Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Herbert fon Karayan
Herbert fon Karayan (alm. Herbert von Karajan‎; 5 aprel 1908, Zaltsburq, Avstriya-Macarıstan - 16 iyul 1989, Anif, Avstriya) — avstriyalı dirijor. 35 il müddətinə Berlin Filarmonik Orkestri ilə çalışmışdır. Özündən sonra ən geniş diskoqrafiyalardan birini miras qoymuşdur. == Genealogiyası == Karayanlar nəsli yunan-makedon və ya Devid Binderin iddiasına görə arumın mənşəlidir və Makedoniyadan gəlmişlər. Herbert fon Karayanın babası Georgios Yohannes Karayannis Osmanlı imperiyasının Rumeliya vilayətinin (indiki Yunanıstan ərazisi) Kozani şəhərində doğulmuş və 1767-ci ildə Vyanaya, sonradan isə Saksoniyanın Xemnits şəhərinə köçmüşdür. O və qardaşı Saksoniyada parça sənayesinin inkişafında böyük rol oynamış və xidmətləri qarşılığında Fridrix III Avqust tərəfindən 1 iyun 1792-ci ildə hər ikisinə əsilzadə titulu verilmişdir. Soyadlarındakı "fon" hissəciyi bundan irəli gəlir. Karayannis soyadı isə Karayan şəklinə düşmüşdür. == Karayan və səsyazma == Herbert fon Karayan 1980-ci illərdə yeni yaranan kompakt-disk texnologiyası əsasında rəqəmsal səs yazılarının məşhurlaşmasında mühüm rol oynamışdır.
Karaylar
Kəraimlər (kəraimcə. krım dialektində: tək. къарай, cəm. къарайлар; trakay dialektində: tək. karaj, cəm. karajlar; ivr. ‏קָרָאִים‏‎ — "kəraim", hərfən oxuyanlar) — Belarus, Litva, Krım, Qərbi Ukrayna, Polşa, ABŞ, Rusiya, Dağıstan, Türkiyə, İsrail və Rumıniyada yaşayan Yəhudi Krım Türk xalqı. == Tarixi == Kəraim xalqının və dininin adı "Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq" mənasını daşıyan ərəb və qədim yəhudi sözü "kara"-dan gəlir. "Karaim" ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür.
Karaytivu
Karaytivu (tam. காரைதீவு) — Şri-Lanka adasından şimalda yerləşən kiçik ada. İnzibati baxımından Şimal vilayəti, Cafna dairəsinə daxildir. Əsas adaya damba ilə birləşir. Sahəsi 22,95 km²-dir. Karaytivunun ən iri yaşayış məntəqəsi Karaynaqardır.
Litva Karayları
Litva Kəraimləri — Litvada yaşayan türk xalqı. == Tarixi == Kəraim xalqının və dininin adı “Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq” mənasını daşıyan ərəb və qədim yəhudi sözü “kara”-dan gəlir. ”Karaim” ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür. Bu, xəzər və qıpçaq tayfalarından törənmiş türk qrupuna aid olan xalqdır. O, VIII-X əsrlərdə qüdrətli Xəzər dövlətinin tabeliyində olmuşdur. Böyük Vitautas dövründə Trakayda knyaz tərəfindən Krımdan köçürülmüş 380 karaim ailəsi məskunlaşmışdır. Sonralar karaim ailələri Birjayda, Nauyamestisdə, Panavejisdə, Pasvalisdə, Upitdə və Vilnüsdə də məskunlaşdılar. Litva karaimləri ayrıca cimat-icma təşkil edirdilər, onun inzibati və mənəvi mərkəzi Trakay şəhəri idi. Böyük knyaz Kazimirin imtiyazlarına (1441-ci il) əsasən şəhər özünüidarəetmə hüququnu – Maqdeburq hüququnu – qazanmışdır.
Murad Karayılan
Murad Karayılan və ya kod adı ilə Camal (5 iyun 1954, Birecik[d], Şanlıurfa ili) — Kürdüstan Fəhlə Partiyası (PKK) və Xalq Müdafiə Qüvvələrinin (HPG) lideri. Murad Karayılan ali məktəbdə maşın fakültəsini bitirmişdir. 1979-cu ildə PKK təşkilatına qoşulmuşdur. Camal "kodadını" istifadə etdi. Başlanğıcda hərəkətlərini Şanlıurfada icra etdi, sonra Suriyaya qaçdı. 1999-cu ildə Abdullah Öcalanın həbs olunmasından sonra PKK'nın başına keçdi.
Öykü Karayel
Öykü Karayel (20 avqust 1990, İstanbul) — türkiyəli aktrisa. Öykü Karayel, 20 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. Öykü Karayel, 12 iyul 2018 tarixində Can Bonomo ile evləndi.
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. Haray (film) — müxtəlif illərdə çəkilmiş filmlər.
Kamay
Kamay (Urmanay) —
Karan
Karan (Sayınqala)
Karat
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Karnay
Karnay — İran , Tacikistan və Özbəkistan ərazisində yayılmış mis-nəfəsli xalq musiqi alətidir. == Alətin quruluşu == Çox uzun , hətta bəzən 2 metrdən uzun gövdəyə malik , əyilməmiş boruşəkilli formada olur.Registry və tembrinə görə trombona yaxındır. Karnay üçün ,adətən , döyüş və təntənə münasibətilə carçəkmə siqnallarının çalınması xasdır. Alətin çox güclü və uzağa yayılan səsi vardır.Müasir dövrdə Karnay tacik və özbək xalq şənliklərində və toy mərasimi zamanı geniş istifadə olunur.
Karya
Hikori (digər adı Karya) (lat. Carya) — Şimali Amerikada və Çində bitən fındıqkimilər fəsiləsindən qoz cinsi.
Kuray
Kuray (başq. ҡурай, [quˈrɑɪ], tatar. курай) - iki-yeddi barmaqyeri olan uzun bir açıq büllur flüt və başqırdlarının milli alətidir. Ən çox yayılmış kuray tipi, ürəklərdepistil və ya Kamçatka pleurospermum (Pleurospermum uralense) adlanan çırpınan bitkinin kökündən hazırlanmış bir qurudur. Bir qurayenin kökləri 2-3 metr uzunluğundadır. İyul ayında çiçəklər, sonra isə avqust-sentyabr aylarında qurur. Sentyabr ayında kəsilir və quru və qaranlıq yerdə saxlanılır. Uzunluğu bir bitkinin kökünü əhatə edən bir palmanın eni 8-10 dəfə ölçülür. İlk çuxur bitki üstündən dörd barmaqlıq məsafədə, bir-birindən iki barmaq məsafədə növbəti üç dəlik, dördüncü dəlikdən üç barmaqlıq aralıqda beşinci aralıkda aparılmalıdır. Bir quray uzunluğu təxminən 510-810 millimetrdir.
Saray
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Erkin Koray
Erkin Koray (24 iyun 1941, İstanbul – 7 avqust 2023, Toronto) – türk musiqiçi. Əsasən rok sənətçisi kimi tanınır və anadolu rokunun yaradıcılarından biri hesab olunur.
Fernanda Qaray
Fernanda Qaray ( tam adı Fernanda Garay Rodrigues ) (d. 10 may 1986 - Porto Aleqro, Braziliya) — Braziliyalı voleybolçu. == Karyerası == Uşaqlıqdan bu idmanla məşğul olan Fernandanın arzusu elə voleybolçu olmaq imiş. 2002-ci ildən peşəkar karyerasına başlayan Qaray 2010-cu ilə Braziliyanın müxtəlif klublarında forma geyib. Meydandakı çeviklik və qüvvətli hücumları onun Yaponiya klubu "NEC Red Rockets"in marağına səbəb olub. 2010-cu il onun üçün ölkə xaricində oynamaqla yanaşı daha bir ilklə yadda qalıb. Mariana Şteynbrexerin (Mari) əvəzinə milliyə çağırılan Fernanda debütünü Yaponiyada keçirilən Dünya Çempionatında edir. Həmin çempionatda finalda Rusiya millisinə uduzaraq gümüş medal qazanırlar. Fernanda Qarayın həmçinin hərbi rütbəsi də var. O, çavuşdur.
Haray (film)
Haray (film, 1989) —
Haray (roman)
Haray — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. == Məzmun == Əsərin qəhrəmanı Kazım kişi qəzaya uğradığı gəmidə tənha qaldığı günlərdə ömrünün müxtəlif mərhələlərində rastlaşdığı yaxşı, pis adamları yada salır, təzadlı hadisələri xatırlayır. Beləliklə, Xəzər dənizi və Kür çayı gəmiçilərinin bir neçə nəslinin sevincli, fərəhli, həm də çətin, dolanmbac yollu həyat salnaməsi gözlərimiz qarşısında canlanır.
Kamay (Bakalı)
Kamay (başq. Ҡамай, rus. Камаево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Koros kənd şurasının tərkibindədir. Kənd ıərazisində dörd küçə vardır:Mir, Molodyojnaya və Sentyalnaya. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı):31 km, kənd sovetliyindən (Köhnə Koros): 12 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 107 km.
Kamay (Urmanay)
Kamay (başq. Ҡамай, rus. Камаево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Urmanay kənd şurasının tərkibindədir. Kənd ərazisində dörd küçə vardır:Mir, Molodyojnaya və Sentyalnaya. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı):48 km, kənd sovetliyindən (Urmanay): 8 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 84 km.
Karan (Sayınqala)
Karan (fars. كران‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (15 ailə).
Karan Cohar
Karan Cohar (25 may 1972, Bombey) — hind rejissoru və kinorejisorudur. O, Bollivudun ən gənc kinorejisor və kino prodüseridir. == Bioqrafiyası == Karan Hiroo və Yaş Coharın oğludur. Greenlawns Liseyini bitirmişdir. Ticarət və İqtisadiyyatın H. R. Fakültəsini oxumuş və müvəffəqiyyətlə məzun olmuşdur. Fransada "Master Rejissor" dərəcəsi almışdır. Karan Cohar aktyorluq debütünü Kajol və Şahrux Xanın rol aldığı Dilwale Dulhania Le Jayenge filmində Şahrux Xanın dostu rolu ilə etmişdir. O, eyni zamanda Dilwale Dulhania Le Jayenge filmində rejissor köməkçisi olmuşdur. Müəyyən bir zaman ərzində atasının film istehsalı şirkəti olan Dharma Production iflas etmişdir. Karan Cohar atasının şirkəti olan Darmanı xilas etmək üçün qollarını çırmaladı və 1998-ci ildə Kajol və Şahrux Xanın rol aldığı ilk filmi olan Kuch Kuch Hota Hai filmini çəkmişdir.
Karan Johar
Karan Cohar (25 may 1972, Bombey) — hind rejissoru və kinorejisorudur. O, Bollivudun ən gənc kinorejisor və kino prodüseridir. == Bioqrafiyası == Karan Hiroo və Yaş Coharın oğludur. Greenlawns Liseyini bitirmişdir. Ticarət və İqtisadiyyatın H. R. Fakültəsini oxumuş və müvəffəqiyyətlə məzun olmuşdur. Fransada "Master Rejissor" dərəcəsi almışdır. Karan Cohar aktyorluq debütünü Kajol və Şahrux Xanın rol aldığı Dilwale Dulhania Le Jayenge filmində Şahrux Xanın dostu rolu ilə etmişdir. O, eyni zamanda Dilwale Dulhania Le Jayenge filmində rejissor köməkçisi olmuşdur. Müəyyən bir zaman ərzində atasının film istehsalı şirkəti olan Dharma Production iflas etmişdir. Karan Cohar atasının şirkəti olan Darmanı xilas etmək üçün qollarını çırmaladı və 1998-ci ildə Kajol və Şahrux Xanın rol aldığı ilk filmi olan Kuch Kuch Hota Hai filmini çəkmişdir.
Karan adası
Karan adası — İnzibati baxımdan Səudiyyə Ərəbistanına aid olan ada. Əl-Cubayl aşəhərindən 60 km şimalda yerləşir. Öz növbəsində mərcan rifindən ibarət olan ada 2100 m uzunluğa, 640 m enə, 1.5 m hündürlüyə malikdir. Səudiyyə Ərəbistanı və İran arasında ərazi mübahisəsi olmuşdur. İki ölkə arasında 1968-ci ildə imzalanan anlaçmaya görə Əl-Ərəbiyə ilə birlikdə Səudiyyə Ərəbistanına, Farsi adası isə İrana güzəştə gedilmişdir.
Karat (dəqiqləşdirmə)
Karat Bakı — Bakı şəhərində yaradılmış futbol klubu. Karat (ölçü vahidi) — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi.
Karat Holding
Karat Holdinq
Karoy Kişfaludi
Karoy Kişfaludi (mac. Kisfaludy Károly; 5 fevral 1788[…], Tet[d], Dyör-Moşon-Şopron – 21 noyabr 1830[…], Peşt[d], Peşt medyesi) — Macarıstan dramaturqu və sənətçisi, Şandor Kişfaludinin qardaşıdır. Milli dramın təsisçisi idi. == Həyatı == Karoy ailədə səkkiz övladın ən kiçiyi idi, anası onu dünyaya gətirərkən vəfat etmişdi. Atası ilə münasibətində bir sıra çətinliklər yaşayırdı. 1804-1811-ci illərdə orduda xidmət edərkən poemalar və mahnılar yazmağa başladı. İtaliya, Serbiya və Bavariyada Napoleon müharibələrində xidmət etmişdi. 1810-cu ildə geri döndükdən sonra Katalin Hepper adlı bir xanımla qısa bir münasibət yaşadı, lakin onunla ailə həyatı qurmadı. Ordudan istefa etdikdən sonra atası ilə münasibətləri daha da pisləşdi və Vaş medyesində bacısı Terezin evində yaşamağa məcbur oldu. İncəsənəti oxudu və 1812-ci ildə Vyanaya, 1815-ci ildə isə İtaliyaya səfər etdi, lakin 1819-cu ilin aprel və iyun aylarına kimi nə yazıçılıqda, nə də rəssamlıqda uğur qazanmağı bacarmadı.
Kenci Kavay
Kenci Kavay (23 aprel 1957, Tokio) — yapon bəstəkarı. == Həyatı == Kenci Kavay 23 aprel 1957-ci ildə Yaponiyanın Tokio şəhərində anadan olub.Uşaqlığından musiqiylə məşğul olurdu. Tokio Universitetini bitirib. == Animasiyada işləri == «Mobile Suit Gundam 00» «A-Ko the Versus» (OVA) «Aka-chan to Boku» «Blue Seed» (teleserial) «Blue Seed» (OVA) «Burn Up!» «Corrector Yui» «D4 Princess» «Dai-Guard» «Dark Myth» «Devilman» «Death Note» «Eyeshield 21» (tammetrajlı film) «Fate/stay night» «Ghost in the Shell» (tammetrajlı film) «Ghost in the Shell 2: Innocence» «Gunparade March» «Guystars — Fractions of The Earth» «Hime-chan’s Ribbon» «Higashi no Eden» «Higurashi no Naku Koro ni» «Higurashi no Naku Koro ni Kai» «Hyper Police» «Iczelion» «Irresponsible Captain Tylor» «Jinki:Extend» «Joker Game» «Kurogane Communication» «Luna Varga» «Maison Ikkoku» «Mermaid Forest» «Metal Fighter Miku» «Mighty Space Miners» «Mini Pato» «Mob Psycho 100» «Musha Maru Den Two» «Otogi Zoshi» «Patlabor» (OVA) «Patlabor» (телесериал) «Patlabor 1» (tammetrajlı film) «Patlabor 2» (tammetrajlı film) «Patlabor WXIII» (tammetrajlı film) «Ranma ½» (OVA) «Ranma ½» (teleserial) «Ranma ½: Big Trouble in Nekonron, China» (tammetrajlı film) «Rave Master» «Rune Soldier» «Samurai Pizza Cats» «SD Gundam Musha, Knight, Commando» «Sky Crawlers» (2008, tammetrajlı film) «Sorcerer Hunters» (teleserial) «Sorcerer Hunters» (OVA) «Starship Operators» «UFO Princess Valkyrie» «UFO Princess Valkyrie 2» «Vampire Princess Miyu» (OVA) «Vampire Princess Miyu» (teleserial) «Windy Tales» «YAT Anshin! Uchu Ryokou» «YAT Anshin!
Koray Avcı
Koray Avcı (d. 1 yanvar 1984, Ankara) Türkiyə bəstəkarı, musiqiçisi və mahnı şərhçisi. == Həyatı == Ankarada doğulub böyüyən Koray Avcı, əslən Ərzincan vilayətinin Tercan rayonundandır. Uşaqlığından bəri rəsm və musiqiyə qarşı marağı var. Musiqi səfərinə Ankaradakı bəzi performans məkanlarında zaman zaman mahnı söyləyərək başlamışdır. Avcı ailəsi övladlarının ali təhsilli bir insan olmasını istəyir və onu elm sahəsində təhsil almasında məcbur edirlər. 2008-ci ildə "Muğla Universiteti Fənn-Ədəbiyyat Fakültəsi Fizika bölümü"nü qazanıb.2010-cu ildə Muğla universitet həyatına davam edərkən Acun Ilıcalının təqdim etdiyi "Yetenek Sizsiniz Türkiye" proqramına yoldaşı Osman Arslan ilə qatılıb "beatbox və Volkan Konak təqlidi" çıxışı nümayiş etdirmiş və 2-ci tura qədər yüksəlmişdir. Muğlada istədiyi və sevdiyi mühiti tapması da, həyatının axarını dəyişdirəcək olan şeyi yaşayır. Hər şey küçədə gitara çalan bir dostunun yanına oturub mahnı söyləməsi ilə dəyişir. O gündən sonra küçələrdə mahnı söyləyərlər.