kartoqrafiya

Yer səthinin qrafik təsvirinin öyrənilməsi, yaradılması və istifadəsi

karantin zonası
kassa əməliyyatları
OBASTAN VİKİ
Kartoqrafiya
Kartoqrafiya və ya Xəritəşünaslıq (yun. χάρτης – "xəritə" və γράφειν – "çəkmək") — coğrafi xəritələr və digər kartoqrafik əsərlər, onların yaradılması və istifadə edilməsi üsulları haqqında elm. Təbiət və cəmiyət hadisələri və obyektlərinin qarşılıqlı əlaqə və uyğunluğu, hansı məkanda yerləşməsinin modelləşdirilməsinin tədqiqi haqqında elmdir. Xəritəşünaslıq kartoqrafiyanın bir bölməsidir. Onun nəzəri əsaslarını, inkişaf tarixini, kartoqrafik mənbələrin (onların elementləri, xüsusiyyətləri və s.) analizi metodlarını və s. öyrənir. Bəzən xəritələrdən istifadə etmək metodlarını da xəritəşünaslığa aid edirlər. Müasir kartoqrafiya bir elm kimi 7 bölməyə ayrılır: xəritəşünaslıq, riyazi kartoqrafiya, xəritələrin tərtib və redaktəsi, xəritələrin bədii tərtibatı, xəritələrin nəşri, xəritələrin istifadə edilməsi, kartoqrafik istehsalın iqtisadiyyatı və təşkili.
Bakı Kartoqrafiya Fabriki
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabriki (bundan sonra-Fabrik) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyinə verilmişdir. Fabrik 28.08.1995-ci il tarixdə D-669 say altında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir. Fabrik öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını , Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, sərəncam, göstərişlərini və bu Nizamnaməni rəhbər tutur. Fabrik hüquqi şəxsdir, müstəqil balansa, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə. müvafiq ştamplara və blanklara malikdir. Fabrik Azərbaycan Respublikasında kartoqrafiya sahəsində dövlət siyasətini həyata keçirir. Fabrik öz fəaliyyətini Dövlət və Bələdiyyə orqanları ilə. habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan təşkilatlarla qarşılıqlı əlaqəli qaydada həyata keçirir. Fabrikin aparatının və onun vahid sistemini təşkil edən şöbələrinin saxlanılması.

Значение слова в других словарях