Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karolin Braun
Karolin Braun (ing. Carolyn Browne; d. 19 oktyabr 1958, Yorkşir, İngiltərə) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı (2007-2011) və Qazaxıstandakı (2013-cü ildən) fövqəladə və səlahiyyətli səfiri.
Karolin Vozniaçki
Karolina Voznyatski və ya Karolina Vojnyatskaya (dan. Caroline Wozniacki, pol. Karolina Woźniacka) - Danimarkalı qadın tennisçi. Karolin son açıqlanan reytinqdə dünyada 1 nömrədir. == Şəxsi Həyatı == Valideynlərinin polşalı olması səbəbiylə iki ana dili var. O danca, ingiliscə və rusca da danışır. Voznyatski idmançı bir ailədə dünyaya göz açıb. Anası Anna Voznyatski bir zaman Polşa Milli Voleybol Komandasında oynamışdı. Atası Pyotr Voznyatski isə bir professional futbolçu idi. Almaniya milli futbol komandasında oynayırdı, lakin Danimarkaya köçənnən sonra Danimarka milli futbol komandasına transfer oldu.
Karolin Voznyatski
Karolina Voznyatski və ya Karolina Vojnyatskaya (dan. Caroline Wozniacki, pol. Karolina Woźniacka) - Danimarkalı qadın tennisçi. Karolin son açıqlanan reytinqdə dünyada 1 nömrədir. == Şəxsi Həyatı == Valideynlərinin polşalı olması səbəbiylə iki ana dili var. O danca, ingiliscə və rusca da danışır. Voznyatski idmançı bir ailədə dünyaya göz açıb. Anası Anna Voznyatski bir zaman Polşa Milli Voleybol Komandasında oynamışdı. Atası Pyotr Voznyatski isə bir professional futbolçu idi. Almaniya milli futbol komandasında oynayırdı, lakin Danimarkaya köçənnən sonra Danimarka milli futbol komandasına transfer oldu.
Karolin adaları
Karolin adaları (ing. Caroline Islands, isp. Carolinas Islas; adaların adı İspaniya kralı II Karlın şərəfinə adlandırılmışdır) — Sakit okeanın qərbində, Mikroneziya ərazisində yerləşir. Amerika Birləşmiş Ştatlarından müstəqillik əldə etdikdən sonra ərazisində iki dövlət qurulmuşdur: Mikroneziya Federativ Ştatları və Palau. == Tarixi == Kolonizasiyaya qədər adaların yerli əhalisi ibtidai-icma quruluşunda yaşayırdılar. İri birliklər olmasına baxmayaraq hələdə dövlət quruluşu yox idi. Karolin adaları ilk dəfə 1567-ci ildə ispan dənizçi Alvaro de Saavedra tərəfindən (digər məlumata görə 1526-ci ildə Alonsa de Salasar) kəşf edilir. Adaların bir qismi rus dənizçisi Fyodor Petroviç Litke tərəfindən 1828-ci ildə araşdırılmışdır. XVII əsrdə İspaniya adaları öz ərazisi elan etmişdir. Bununla belə faktiki adalar nəzarətsiz olaraq qalırdı.
Karolin tutuquşusu
Karolin tutuquşusu (lat. Conuropsis carolinensis) — karolin tutuquşusu cinsinə aid quş növü.
Karolin Şumeyker
Karolin Cin Spellman Şumeyker (ing. Carolyn Jean Spellmann Shoemaker; 24 iyun 1929, Qallap[d], Nyu-Meksiko – 13 avqust 2021) — ABŞ astronomu.
Karolin Bertoççi
Karolin Rut Bertoççi (ing. Carolyn Ruth Bertozzi, 10 oktyabr 1966, Boston, Massaçusets) — amerikalı kimyaçı, Nobel mükafatı laureatı (2022). Fəlsəfə doktoru (1993), əvvəllər UC Berkeley və LBNL-in işçisi olan Stanford Universitetində professor adına layiq görülmüşdür. Milli Elmlər Akademiyasının (2005) və Tibb Akademiyasının (2011) üzvü, ABŞ, Leopoldina (2008), London Kral Cəmiyyətinin xarici üzvü (2018). Bir çox fərqlənmə ilə təltif edilmişdir. 33 yaşında o, Mak Artur təqaüdü aldı. 2010-cu ildə o, nüfuzlu Lemelson-MIT mükafatını alan ilk qadın oldu. == Bioqrafiyası == Nüvə fiziki Villiam Bertoççi (1931-ci il təvəllüdlü), Massaçusets Texnologiya İnstitutunun professoru, Beyts Xətti Sürətləndirici Mərkəzinin yaradıcısı və uzunmüddətli direktoruailəsində anadan olub. Ana, filoloq Norma Qloriya Bertoççi (əslən Berringer; 1933–2021) uşaqları dünyaya gələnə qədər Massaçusets Texnologiya İnstitutunda fizika şöbəsində çalışmışdır. Karolin Massaçusets ştatının Leksinqton şəhərində böyüdü və üç qızın ortancılidır.
Kartin Xorni
Kartin Xorni (1885-1952) - amerika psixoloqu. Onun fikrincə uşaq narahatlıq hissi ilə doğulur. Doğulduğu gündən uşaq güclü səviyyədə narahatlıq hissi keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətinin daxili xassəsi kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə başlayır. Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini insan davranışının əsas motivasiyası hesab edir və onu “köklü həyəcan” adlandırır. Onun fikrincə “köklü həyəcan” insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir. == Mənbə == Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.
Karetin dönüşü simvolu
Karetin dönüşü simvolu (carriage return CR) – cari sətrin başlanğıcına qayıtmağın zəruriliyini göstərən idarəedici simvol. Yazı makinasında karetin dönüşündən fərqli olaraq, bu simvol avtomatik olaraq növbəti sətrin başlangıcına keçidi təmin etmir. Məsələn, əgər “Bu, bir örnəkdir” sözlərindən sonra yalnız CR gəlirsə, kursor və ya printer “Bu” sözünün birinci hərfinə qayıdacaq. ASCII simvollar yığınında CR simvolunun kodu onluq 13 ədədidir (onaltılıq kodu 0Dh). Çox zaman CR simvolu ilə birlikdə kursoru (və ya printerin çap başçığını) növbəti sətrə keçirən sətirkeçirmə (LINE FEED) simvolundan (onluq 10 ədədi və ya onaltılıq 0Ah ədədi) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Karabin
Karabin- (frans. carabine, ərəb. carab-yarağ,silah)- tüfəngə və ya muşketə oxşar ancaq daha qısa və daha gücsüz atəşli silah. Əvvəllər adətən suvarilərin və topçuların istifadəsində olurdu. Daha qısa lüləsi ilə səciyələnir. Buna görə də güllənin başlanğın sürəti və başqa ballistik xüsusiyyətləri eyni kalibrdə olan vintli tüfəngdən aşağıdır. Bəzi ölkələrdə karabin adi, ancaq bəzi dəyişikliklərlə(kürəkdə rahat daşımaq üçün antabcıqların yanda yerləşməsi və daha kopmpakt olması üçün çəkimin dəstəyinin aşağı əyilməsi və b.) ilə vintli tüfəng hesab olunur. Yivsiz və yivli, qeyri-avtomatik(tək açılan və maqazinli)özü doldurulan və avtomatik növləri olur. == Mənbə == Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Karantin
Karantin və ya Təhəffüz — xəstəliyə yoluxduğu şübhəli bilinən insan və ya heyvanları müəyyən bir ərazidə xəstəliyin yayılmaması üçün saxlanılmasıdır. Sözün kökü italyancadan gəlir. "qırx" (40) mənasını verir. XVI əsrdə Venesiya Respublikasının əsas gəlir mənbəyi dəniz ticarəti idi, buna görə də ölkəyə tez-tez başqa ölkələrdən gəmilər gəlirmiş. Başqa ölkərdən gələnlərin özləriylə xəstəlik gətirib şəhərdə yayılmaması üçün Venesiya dövləti gəmiləri 40 gün şəhər ətrafında saxlayırdı.
Karolina
Karolina — ad. Karolina Sevastyanova — Rusiyanı təmsil edən bədii gimnast. Karolina Rodrigez — İspaniyanı təmsil edən bədii gimnast. Karolina Harrison — Karolina Herşel — ingilis-alman əsilli astronom. Karolina Malçair — İspaniyanı təmsil edən bədii gimnast. Karolina Kennedi — amerikalı yazıçı, vəkil və diplomat.
Karotaj
Karotaj - geoloji kəsilişdə faydalı qazıntıların (neft, qaz, kömür, müxtəlif filiz və b.) müəyyən edilməsi, quyu kəsilişlərinin öyrənilməsi və başqa geoloji məsələlərin həlli üçün aparılan geofiziki quyu tədqiqatları == Haqqında == Kəsilişdə hansı fiziki və ya kimyəvi parametrlərin öyrənilməsindən asılı olaraq elektrik, radioaktiv, akustik, qaz və b. karotaj növlərindən və onların kompleksindən istifadə olunur. Kompleks karotaj isə kəşfiyyatın hansı faydalı qazıntıya aparılmasından, rayonun geoloji quruluşundan, qazımanın texniki şəraitindən və b. asılı olaraq seçilir. Karotaj prosesində alınmış məlumatlar karotaj stansiyası kompleksinə daxil olan aparaturanın köməyi ilə qeydə alınır. Karotaj dioqramı öyrənilən parametrlərin verilmiş miqyasda quyu kəsilişi üzrə fasiləsiz dəyişməsini əks etdirir. Bəzi tədqiqatçılar karotaj termini əvəzinə "üsul", "-metriya" (məsələn: radiometriya, qamma-üsul) və "Quyuların geofiziki tədqiqatları" terminlərindən istifadə olunmasını məqsədəuyğun hesab edirlər. == Elektrik karotajı == Elektrik karotajı (elektrokarotaj) quyu tədqiqatlarının geofiziki üsullarından biridir, süxurların və faydalı qazıntıların xüsusi elektrik müqavimətinə (r), polyarizasion potensiala və ya dielektrik keçiriciliyinə əsaslanır. Müqavimət karotajı (MK) və təbii elektrik sahələrinin karotaj üsulları (xüsusi polyarizasion potensial üsulla, SP, PÜ) daha geniş tətbiq olunurlar. Neft quyularında əsasən süxurların xüsusi elektrik müqavimətini təyin etmək üçün yan karotaj zondlaşdırılmasından, kömür və filiz yataqlarına qazılan quyuların tədqiqində isə süni partlayış potensiallarının (PP) karotajı və cərəyan qeydiyyatı üsullarından (TK, TKÜ) istifadə olunur.
Keratin
Keratin (/ˈkɛrətɪn/ ) — skleroproteinlər kimi də tanınan struktur lifli zülallar ailəsindən biri. Alfa-keratin (α-keratin) onurğalılarda olan bir keratin növüdür. Onurğalılarda pulcuqları, saçları, dırnaqları, lələkləri, buynuzları, pəncələri, və dərinin xarici təbəqəsini təşkil edən əsas struktur materialdır. Keratin həmçinin epiteliya hüceyrələrini zədələnmədən və ya stressdən qoruyur. Keratin suda və üzvi həlledicilərdə yüksək dərəcədə həll olunmur. Keratin monomerləri bərk və sürünənlərdə, quşlarda, suda-quruda yaşayanlarda və məməlilərdə olan sərt, minerallaşmamış epidermal əlavələr meydana gətirən ara filamentlər yaratmaq üçün dəstələrə yığılır. Həddindən artıq keratinləşmə müəyyən toxumaların, məsələn, mal-qara və kərgədanların buynuzları, eləcə də armadillosların osteodermlərinin möhkəmlənməsində iştirak edir. Məlumdur ki, keratinləşdirilmiş toxumanın gücünə yaxınlaşan yeganə digər bioloji maddə xitindir. Keratin iki növdür: bütün onurğalılarda rast gəlinən ibtidai, daha yumşaq formalar və yalnız sürünənlər və quşlar olan daha sərt törəmə formalar . Hörümçək ipəyi keratin kimi təsnif edilir , baxmayaraq ki, protein istehsalı onurğalılarda prosesdən asılı olmayaraq inkişaf etmiş ola bilər.
Kerosin
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. == Tərkib və xüsusiyyəti == Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər.Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Perotin
Perotin (fr. Pérotin, lat. Perotinus Magnus) — fransız bəstəkar, Notr-Dam məktəbinin XII—XIII əsrdə yaşamış ən böyük nümayəndəsi. Notr-Dam kilsəsinin xoruna rəhbərlik etmiş və onun ətrafında yaranmış bəstəkarlıq məktəbinə başçılıq etmişdir. Bir çox orqanumların müəllifi, o cümlədən irimiqyaslı dördsəsli «Viderunt omnes» və «Sederunt principes» müəllifi.
Karomia
Karomia (lat. Karomia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Karmin
Karmin (qida qatqısı)
Karoşi
Sözün əsl mənasında "həddindən artıq iş ölümü" kimi tərcümə edilə bilən Karoşi (過 労 死, Karōshi), peşə ani ölümünə aid bir Yapon terminidir. Karoşi ölümlərinin ən çox görülən tibbi səbəbləri stress və aclıq diyeti səbəbiylə infarkt və ya insultlardır. İş yerindəki zehni stres, işçilərin öz həyatlarını alması səbəbiylə karoşiyə səbəb ola bilər. Çox iş səbəbiylə intihar edənlərə karōjisatsu (過 労 自殺) deyilir. Həddindən artıq iş nəticəsində ölüm fenomeni Asiyanın digər bölgələrində də geniş yayılmışdır. ÜST/BƏT məlumatlarına əsasən, 2016 -cı ildə dünyada 745,194 ölüm, uzun iş saatları ilə əlaqədar idi. == Tarix == İlk karoshi hadisəsi 1969-cu ildə Yaponiyanın ən böyük qəzet şirkətinin çatdırılma şöbəsində 29 yaşlı kişi işçinin insultdan ölməsi ilə bildirilmişdi. Bu termin 1978-ci ildə həddindən artıq işləmə ilə əlaqəli ölümcül insult və infarktlardan əziyyət çəkən insanların sayının artmasına istinad etmək üçün istifadə edilmişdir. 1982-ci ildə bu məsələ ilə bağlı bir kitab bu termini ictimai istifadəyə gətirdi. Yalnız 1980-ci illərin ortalarından sonlarına qədər, Qovuq İqtisadiyyatı dövründə, hələ də ən yaxşı illərində olan bir neçə yüksək vəzifəli biznes menecerinin heç bir əvvəlki xəstəlik əlaməti olmadan qəflətən öldüyü zaman, bu termin Yaponiyanın ictimai həyatında meydana çıxdı.
Karzin
Karzin və ya Fəthabad — İranın Fars ostanının Qir və Karzin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,953 nəfər və 1,651 ailədən ibarət idi.
Kroton
Kroton (lat. Croton) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Martin
Martin — ad. Bu soyadı olanlarVilyam Martin — ingilis təbiətşünası.Bu adı olanlarMartin Haynriş Klaprot — Alman kimyaçısı. Martin Val — Danimarka botaniki.
Akustik karotaj
Akustik karotaj — duyulan səs və ultrasəs diapazonunda tədqiqi üsulu. Neft-qaz quyuları kəsilişlərində müxtəlif litoloji tərkibli layların ayrılması, perspektivli kollektor layların seçilməsi və onların məsaməliyinin müəyyən edilməsi, boruarxası boşluğun sementlənmə keyfiyyətinə nəzarət məqsədilə aparılır. Akustik karotaj dərin quyularda səs (5-20 kHs) və ultrasəs (25-30 kHs) tezlikli akustik şüalandırıcı cihazlar vasitəsilə süni yaradılmış və mühitdə yayılmış elastiki dalğaların kinematik və dinamik xarakteristikalarının öyrənilməsinə əsaslanır.
Aleksandr Karelin
Aleksandr Aleksandroviç Karelin (rus. Алекса́ндр Алекса́ндрович Каре́лин; d. 19 sentyabr 1967, Novosibirsk, SSRİ) — bütün zamanların ən böyük klassik (Yunan-Roma güləşi) güləşçisi hesab olunan keçmiş sovet və rus idmançısı, dövlət və siyasi xadimi, beş çağırış Rusiya Federasiyası Dövlət Dumasının millət vəkili. Vahid Rusiya siyasi partiyasının Ali Şurasının üzvü. SSRİ-nin əməkdar idman ustası (1988), Rusiya Federasiyasının Qəhrəmanı (1996). Qibtə olunası idman həyatı olan, klassik güləşin əfsanəsi Aleksandrın zəngin titul siyahısına nəzər salaq: 3 dəfə Yay Olimpiya Oyunlarının qalibi (1988, 1992, 1996, çəkisi 130 kq-a qədər), 9 qat dünya çempionu (1989-1991, 1993-1995, 1997-1999), 12 qat Avropa çempionu (1987-1991, 1993- 1996, 1998-2000), Sidneydə keçirilən 2000 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 1988-ci ilin gənclər arasında dünya çempionu; ölkə daxili yarışların - güləş üzrə SSRİ, MDB və Rusiya çempionatlarının 13 dəfə çempionu (1988-2000), 1989-cu il Mütləq Dünya Çempionu Kubokunun qalibi. Dörd dəfə - 1989, 1990, 1992 və 1994-cü illərdə planetin ən yaxşı döyüşçüsü olaraq "Qızıl kəmər" mükafatının sahibi. IV beynəlxalq "Aleksandr Karelin mükafatı" turnirin qalibi (1995). İvan Poddubnı-nın xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 6 qat çempionu. Dünyada ilin ən yaxşı idmançısı və 2 dəfə ən yaxşı rus idmançı seçilən Karelin bütün karyerası ərzində 888 qələbə qazanmış yalnız 2 dəfə döşəyi məğlub halda tərk etmişdir.
Avqustin Kazotiç
Avqustin Kazotiç (xorv. Augustin Kažotić, it. Agostino Gasotti; 1260, Trоqir, Split-Dalmatiya jupaniyası[d] – 3 avqust 1323) — Xorvatiya orta əsr yepiskopu, dominikan rahibi. 1303–1322-ci illərdə Zaqreb yepiskopu idi.Milliyətcə xorvat idi, təxminən 1260-cı ildə dənizkənarı Trоqirdə anadan olmuşdur. Zadəgan ailədə doğulmuşdur, lakin gənclik illərində mirasdan imtina etdi və dominikanlılar ordeninə qoşuldu. Onun Parisdə təhsil aldığı illəri Akvinalı Fomanın orada dərs dediyi zamanla üst-üstə düşür. Təhsilini bitirdikdən sonra Dalmasiyaya qayıtdı, burada parlaq xütbələri, şəxsi asketizm və dindarlığı ilə tanındı. 1303-cü ildə 19 il işlədiyi Zaqreb kafedrasına təyin edildi. Yepiskop vəzifəsində keşişlər arasında nizam-intizamı bərpa etmək üçün səyli tədbirlər gördü. Onunla əlaqəli bir sıra rəvayətlər var ki, onlarda yepiskopun möcüzəvi sağaltma vergisi haqqında bəhs edilir.1322-ci ildə Avinyonda Papa XXII İoannı ziyarət etdi, ancaq Papa ilə Macarıstan kralı Karl Robert arasındakı mübahisə səbəbiylə Zaqrebə qayıda bilmədi.
Bartın
Bartın (türk. Bartın) — Türkiyənin Bartın ilinin inzibati mərkəzi. Şəhərdən keçən Bartın çayından dənizə getmək mümkündür. Türkiyədə dəniz nəqliyyatına uyğun tək axarsudur. == Etimologiya == Qurulduğu Bartın axınının qədim adından (Parthenios) adını alan şəhər, Pafaqoniyanın qədim şəhərlərindən olan Sesamos (Amasra), Kromna (Kurucaşile) və Erythinoi (Çakraz) sərhədlərindədir. Bartın çayına Roma dövründə Parthenius deyilirdi. Axın sahilində qurulan şəhər Partheniya adlanırdı. Zamanla bu ad Bartına çevrildi. == Tarixçə == 7 sentyabr 1991-ci ildə il statusu almışdır. Bartının 4 ilçəsindən biridir.