Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gallus gallus
Bankiv cəngəllik toyuğu (lat. Gallus gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü. == Yarımnövləri == G. g. bankiva G. g. gallus G. g. jabouillei G. g. murghi G. g.
Gallus
Cəngəllik toyuğu (lat. Gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Rallus
Sufərəsi (lat. Rallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Gallus lafayettei
Gallus sonneratii
Boz cəngəllik toyuğu (lat. Gallus sonneratii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Gallus varius
Yaşıl cəngəllik toyuğu (lat. Gallus varius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Kaya Kallas
Kaya Kallas (est. Kaja Kallas; 18 iyun 1977, Tallin, Estoniya Sovet Sosialist Respublikası) — Estoniyalı vəkil, siyasətçi və dövlət xadimi. Reform Partiyasının sədri. 26 yanvar 2021-ci ildən bəri Estoniyanın hazırkı baş naziri. Keçmişdə Avropa Liberallar və Demokratlar İttifaqında Avropa Parlamentinin (2014-2018) və Estoniya Parlamentinin (2011-2014, 2019-2021) üzvü. == Bioqrafiyası == 18 iyun 1977-ci ildə Tallində anadan olub. Kaya Kallas Reform Partiyasının keçmiş sədri və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallasın qızıdır. 1995-ci ildə Kaya Kallas yetkinlik sertifikatı imtahanından keçir. 1999-cu ildə Tartu Universitetinin Hüquq Fakültəsini Hüquq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib, bundan sonra Avropa və Estoniyanın rəqabət hüququ üzrə vəkil işləmişdir (vəkil kimi fəaliyyət hüququ 2011-ci ildə başa çatmışdır). Ayrıca 1996-cı ildən bəri peşəkar bir teatr rejissorunun köməkçisi olaraq çalışır.
Mariya Kallas
Mariya Kallas (yun. Μαρία Κάλλας, doğum şəhadətnaməsindəki adı — Sofiya Seseliya Kalos, ing. Sophia Cecelia Kalos, xaç suyuna çəkilərkən aldığı ad Anna Mariya Sesiliya Sofiya Kaloqeropulos, yun. Άννα Μαρία Καικιλία Σοφία Καλογεροπούλου; 2 dekabr 1923[…], Nyu-York, Nyu-York ştatı – 16 sentyabr 1977[…], Parisin XVI dairəsi[d]) — yunan əsilli Amerika opera müğənnisi, soprano. XX əsrin ən məşhur opera müğənnilərindən biri. O, ifadəli belkanto texnikasına, geniş səs diapazonuna və böyük artistlik istedadına sahib idi. Onun repertuarına klassik operalardan tutmuş Donizetti, Bellini, Rossini, Verdi və Puççininin bel-kanto operaları daxil idi. O, özünün nəzərəçarpan musiqi və artistik qabiliyyətlərinə görə La Divina (tərc. İlahə) ləqəbinə layiq görülmüşdü. == Həyatı == Mariya Kallas Nyu-Yorkda yunan mühacir valideynlərinin ailəsində anadan olub.
Proprioseiopsis gallus
Proprioseiopsis gallus (lat. Proprioseiopsis gallus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis gallus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Çarli Kallas
Çarli Kallas — ABŞ aktyoru, komediyaçı.
Gallus lafayettii
Seylon cəngəllik toyuğu (lat. Gallus lafayettii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Rallus aquaticus
Adi sufərəsi (lat. Rallus aquaticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin sufərəsi cinsinə aid heyvan növü.
Kalus (Xoy)
Kalus (fars. كلوس‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Karluş Belu
Karluş Filipe Ximenes Belu (3 fevral 1948[…], Baykay[d]) — Şərqi Timorlu Roma katolik yepiskopudur. Onun dini fəaliyyəti ölkəsinin İndoneziya tərəfindən işğalını hər zaman qınadı. 1996-cı ildə "Şərqi Timor münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə çalışdığına görə" Nobel sülh mükafatına Joze Ramuş-Orta ilə birlikdə layiq görüldü. == Erkən həyatı və din == Dominqos Vaz Filipe və Ermelinda Baptista Filipenin beşinci övladı Karluş Filipe Ximenes Belo, Portuqaliya Timorunun şimal sahilindəki Vemasse yaxınlığındakı Vaylakama kəndində anadan olmuşdur. Məktəb müəllimi olan atası Belu doğulandan iki il sonra vəfat edir. Uşaqlıq illəri, , 1968-ci ildə məzun olduğu Dilinin kənarındakı Dare kiçik seminariyasına getməzdən əvvəl, Baukau və Ossudakı katolik məktəblərində keçdi. 1969-cu ildən 1981-ci ilə qədər, Şərqi Timor və Makaoda praktiki təhsil müddətləri (1974–1976) xaricində, Belu Portuqaliya və Romada idi və 1980-ci ildə Salesian Cəmiyyətinin üzvü olaraq fəlsəfə və ilahiyyat təhsili aldı. 1981-ci ildə Şərqi Timora qayıdan Belu, Fatumakadakı Satış Kollecində 20 ay müəllim, daha sonra iki ay direktor oldu. == Pastoral liderlik == 1983-cü ildə Martinho da Kosta Lopesin istefası ilə Karluş Filipe Ximenes Belu, Dili yeparxiyasının Apostol Administratoru təyin edildi və Şərqi Timor kilsəsinin rəhbəri oldu və birbaşa Papaya cavabdeh oldu. 6 fevral 1989-cu ildə titullu Lorium yepiskopu təyin edildi.
Dallas
Dallas — Texas ştatında şəhər, Dallas Qraflığın mərkəzi. 1841-ci ildə salınmışdır. Ərazisi 997.1 km², 2006 il əhalisi 1,232,940. Dallas təkcə yüksək səviyyədə inkişaf etmiş sənayesi ilə tanınmır. Bura həm də böyük elm və mədəniyyət mərkəzidir. Şəhərin arxitekturası Amerikanın digər şəhərlərindəkindən elə də fərqlənmir. Məşhur memar Raytın layihəsi əsasında hazırlanan Dallas Teatr Mərkəzi, Moda Evi, Nyu-Yorkun, Los Ancelesin mədəniyyət mərkəzlərindən heç də geridə qalmır.
Fallos
Kaktus
Kaktuskimilər (lat. Cactaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Təbii yayılması == Təbiətdə 3 mindən çox kaktus növü var. Əksəriyyəti 500 il yaşayır və iri ölçülərə malik olurlar( hündürlüyə 10 m və eni bir neçə metr) Hazırda təbiətdə olan kaktus növlərinin 2/3 hissəsinə Cənubi Amerikada rast gəlinir. Quraqlıq iqlimin əlverişsiz mühitinə dözmək üçün bunlarda min illər ərzində bir sıra uyğunlaşmalar əmələ gəlmişdir. Onların yarpaqları tikana çevrilmiş və üzəri mum maddəsi ilə örtülmüşdür. Kaktuslar quraqlığadavamlı, həm də işıqsevən bitkilərdir. Gün ərzində onlara 3-4 saat gün işığı düşməlidir. Lakin qızmar günəş kaktusun cavan zoğlarını yandırır, onlar üzərində sarı ləkələr əmələ gəlir. Daha da təhlükəli olan yaz günəşidir.
Kalamus
Kalamus (lat. Calamus) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Kaldas
Kaldas (isp. Caldas) — Kolumbiyanın 32 departamentindən biri, departamentin adı kolumbiyalı vətənpərvər Fransisko Xose de Kaldasın adına nəzərən adlandırılmışdır. İnzibati mərkəzi - Manisales şəhəridir.
Kalium
Kalium (K) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 19-cu element. Kalium (K) – toхumalardakı suyun miqdarını nizama salır və ürəyin işini yaхşılaşdırır. Toхumalarda kaliumun mübadiləsi son dərəcə sürətlə gedir. Bitki mənşəli məhsulların külündə kaliumun miqdarı bəzən 50%-dən çoх olur. Ərzaq məhsullarında kaliumun miqdarı mq%-lə belədir: çovdar çörəyi – 227; buğda çörəyi – 208; lobya – 1144; kartof – 429; yerkökü – 284; kələm – 247; ərik qurusu – 1780; mal əti – 338; yumurta – 140; balıq – 162; inək südü – 143; pendir – 89; alma – 248. xiyar- pomidorda—yoxdur-bəzən-2 götürülür. Kalium çox aktiv elemen olduğuna görə metallurgiyada istifadə olunmur, lakin onun nitrat duzu (selitra) əsrlərlə barıtın hazırlanmasında istifadə olunub, kalium karbonat (potaş) sabun istehsalında, alüminium-kalium sulfat xəmir hazırlanmasında, kalium hidrosulfit çaxırlara fermentasiya prosesinin qarşısını almaq üçün əlavə edilir, kalium benzoat isə konservant kimi istifadə edilir. Kalium bütün gübrələrin tərkibinə daxildir, bu səbəbdən onun filizinin illik hasilatı 35mln ton təşkil edir. Kalium hasilinin əsas bənbəyi silvin (kalium xlorid) mineralıdır. Kalium yuyucu vasitələrin, şüşənin, farmasevtik preparatların istehsalında istifadə olunur.
Kampus
Kampus — müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi və ya şəhərciyidir.
Karlos
Karlos — ad və soyad. Karlos Marin — ispaniyalı bariton və İl Divo qrupunun üzvü. Karlos Alazraki — ABŞ aktyoru. Karlos — İspaniya kralı II Filipin ən böyük oğlu və varisi. Karlos Alberto Parreyra — Braziliyalı futbol mütəxəssisi Karlos Qon — Braziliya-Fransa-Livanlı bir iş adamı Karlos Mensia — ABŞ aktyoru. Karlos Slim Xel — meksikalı biznesmen Karlos Xuan Finley — sarı sətəlcəm araşdırmalarını edən kubalı elm adamı.
Maltus
Tomas Robert Maltus (ing. Thomas Robert Malthus, 13 fevral 1766, Hilford - 23 dekabr 1834) — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. == Həyatı == Tomas Maltus London yaxınlığındakı bir kənddə, mülkədar ailəsində anadan olmuşdur. O, Kembric Universitetini bitirərək ingilis kilsəsində ruhani rütbəsi almış və kənd keşişi işləmişdir. 1807- ildən o, Ost-hind kompaniyasının kollecində siyasi iqtisad professoru dərəcəsi almışdır. Maltus elmdə demoqrafik problemləri və əhalinin sayının dəyişməsi qanunauyğunluqlarını öyrənən ilk adam olmamışdır, lakin yarandığı gündən ictimai elmlər sahəsində mübahisəyə səbəb olmuş əhali nəzəriyyəsinin yaranması onun adı ilə bağlıdır. Tomas Maltus dünya əhalisinin sayının tənzimlənməyəcəyi halda bütün dünyanın aclıq çəkəcəyi ilə bağlı pessimist iqtisadi nəzəriyyəninin müəllifi kimi şöhrət qazanmışdır. Maltus göstərir ki, insan cəmiyyəti yarandığı vaxtdan əhali yaşayış vasitələrinə nisbətən daha sürətlə artma meylinə malikdir. Bunu sübut etmək üçün o, əhalinin və yaşayış vasitələrinin artımının müxtəlif meyllərini kəşf edir: "Hər 25 ildə əhali 2 dəfə, yəni, həndəsi silsilənin ədəd sırası kimi-2, 4, 8, 16, 32, 64, ... arta bilər, yaşayış vasitələri isə ən yaxşı halda həmin vaxt ərzində ədədi silsilə üzrə-1, 2, 3, 4, 5, 6, 7...
Pallas
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Paltus
Paltus (lat. Hippoglossus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin kambalalar fəsiləsinə aid heyvan cinsi.
Kaluş Orkestrı
Kaluş — Ukraynanın 2019-cu ildə yaradılmış hip-hop qrupası. Kaluş Orkestrı Avroviziya-2022 formatı üçün Kaluş qrupun əsasında yaradılmış layihə. Bu qrup «Stefaniya» mahnısı ilə Avroviziya-2022 müsabiqəsində Ukrayananı təmsil etmək hüququnu qazandı. 15 may 2022-ci ildə musiqi qrupu Avroviziya-2022 müsabiqəsinin qalibi oldu.
Zəhran Alluş
Zəhran Alluş (1971 - 25 dekabr, 2015)—Terrorçu lider. == Həyatı == Zəhran Alluş 1971-ci ildə Suriyada dünyaya gəlib, sələfi əqidəsində olub və Səudiyyə Ərəbistanının sələfi ideologiyasına bağlı təhsil müəssisəsində təhsil alıb. Suriyada vətəndaş müharibəsi başlayandan əvvəl bir dəfə milli-dini ayrı-seçkilik saldığına görə məhkəmə hökmü ilə həbs olunub. Daha sonra Bəşər Əsəddən əfv istəyən Alluş "əfv siyahısı"na düşərək azad olub. Daha sonra o, "Əl Qaidə"yə bağlı qruplaşmalara qoşulur, qısa zaman ərzində Səudiyyədə təlim alma səbəbinə görə komandirlik vəzifəsinə çatır. "İslami cəbhə" bir neçə terrorçu qruplaşmanın birləşməsilə təsis olunub. Bu terrorçu təşkilat Səudiyyə Ərəbistanı başda olmaqla bəzi ölkələrin yardım-dəstəyilə fəaliyyət göstərib. "Əl Qaidə"yə beyət etmiş Alluş 2013-cü ildə Dəməşqdəki şiə və ələvilərə qarşı təkfirçi açıqlaması ilə yadda qalıb. Zəhran Alluş 25 dekabr, 2015-ci ildə öldürülüb..
Hallux valgus
Hallux valgus — Latınca tıbbi termin olub, baş ayaq barnağında olan deformasiya ya əyrilik, çəplik deməkdir. (lat. hallux — baş ayaq barmaq; lat.
Antoniu Karluş Jobim
Antonio Karlos Brazileyro de Almeyda Jobim (port. Antônio Carlos Brasileiro de Almeida Jobim, Tom Jobim kimi də tanınır; 25 yanvar 1927, Rio-de-Janeyro, Braziliya – 8 dekabr 1994, Nyu-York, ABŞ) — Braziliyalı bəstəkar, aranjmançı, müğənni, şair, piano və gitara ifaçısı. Bossa-nova musiqi stilinin ortaya çıxmasında əsas rolu olan şəxslərdən biri. Onun mahnıları Braziliyanın və dünyanın bir çox məşhur müğənniləri, o cümlədən Astrud Gilberto, Stan Getz, Frenk Sinatra, Endi Vilyams tərəfindən ifa edilmişdir. Bütün dövrlərin ən çox ifa edilən mahnılarından sayılan "İpanemadan olan qız" (port. Garota de Ipanema, ing. The Girl from Ipanema) mahnısının bəstəkarı kimi tanınan Antonio Jobimin bir çox mahnıları hazırda standard caz və pop repertuarlarına daxildir. Jobimin ingilisdilli ölkələrdə tanınmasında onun 1960-cı illərdə ABŞ caz saksofonçusu Stan Getz, Joao Gilberto və onun xanımı Astrud Gilberto ilə birgə fəaliyyəti mühüm rol oynamışdır. Bu fəaliyyətin nəticəsində 2 albom — "Getz/Gilberto" (1963) və "Getz/Gilberto Vol. 2" (1964) ortaya çıxdı.
Jorje Karluş Fonseka
Jorje Karluş di Almeyda Fonseka port. Jorge Carlos de Almeida Fonseca; 20 oktyabr 1950, Mindelu[d], Barlaventu adaları[d]) — Kabo-Verde siyasətçisi, hüquqşünas və 2011-ci ildən etibarən Kabo-Verde Prezidenti. == Həyatı == Jorje Fonseka Praya və Mindeluda ibtidai və orta təhsili, Portuqaliyanın Lissabon şəhərində isə ali təhsilini tamamladı. Lissabon Universiteti Hüquq Fakültəsində hüquqşünaslıq üzrə magistr dərəcəsini bitirmişdir. 26 mart 1989-cu ildə Kabo-Verdenin Birinci xanımı Ligiya Arkanjela Lyubrinu Dias Fonseka ilə evləndi. == Fəaliyyəti == 1975–1977-ci illərdə Kabo-Verdedə Mühacirət üzrə Baş direktor və 1977–1979-cu illərdə Kabo-Verde Xarici İşlər Nazirliyinin Baş katibi olmuşdur.1982–1990-cı illərdə Lissabon Universiteti Hüquq Fakültəsində müəllim köməkçisi olmuş, 1987-ci ildə Lissabon Ədli Tibb İnstitutuna Cinayət hüququ üzrə professor təyin edilmişdir. 1991 və 1993-cü illərdə Xarici İşlər Naziri kimi çalışmış, daha sonra 2001-ci il seçkilərində prezidentliyə namizəd olaraq uğursuz qaldı. 2011-ci ilin avqust ayında yenidən prezidentliyə namizədliyini verdi. Səslərin 38%-i toplayaraq birinci turda qalib gəldi, ikinci turda Afrika Kabo-Verde İstiqlal Partiyası tərəfindən dəstəklənən namizəd Manuel İnosensio Souza ilə qarşılaşdı və qalib gəldi. 9 sentyabr 2011-ci ildə Prezident vəzifəsinə başladı və Kabo-Verdenin dördüncü Prezidenti oldu.