Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalpe
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Kanev
Kanev — Çerkassk vilayətində (Ukrayna) şəhər. == Tarixi == Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir. Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir. Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.
Kanop
Kanop (yun. Κάνωβος, lat. Canopus) — gəcdən hazırlanmış, qapağı insan ya da heyvan başı formasında olan ritual qab, Qədim Misirdə mumiyalanmaq üçün cəsəddən xaric edilmiş daxili orqanları saxlamaq üçün istifadə olunan küp. Daxili orqanlar çıxarılıb, yuyulub təmizləndikdən sonra Kanob balzamı (buna görə də küp kanop adlandırılmışdır) doldurulmuş qablara yığılaraq saxlanılırdı. Ən qədim kanop Hetenpheresin məzarından tapılmışdır. Hər bir mumiya üçün dörd kanop hazırlanırdı. Əsasən kanop qapaqları Horun dörd oğlunun şərəfinə onların baş fiqurları formasında hazırlanırdı: pavian başlı Hapi, insan başlı Amset, şahin başlı Kebexsenuf, çaqqal başlı Duamutef. Hər bir kanop müvafiq bir orqan üçün nəzərdə tutulmuşdur, beləki, Amset kanopunda qaraciyər, Duamutef kanopunda mədə, Kebexsenuf kanopunda bağırsaqlar və Hapi kanopunda isə ağciyərlər saxlanılırdı.
Kanqe
Kanqe (kor. 강계시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir. == Tarixi == Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür. == Coğrafiyası == Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir. == İnzibati bölgüsü == Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür: == İqlim == Orta illik hava temperaturu — 7,3 °C Havanın nisbi rütubətliyi — 72,6% Orta külək sürəti — 0,5 m/s == Nəqliyyat == Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir. == Mədəniyyət == Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Hisaşi Kaneko
Hisaşi Kaneko (d. 12 sentyabr 1959) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 1 qol vurub.
Kaneko Kentaro
Kaneko Kentaro (金子堅太郎, 4 fevral 1853, 13 mart 1853 və ya 1853, Fukuoka – 16 may 1942, Tokio[d]) – Yaponiya diplomatı. == Həyatı == Kaneko Kentaro Savara rayonunda samurayları ailəsində anadan olub. 9 yaşından o Şuyukan oxumağa başladı. O, tələbə olmaq üçün İvakur Missiyasının üzvü seçilib və Birləşmiş Ştatlardakı Harvard universitetində oxumaq üçün, missiyasının Yaponiyaya Avropaya və bütün dünyaya edirdilər. Halbuki, Kaneko ABŞ-nin Harvard Universitetində yapon tələbə yoldaşı və gələcəyin diplomatı Jutar Göstərdiyi ev başqaları ilə bölüşüb. O həmçinin Amerikada, o cümlədən hüquqşünaslar, alimlər, jurnalistlər və sahibkarlar əlaqələrin geniş spektrini hazırlayıb. Harvard universitetini bitirdikdən sonra Tokio imperator universitetinin lektoru kimi, Kaneko 1878-ci ildə Yaponiyaya qayıdıb. 16 may 1942-ci ildə vəfat edib. == Xarici keçidlər == National Diet Library Photo & Bio History of Japanese at Harvard Photo/studio portrait of Kaneko Kentarō (ca.
Kanyete (Çili)
Kanyete — Çili şəhəri. Əhalisi 31.270 nəfərdir (2002). Ərazi — 760,4 km², əhali sıxlığı — 41,12 nəfər/km²-dir.
Mami Kaneda
Mami Kaneda (d. 9 mart 1968) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Miho Kaneda
Miho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Mixail Haneke
Mixail Haneke (alm. Michael Haneke‎) — Avstriya kino sənətçisi Mixail Haneke 1942-ci il martın 23-də Almaniyanın Münhen şəhərində aktyor ailəsində doğulub. İkinci Dünya müharibəsi Hanekelər ailəsini Avstriyadakı sakit, müharibənin səs-küyündən uzaq bir şəhərciyə - Viner Noyştadta köçməyə məcbur edir. Mixail tələbəlik illərini Vyana Universitetində psixologiya, filologiya və teatr sənətinin öyrənməklə keçirib. Ali təhsilini başa vurduqdan sonra alman telekanallarından birində redaktor işləməyə başlayıb. 1970-ci ildən etibarən televiziya filmləri üçün ssenarilər yazıb. Kiçik ekranda rejissor kimi ilk debütü 1974-cü ildə çəkdiyi "Liverpuldan sonra" filmi olub. 1974-86-cı illər arasında səkkiz televiziya filmi çəkib və paralel olaraq Vyana, Münhen, Berlin, Hamburq teatrlarında tamaşalar qoyub. İlk tammetrajlı bədii filmini 1989-cu ildə çəkib. "Yeddinci qitə" filmi Lokarno festivalının müsabiqə proqramında iştirak edib.
Mixail Xaneke

Nobutoşi Kaneda
Nobutoşi Kaneda (d. 16 fevral 1958) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 58 oyun keçirib, 6 qol vurub.
Şiho Kaneda
Şiho Kaneda (d. 11 mart 1965) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kanate Kürdo
Kanat Kalaşeviç Kürdoyev (kürd. Qanat Kûrdoev, rus. Кана́т Кала́шевич Курдо́ев) və ya təxəllüssü ilə Kanate Kürdo (kürd. Qanatê Kurdo; 12 sentyabr 1909, Qars ili – 31 oktyabr 1985, Leninqrad) — SSRİ şərqşünas dilçi alimi, kürdşünaslığın banilərindən biri. O, əsrin dörddə birindən artıq müəllimi, akademik İosif Orbelinin yaratdığı SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsinin Kürdşünaslıq qrupunun rəhbəri olmuşdur. == Həyatı == Kanat Kürdoyev Rusiya imperiyasında, Qars vilayətinin Diqor rayonunun Susuz kəndində (indiki Türkiyədə) kürd kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi Tiflisdə bitirmişdir. 1928-ci ildə Ermənistan Kommunist Partiyasının tövsiyəsi ilə Canlı Şərq Dilləri İnstitutunun (Leninqrad) milli azlıqların fəhlə fakültəsinə oxumağa göndərilir. 1931-ci ildə sosial-iqtisadi fakültəni bitirdikdən sonra Leninqrad Tarix, Fəlsəfə, Dilçilik və Ədəbiyyat İnstitutuna daxil olmuşdur. 1936–1939-cu illərdə Leninqrad Universitetinin filologiya fakültəsinin aspirantı olmuşdur.
Misuzu Kaneko
Misuzu Kaneko (金子 みすゞ, Kaneko Misuzu, 11 aprel 1903, Naqato[d], Yamaquçi prefekturası – 10 mart 1930, Yaponiya) və ya doğum adı ilə Teru Kaneko (金子 テル, Kaneko Teru) – Yaponiya şairi. Uşaqlar üçün yazdığı şeirlərilə tanınır. Teru Kaneko 11 aprel 1903-cü ildə Yamaquçi prefekturasında yerləşən və əsas məşğuliyyəti balıqçılıq olan Senzaki kəndində doğulmuşdur. O, Şonosuke Kaneko və həyat yoldaşı Miçinin ən böyük qızı idi. Ailənin digər üzvlərinə ondan iki yaş böyük olan qardaşı Kensuke və nənəsi Ume daxil idi. İki il sonra digər qardaşı Masasuke doğulmuşdur. Atasının 1906-cı ildəki ölümündən sonra Miçinin bacısı Fuci Şimonosekidə yerləşən "Ueyama Buneydo" adlı kitab mağazasını işlədən Ueyama ailəsinə gəlin köçmüşdür. Onların dəstəyi ilə Kaneko ailəsi də kitab satışı ilə məşğul olmağa başlamışdır. 1907-ci ildə Masasuke Ueyama ailəsi tərəfindən varis kimi övladlığa götürülmüşdür. Kaneko 1916-cı ildə Setozaki ibtidai məktəbini bitirdikdən sonra Otsu qızlar liseyinə daxil olmuşdur.
Teru Kaneko

Kaede Nakamura
Kaede Nakamura (d. 3 avqust 1991) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kanye Uest
Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977, Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı yazarı, prodüser və dəb dizayneri. Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb. O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024) Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur. Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir.
Kanye Vest

Kanye West

Karpe Diem
Karpe diem (azərb. Carpe diem‎) — Latın ədəbiyyatının məşhur şairi Horatiusun "Odessa" əsərindəki bir şeirdə işlədilən “anı yaşa” mənasına gələn ifadədir. Bu ifadə bəzən epikürçülük fəlsəfəsini müdafiə edən bir söz kimi başa düşülür. == Tərcüməsi == Karpe latın dilində “tutmaq, götürmək” mənasına gələn carpō felinin ikinci şəxsin təkində işlədilən əmr formasıdır. Diem “gün” isminin təsirlik halıdır. Karpe diemin daha bədii tərcüməsi “anı yaşa”, yəni indiki zamandan həzz al ola bilər. Hazırda bu ifadə qərb ədəbiyyatında “gün ərzində qarşına çıxan fürsətlərdən istifadə et” mənasında işlənir. == Mənası == "Odessa" əsərində bu ifadə “sabaha mümkün olduqca az inan, anı yaşa “ mənasına gələn "carpe diem, quam minimum credula postero" cümləsinin bir hissəsidir. Şeirdə deyilir ki, gələcəyi görmək mümkünsüzdür, insan gələcəkdə baş verəcək hadisələrə ümid bəsləməkdənsə öz gələcəyini yaxşılaşdırmaq üçün edə biləcəyi hər şeyi bu gün etməlidir. Çox zaman bu ifadənin Horatiusun epikürçü fəlsəfəsi ilə əlaqəli olduğu düşünülür.
Mori Kante
Mori Kante (29 mart 1950 – 22 may 2020, Konakri) — Qvineya musiqiçisi, müğənni və mahnı müəllifidir. Mori Kante 29 mart 1950-ci ildə Fransız Qvineyasının Albadaria şəhərində anadan olub. Yeddi yaşında olanda xoru çalmaq və səs ənənələrini öyrənmək üçün Maliyə göndərildi. 1971-ci ildə Salif Keita'nın müğənni olduğu Rail Band cəmiyyətinə qatıldı. 1973-cü ildə Keitanın ayrılmasından sonra Kante müğənni cəmiyyətdəki boşluğu doldurdu. Mori Kante 1987-ci ildə səsləndirdiyi "Yé ké yé ké" mahnısı ilə beynəlxalq səviyyədə ən yaxşı tanındı. Yé ké yé ké, Afrikanın indiyə qədər ən çox satılan mahnısı oldu. 16 oktyabr 2001-ci ildə Kanté Birləşmiş Millətlər Təşkilatının (FAO) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri seçilib. Gine musiqiçisi Mory Kanté, 22 may 2020-ci ildə Gine'nin Konakri şəhərində 70 yaşında vəfat etdi.
Nqolo Kante
Nqolo Kante (fr. N'Golo Kanté; 29 mart 1991, Paris) — Mali əsilli Fransız futbolçu, İngiltərənin Çelsi klubunun və Fransa millisinin müdafiə yarımmüdafiəçisi. 2018-ci ildə Dünya Çempionu. 2020/21 UEFA Çempionlar liqası qalibi.
Sakuma Kanae
Sakuma Kanae (佐久間鼎, Kanae Sakuma, 7 sentyabr 1888, Çiba prefekturası – 9 yanvar 1970) – Yaponiya dilçisi və psixoloqu. Çiba prefekturasında doğulmuş və Tokio Universitetindən məzun olmuşdur. Kyuşu və Toyo universitetlərində professorluq etmiş, Yaponiya Elmlər Akademiyasının üzvlüyünə qəbul edilmişdir. Geştalt psixologiyasını Yaponiyaya gətirən şəxs kimi tanınır. Müasir yapon dilinin qrammatikasını tədqiq etmiş və Tokio ləhcəsi əsasında yapon dilinin fonetikasını öyrənmişdir. Başlıca əsərlərinə yapon dilinin fonetikası haqqındakı tədqiqatlarından bəhs edən "Nihon onseyqaku" (1929), müasir jestlərin istifadəsindən bəhs edən "Qenday nihonqo no hyoqen to qoho" (1936) və yapon dilinin nəzəri tədqiqindən bəhs edən "Nihonqo no qenqo riron" (1959) daxildir. Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983.
Hisao Kanze
Hisao Kanze (観世 寿夫, Kanze Hisao, 12 noyabr 1925, Şitaya-ku[d] – 7 dekabr 1978, Tokio) – Yaponiya no aktyoru. Hideo Kanzenin böyük qardaşı olmuşdur. Onu Yaponiyada "ikinci Zeami" adlandırırlar. == Həyatı == Hisao Kanze 12 noyabr 1925-ci ildə Tokioda doğulmuşdur. Yaponiyanın aparıcı no aktyorlarından biri olmuş Qasetsu Kanzenin birinci oğlu idi. Atasından və babası Kasetsu Kanzedən rəqs dərsləri almışdır. Səhnə performansı debütünü üç yaşında "Şoco" adlı tamaşada gerçəkləşdirmiş, ilk baş rol təcrübəsini yeddi yaşında yaşamışdır. 1946-cı ildə no dərsi qruplarından birinə qoşulmuş və Zeami Motokiyonun no mətnlərini oxumuşdur. No dünyasının mühafizəkarlığının onu məhdudlaşdırdığını hiss etsə də, qardaşı Hideodan fərqli olaraq no dünyasından ayrılmamış və ortodoks nonu öz şərhləri ilə aşılamaq qərarına gəlmişdir. Bu məqsədlə 1950-ci ildə Kanze, Kita və Konparu məktəblərinin no aktyorları ilə birlikdə No İntibahı Qrupunu qurmuşdur.
Xantəpə
Xantəpə — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. E.ə. V-II minilliklərə aid çоxtəbəqəli yaşayış yeri Füzuli şəhərinin cənub-şərqində yerləşir. Tоpоnim "xan" və "təpə" sözlərindən ibarətdir. "Xanın təpəsi" mənasındadır. Titul bildirən xan kоmpоnentinə təpə termini birləşərək Xantəpə оrоnimini yaratmışdır. Təpə dairəvi fоrmalıdır. Hündürlüyü 8-10 metrdir. Xantəpə yaşayış yerində, yalnız kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır. Bu qazıntı işləri zamanı buradan eneоlit ilk və tunc dövrlərinə aid gil məmulatı və daş alətlər tapılmışdır.
Kənəə
Kənəə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənəə kəndi dağətəyi ərazidədir. Keçmiş adı Kənəgə olub. Toponim təhrifə uğramışdır. Əslində Kənagah olmalıdır. Bəzi tədqiqatçıların fikrincə, toponim tat dilindəki kənə (mədən, yataq) və gah (məkan) sözlərindən ibarət olub, “mədən olan yer” mənasındadır. == Əhalisi == Kəndin əhalisini tatlar təşkil edir. Kənddə 27 nəfər yaşayır ki, onun da 14 nəfəri kişi, 13 nəfəri isə qadındır.