KƏRKƏ
KƏRKİ
OBASTAN VİKİ
Kərkəs
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus) Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
Ağbaş kərkəs
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü. == Qısa təsviri == İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür. == Yayılması və həyat tərzi == Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür.
Kərkəs dağı
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Qara kərkəs
Qara kərkəs (lat. Aegypius monachus) — kərkəskimilər dəstəsindən quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. İri quşdur, kütləsi 12,5 kq-a çatır. Ümumi rəngi qonur, çalma lələkləri qaradır. Başı keçəldir (qonur qu lələklərlə örtülüb). Boynunun dərisi lələksiz göyümtüldür, dibində sərt lələklərdən "yaxalıq" var. Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda dağ və dağətəyi rayonlarda məskunlaşıb. Oturaq yaşayır, lakin yüksək dağlıqda yalnız nəsil verir, qışlamaq üçün düzənliyə qədər enir.
Ağ kərkəs
Ağ kərkəs (lat. Neophron) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Leşcil ağ kərkəs
Leşcil ağ kərkəs (lat. Neophron percnopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin ağ kərkəs cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU). Mənfi təsirlərə həssasdır. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin tək növüdür. == Qısa təsviri == İri yırtıcıdır (2,1-2,4 kq). Ümumi rəngi ağ, çalma lələkləri qaradır. Quyruğu dar və pazvaridir. Üzü lələksiz çəhrayı–sarı rəngli dəridir.
Bakı Qulaqları (Kərkəs dağı)
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Afrika kərkəsi
Afrika kərkəsi və ya Rüppel kərkəsi (lat. Gyps rueppellii) — Qara kərkəs cinsinə mənsub olan yırtıcı quşlardır. Növ alman zooloqu Eduard Rüppelin şərəfinə adlandırılmışdır. Şimalda (Saxaranın cənubunda) və Afrikanın şərqindəki savannalarda geniş yayılmışdır. Bədəninin uzunluğu — 65—85 santimetr, çəkisi isə 4 — 5 kq olur. Olduğu yerlərin bir çoxu regionda dırnaqlı heyvanların sayından asılıdır. == Çoxalması == Afrika kərkəsləri qayaların çıxıntılarında qruplar şəklində yuva salırlar. Onlar koloniyalar halında 10-dan 1000-ə qədər yuva qururlar. Cütlüklər həmişəlik yaranır. Böyük çubuqlardan hazırlanmış kobud yuvaya dişi 1-2 yumurta qoyur və hər iki valideyn yumurtaların qayğısına qalır.
Kərkəslər
Kərkəslər (lat. Aegypiinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi. == Təsviri == Uzunluğu 95-114 sm-dır. Başı və boynu leşlərin içalatını yeyərkən kirlənməməsi üçün qısa tüklərlə örtülmüşdür (bu xüsusiyyətinə görə sadəcə toğlugötürən və palma kərkəsi istisna təşkil edir). Qanadları genişdir — kərkəskimilərin əsas qidası olan leş axtarışında uzun müddət uçmağa uyğunlaşmışdır. Ayaqlar sadəcə gəzməyə və qaçmağa uyğunlaşmışdır və yalnız toğlugötürən ayaq caynaqlarında şikarını daşıya bilir. == Yayılması == Cənubi Avropada, Afrikada və Cənubi Asiyada yayılıb. == Yaşayış yeri və həyat tərzi == Həm dağlarda, həm də açıqlıqda, əsasən quraq bölgələrdə yaşayırlar. Çox vaxt qayalarda, bəzən isə ağaclarda dəstə halında yuva qururlar. Bir yumurtlamaya bir və ya iki yumurta qoya bilirlər.
Rüppel kərkəsi
Afrika kərkəsi və ya Rüppel kərkəsi (lat. Gyps rueppellii) — Qara kərkəs cinsinə mənsub olan yırtıcı quşlardır. Növ alman zooloqu Eduard Rüppelin şərəfinə adlandırılmışdır. Şimalda (Saxaranın cənubunda) və Afrikanın şərqindəki savannalarda geniş yayılmışdır. Bədəninin uzunluğu — 65—85 santimetr, çəkisi isə 4 — 5 kq olur. Olduğu yerlərin bir çoxu regionda dırnaqlı heyvanların sayından asılıdır. Afrika kərkəsləri qayaların çıxıntılarında qruplar şəklində yuva salırlar. Onlar koloniyalar halında 10-dan 1000-ə qədər yuva qururlar. Cütlüklər həmişəlik yaranır. Böyük çubuqlardan hazırlanmış kobud yuvaya dişi 1-2 yumurta qoyur və hər iki valideyn yumurtaların qayğısına qalır.
Benqal kərkəsi
Benqal kərkəsi (lat. Gyps bengalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Himalay kərkəsi
Himalay kərkəsi (lat. Gyps himalayensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Kap kərkəsi
Kap kərkəsi (lat. Gyps coprotheres) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.

Значение слова в других словарях