Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalliqrafiya
Xəttatlıq və ya kalliqrafiya (yun. καλλιγραφία — "gözəl xətt") — təsviri incəsənətin sahələrindən biri. Onu həmçinin nəfis məktub incəsənəti də adlandırırlar. Xəttatlığın elmi anlayışı belədir: "işarələrin ekspressiv, harmonik və incə zövqlə tərtibatı incəsənəti". Xəttatlıq yazını nəfis şəkildə şrift, əl və əlifba kimi yazmaq bacarığıdır. Kalliqrafiya əşya və lövhə üzərində məişət yazısından yüksək incəsənət nümunələrinə qədər geniş bir sənətdir. Kalloqrafiyada həmişə hərflər standart formada yazılmır.. Müasir dövrdə kalliqrafiya bəzi dini yazılarda, xüsusi sənəd yazılışında, dəvətnamələrdə, yubiley və şənlik təbriklərində, qrafik işlərdə, daş yonmalarında və tarixi sənəd təkrarında isrifadə edilir. Xəttatlıq həmçinin televiziya monitor yazılarında, müəyyən xasiyyətnamələrdə, əllə yazılması nəzərdə tutulan sənədlərdə ( məsələn, doğum şəhadətnaməsi ) istifadə edilir. == Azərbaycanda xəttatlıq == Xəttatlıq Azərbaycan xalqının uzun əsrlərdən bəri yaşatdığı qədim sənət növlərindən biridir.
Kartoqrafiya
Kartoqrafiya və ya Xəritəşünaslıq (yun. χάρτης – "xəritə" və γράφειν – "çəkmək") — coğrafi xəritələr və digər kartoqrafik əsərlər, onların yaradılması və istifadə edilməsi üsulları haqqında elm. Təbiət və cəmiyət hadisələri və obyektlərinin qarşılıqlı əlaqə və uyğunluğu, hansı məkanda yerləşməsinin modelləşdirilməsinin tədqiqi haqqında elmdir. Xəritəşünaslıq kartoqrafiyanın bir bölməsidir. Onun nəzəri əsaslarını, inkişaf tarixini, kartoqrafik mənbələrin (onların elementləri, xüsusiyyətləri və s.) analizi metodlarını və s. öyrənir. Bəzən xəritələrdən istifadə etmək metodlarını da xəritəşünaslığa aid edirlər. Müasir kartoqrafiya bir elm kimi 7 bölməyə ayrılır: xəritəşünaslıq, riyazi kartoqrafiya, xəritələrin tərtib və redaktəsi, xəritələrin bədii tərtibatı, xəritələrin nəşri, xəritələrin istifadə edilməsi, kartoqrafik istehsalın iqtisadiyyatı və təşkili.
Paleoqrafiya
Paleoqrafiya — qədim yazılı abidələrin müəllifinin müəyyən edilməsini, bu yazılı abidələrin yaranma tarixini və yerini, onun qrafik formalarının inkişaf qanunauyğunluqlarını öyrənən köməkçi tarixi-filoloji fənn. Paleoqrafiya bir elm kimi XVII əsrdə Avropada sənədlərin həqiqiliyinin və ya saxtakarlığının təyin edilməsi zərurəti ilə bağlı meydana çıxmışdır. Paleoqrafiya yazılma tarixi məlum olan əlyazmaların kağızını, xəttini, hərflərinin növünü, ornamentini, cildini və s. cəhətlərini öyrənərək müqayisə yolu ilə tarixi məlum olmayan əlyazmalar haqqında müəyyən nəticəyə gəlir. Bütün bu tədqiqat prosesində tarix, dilçilik, ədəbiyyat tarixi, mətnşünaslıq və s. elmlərin köməyinə müraciət edilir. Paleoqrafiya (Yunanca palaiós παλαιός köhnə, grapheía γραφεία yazmaq) qədim yazı növlərini öyrənən elmdir. Tarix boyu istifadə edilmiş olan əlifbaları öyrənərək bu əlifbalar ilə yazılmış olan sənədlərin oxunmasını təmin edir və beləliklə tarixi hadisə və proseslərin öyrənilməsinə yardım edir. Misal olaraq, eramızdan əvvəl 1226-cı Qədim Misir dövləti ilə Qədim Het dövləti arasında baş vermiş müharibədən sonra bağlanmış olan Kadeş müqaviləsinin oxunmasını göstərmək olar. Bir millətin dilini bilmək, tarixi tədqiqatlar üçün kifayət deyildir.
Bakı Kartoqrafiya Fabriki
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabriki (bundan sonra-Fabrik) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyinə verilmişdir. Fabrik 28.08.1995-ci il tarixdə D-669 say altında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir. Fabrik öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını , Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, sərəncam, göstərişlərini və bu Nizamnaməni rəhbər tutur. Fabrik hüquqi şəxsdir, müstəqil balansa, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə. müvafiq ştamplara və blanklara malikdir. Fabrik Azərbaycan Respublikasında kartoqrafiya sahəsində dövlət siyasətini həyata keçirir. Fabrik öz fəaliyyətini Dövlət və Bələdiyyə orqanları ilə. habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan təşkilatlarla qarşılıqlı əlaqəli qaydada həyata keçirir. Fabrikin aparatının və onun vahid sistemini təşkil edən şöbələrinin saxlanılması.
Çin kalliqrafiya üslubları
Çin kalliqrafiyasında Çin yazı simvolları ən məşhur beş üslubdan birinin qaydalarına əsasən çəkilir. Onlar Çin dili ilə birlikdə inkişaf ediblər. Xəttat yazarkən yerli sadələşdirmələrdən də (məsələn, sindzitay) istifadə edir. Yapon kalliqrafiyasında katakana və hiraqanadan istifadə edilir. Katakana kayşu üslubundan, hiraqana isə tsaoşu üslubundan götürülmüşdür. Eynilə, Koreyada xəttatlıq üçün Hanqıl istifadə olunur. Çjuanşu, "möhür heroqlifləri", e.ə. VIII—III əsrlərdə yaranıb və Sin çarlığının və onun işğalı altında olan bölgələrin rəsmi yazı stili idi. Çjuanşu qədim kalliqrafiya üslubları arasında ən çox istifadə edilənidir. Onun 2 əsas variantı mövcuddur: "böyük möhür" (çin.