Kamran Kərimov
Kamran Kərimov (tam adı: Kamran Seyran oğlu Kərimov d. 1976, Bakı) — nağara ifaçısı, Azərbaycan respublikasının əməkdar artisti.
== Həyatı ==
Kamran Kərimov, 1976-cı ildə Bakı şəhərində (Azərbaycan) musiqiçi ailəsində anadan olub. Onun ilk müəllimi, babası Nəriman Qasımov, 1986-cı ildə isə 1 N-li pionerlər evində, dayısı məşhur nağara ifaçısı Elşən Qasımovdan dərs almışdır. 1991–1995-ci illərdə Asəf Zeynallı adına Musiqi Kollecində təhsil almışdır. 1997-ci ildə Bakı Musiqi Akademiyasının "Zərb alətləri" şöbəsinə qəbul olub, 2002-ci ildə oranı bitirmişdir.
== Fəaliyyəti ==
1998 ci ildə Fikrət Əmirov adına keçirilən "Zərb Alətləri" müsabiqəsində laureat olmuşdur. 1998 ci ildən, Azərbaycanın (xalq, estrada və caz) musiqi janrında nağara alətini Dövlət tədbirlərində, böyük layihələrdə təbliğ etməkdədir.
ABŞ, Fransa, Yaponiya, Koreya, Çin, Bəhreyn, İngiltərə, İspaniya, İtaliya, İsveç, İsveçrə, Almaniya, Avstriya, Hollandiya, Danimarka, Misir, Küveyt, Türkiyə, Rusiya, İran, Macarıstan, Özbəkistan, Gürcüstan və s. ölkələrdə qrup və solo şəklində çıxışlar edib.