Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kahya Yahya
Karya
Hikori (digər adı Karya) (lat. Carya) — Şimali Amerikada və Çində bitən fındıqkimilər fəsiləsindən qoz cinsi.
Kəhya
Kəhya (az.-əski. کهیا‎, fars. کهیا‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 582 nəfər yaşayır (177 ailə).
Katya
Katya — qadın adı. Katya Sambuka — Rusiya müğənnisi. Katya Chilly — ukraynalı müğənni, musiqiçi və bəstəkar. Katya Dorner – alman siyasətçi. Katya Rimann — alman aktrisa.
Mahya
Lepechinia (lat. Lepechinia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Kaha
Kaha (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Kaha (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Kahaçay — Sədərək rayonu ərazisində çay.
Ağ karya
== Təbii yayılması: == Amerikanın cənub-qərbində normal, rütubətli torpaqlarda bitir. == Botaniki təsviri: == Hündürlüyü 30 m, gövdəsinin diametri 1m-dək olan ağacdır. Gövdəsi tünd bozdur. Çətiri enli-piramidal formalıdır. Yarpaqların uzunluğu 30 sm-dək, üstü tünd yaşıl, sarımtıl çalarlı, alt tərəfi sıx, narıncı və ya qonur tükcüklüdür. Payızda gözəl qonur-qızılı rəngli olur. Meyvələri 1-2(4) ədəd salxımda, diametri 5 sm-dəkdir. == Ekologiyası: == Kariyaların ən çox şaxtaya davamlı növlərindən biridir. Temperaturun -300-dək enməsinə dözür. Şəhər şəraitinə davamlıdır.
Eyno Rahya
Eyno Abramoviç Rahya (20 iyun 1885, Kronştadt[d], Sankt-Peterburq quberniyası[d] – 26 aprel 1936, Leninqrad) — 1903-cü ildə Rusiya Sosial Demokrat İşçi Partiyasına üzv olmuş və onun Bolşevik fraksiyasına qoşulmuş fin kökənli rusiyalı inqilabçı. Rahya 1917-ci ilin yayında Leninin müvəqqəti olaraq Finlandiyaya qaçmasını təşkil etmişdir. Finlandiya vətəndaş müharibəsi ərzində Rahya qırmızıların ən bacarıqlı hərbi liderlərindən biri idi. Qırmızılar müharibəni uduzduqdan sonra o, ömrünün qalan hissəsini yaşayacağı Rusiya SFSR-yə qaçmış və Qızıl orduda korpus komandiri olaraq xidmət etmişdir. Eyno Rahya 1927-ci ildə Finlandiya Kommunist Partiyasının Mərkəzi Komitəsindən xaric edilmişdir. O, 1920-ci illərin əvvəllərində siyasi olaraq Qriqori Zinoviyevə yaxınlaşmışdı. Eyno Yukka Rahya və Yaakko Rahyanın qardaşı idi. Onun qardaşı Yaakko 1920 31 avqust tarixində baş verən Kuusinen Klub insidentində yaralanmışdı. Rahya 1935-ci ildə alkoqol aludəçiliyinə görə ordudan qovuldu və 1936-cı ildə haqqında ölüm hökmü çıxarıldı. Buna baxmayaraq o, edam edilmədən əvvəl, 1936-cı ilin aprelində vərəm və alkoqoldan sui-istifadəyə görə öldü.
Katya Dorner
Katya Dörner (18 fevral 1976, Ziqen, Şimali Reyn-Vestfaliya) – alman siyasətçi. Bonn şəhərində 27 sentyabr 2020 tarixində bələdiyyə sədri vəzifəsinə seçilib. == Haqqında == Dorner Altenkirxen bölgəsindəki Şteynbaxda böyüyüb. 1995-ci ildə özəl Marienştat gimnaziyasını bitirdikdən sonra o, Bonn, York və Edinburqda siyasi elmlər, ictimai hüquq və ədəbiyyat üzrə təhsil alıb, 2000-ci ildə Magistra Artium ilə bitirib. 2001-ci ildən Dorner Şimali Reyn-Vestfaliyadakı yaşıl parlament qrupunun lideri Silviya Löhrmanın şəxsi müşaviri olub. 2010-cu ilin iyun ayından 2014-cü ilin iyul ayına qədər Katya Dorner Müasir Həmrəylik İnstitutunun idarə heyətinin üzvü olub. 2013-cü ilin dekabrında Deutsches Kinderhilfswerk -in direktorlar şurasına seçilib. Evlidir, bir oğlu var və ailəsiylə birlikdə Bonnun Auerberq rayonunda yaşayır.
Katya Rimann
Katya Hannçen Leni Rimann (1 noyabr 1963[…], Vaye[d], Aşağı Saksoniya) — alman aktrisa. == Filmoqrafiyası == 1985–1986: Sommer in Lesmona (série télé), de Peter Beauvais 1988: Faust – Vom Himmel durch die Welt zur Hölle, de Dieter Dorn 1989: Tatort – Katjas Schweigen (série télé), de Hans Noever 1989: Salz für das Leben (court-métrage), de Rainer Kaufmann 1990: Regina auf den Stufen (série télé), de Bernd Fischerauer 1991: Von Gewalt keine Rede, de Theodor Kotulla 1992: Der Fahnder – Zwischen den Stühlen, (série télé) 1992: Abgeschminkt!, de Katja von Garnier 1992: Ein Mann für jede Tonart, de Peter Timm 1992: Die Distel, de Gernot Krää 1993: Polizeiruf 110 – Blue Dream – Tod im Regen (série) de Bodo Fürneisen 1994: Les nouveaux mecs, de Sönke Wortmann 1994: Himmel und Hölle (téléfilm), de Hans-Christian Schmid 1995: Nur über meine Leiche, de Rainer Matsutani 1995: Stadtgespräch, de Rainer Kaufmann 1996: Pour l'amour du risque − Operation Jennifer (série), de Tom Mankiewicz 1996: Nur aus Liebe, de Dennis Satin 1996: Die Apothekerin, de Rainer Kaufmann 1997: Bandits, de Katja von Garnier 1997: Comedian Harmonists, de Joseph Vilsmaier 1999: Männer sind wie Schokolade 1999: Balzac (téléfilm), de Josée Dayan 1999: Else – Geschichte einer leidenschaftlichen Frau, d'Egon Günther 1999: Long Hello and Short Goodbye, de Rainer Kaufmann 2000: Desire, de Colleen Murphy 2001: Goebbels und Geduldig (téléfilm), de Kai Wessel 2001: Girl, de Piers Ashworth 2002: Bibi Blocksberg, d'Hermine Huntgeburth 2002: Nachtmusik (court-métrage) de Johannes Thielmann 2003: Rosenstrasse, de Margarethe von Trotta 2003: Der Job seines Lebens, de Rainer Kaufmann 2004: Der Job seines Lebens 2 – Wieder im Amt, de Hajo Gies 2004: Une famille allemande (Agnes und seine Brüder), d'Oskar Roehler 2004: Bibi Blocksberg und das Geheimnis der blauen Eulen, de Franziska Buch 2004: Bergkristall, de Joseph Vilsmaier 2005: Die Diebin und der General, de Miguel Alexandre 2005: Küss mich, Hexe!, de Diethard Küster 2006: Je suis l'autre (Ich bin die Andere), de Margarethe von Trotta 2006: Das wahre Leben, d'Alain Gsponer 2007: Le Goût du sang (Blood and Chocolate), de Katja von Garnier 2007: Ein fliehendes Pferd, de Rainer Kaufmann 2007: Mon Führer : La Vraie Véritable Histoire d'Adolf Hitler (Mein Führer – Die wirklich wahrste Wahrheit über Adolf Hitler), de Dani Levy 2007: Shanghai Baby, de Berengar Pfahl 2008: Up! Up!
Katya Sambuka
Katya Sambuka (rus. Катя Самбука; doğum adı: Yekaterina Mixailova (rus. Екатери́на Миха́йлова); 27 avqust 1991, Leninqrad, RSFSR, SSRİ) — Rusiya müğənnisi, aktrisası, televiziya aparıcısı və erotik modeli.
Mənzil (Kahta)
Mənzil — Adıyaman əyalətinin Kahta rayonunda yerləşən kənddir. Kəndin adı 1928-ci ildəki qeydlərdə də indiki adı ilə qeyd edilmişdir. 1960-cı il qeydlərində isə kəndin adı Durak olaraq xatırlanır. 2012-ci ildən sonra isə kənd yenidən indiki adını almışdır. Türkiyədə şöhrət qazanmış Nəqşibəndi təriqətinin bir qolu olan Mənzil Camaatı öz adını bu kənddən götürmüşdür. Kənd Adıyaman şəhər mərkəzindən 75 kilometr, Kaxta rayon mərkəzindən 42 km isə məsafədə yerləşir.
Ürəkvari karya
Amerikada, Gürcüstanda, İngiltərədə yayılmışdır. Bu növ bütün gikorilərdən ən çox yayılandır. Hündürlüyü 30 m-ə çatan, diametri 1m olan geniş çətirli ağacdır. Yarpaqları təklələkvaridir, uzunluğu 15-30 sm, hər yarpaq oxunda 5-9 ədəd yarpaqcıq vardır, kənarları xırda dişlidir, neştərvaridir. Tumurcuqları parlaq, boz-sarıdır. Çiçəkləri sırğa çiçək qrupuna yığılmışdır. Qozanın uzunluğu 2-3 sm, yaşıl, payızda çıxan qapaqlı və qalın qabıqlıdır. Heyvanlar bitkinin toxumu və qabığı ilə qıdalanırlar. Ürəkvari karya rütubətli dağ yamaclarında və bataqlıqlarda bitir. Qida maddələri az olan kasıb torpaqlarda yaxşı bitir.
Katya Chilly
Yekaterina Petrovna Boqolyubova (Kondratenko) (ukr. Катерина Петрівна Боголюбова; 12 iyul 1978, Kiyev) — Katya Chilly səhnə adı altında çıxış edən ukraynalı müğənni, musiqiçi və bəstəkar. Peşəkar karyerasının on üç ilində mətbuatın və ictimaiyyətin diqqətini çəkən dörd albom buraxmışdır. == Bioqrafiya == === Uşaqlıq və gənclik === Kondratenko ilk dəfə 1986-cı ilin yayında televiziya kanallarında görünür. Onun pioner düşərgələrindən birində “Çernobıl uşaqları” konserti zamanı çıxışı sovet televiziyası tərəfindən göstərilib. Bu səkkiz yaşlı müğənninin "33 inək" mahnısını ifa etdiyi ilk ciddi çıxış idi. Kondratenko ümumtəhsil məktəbinin üçüncü sinfində oxuyarkən folklor dərnəyində iştirak edir və “Oryol” uşaq folklor xorunda oxuyur. Musiqi məktəbində fortepiano və violonçel siniflərində oxuyub. VII sinifdə incəsənət məktəbinin folklor şöbəsində təhsil alır. Daha sonra Taras Şevçenko adına Milli Universitetə daxil olan Milli Humanitar Liseydaha oxuyur Taras Şevçenko adına Milli Universitetinin filologiya fakültəsində oxuyarkən ali təhsil alıb.
Hazal Kaya
Leyla Hazal Kaya (türk. Leyla Hazal Kaya; d. 1 oktyabr 1990, İstanbul) — Türkiyə aktrisası. == Həyatı və karyerası == Hazal Qaya 1 oktyabr 1990-cı ildə İstanbulda anadan olub. İlk və orta dərəcəli təhsilini Qazi Osman Paşa ibtidai təhsil məktəbində və İstanbul italyan liseyində tamamlayan aktrisa, universitet təhsili üçün İstanbul Məlumat Universiteti səhnə və göstəriş sənətləri idarəsi, performans bölümünü seçmişdir. 2006-cı ildə "Acəmi Cadı" və 2007-ci ildə "Gənco" adlı seriallarda rol aldı, lakin onu məşhur edən Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən Aşk-ı Memnu serialı oldu. Bu serialda canlandırdığı Nihal Ziyagil personajı ilə 2008–2010 illəri arasında izləyiciləri ekran başına çəkməyi bacardı. 14 yanvar 2011-ci ildə Show TV'də başlayan "Adını Fəriha qoydum" adlı serialla ekranlara geri qayıtdı. Türk, ingilis, italyan, alman dillərini bilir.
Kaha (Kəlbəcər)
Kaha — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Kaha kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Kəndin ərazisi əvvəllər Keşdək kəndinin binəsi olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskunlaşmışlar. Kənd öz adını ərazisindəki qədim kahadan (zağadan) almışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Kaha (Laçın)
Kaha — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Daşlı inzibati ərazi vahidində olan kənd Çalbayır silsiləsinin ətəyindədir. Keçmiş adı İsgəndər kahası olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə qarabayramlı tirəsinə mənsub ailələrin özlərinə məxsus qışlaqlardan birində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim kəndin ərazisindəki qədim kaha qalıqları ilə əlaqədardır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. Əhalisinin milli tərkibi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Kaya (Micikenda)
Kaya (cəmdə Makaya və ya kayas) — Keniyanın sahil vilayətində qədim Micikenda xalqının müqəddəs meşələri. Kaya meşəsi ritual gücün və mədəni şəxsiyyətin mənbəyi hesab olunur; və həmçinin bu etnik qrupun üzvləri üçün dua yeridir. Yaşayış məntəqəsi, ritual mərkəz və meşə ilə əlaqəli möhkəmləndirilmiş korpus da kaya meşəsinin bir hissəsidir. Günümüzdə kaya Micikanda xalqının ənənəvi bir təşkilat vahidi olaraq da xatırlanır. Təxminən 30 ayrı meşənin on biri bir yerə qruplaşdırılmış və Müqəddəs Micikenda Kaya Meşələri olaraq UNECKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Coğrafiya == Keniyada 50-dən çox kaya müəyyən edilmişdir. Onların hər biri 30 ilə 300 hektar arasında ölçülmüşdür. Bu ərazilər Keniyanın cənub sahili boyu yerləşən düzənliklərdə, Mombasa və Kilifi şəhərləri arasındakı 200 kilometr (120 mil) sahil xəttinə səpələnmişdir. Əksər kaya-lara ziyarətçilərin girməsinə icazə verilməsə də, Diani Çimərliyindəki 30 hektarlıq meşə olan Kaya Kinondoya ziyarətçilərin girməsi mümkündür və buna görə də Kaya Kinondo Ekoturizm Layihəsinin himayəsi altındadır. == Tarix == Bir çox kaya əvvəlcə müxtəlif etnik qrupların istehkam tipli kəndləri idi.
Kaya Kallas
Kaya Kallas (est. Kaja Kallas; 18 iyun 1977, Tallin, Estoniya Sovet Sosialist Respublikası) — Estoniyalı vəkil, siyasətçi və dövlət xadimi. Reform Partiyasının sədri. 26 yanvar 2021-ci ildən bəri Estoniyanın hazırkı baş naziri. Keçmişdə Avropa Liberallar və Demokratlar İttifaqında Avropa Parlamentinin (2014-2018) və Estoniya Parlamentinin (2011-2014, 2019-2021) üzvü. == Bioqrafiyası == 18 iyun 1977-ci ildə Tallində anadan olub. Kaya Kallas Reform Partiyasının keçmiş sədri və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallasın qızıdır. 1995-ci ildə Kaya Kallas yetkinlik sertifikatı imtahanından keçir. 1999-cu ildə Tartu Universitetinin Hüquq Fakültəsini Hüquq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib, bundan sonra Avropa və Estoniyanın rəqabət hüququ üzrə vəkil işləmişdir (vəkil kimi fəaliyyət hüququ 2011-ci ildə başa çatmışdır). Ayrıca 1996-cı ildən bəri peşəkar bir teatr rejissorunun köməkçisi olaraq çalışır.
Kaya ayıcası
Kaya ayıcası (lat. Arctia caja) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin ayıca cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açılmış halda 65 – 68 mm-dir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, azacıq qırmızıya çalır. Üzərində sarımtıl-ağ rəngdə zolaqlar var. Qanadın zirvəsinə yaxın eninə yerləşən sarğı enli, ona birləşən və digər ucu qanadın daxiin kənarına doğru uzanan zolaq isə ensizdir. Buradan qanadın əsasına doğru uzanan zolaq qanadın əsasına birləşir və burada bir neçə yerə haçalanır. Arxa qanadlar açıq qırmızı rəngdədir, əsasına yaxın bir böyük qara ləkə, yanlarında isə iki kiçik qara ləkə vardır. Qanadın kənarında 1 kiçik, 2 böyük qara naxış yerləşir. Döşün üzəri ön qanadın rəngində tüklərlə örtülüdür.
Kaya konfederasiyası
Qaya krallığı — Koreyanın cənubunda yerləşmişdir və 42-562-ci illərdə mövcud olmuşdur. == Tarix == Qaya konfederasiyası 391-412-ci illərdə Goguryeo krallığının təsiri altında zəiflədi. Ancaq krallıq 562-ci ildə Şila krallığı tərəfindən işğal edilənə qədər müstəqilliyini saxladı. İşğalın səbəbi Qaya krallığının Şila krallığı əleyhinə Bekçe krallığı ilə ittifaqda olması idi.
Kaya Şkrjek
Fahri Kaya
Fahri Kaya (15 iyun 1930, Kumanovo – 24 mart 2020) — Yazıçı, jurnalist, içtimai-siyasi xadim, dövlət adamı. == Həyatı == Fahri Kaya 1930-cu ilin iyun 15-də Balkan Türklərindən Mustafa Əfəndinin ailəsində dünyaya gəlib. Mustafa Əfəndi Kumanova kəndində Türkcə "İşıq" adlı ibtidai məktəbi açmış və iki il həmin məktəbə müdirlik etmişdi. Fahri kiçik yaşlarında Muqəddəs Xocanın açdığı məktəbə Quran oxumağı və islamın ilk təməllərini öyrənib. Fahri 1950-ci ildə Üsküp Unversitetinin filologiya fakültəsinə qəbul olunsa da təhsilini Belqrad Unversitetinin Filologiya Fakültəsinin Şərqşünaslıq şöbəsində davam etdirib. Buradakı Ədəbiyatçılar Kulübüna üzv olub. İçtimai fəallığını nəzərə alaraq onu Filologiya Fakültəsinin Tələbələr Birliyinə sədr seçiblər. Fahri Kaya birinci şeirlər kitabını "İlk adımlar’’ adlandırıb. Bu kitab, İkinci Dünya Savaşından sonra Yuqoslaviyada Türk dilində uşaqlar üçün yazılmış və çap olunmuş ilk kitab olub. Müəllifin "Köyden sesler’’ (1958), "Hoşça kalın" (1965) ve "Çocuk rüyaları" (1991) şeir kitabları uşaqların dünygörüşünün formalaşmasına, onların estetik tərbiyəsinə nə dərəcədə təsir göstəribsə, "Güle güle" (1978) və "Küçük hanım" (1997) və b.
Semih Kaya
Semih Kaya (24 fevral 1991, Berqama, İzmir ili) — keçmiş türkiyəli futbolçu.12 avqust 2022-ci ildə karyerasını başa vurduğunu açıqladı. Babası İzmir'ə Makedoniya'dan gəlmiş və iki uşaq olan ailənin üçüncü uşağı olaraq 24 fevral 1991-ci ildə doğulub. Kaya, atasının da keçmiş qapıçı olması səbəbindən kiçik yaşlarından futbola maraq göstərdi. 10 yaşına qədər məhlə futbolu oynayan Semih, 2001-ci ildə keçmiş qapıçı Rıfat Boza'nın məşqçilik etdiyi Petkimspor'da futbola ilk addımlarını atdı. Qardaşının sınaq üçün göndərilməsinə baxmayaraq Boza'nın ailənin kiçik uşağı olan Semih'i bəyənməsinə görə həmin klubda futbola başlayan Semih bir il bu klubda oynadı və daha sonra digər klublar tərəfindən diqqət çəkdi. Semih 2002-ci ildə "Halvacıspor"a transfer olundu. Burada da bəyənilən Semih 1 mövsümdən sonra əvvəllər Mustafa Dənizli kimi adları yetişdirən İzmirin ən böyük klublarından biri olan "Altay" a transfer olundu. Futbola sağ qanad'da başlayan Semih sonra sağ cinah'a keçdi bu komandada isə mərkəz müdafiəçisi kimi çıxış etdi. 2 mövsüm bu komandanın ulduz komandasında çıxış edən Semih, 2006-cı ildə Burhaniyedə keçirilən turnirdə Emre Çolak və Cem Sultan kimi oyunçuların yer aldığı Qalatasaray'a qarşı sərt oyunu ilə Qalatasaray'dan Rəcəb Yazıcı və Ahmet Keskinkılıçın diqqətini çəkmişdi. Daha sonra Qalatasaray akademiyasına keçdi.
Bülent Kaya
Bülent Kaya (1973, Diyarbəkir ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Bülent Kaya 1973-cü ildə Diyarbəkir ilinin Ergani ilçəsində anadan olub. İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub. Müstəqil hüquqşünas və hüquq məsləhətçisi olaraq çalışıb. Anadolu Gənclər Dərnəyində, həmçinin Mədəniyyət və Təhsil Vəqfində çalışıb. Səadət Partiyası sədrinin hüquq məsələləri üzrə müavini vəzifəsində çalışır. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səadət Partiyası qrupunun sədr müavini vəzifəsində təmsil olunub. Evli və 4 uşaq atasıdır.