Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kambar
Kamlar
== Kamlar == Kamlar-moren sahələrinin flüvioqlyasial relyef forması olub, planda oval, girdə və ya qeyri- düzgün, lakin dəyirmi formalı, çeşidlənmiş laylı qum-çınqıl materiallarından təşkil olunmuş, nisbi yüksəkliyi 6-12, nadir hallarda qruplar şəklində yerləşərək “kam relyefi”ni əmələ gətirirlər. Kamlar arası çökəkliklərdə göl və bataqlıqlar yerləşir. Kamlar Kareliyada, Leninqrad, Moskva, Tver vilayəti ərazilərində geniş yayılmışdır.
Kamlar (Xudabəndə)
Kamlar (fars. ‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (7 ailə).
Kaçkar dağları
Kaçkar dağları (türk. Kaçkarlar və ya türk. Kaçkar Dağları) - Türkiyədə sıra dağlar.
Amkar Perm FK
"Аmкаr" — Rusiyanın Perm şəhərində yaradılmış peşəkar rus futbol klubu. 1994-cü ildə qurulmuş və maliyyə problemləri səbəbiylə 2018-ci ildə dağılmışdır. Rusiya Premyer Liqasında 2004-cü ildən 2018-ci ilə qədər oynanmışdır. 2007/08 mövsümünün Rusiya kubokunun finalçısı. "Amkar"ın stadionu "Star" stadionudur. == Tarixi == === 1994–1999. Üçüncü Liqa və İkinci Divizion === Amkar futbol klubu, Permian ASC Mineral Gübrələr adı altında olaraq yaradıldı. Yaranma tarixi rəsmi olaraq 8 may 1993-cü ildir. "Amkar" adı ammonyak və karbamid sözlərinin bir hissəsindən ibarətdir — bu iki maddə müəssisənin əsas məhsulu idi. Klub klubun qırmızı-qara rəngli formaları Milanın ticarət tərəfdaşlarına verməyə borcludur və kömək istəyi ilə eyni adlı klubun formasını təqdim etdi.
Kaçkar Dağları Milli Parkı
Kaçkar Dağları Milli Parkı — böyük hissəsi Rizənin Çamlıhemşin ilçəsində, bir hissəsi isə Ərzurum və Artvin illərində yerləşən milli parkdır. 51.550 hektar ərazisi olan milli park Fırtına dərəsi ilə Hemşin dərəsi arasında yerləşən Kaçkar dağları üzərində qurulmuşdur. == Ümumi məlumat == Sahədə qorunmuş təbii ekosistem, alüvvial meşələr, çayır, kol bitkiləri, yaşıl meşələr, aktual buzlaqlar və onların meydana gətirdiyi şəkillər ilə bölgədə əsrlər boyunca çöl həyat tərzi və mədəniyyəti yaranmışdır. Milli Parkda tarixi dəyərə sahib olan əsər və qalıqlar ilə mədəni dəyərlər yaranmışdır. Zir qala, Qala-i bala, Elevit qalıqları, Çat körpüsü, tarixi qəsrlər, Vartivor və Hodoçur yayla şənlikləri bunlardan bəziləridir. == Fiziki xüsusiyyətləri == Alp qırışıqlığı erasında əmələ gələn dağ kütlələri ümumiyyətlə qranit və qranit qayalardan ibarətdir. Türkiyədə Pleystosen epoxası dövründə buzlaqların əmələ gəlməsi və hələ də aktiv buzlaqların yarandığı məhdud sahələrdən biridir. Milli Parkda 9 buzlaq vadisi, asılı vadilər, buzlaq gölləri, moren gölləri, buzlaq vadiləri və morenlər yerləşmişdir. Dağların yüksəklərində 0.5 hektardan böyük olan 79 ədəd buzlaq gölü yerləşir. == Təbii həyat == Milli park sahəsində nəmli dərə, meşə, alp və subalp ilə bataqlıq və Akva bitki tipləri təyin olunmuşdur.
Həmkar
Kolleqa (lat. collega) — iş yoldaşı; əməkdaş; təhsil, tədris, iş və ya birgə fəaliyyət üzrə birgə yoldaş.. == Anlayışın tarixi == Qədim Romada kollegiya (Qədim Roma) — kollektiv, əməkdaşlar birliyi.
Kaftar
Zolaqlı kaftar (lat. Hyaena hyaena) — yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvan cinsi. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilmə təhlükəsi var. Arealın kənarında olan nadir növdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 110–120 sm, quyruğunun uzunluğu isə 30 sm-dir. Kütləsi 30–39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulağı böyükdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyyəsində at yalına bənzər uzun, cod tükləri var.
Kalkan
Kalkan — Türk soyadı.
Kalmar
Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları; lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. == Həyat tərzi == Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir. == Quruluşu == Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir.
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Kamarq
Kamarq (fr. Camargue) — Fransanın cənubunda, Ron çayının mənsəbində yerləşən bataqlıq ərazi. Bu ərazi bir deltadır. 930 km² ərazini əhatə edən bölgədə br necə təbiət qoruğu yerləşir. Ərazisi əsasən şoran, qamışla zəngin bataqlıqlar, dəniz laqunları və qumlu adacıqlardan ibarətdir. Ron çayının iki qolu sayəsində 3 hissəyə bölünür: Kiçik Kamarq (fr. Petite Camargue): Kiçik Rondan qərbdə; Plan du Bourg (fr. Plan du Bourg): Böyük Rondan şərqdə; Böyük Kamarq — iki qol arasındakı sahə. === Maraqlı fakt === Kamarq — elmi-fantastika yazıçısı Maykl Murkokun The History of the Runestaff kitabının əsas personajlarından biri olan qraf Brassın yaşadığı yerdir. Murkoksun əsərinə görə, Kamarq qədim dövrlərdən etibarən toxunulmazdır və nüvə müharibəsinin qeyri-adi iqlim və coğrafi şəraitlərdən yaranan fəlakətli nəticələrindən qaçmışdır.
Kambay
Kambay (ing. Kambay, Cambay) — Hindistanda ingilis istilası dönəmində xanlıq. == Tarixi == Kambay körfəzində yerləşirdi, mərkəzi Kxambxat idi. Müasir Qucarat ştatının ərazisində idi, 1730-cu ildə yaranıb. Böyük Moğollar imperiyasının nəvvablarından olan şiə I Mirzə Cəfər Mömün xan tərəfindən yaradılmışdı. 1802-ci ildən 1947-ci ilədək Kambay Böyük Britaniyanın protektoratı idi. 10 iyun 1948-ci ildə Hindistan xanlığı rəsmən ləğv etdi, Maxaraştra ştatının tərkibinə daxil oldu. == Ədəbiyyat == Imperial Gazetteer of India. 2nd Edition, Volume 26. Oxford 1908—1931.
Kamjak
Kamjak (fr. və oks. Camjac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12046. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 25 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 536 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 333 nəfər (15–64 yaş) arasında 249 nəfər iqtisadi fəal, 84 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə 65,9%) idi.
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Kaskad
Kaskad - şəlalənin bir tipidir. Belə şəlalənin eni kiçik olub, su xeyli hündürdən tökülür. Məsələn, Kaliforniyada Yosemiti çayındakı kaskadların birində su 792 m hündürlükdən tökülür.
Kasklar
Kasklar və ya kaşklar (het mətnlərində "Gašga", "Kašga", "Kaška"; II Ramzesin kitabələrində "Kškš"; Assuriya mənbələrində "māt Kašku"; Uqarit mənbələrində "ktk") — e.ə. II minilliyin əvvəlləri ilə e.ə. VIII əsr arasındakı bir dövrdə Anadoluda, Pont regionunun şərqində yaşamış, təsnif edilməmiş kask dilində danışmış qeyri-Hind-Avropa mənşəli yarımköçəri tayfa və ya tayfalar icması. Kaskların yazı dili yoxdur və şəhər salmamışdılar. Onlar arxeoloqlara məlum deyillər və bu səbəbdən kask mədəniyyəti haqqında çox az məlumat mövcuddur. Het dövlətinin qədim padşahlıq dövrünə aid mənbələrdə kaskların adına rast gəlinməsə də, onların Het dövlətinin daha əvvəlki dövrlərində mövcud olması III Xattusili və IV Tudxaliyanın hakimiyyət dövrünə aid kitabələrdə qeyd edilir. Kasklar Het dövləti mövcud olduğu dövr boyu padşahlıq üçün bir problem olmuşdur. Münaqişənin kritikləşməsi səbəbilə kask basqınları hətta dövlətin ucqar bölgələrinə də yayılmışdır. Tarixçilər güman edirlər ki, Het dövlətinin süqutundan sonra kasklar Assuriya sərhədlərinə qədər irəliləyərək ətrafdakı padşahlıqlarla ittifaq qurmuş, nəhayət Assuriyadan gələn hücumlar və kimmerlərin istilası nəticəsində məhv olmuşdular. == Tarixi == === Mənşəyi === Kaskların əslən yerli Anadolu xalqı olub-olmadığı bilinmir.
Kaslar
Kassitlər — Cənubi Azərbaycanda və Luristanda məskunlaşmış qədim maldar tayfaları. Kassitlər özlərini "kaşşu" adlandırırmışlar. Mənbələrdə kassitlərin adı ilk dəfə e.ə. XXIII əsrdə çəkilir. Mənbələrdə kassitlərin məskunlaşdığı ərazi "Kaşşen" adlanır. Bir sıra Azərbaycan tarixçiləri hesab edirlər ki, antik müəlliflərin kaspiləri kassitlərlə qohumdurlar. Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkmənşəli tayfalardan biri də kassilərdir (kaslar). Lakin Azərbaycanda yaşamış digər prototürk etnoslar kimi kassilər (kaslar) də uzun müddət tarixşünaslıqda elamdilli və ya hürridilli kimi tanınmışlar. Onların e.ə. V əsrdən adı çəkilən kaspilərlə qohumluğu güman edilir və yalnız elam dilində cəm bildirən "-p" şəkilçisinə görə kaspiləri elamdilli hesab edirdilər.
Kavdar
Kavdar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kavdar oyk, sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Tədqiqatçıların ehtimalına görə, kəndin adı qədim türkdilli qovlar tayfasının adını əks etdirir. Peçeneq tayfalarından biri olan qovların adına Tovuz, Sabirabad, İsmayıllı, Samux və b. r-nların toponimiyasında da rast gəlmək mümkündür. Kavdar qovlar etnoniminin yerli tələffüz formasıdır.
Kavkas
Kavkas (ing. Caucas) — Qafqaz salnamələrinə görə Qafqaz və ya Kavkasos (gürcü: კავკასოსი Kavḳasosi) adlanır. Bunların Çeçenlərin və İnquşların atası olduğu iddia edildi. Onun hekayəsi XI əsrdə Leonti Mroveli tərəfindən şifahi ənənədən götürülmüş orta əsr gürcü salnamələri "Kartlis tsxovreba" toplusunda izah edilmişdir. Əfsanəyə görə, o, Tarqamosun oğlu idi və buna görə də Xaosun qardaşı Movakos, Lekos (Lezgin xalqlarının əcdadı adlanır), Geros, Kartlos (gürcü xalqının əcdadı kimi tanınır) və Egros onların mənbəyini aldı. Qafqazın oğlu Durdzuk Çeçenlərin və İnquşların atası sayılır. == Şəcərəsi == == Nəvələri == Nax xalqları|Nax (Vaynaxlar)XI əsrin gürcü salnaməçisi Leonti Mroveli fikrinə görə, "Qafqaz" sözü Qafqazdakı Nax xalqlarının əcdadının adından gəlir.
Kazuar
Kazuar (lat. Casuarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinə aid heyvan cinsi.
Kumlar
Cumacea (lat. Cumacea) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinə aid heyvan dəstəsi. Hazırda 1600 növü var, onlardan Xəzər dənizində 18 növü qeyd edilmişdir. Xəzərdə yaşayan kumların evriqalin (Pseudocuma cercaroides, Stenocuma graciloides, Pterocuma pectinata) və stenoqalin (Pterocuma qrandis, Stenocuma diastyloides) növlər təşkil edir. Kumlar çapaq, külmə və s. balıqların qidasında mühüm rol oynayırlar.
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Tammar
Tammar (lat. Macropus eugenii) — kenquru cinsinə aid heyvan növü.
Xaçkar
Xaçkar – Erməni mədəniyyətinin ayrılmaz hissələrindən biri olan xaçkarlar vəfat etmiş adamların xatirəsinə ucaldılırdı. Ermənilərin tarixən bir millət kimi formalaşmalarında və varlıqlarını qorumalarında kilsə mühüm rol oynadığından erməni mədəniyyətində xaçqarların ağırlığı hiss edilməkdədir. Xaçkarların tarixi bədii inkişaf xüsusiyyətlərini araşdıran mütəxəssislərin gəldikləri qənaətə görə xaçkarların tarixi inkişaf prosesini üç qrupda cəmləşdirmək mümkündür. == Erkən dövr == Bu dövrə aid edilən xaçkarlar əsasən sadə tərtibatlı və o qədər də böyük ölçüyə malik deyil. Qeyd etmək lazımdır ki, əksər erməni alimləri erkən dövr xaçkarlara Alban xaç daşlarını da qatmaqla xaçkarların tarixini daha qədimə aparmaq istəmişlər. Belə ki, Ermənistanda erkən dövr xaçkarların yaradılmasına başlanılarkən, artıq xristianlığı ermənilərdən 227 il əvvəl qəbul etmiş albanlarda formalaşmış və alban fəlsəfi-mifik dünyagörüşünü əks etdirən xaçdaş qoyma ənənəsi var idi. Lakin əksər erməni alimləri Alban mədəniyyətini məhv etmək üçün Alban xaç daşlarını da erkən dövr xaçkarları kimi təqdim etməyə çalışmışlar. Buna qarşılıq olaraq tanınmış ingilis alimi A.Van yazır: "Qafqaz albanlarının qədimdən riayət etdikləri və hələ o zamanlar mərhumun xatirəsini yad etmək kimi saxlanmış adətə görə ucaldılan adsız qəbir daşları – xaç daşları vardı". (A.Van – Geaner the rites of passage) Qafqaz Albaniyasında ilk dövrlərdə, yəni apostolluq dövründə xristianlığın qəbulu Ermənistan və İberiyadan daha uğurlu olmuşdur. Bunu yazılı mənbələr (Moisey Kalankatlı, Moisey Xorenli, Koryun və s.) və o dövrün gerçəkliklərinin öyrənilməsi də sübut edir (F.Məmmədova, Alban katolikosluğu və Alban Arşakiləri.
Çaykar
Çarikar — Əfqanıstanda şəhər. Hindi Quş dağları ilə əhatələnib.