cu illərdə "Tartu Yulikooı/Rok" basketbol komandasının məşqçisi olan Kerde Ullar həm də 2008-2009-cu illərdə basketbol üzrə Estoniya kişilərdən ibarət yığma komandanın məşqçisi kimi fəaliyyət göstərmişdir. Kerde Ullar 2010-2011-ci illərdə Estoniyanın "Kalev" basketbol klubunun, 2013-2014-cü illərdə Rusiyanın "Dİnamo-2" (Moskva) basketbol komandasının məşqçisi olmuşdur. O, 2015-ci ildən Rusiyanın "Dİnamo" (Moskva) basketbol komandasının məşqçisidir.
Pol Keres
Pol Petroviç Keres (est. Paul Keres; 7 yanvar 1916, Nаrvа, Petroqrad quberniyası, Rusiya imperiyası — 5 iyun 1975, Helsinki, Finlandiya) — Estoniya və Sovet şahmatçısı. Pol 1930-cu illərin ortalarından 1960-cı illərin ortalarına qədər dünyanın top oyunçuları arasında olub. Keres dünya çempionatında 5 dəfə az fərqlə çempionluq şansını qaçırıb. O 1938-ci ildə AVRO turnirində qalib gəldi hansi ki, bu ona Aleksandr Alyoxinlə yarışma imkanı yaratdı. Amma İkinci Dünya Müharibəsi görə oyun keçirilmədi. Müharibədən sonra Keres 4 dəfə ardıcıl Namizədlər Turnirində ikinci yeri tutdu. Bu və digər nəticələr ərzində bəzi şahmat tarixçiləri hesab edirdilər ki, dünya çempionu olmayan ən güclü oyunçudur və tarixin ən böyük oyunçularından biridir. Ona "Pol İkinci", "Əbədi İkinci", "Şahmatın Şah Şahzadəsi (Şeyxi)"("The Crown Prince of Chess") ləqəbi verilmişdir. Keres Viktor Korçnoy və Aleksandr Belyavskiy ilə yanaşı doqquz dünya çempionuna tarixdə hamıdan çox sözsüz qalib gəlib.
Leşcil ağ kərkəs
Leşcil ağ kərkəs (lat. Neophron percnopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin ağ kərkəs cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU). Mənfi təsirlərə həssasdır. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin tək növüdür. == Qısa təsviri == İri yırtıcıdır (2,1-2,4 kq). Ümumi rəngi ağ, çalma lələkləri qaradır. Quyruğu dar və pazvaridir. Üzü lələksiz çəhrayı–sarı rəngli dəridir.
Bakı Qulaqları (Kərkəs dağı)